Məhkəmə qərarları › İş №2-1(112)-4000/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4000/2024

22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4000/2024 22.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklıə "çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 adına verilmiş xx.xx.2013-cü il tarixi RX seriyalı ******* №-li Çıxarışın və ona əsas olan qeydin ləğvi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 noyabr 2008-ci il tarixdən Bakı şəhəri, Nəsimi rayonu Səməd Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92“a” nömrəli binanın zirzəmisindəki 18,0 kv. metr ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi olan 6 saylı qarajın həmin anda mülkiyyətçisi olmuş, həmin qarajı alqı-satqı müqaviləsi ilə "X10 Turizm Sənaye və Ticarət" Limited Şirkətdən almış və 05 noyabr 2008ci il tarixdə adına verilmiş MH seriyalı, № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən İddiaçı adma rəsmiləşdirmişdir. Həmin qarajın mülkiyyətçisi və vicdanlı sahibi olmağına baxmayaraq, ona məxsus MH seiyalı, № ******* saylı Çıxarışı, cavabdeh tərəfindən keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləıi Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Revestri Xidmətinin Bakı səhər Ərazi İdarəsinin (hazırda Bakı şəhəri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin) bir qrup əməkdaşları ilə Nəsimi rayon İcra Şöbəsinin icra məmuru əlbir olaraq, onun mülkiyyət hüququnu pozaraq, qarajını onun xəbəri və razılıq ərizəsi olmadan, məhkəmə qərardadı olmadan, ilkin qiymətləndirmə aktı və rəyi olmadan, hərracın keçirilməsi barədə heç bir protokolu və sifariş məktubu vermədiyinə baxmayaraq, həmin sənədləri düzgün, obyektiv araşdırma aparılmadan, Nəsimi rayon İcra Şöbəsinin keçmiş icra məmuru X8 tərəfindən saxta sənədlərlə qəbul edilmiş 22 may 2013-cü il tarixli qərarla qanunsuz və əssasız olaraq qeyri-qanuni yollarla Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28 iyun 2013-cü il tarixli, RX seiyalı № ******* nömrəli Çıxarışı X2 adına vermişlər. Cavabdeh iddia tələbinə etiraz verərək iddianın mümükün sayılmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbində qeyd olunan qeyri-yaşayış sahəsi Nəsimi rayon icra şöbəsinin qeyri-yaşayış sahəsinin borc əvəzində X2 adına keçirilməsi ilə bağlı xx/xx-3259/3 saylı, xx.xx.2013-cü il tarixli məktubu və ona əlavə edilmiş Nəsimi rayon Məhkəməsinin Nəsimi rayon icra şöbəsinin təqdimatının qeri qaytarılması barədə 2(006)- 2034/2013 saylı, 16 may 2013-cü il tarixli qərardadı, Nəsimi rayon icra şöbəsinin əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə qərarı, Azərbaycan Respublikası "xxxx" MMC-nin 09 aprel 2012-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatı, Nəsimi rayon icra şöbəsinin X3 ünvanladığı təklif məktubu, qeyri-yaşayış sahəsinin borc əvəzi qəbul edilməsi ilə bağlı tələbkarın cavab məktubu əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. İddiaçı iddia tələbində qeyd olunan qeyri-yaşayış sahəsinin qeydiyyatının ləğvinə dair Ali Məhkəməyə qədər qanuni qüvvəsini almış bir neçə məhkəmə mübahisəsi olmuşdur. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 92a nömrəli binanın zirzəmisindəki 18.0 kv.m ümumi sahədə qeyri-yaşayış sahəsinin (6 saylı qaraj) borc əvəzinə X2 adına keçirilməklə rəsmiləşdirilməsi barədə Nəsimi Rayon İcra Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2013-cü il tarixli qərarın ləğv edilməsi barədə iddia qaldırmış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2695/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-145/2013 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2695/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarı ləğv edilmiş və iddia tələbi təmin edilməmiş, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-145/2013 saylı xx.xx.2014-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 100/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı ilə İddiaçı cavabdehlər Nəsimi Rayon İcra Şöbəsinin rəisi Nazim Nərimanova və böyük icra məmuru Səbuhi Məmmədova qarşı üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə qanunsuz və əsassız olaraq Nəsimi Rayon İcra Şöbəsi tərəfindən ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 92a nömrəli binanın zirzəmisindəki 18.0 kv.m ümumi sahədə qeyri-yaşayış sahəsinin (6 saylı qaraj) X2 adına keçirmək rəsmiləşdirilməsi barədə verilən 17/70-182/3 saylı, xx.xx.2013-cü il tarixli Təklif və verilən qərarların və sənədlərin ləğv edilməsi, "xxxx" MMC-nin adından saxta tərtib edilmiş Qeyd № 12-194, xx.xx.2012-ci il tarixli saxta əmlak qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilən bütün sənədlərin etibarsız hesab edilərək ləğv edilməsi barədə qərar çıxarılması və icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1462/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-100/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Ali Məhkəmənin 2-1(102)-197/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1462/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ƏMDK yanında DƏDRX təəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi və s. tələbi ilə Səbail Rayon Məhkəməsinı müraciət etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-1019/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə iddia tələblərinə dair hissədə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3288/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə işi aidiyyət məsələsini həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2795/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə sonrakı prosessual hərəkətlərin aparılması üçün iş materialları Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin 2-1(102)-626/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2795/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı cavabdeh Nəsimi Rayon İcra Şöbəsinə, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və X1rşı ƏMDK yanında DƏDRX təəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi və s. tələbi ilə məhkəmə müraciət etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2682/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-343/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2682/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2-1(102)-848/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-343/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsində istifadədə olan 0.2799 ha torpaq sahəsində yerləşən 92 a saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (6 saylı qaraj) X2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqi qeydiyyatının ləğv edilərək onun əsasında X2 adına verilən ******* nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-639/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-273/19 saylı 07 fevral 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-639/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2-1(102)- 1976/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 273/19 saylı 07 fevral 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sözügedən qərarın əsaslandırma hissəsində də qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində istifadədə olan 0.2799 ha torpaq sahəsində yerləşən 92 a nömrəli binanın zirzəmisində 18.0 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin (6 saylı qaraj) X2 adına rəsmiləşdirilməsi barədə Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2013-cü il tarixli qərarın qanuniliyi və əsaslılığına qüvvədə olan məhkəmə aktları ilə hüquqi qiymət verilmiş və sözügedən qərar qüvvədədir. Daşınmaz əmlakın dövlət reyestrində **********80-05301-083015 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 92a nömrəli binanın zirzəmisindəki 18.0 kv.m ümumi sahədə qeyri-yaşayış sahəsi ilə bağlı dövlət reyestrində 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2inz(81)-2695/2013 saylı, xx.xx.2013 tarixli qərardadı, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1019/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərardadı, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3964/2014 saylı, xx.xx.2014-cü il tarixli qərardadı, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 3879/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə həbslər, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16(006)-315/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi, Nəsimi Rayon Məhkəməsinin 16(006)- 193/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə isə qadağalar mövcuddur. Məhkəmə iclasında tərəflərlə iddianın mümkünlüyü ilə bağlı məsələlər müzakirə edildi. İddiaçı iddianın mümkün hesab edilərək baxılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia tələbindən göründüyü kimi, iddiaçı fiziki şəxsin əmlak hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. İstinad edilən Plenum qərarlarındakı hüquqi mövqelərdən görünür ki, reyestrdə aparılmış qeyd və onun əsasında verilmiş çıxarış inzibati akt sayılmır və qeydin aparılması əsas inzibati aktdırsa, həmin inzibati akt, inzibati məhkəmə icraatı qaydasında, qeydin aparılmasına əsas mülki hüquqi əqddirsə, həmin əqdin əsaslılığı mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçı daha əvvəllər də hazırkı iddia tələbinin predmeti ilə bağlı eyni iddianı qaldırmış və iddia tələbinə hüquqi qiymət verilmişdir. Belə ki, İddiaçı cavabdeh Nəsimi Rayon İcra Şöbəsinə, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və X1rşı ƏMDK yanında DƏDRX təəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi və s. tələbi ilə məhkəmə müraciət etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2682/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2682/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə iddiası tələbi mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-343/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2682/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2-1(102)-848/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-343/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsində istifadədə olan 0.2799 ha torpaq sahəsində yerləşən 92 a saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (6 saylı qaraj) X2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqi qeydiyyatının ləğv edilərək onun əsasında X2 adına verilən ******* nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-639/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 273/19 saylı 07 fevral 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-639/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2-1(102)-1976/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-273/19 saylı 07 fevral 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sözügedən qərarın əsaslandırma hissəsində də qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində istifadədə olan 0.2799 ha torpaq sahəsində yerləşən 92 a nömrəli binanın zirzəmisində 18.0 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin (6 saylı qaraj) X2 adına rəsmiləşdirilməsi barədə Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2013-cü il tarixli qərarın qanuniliyi və əsaslılığına qüvvədə olan məhkəmə aktları ilə hüquqi qiymət verilmiş və sözügedən qərar qüvvədədir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı: 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə tərəfindən iddia hüquqi cəhətdən iki mərhələdə yoxlanılır. İlkin mərhələdə iddianın mümkünlüyü şərtlərinin mövcud olub-olmaması yoxlanılır. Yalnız iddianın mümkün sayıldığı təqdirdə məhkəmə tərəfindən növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri tərəflərin təşəbbüsündən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərinin ödənilmədiyi hallarda iddianın əsaslılığının yoxlanılması və ona mahiyyəti üzrə baxılması istisna edilir. Bu yanaşma məhkəmə qənaəti prinsipinin məqsədlərinə xidmət edir. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur. Göründüyü kimi hazırda irəli sürülən iddia tələbləri ilə bağlı məhkəmə aktları mövcuddur. Nəzərə alınmalıdır ki, İPM-nin 45.5, 45.5.1 və 78-ci maddələri adıçəkilən Plenum Qərarının 15.6-cı bəndinin tələbləri də nəzərə alınmaqla iddiaya mahiyyəti üzrə baxılmasını istisna etməklə, iddianın mümkün sayılmaması üçün əsas yaratmışdır. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə yuxarıda qeyd olunan qərarlar qüvvədə olduğundan, iddia tələbi mümkünlük şərtlərini ödəmir. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklıə "çıxarışın ləğv edilməsi” barədə iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar