Məhkəmə qərarları › İş №2-1(112)-402/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-402/2022

13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-402/2022 13.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC-nin **********4345 saylı qərara əsasən 3000 manat miqdarında və xx.xx.2020-ci il tarixli **********4345 saylı qərara əsasən 6.000 manat miqdarında vergi məsuliyyətinə cəlb olunması barədə qərarların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC xx.xx.2020-ci il tarixli DVX 000274 savlı aktlara əsasən **********4345 saylı qərara əsasən 3000 manat miqdarında və xx.xx.2020-ci il tarixli DVX 000707 saylı akta əsasən qəbul olunmuş **********4345 saylı qərara əsasən 6.000 manat miqdarında vergi məsuliyyətinə cəlb olunmuşdur. İddiaçı hər iki qərarın əsassız olduğunu hesab etmiş və bu səbəbdən də onların ləğv olunmasını istəyir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli DVX 000274 saylı akt Ağcabədi rayonunda yerləşən "Optimal Elektronika” MMC-nin mağazasında guya nəzarət kassa aparatının çeki təqdim edilməmişdir. Aktdan görünür ki, aktı tərtib edən və imzalayan şəxsin adı X2r. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli DVX 000707 saylı akt Sabirabad rayonunda yerləşən İddiaçı MMC-nin mağazasında guya vətəndaş X3 ödədiyi 100 manat pul həmin mağazanın nümayəndəsi tərəfindən kassaya mədaxil edilməmiş, nəzarət kassa aparatının enerjisi olmadığından həmin məbləğ bərpa olunmadı və “NKA-nın işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı” obyektdə olmadığından məbləğ kitaba işlənilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini X11 tərəfindən qəbul olunmuş **********4333 saylı xx.xx.2020-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində ikinci dəfə yol verildiyinə görə 3000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini X11 tərəfindən qəbul olunmuş **********4345 saylı xx.xx.2020-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.3-cü maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində üçüncü dəfə yol verildiyinə görə 6000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini X11 tərəfindən qəbul olunmuş **********4345 saylı xx.xx.2020-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.3-cü maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində üçüncü dəfə yol verildiyinə görə 6000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Yazaraq bildiririk ki, qərarların hər ikisi qanunsuz və əsassızdır. Belə ki, mağazalarımızda kassa çekləri dərhal müştərilərə verilir. Yazaraq bildiririk ki, qərarların hər ikisi qanunsuz və əsassızdır. Belə ki, mağazalarımızda kassa çekləri dərhal müştərilərə verilir. Məhkəmə tərəfindən İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin dəqələşdirilməsi təklif edilmiş və məhkəmənin xx.xx.2020-ci il tarixli hüquqi yardım məktubu poçt vasitəsilə iddiaçıya təqdim edilmişdir. Bakı İnzibati Məhkəmənin 2-1(112)-2092/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia geri götürülmüş sayılmaqla icraata xitam verilmişdir. İddiaçı tərəfindən məhkəmənin qərardadından apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1653/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: A.B.Nuriyeva və S.İ.Bəktaşi) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2092/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilərək, sonrakı prossesual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərəfindən İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin dəqələşdirilməsi təklif edilmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli hüquqi yardım məktubu poçt vasitəsilə iddiaçıya təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində dəqiqləşmə apararaq “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-nin 3000 manat miqdarında vergii məsuliyyətinə cəlb edilməsi barədə **********4333 saylı 25.08.202-ci il tarixli qərarının və İddiaçı MMC-nin 6000 manat miqdarında vergi məsuliyyətinə cəlb ediləsi barədə **********44345 saylı xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi”ni məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məkəmənin 2-1(112)-402/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi (iddia ərizəsinə əlavə olaraq) icraata qəbul edilmişdir. Məhkəmə tərəfindən İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya İPM-nin 24.1-ci maddəsinin tələbləri izah edilmiş, təkrar hüquqi yardım göstərilərək iddia tələbinin dəqələşdirilməsi təklif edilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubu poçt vasitəsilə iddiaçıya təqdim edilmişdir. Bakı İnzibati Məkəmənin 2-1(112)-402/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının buraxılmış prosessual müddətin bərpasına dair icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbardar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddianı qəbul etməyərək iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək inzibati iş üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən iddiaçı barəsində xx.xx.2020-ci il tarixli məsuliyyət qərarı qəbul edilməmişdir. Onuda qeyd edək ki, iddiaçı tərəf iddia tələbinin xahiş etdim hissəsində 3000 və 6000 manat maliyyə sanksiyalarının ləğv edilməsinin xahiş etməsinə baxmayaraq eyni nömrəli qərarların ləğvini məhkəmədən xahiş etmişdir. Bildiririk ki, 5 saylı Ərazi Vergilər İdarəsinnin xx.xx.2020-ci il tarixli **********1551 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarına əsasən xx.xx.2020-ci il tarixində Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə (**********) məxsus “X7 malları” (**********-68001) mağazasında Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi(ləri) üzrə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı müştəri X8 tərəfindən alınmış mala görə ödənilmiş 100 manat məbləğin NKA-a vurulmadığı və müştəriyə çek verilmədiyi aşkar edilmiş və nəticəsi xx.xx.2020-ci il tarixli DVX N°000707 nömrəli “Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla rəsmiləşdirilmişdir. Tərtib olunmuş aktla nümayəndə X4 tərəfindən heç bir üzrlü səbəb göstərmədən tanış olmaqdan və imza etməkdən imtina etmişdir. Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq, Departamentin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********4345 nömrəli qərarı (bundan sonra “Qərar”) ilə vergi ödəyicisi İddiaçınə 6000.00 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi, iddiaçı tərəfindən yuxarıda qeyd edilən hala üçüncü dəfə yol verildiyi üçün 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh etiraza əlavə ərizəsində qeyd etmişdir ki, daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək xx.xx.2020-ci il tarixli **********4345 nömrəli və xx.xx.2020-ci il tarixli **********4333 nömərli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Nəzərinizə çatdırırıq ki, xx.xx.2020-ci il tarixli **********4345 nömrəli qərara dair münasibət cavabdehin etirazında bildirilmişdir. xx.xx.2020-ci il tarixli **********4333 nömrəli qərarla bağlı aşağıdakıları bildiririk: Bildiririk ki, 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020ci il tarixli **********1353 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən Ağcabədi şəhəri, H.Aslanov küçəsində yerləşən İddiaçınə (**********) məxsus **********-34001 kodlu mağazada Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi(ləri) üzrə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı müştəri tərəfindən alınmış 1 (bir) ədəd Yupiter YP535 markalı mala görə saat 16:03:06-da nağd qaydada 12(on iki) manat ödənildi, lakin ödəniş müqabilində yalnız F00352668 nömrəli mədaxil qəbzi təqdim edildi, nəzarət kassa aparatının çeki təqdim edilmədi. Vergi orqanının əməkdaşı tərəfindən satıcı X9 (bundan sonra satıcı) əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı bildirilmiş,satıcı tərəfindən vergi əməkdaşına nəzarət-kassa aparatından “X” hesabatları və uçotdan yayındırılmış məbləğin bərpa çekinin alınmasına şərait yaradılmamışdır.Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinin tələbinin pozulmasına görə satıcı X5 iştirakı ilə cəmiyyətə məxsus obyektdə xx.xx.2020-ci il tarixli DVX seriyalı 000274 nömrəli akt tərtib edilmiş, satıcı heç bir əsas və səbəb göstərmədən aktı imzalamaqdan və sürətini almaqdan imtina etmişdir. Aktın sürəti xx.xx.2020-ci il tarixli **********559600 nömrəli məktubla cəmiyyətin hüquqi ünvanına göndərilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - xx.xx.2020-ci il tarixli **********4333 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın surəri; - xx.xx.2020-ci il tarixli **********4345 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın surəri; - xx.xx.2020-ci il tarixli **********1551 “Operativ vergi nəzarətinin həyata keçirilməsi” haqqında Qərarın surəti; - xx.xx.2020-ci tarixli **********1992 “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın surəri; - “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” DVX seriyalı 000707 nömrəli xx.xx.2020-ci il tarixli Aktın surəti; - “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” DVX seriyalı 000274 nömrəli xx.xx.2020-ci il tarixli Aktın surəti; - xx.xx.2018-ci il tarixli **********8928 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi” haqqında Qərarın surəti; - xx.xx.2020-ci il tarixli **********1353 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi” haqqında Qərarın surəti; - məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il taixli “Məlumatların təqdim edilməsi barədə”məktubu; - “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********4334 nömrəli Tələbnamənin surəti; -“Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********4346 nömrəli Tələbnamənin surəti;

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) İddia inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir.( İPM-nin 2.2.1-ci və 32.1-cü maddələri). İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmənin Bakı İnzibati 2-1(112)-402/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının “prosessual müddətin bərpasına dair” ərizəsi təmin edilərək, İddiaçı MMC barəsində cavabdeh tərəfindən qəbul edilmiş **********4333 saylı xx.xx.2020-ci il tarixli və **********4345 saylı xx.xx.2020-ci il tarixli qərar üzrə buraxılmış iddia müddəti bərpa edilmişdir. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və cavadehin hüquqi ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş iddiaçının səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. İddia əsaslı olmadığından təmin edilməməlidir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız iddiadır. İş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh vergi orqanın “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********1353 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçıya məxsus İddiaçı Mağazasında (ünvan:AZ 0400, Ağcabədi rayonu, Ağcabədi şəhəri, H.Aslanov küçəsi00) Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh vergi orqanı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçıya məxsus İddiaçı X6 (ünvan:AZ 0400, Sabirabad rayonu, Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi) Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, cavabdeh vergi orqanının əməkdaşları tərəfindən DVX seriyalı 000274 nömrəli xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında xx.xx.2020ci il tarixli, DVX 000274 nömrəli akta qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə saat 16:03:06-da Operativ vergi nəzarəti zamanı ünvan 4 ünvanında yerləşən mağazada (X1) aparılmış OVN nəticəsində 1(bir) ədəd Yupitor YP 535 markalı televizor alınmış və həmin televizora 12 manat məbləğində ödəniş edilmişdir. Ödənilmiş məbləğ müqabilində NKA çeki təqdim edilməmişdir. Araşdırma zamanı ödənilmiş məbləğin NKA-ya mədaxil edilmədiyi müəyyən olunmuşdur. Yayındırılmış məbləğ saat 16:13:50-də cəmiyyətin nümayəndəsi (işçisi) tərəfindən N136 nömrəli çek yoxlamaya təqdim edilmişdir. Təqdim edilmiş çekin üzərinə baxış zamanı malın adı Singer 1507 qeyd edilmşdir. Nəticə olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9 maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli, 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16 bəndinin tələbləri pozulmuş və buna görə də İddiaçı MMC barəsində Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Akt vergi ödəyicisinin nümayəndəsi tərəfindən imzalanmamışdır. İş materiallarından görünür ki, cavabdeh vergi orqanının əməkdaşları tərəfindən DVX seriyalı 000707 nömrəli xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında xx.xx.2020ci il tarixli, DVX 000707 nömrəli akta qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə saat 16:00-da Operativ vergi nəzarəti zamanı Sabirabad rayonu, İ.İsgəndərov ünvanında yerləşən mağazada (Optimal Elektronika X6) aparılmış OVN nəticəsində X8 tərəfindən alınmış soyuducuya görə ödədiyi 100 (yüz) manat dəyərində məbləğ ödəniş edilmişdir. Ödənilmiş məbləğ həmin magazanın nümayəndəsi tərəfindən nəzarət kassa aparatına mədaxil edilmədiyi və ödənilmiş məbləğ müqabilində NKA çeki təqdim edilmədiyi aşkar edilmişdir. NKA-nın enerjisi olmadığı səbəbindən həmin məəbləğ 16:00 radələrində bərpa olunmamışdır və NHK-nın işləmədiyi dövrdə aparılan “əməliyyatların uçotu kitabı” obyektdə olmadığından məbləğ kitaba işlənilməmişdir. Nəticə olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9 maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli, 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16 bəndinin tələbləri pozulmuş və buna görə də İddiaçı MMC barəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Akt vergi ödəyicisinin nümayəndəsi tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********1992 saylı qərarı ilə İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2020-ci il tarixədək 1000 (min) manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 25.08 2020-ci il tarixli, **********4333 saylı qərarı ilə İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində ikinci dəfə yol verdiyinə görə vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2020-ci il tarixədək 3000 (üç min) manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 25.08 2020-ci il tarixli, **********4345 saylı qərarı ilə İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.3-cü maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində ikinci dəfə yol verdiyinə görə vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2020-ci il tarixədək 6000 (altı min) manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 1-ci maddəsinə əsasən bu Məcəllə Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. - 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. ... - 16.1.9-ci maddəsinə əsasən lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisiunin vəzifəsidir. ... - 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; - 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarıdır. 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifəsidir. ... - 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; ... - 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; ... - 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. - 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. - 50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. ... - 53.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. ... - 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. -58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: - 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; - 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; - 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən aşağıdakılar müəyyən edilir: Cavabdenin **********1353 nömrəli xx.xx.2020-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən iddiaçıya məxsus (AZ 0400, Ağcabədi rayonu, Ağcabədi şəhəri, H.Aslanov küçəsi00) ünvanda yerləşən İddiaçı Mağazasında nəğd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi(ləri) üzrə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı müştəri tərəfindən alınmış mala görə ödənilmiş məbləğin NKA-a vurulmadığı və müştəriyə çek verilmədiyi aşkar edilmiş və nəticəsi xx.xx.2020-ci il tarixli DVX 000032 nömrəli “Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla rəsmiləşdirilmişdir. İddiaçının işçisi (satıçı) X9 əhali və pul hesablaşmalarının aparılması qaydası pozulması faktı bildirilmiş, satıcı tərəfindən vergi əməkdaşlarına nəzarət kassa aparatında “X” hesabatın və uçotdan yayındırılımış məbləğin bərpa edilməsi və çekin çıxarılmasına şərait yaradılmamışdır. Cavabdehin **********1551 nömrəli xx.xx.2020-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı ilə iddiaçıya məxsus (ünvan:AZ 0400, Sabirabad rayonu, Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi) ünvanında yerləşən İddiaçı X6 nəğd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi(ləri) üzrə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı müştəri tərəfindən alınmış mala görə ödənilmiş məbləğin NKA-a vurulmadığı və müştəriyə çek verilmədiyi aşkar edilmiş və nəticəsi xx.xx.2020-ci il tarixli DVX 000707 nömrəli “Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla rəsmiləşdirilmişdir. Qeyd edilənlərlə əlaqədar olaraq, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********4333 saylı xx.xx.2020-ci il tarixli qərarının nömrəli qərarı ilə iddiaçıya 3000 manat maliyyə sanksiyası və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********44345 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə 6000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilən qərarlardan da görünür ki, iddiaçı müvafiq pozuntuya dəfələrlə yol vermişdir. Belə ki, iddiaçı tərəfindən ilk dəfə xx.xx.2020-ci il tarixdə müvafiq pozuntuya yol verilmiş və cavabdeh inzibati orqan tərəfindən onun barəsində 1000 manat həcmində maliyyə sanksiyası tətbiq edilərək qərar qəbul edilmişdir. Həmin qərar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Qeyd edilən əməllər daha sonra davam edərək yenidən pozuntuya yol verilmiş və iddiaçı barəsində mübahisə predmeti olan qərarlar qəbul edilmişdir. Mübahisələndirilən qərarlar qəbul edilərkən, yəni inzibati icraat həyata keçirilərkən iddiaçının əməkdaşı tərəfindən göstərilən halların baş verməməsi ilə bağlı hər hansı təkzib edici materiallar (NKA-ya vurulmaya dair hər hansı sübut və müvafiq çek) yoxlayıcı orqanın nümayəndəsinə təqdim edilməmişdir. Beləliklə məhkəmə araşdırması zaman müəyyən edilmişdir ki, vergi orqanı tərəfindən keçirilən vergi yoxlaması və bütün hərəkətlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirilmiş və bu hərəkətlərin həyata keçirilməsi zamanı vergi orqanı tərəfindən heç bir pozuntuya yol verilməmişdir. Məhkəmə iddianın dəlillərini əsaslı hesab etmir, mübahisə predmeti olan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş **********4333 saylı xx.xx.2020-ci il tarixli və **********44345 saylı xx.xx.2020-ci il tarixli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarları qanunidir və ləgv edilməsi üçün əsas yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş marerialarında olan sənədlərdən məlum olur ki, iddiaçı əhali ilə pul hesablaşmalarının aparılması qaydasını pozmuş və vergi ödəyicisi tərəfindən pul vəsaitlərinin uçotdan gizlədilməsi, vergidən yayınma və vergilərin düzgün hesablanmamasına şəraitin yaradılması halı dövlət büdcəsinə çatası vergini azltmaq məqsədi daşımış hesab edilir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar