Məhkəmə qərarları › İş №2-1(112)-3961/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3961/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3961/2022 20.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X10 İdarəsinin nümayəndəsi X6, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X10 İdarəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “sanatoriya-kurort putyovkası ilə təmin olunma” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X10 İdarəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “sanatoriya-kurort putyovkası ilə təmin olunma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin üzərinə Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzində müalicəsinin təşkil edilməsi, cavabdehlərin hər birindən maddi ziyan olaraq 2 nəfərlik (özünə və İ dərəcə Qarabağ əlili kimi onu müşayiət edən şəxsə) yollayışın dəyəri məbləğində vəsaitin yarı-yarı bölünməklə və mənəvi ziyan olaraq 10.000 (on min) manat olmaqla, cəmi 20.000 (iyirmi min) manat tutulub pensiya hesabına ödənilməsi öhdəliyinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, Daxili Qoşunların tərkibində döyüşlərdə iştirak edərkən, ağır baş beyin kontuziyası alıb, 1-ci dərəcəli Qarabağ qazisi olmuşdur. Səhiyyə Nazirliyi 25 ildir ki, xaricdə müalicəsini məsləhət bilir, lakin ƏƏSMN müalicəsini təşkil etməkdən, sosial xidmətdən imtina edir. 2 ildir müraciət etsə də Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzində bronxial astmadan müalicə olunmağını təşkili etmir. İki ildən sonra cavab verilmişdir ki, Nazirlər Kabinetinin 12.08.2002-ci il tarixli qərarına görə, "Əmək pensiyaları haqqında" Qanuna əsasən əlilliyə görə pensiya alan hərbi qulluqçuların sanatoriya-kurort putyovkaları (yollayışları) ilə təmin olunması ƏƏSMN-nin səlahiyyətləri xaricindədir. Bu cavab qanunsuzdur və sosial xidmət göstərməkdən imtina deməkdir. Digər cavabdeh pensiyaçısı olduğu Daxili İşlər Nazirliyi X10 İdarəsi də bildirmişdir ki, Naxçıvan "Duzdağ" fizioterapiya mərkəzində müalicə olunmağı ila bağlı qaldırılan məsələ Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid olmadığından müraciətə baxılması dayandırılıb. ƏƏSMN tabeliyindəki Sosial Xidmətlər Agentliyi kimi, DİN-in X10 İdarəsi də Naxçıvan "Duzdağ" fizioterapiya mərkəzində müalicəsinin onun səlahiyyətlərinə aid olmadığını bildirib və "Vətəndaşların müraciətləri haqqında" Qanunun tələbinə əməl etməyərək, müraciəti aidiyyatı üzrə göndərməkdən imtina etmişdir. Amma Sosial Xidmətlər Agentliyindən fərqli olaraq DİN-in ŞHİİ-si aidiyyatı orqanın ƏƏSMN olduğunu təqaüdçülərin təminatı və digər məsələləri Dövlət Sosial Müdafiə Fondunun həyata keçirməsi ilə izah edib, həmin orqana müraciət etməyi məsləhət görüb. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilərək, cavabdehlərdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X10 İdarəsinin iddiaya dair 21.12.2021-ci il tarixli 024-3546-1221 saylı məktubunda qeyd olunmuşdur ki, sabiq hərbi qulluqçu İddiaçı müxtəlif qurumlara, o cümlədən Daxili İşlər Nazirliyinin X10 İdarəsinə qarşı “kompensasiya tələbinə dair” iddia ərizəsi ilə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 28.11.2006-cı il tarixli, 184-İİİQD nömrəli Qanununa əsasən “Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və xüsusi rütbəli əməkdaşlarının pensiya təminatı barədə yeni Qaydalar”ın tələblərinə müvafiq olaraq, Daxili İşlər Nazirliyi sistemi üzrə pensiyaçıların təminatı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən həyata keçirilir. Qeyd olunanların nəzərə alınması xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin iddia tələbinə dair 24.01.2022-ci il tarixli **********8 saylı yazılı etirazında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.08.2002-ci il tarixli 128 nömrəli qərarı ilə təsdiq olunmuş qərara uyğun olaraq İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar (əmək zədəsi və peşə xəstəliyi səbəbindən əlil və ya sağlamlıq imkanları məhdud uşaq olanlar və "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq əlilliyə görə pensiya almaq hüququ olan hərbi qulluqçular istisna olmaqla), sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi barədə göstəriş verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını...yoxlamalıdılar (2.3-cü bənd). Plenumun qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmamasıdır. Qeyd olunan normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Sözügedən Qərarla təsdiqlənmiş müvafiq qaydalara əsasən (Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması) "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq əlilliyə görə pensiya almaq hüququ olan hərbi qulluqçuların sanatoriya-kurort putyovkası ilə təmin olunması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyəti xaricindədir. İddiaçı (hal-hazırda pensiya almaq hüququ olan hərbi qulluqçu olduğundan) sanatoriya-kurort putyovkaları ilə bağlı tələb yönəldilə bilən subyekt qismində çıxış edə bilməz. Qeyd olunanlara əsasən iddia tələbinin mümkün sayılmaması xahiş olunmuşdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etmədiyindən və ərizə ilə məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyinin nəzərə alınmaqla, işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X10 İdarəsinin nümayəndəsi X7 məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X2 etirazda qeyd olunanları müdafiə edərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə cavabdehlərin nümayəndələrinin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarından görünür ki: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X10 İdarəsinin İddiaçı ünvanladığı 14.10.2021-ci il tarixli 024-65620B-4221 saylı məktubunda qeyd olunmuşdur ki, onun Naxçıvan “Duzdağ» fizioterapiya mərkəzində müalicə olunmağına köməklik göstərilməsi barədə elektron poçt vasitəsilə Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanlanmış müraciətinə baxılmış və bildirilmişdir ki, qaldırdığı məsələ Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid olmadığından müraciətinə baxılması dayandırılmışdır. Daxili İşlər Nazirliyi üzrə təqaüdçülərin təminatı və digər məsələləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirildiyindən qaldırdığı məsələ ilə bağlı aidiyyəti üzrə həmin quruma müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İddiaçı ünvanladığı 27.03.2021-ci il tarixli **********2 saylı məktubunda qeyd olunmuşdur ki, onun sanatoriya-kurort putyovkası ilə təmin olunmağı ilə bağlı Azərbaycan Respublikası Milli X5 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş müraciətinə Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyində baxılmışdır. Bildirirlər ki, Azərbaycan Respublikas Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 saylı Qərarı ilə təsdiq edilmiş müvafiq Qaydalar ilə müəyyən olunmuş imtiyazlı şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri tərəfindən putyovka ilə növbəlilik qaydasında təmin olunurlar. Eyni zamanda bildirirlər ki, qeyd olunan Qərarla təsdiqlənmiş müvafiq qaydaya əsasən (Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması) "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq əlilliyə görə pensiya almaq hüququ olan hərbi qulluqçuların sanatoriya-kurort putyovkası itə təmin olunması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyəti xaricindədir. Qeyd olunan hərbi qulluqçular zəruri sənədləri (sanatoriya-kurort kartasını və ərizəni) aidiyyəti üzrə müvafiq orqana təqdim etməklə növbəlilik qaydasında putyovka ilə təmin olunurlar. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən 25.02.2022-ci il tarixli 375-422-1222 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş 24.02.2022-ci il tarixli 75 nömrəli arxiv arayışından görünür ki, həqiqətən də baş leytenant X3 N () saylı hərbi hissənin tərkibində həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır: - Daxili qoşunların komandanının 29.01.1993-cü il tarixli 93 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin 03.02.1993-cü il tarixli 33 №-li əmrilə baş leytenant hərbi rütbəsində Nizami RHK-dan ehtiyatdan çağırılmış hesab edilərək, hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, kimya müdafiə bölüyü komandirinin müavini vəzifəsinə təyin edilmişdir; - N saylı hərbi hissə komandirinin 07.03.1993-cü il tarixli 62 №-li əmrilə 07 mart 1993-cü il tarixdən 05 aprel 1993-cü il tarixədək xidməti ezamiyyətə getmiş hesab edilmişdir (əmrdə ezamiyyət yeri qeyd edilməyib və əmrdə adı Bədəlov M.A. kimi qeyd edilmişdir); - N saylı hərbi hissə komandirinin 06.04.1993-cü il tarixli 92 №-li əmrilə Ağdam bölgəsində ezamiyyət müddəti 05 aprel 1993-cü il tarixdən 04 may 1993-cü il tarixədək artırılmışdır (əmrdə adı Bədəlov M.A. kimi qeyd edilmişdir); - N saylı hərbi hissə komandirinin 27.04.1993-cü il tarixli 110 №-li əmrilə 22 mart 1993-cü il tarixdən 16 aprel 1993-cü il tarixədək Bakı şəhərində mərkəzi hərbi qospitalda müalicədə hesab edilmiş, 17 aprel 1993-cü il tarixdən 26 aprel 1993-cü il tarixədək xəstəliyinə görə məzuniyyətə getmiş və 27 aprel 1993-cü il tarixdə xəstəliyə görə məzuniyyətdən gəlmiş hesab edilmişdir; - N saylı hərbi hissə komandirinin 05.05.1993-cü il tarixli 117 №-li əmrilə 30 aprel 1993-cü il tarixdən DİN-in qospitalında müalicədə hesab edilmişdir (əmrdə adı Bədəlov M.A. kimi qeyd edilmişdir); - N saylı hərbi hissə komandirinin 02.06.1993-cü il tarixli 143 №-li əmrilə 02 iyun 1993-cü il tarixdə DİN-in qospitalından müalicədən gəlmiş hesab edilmişdir (əmrdə adı Bədəlov M.A. kimi qeyd edilmişdir); - N saylı hərbi hissə komandirinin 07.06.1993-cü il tarixli 147 №-li əmrilə hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə torpaqlarımızın ərazi bütövlüyü uğrunda 07 mart 1993-cü il tarixdən 21 mart 1993-cü il tarixədək Ağdam, Ağdərə və Laçın bölgələrində gedən döyüşlərdə iştirak etdiyinə görə üç qat məbləğində məvacib verilmişdir; - Daxili qoşunların komandanının 08.06.1993-cü il tarixli 376 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin 18.06.1993-cü il tarixli 158 №-li əmrilə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 03 noyabr 1992-ci il tarixli qanununa əsasən 18-ci maddənin “V” bəndinə (xəstəliyə görə) müvafiq olaraq kimya müdafiə bölüyü komandirinin müavini vəzifəsindən azad edilib, Silahlı Qüvvələrə ehtiyata buraxılmaqla hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır. Məhkəmə araşdırması zamanı iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, iddia ərizəsində iki inzibati orqan cavabdeh qismində qeyd olunsa da, iddia tələblərinin hansı cavabdehə konkret olaraq yönəldiyi müəyyən olunmamış; iddia tələblərinin bir hissəsi üzrə cavabdehlərə müraciət olunması barədə iddia ərizəsinə sübut əlavə olunsa da, digər hissələrlə bağlı cavabdehlərə müraciət olunması ilə bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə araşdırması zamanı iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək, iddia tələbinin və iddiaya cavab verməli olan şəxsin dəqiqləşdirilməsinin təklif olunması barədə 06 aprel 2022-ci il tarixli məktub göndərilsə də (iddiaçıya göndərilən bildirişlər poçtun “Ünvançı məkub qəbul etmir” qeydi ilə geri qaytarıldığından məhkəmənin “mail”indən iddiaçıya məxsus “mail”ə göndərilmişdir) iddiaçı tərəfindən iddiada yol verilmiş formal xətalar aradan qaldırılmamış və iddia tələbi dəqiqləşdrilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2002-ci il tarixli 128 №li qərarı ilə təsdiq olunmuş “Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması” Qaydalarının 2-ci bəndində göstərilmişdir ki, Hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriya-kurort putyovkalarının qiymətinin 75 faizi, onların hər bir ailə üzvü üçün isə putyovkaların qiymətinin 50 faizi məbləğində pul kompensasiyası hər il təsdiq edilən dövlət büdcəsində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidməti, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə nəzərdə tutulmuş vəsait hesabına ödənilir. Qaydaların 3-cü bəndində göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, pensiya alan hərbi qulluqçulara Azərbaycan Respublikasının ərazisində yerləşən sanatoriya-kurort müəssisələrinə verilən putyovkaların (yollayışların) dəyərinin ödənilməsi dövlət sosial müdafiə fondunun hər il təsdiq edilən büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir. Qaydaların 4-cü bəndində göstərilmişdir ki, sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsini almaq üçün hərbi qulluqçular tibb müəssisəsi tərəfindən verilmiş sanatoriya-kurort kartasını və ərizələrini müvafiq orqana təqdim etməklə növbəyə götürülərək putyovkalarla təmin olunurlar. Qaydaların 5-ci bəndində göstərilmişdir ki, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkaları almaqdan ötrü hərbi qulluqçular ərizələrini müvafiq orqana təqdim edib növbəyə götürülməklə təmin olunurlar. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X10 İdarəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “sanatoriya-kurort putyovkası ilə təmin olunması”na dair hazırki iddiasına mövcud vəziyyətdə baxıla bilməz. Bundan əlavə iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehlərin hər birindən mənəvi ziyanın ödənilməsi tələb olunsa da, məhkəməyə iddia ərizəsi ilə müraciət olunmazdan əvvəl qeyd olunan tələblə bağlı cavabdehlərə müraciət olunmamışdır. Qeyd olunanları nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və İPM-nin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X10 İdarəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “sanatoriya-kurort putyovkası ilə təmin olunma” tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar