Məhkəmə qərarları › İş №2-1(112)-4190/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4190/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4190/2025 29.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərək xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri (11.6) bəndinin mütəxəssislər (b) yarımbəndində qazanxana işləri ilə məşğul olan ustalar (böyük ustalar) vəzifəsi və nəqliyyat bölməsinin (21) dəniz və çay donanması bəndinin (21.2) üzən heyət yarımbəndində (b) dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) bütün adlarda maşinistlər vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 3 noyabr 1982-ci il tarixli ИT-l ******* nömrəli əmək kitabçasında və Azərbaycan Respublikası Müdafiə Nazirliyi 328 №-li Hərbi Hissənin ona dair 25 sentyabr 2024-cü il tarixli 35 nömrəli arayışında xx.xx.1990-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə ÜT-74-də maşinist, xx.xx.2019-cu il tarixindən bugünədək isə N nömrəli gəmi-gövdə təmiri sahəsində baş istehsalat ustası vəzifələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi sahə həmin arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə, çalışdığı baş istehsalat ustası vəzifəsi isə yuxarıda göstərilən usta və böyük ustalara aid deyil. Eyni zamanda, işlədiyi müddətdə qazanxana işləri ilə məşğul olub-olmaması barədə həmin arayışda da hər hansı məlumat qeyd olunmamışdır. Göstərilən səbəblərdən də, güzəştli iş stajı 12 il 6 aydan az (5 il 2 ay 20 gün (xx.xx.1985-xx.xx.1990-cı il tarixləri arasındakı dövr)) təşkil etmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1985-ci il tarixindən xx.xx.1990-cu tarixədək N nömrəli hərbi hissənin (əvvəlki N nömrəli gəmi-təmir Zavodunda) N nömrəli istehsalat sahəsinin gəmi-gövdə təmirçisi, xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək N nömrəli hərbi hissənin (əvvəlki N nömrəli gəmi-təmir zavodunda) ÜT-74-də (Üzən Tərsanə-74) 2-ci dərəcəli maşinist vəzifəsində, xx.xx.2019-cü il tarixdən xx.xx.2024-cü il tarixədək N nömrəli hərbi hissənin N nömrəli gəmi-gövdə (kotelni sahəsi) istehsalat sahəsində baş istehsalat ustası vəzifəsində işlədiyi nəzərə alınaraq iddiaçının pensiya hüququnun təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, ona 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. Təhsil alma müddəti 1995-2020 il tarixləri arasını əhatə edir. Əmək fəaliyyətinə 1981-ci il tarixdə başlamış, müvafiq tarixlərdə müxtəlif müəssisələrdə fərqli-fərqli vəzifələrdə çalışmışdır. Ümumi əmək stajı 41 ildən çoxdur. İddiaçı xx.xx.1985-ci il tarixindən xx.xx.1990-cu tarixədək N nömrəli hərbi hissənin (əvvəlki N nömrəli gəmi-təmir Zavodunda) N nömrəli istehsalat sahəsinin gəmi- gövdə təmirçisi, xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək N nömrəli hərbi hissənin (əvvəlki N nömrəli gəmitəmir zavodunda) ÜT-74-də (Üzən Tərsanə-74) 2-ci dərəcəli maşinist vəzifəsində, xx.xx.2019-cü il tarixdən xx.xx.2024-cü il tarixədək N nömrəli hərbi hissənin N nömrəli gəmi-gövdə (kotelni sahəsi) istehsalat sahəsində baş istehsalat ustası vəsizəsində işləmişdir. Habelə əmək kitabçasından görünür ki, iddiaçı uzun illər istehsalatda zərərli peşlər və vəzifələr siyahısına aid olan sahələrdə fəaliyyət göstərmiş, hətta bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissənin xüsusi arayışı mövcudur. İddiaçının fəaliyyət göstərdiyi sahələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr və vəzifələr siyahısına aidir. Cavabdeh qazanxana işləri ilə məşğul olmağı barədə sənədin olmamasını əsas gətirmişlər. Halbuki, iddiaçının fəaliyyət göstərdiyi vəzifələr gəmi-təmiri zavodunun nəzdində iş yeri dəniz səviyyəsində 3 metr dərinlikdə olmuşdur. Fəaliyyət göstərdiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş siyahısını 21.2-ci bəndində 74 koduna aiddir. Bu o deməkdir ki, iddiaçının zərərli və ağır işlərdəki iş stajı 13 il təşkil edir. Bu stajı əmək pensiyaları haqqında qanunda qeyd edilən şərtlərlə uyğun gəlir və onun pensiya hüququnun təminatını yaradır. Başqa sözlə, gəmi-gövdə istehsalat sahəsində işləmək zərərli sahə hesab olunur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçı tərəfindən mərkəzi filiala təqdim olunan sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajının 12 il 6 aydan az (5 il 2 ay 20 gün (xx.xx.1985- xx.xx.1990-cı il tarixləri arasındakı dövr)) olduğu müəyyən edilmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən onun ümumi sığorta stajı 42 il 6 ay 22 gün (xx.xx.2006-cı il tarixədək 23 il 9 ay 22 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il (hərbi xidmət dövrü) və xx.xx.1985-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 18 il 9 ay) təşkil edir. Beləliklə, iddiaçının xx.xx.1990-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi maşinist, xx.xx.2019-cu il tarixdən bugünədək isə işlədiyi baş istehsalat ustası vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri isləri (11.6) bəndinin mütəxəssislər (b) yarımbəndində qazanxana isləri ilə məşğul olan ustalar (böyük ustalar) vəzifəsi və nəqliyyat bölməsinin (21) dəniz və çay donanması bəndinin (21.2) üzən heyət yarımbəndində (b) dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) bütün adlarda maşinistlər vəzifələrinə uyğun olmaması səbəbindən həmin dövrlər onun sosial sığorta stajına aid edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki iddiaçının onun barəsində əlverişli inzibati akt qəbul edilməsini tələb etdiyi hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılan iddiadır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və o, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – Qanun) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin Qeydinə əsasən həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2024 - 30 iyun 2025-ci il tarixə kişilərin yaşa görə əmək pensiyası hüququ 65 yaşdan yaranır. Beləliklə, qanunvericiliyin istinad olunan normalarından görünür ki, aşağıdakı şərtlərin hamısı birlikdə olduğu halda şəxsə (kişilər üçün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilər:

1. 60 yaşının tamam olması;

2. azı 25 il sığorta stajına malik olması;

3. 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması; İş materiallarından görünür ki, göstərilən tələblərdən hər biri iddiaçı tərəfindən ödənilir. İ tələb üzrə: Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuş, onun 60 yaşı xx.xx.2024cü il tarixdə tamam olmuşdur. İİ tələb üzrə: İddiaçıya aid H3 № ******* nömrəli Hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus ИТ-İ №0562968 nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1981- xx.xx.1982-ci illərdə və xx.xx.1982-xx.xx.1982-ci illərdə 65 nömrəli trestdə fəhlə işləmiş, xx.xx.1982-xx.xx.1984-cü illərdə hərbi xidmətdə olmuş, xx.xx.1985xx.xx.1997-ci illərdə N nömrəli gəmi-təmiri zavodunda gəmi-gövdə təmirçisi, maşinist işləmiş, xx.xx.1997-ci ildə Zavodun adı N saylı hərbi hissəyə dəyişdirilmiş, iddiaçı xx.xx.2011-ci il tarixində hərbi hissədə ştat struktur dəyişiklikləri ilə əlaqədar olaraq MTT bölməsi 3 dərəcəli anbardar vəzifəsinə təyin edilmiş; xx.xx.2015-ci il tarixində Müdafiə Nazirliyinin xx.xx.2015-ci il tarixli müvafiq əmrinə əsasən hərbi hissənin ştat strukturun dəyişilməsini nəzərə alaraq Maddi-Texniki Təminat bölməsinin 3-cü dərəcli anbardar vəzifəsinə keçirilmiş, xx.xx.2015-ci il tarixində N nömrəli istehsalat sahəsinə 10-cu dərəcəli texnoloq vəzifəsinə keçirilmiş, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək N nömrəli hərbi hissənin N nömrəli gəmi-gövdə istehsalat sahəsinin baş istehsalat ustası vəzifəsində işləmişdir, xx.xx.2024-cü il tarixdən hal-hazıradək N nömrəli hərbi hissənin N nömrəli istehsalat sexinin gəmi-gövdə təmiri sahəsində baş istehsalat ustası vəzifəsində işləyir. Məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixədək iş stajı ilə bağlı qeyd edir ki, həmin dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... İstinad olunan normaların tələblərini və yuxarıda adı çəkilən sənədləri nəzərə aldıqda, məlum olur ki, iddiaçının xx.xx.2006-cı il tarixə 23 il 10 ay 28 gün ümumi iş stajı olmuşdur. xx.xx.2006-cı il tarixdən sonrakı dövrə aid staja gəldikdə, məhkəmə qeyd edir ki, 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, qanunvericilik xx.xx.2006-cı ildən sonra şəxsin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərini sığorta stajına o şərtlə daxil edir ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilsin. İşdən görünür ki, iddiaçının xx.xx.2006-cı ildən sonra 18 il 7 ay 20 gün sığorta stajı vardır Beləliklə, sadalananlara əsasən müəyyən olunur ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixə 42 ildən artıq ümumi iş stajı mövcud olmuşdur ki, bu da qanunvericiliklə tələb olunan müddətdən artıqdır. İşdən görünür ki, cavabdeh də bu halı qəbul etmiş, iddiaçının 60 yaşının tamam olduğu tarixə ümumi sığorta stajının 42 il 6 ay 22 gün olduğunu qəbul etmişdir. Belə olan halda aydındır ki, iddiaçı ikinci tələbi də ödəyir. İİİ tələb üzrə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Azərbaycan Respubliksının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən: - 11.6. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri: a) fəhlələr: təmirçi gəmi gövdəçiləri b) mütəxəssislər: qazanxana işləri ilə məşğul olan ustalar (böyük ustalar) -21. Nəqliyyat b) üzən heyət: xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla) bütün adlarda maşinistlər güzəştli şərtlərlə pensiyası hüququna malikdir. İşdən görünür ki, iddiaçının işlədiyi dövrlər üzrə aşağıdakı güzəştli arayışlar təqdim edilmişdir:

1. İşdə olan N saylı hərbi hissənin xx.xx.2024-cü il tarixli 35 nömrəli arayışından görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı həqiqətən istehsalatda zərərli peşələr və vəzifələr siyahısına aid olan sahələrdə aşağıda göstərilən dövrlərdə: -xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cu il tarixədək N nömrəli hərbi hissənin (əvvəlki N nömrəli gəmi-təmiri zavodunda) N nömrəli istehsalat sahəsinin gəmi-gövdə təmirçisi; -xx.xx.1990-cu il tarixdən -1.09.1992-ci il tarixədək N nömrəli hərbi hissənin (əvvəlki N nömrəli gəmi-təmiri zavodunda) ÜT-74-də (Üzən Tərsanə-74) 2-ci dərəcəli maşinist vəzifəsində; ÜT-74 (üzən tərsanə) bilavasitə üzən mexanizmdir. Dənizdə (su hövzəsində) üzərək yerini dəyişə bilir, Üzən tərsanənin şəxsi heyyəti: komandir, mexaniklər, motorçular, maşinistlər, motroslar və sair kimi fəaliyyət göstərir. ÜT-74-də (üzən tərsanə 74-də) İİ dərəcəli maşinistin (rus dilində tryumnu maşinistin) iş yeri dəniz səviyyəsindən təqribən 3 metr dərinlikdədir. -xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək N nömrəli hərbi hissənin N nömrəli gəmi-gövdə (kotelni sahəsi) istehsalat sahəsinin baş istehsalat ustası vəzifəsində; -xx.xx.2024-cü il tarixdən hal-hazırki tarixədək N nömrəli hərbi hissənin N nömrəli istehsalat sexinin gəmi-gövdə təmiri (kotelni sahəsi) sahəsində baş istehsalat ustası vəzifəsində işləyir. Rus dilindən kotelni-sudokorpusnoy sexi (sahəsi), qazanxana, gəmi-gövdə sexi (sahəsi) kimi tərcümə olunub. Kotelni sexin (sahənin) gəmi təmiri müəssisəsində gövdənin metal hissələrinin əyilməsi, yayılması, təmiri, müxtəlif ölçülü istilik qazanlarının təmiri, diametri 150 mm dən yuxarı qazxaricedən boruların təmiri, gəmidə fikal çənlərin, gəmidə bağlı rezervuarlar və bütün növ metal qaynağı işlərinin yerinə yetirilməsi gəmi-gövdə qazanxana işləridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Qazanxana gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) gəmi doğrayıcıları; gəmilərdə bölmələrin daxili işlərində məşğul olan gəmi tamamlayıcı-yığıcıları; metal gəmi gövdələrinin yığıcıları; təmirçi gəmi gövdəçiləri bölməsi; 21.2. bəndinin Dəniz və çay donanması b) üzən heyət xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər (xidmət gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla) mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər, bütün adlarda maşinistlər, mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər (21.2 səhifə 74 Koduna uyğun olaraq). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10 fevral 2024-cü il tarixli 8N nömrəli Qərarı ilə edilmiş dəyişikliyə əsasən “1-1. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilər güzəştli pensiya hüququna malikdirlər”. Qazanxana, gəmi təmiri, gəmiqayırma və gəmi-təmiri maddəsinin (11.6) “b” bəndi, edilmiş əlavələrə uyğun olaraq İddiaçı güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verir.

2. xx.xx.2025-ci il tarixli, 3-25-100/2-83/2025 nömrəli Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin arayışından görünür ki, qazanxanası olan gəmilərin qazanxanasına xidmət və təmir qaynaq işlərini İddiaçı N nömrəli hərbi hissədə baş istehsalat ustası kimi işlədiyi gəmi-gövdə sahəsi yerinə yetirir. Belə ki, haqqında soruşulan qazanxana yalnız gəmilərdə olan istilik qazanlarına xidmət, təmir və qaynaq işlərindən ibarətdir. Beləliklə, haqqında soruşulan İddiaçı həqiqətən qazanxana işləri ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Sihayısı”nın 11.6-cı maddəsində bütün bənd və yarımbəndlərdə qeyd olunan peşələr və vəzifələr, o cümlədən qazanxana işləri gəmi təmiri sahəsində yerinə yetirilən işlərdir. Gəmi təmiri ilə məşğul olan peşələr siyahısında qazanxana, gəmi-gövdə təmirçisi (kotelşik-sudakorpusnik) söz birləşməsindən tərcümə olunub. Əslində bir peşədir. Göstərilən siyahıda gəmilərdə qazanxana (kotelni) işlərini bir qayda olaraq, gəmi-gövdə təmirçiləri yerinə yetirir. Gəmi-gövdə sahəsi (sexi) gəmi təmirini müəssəsində (hal-hazırda N nömrəli hərbi hissə) gövdənin metal hissələrinin əyilməsi, yayılması, təmiri ilə bərabər, qazanxana işlərinə aid olan istilik qazanlarının təmiri, diametri 150mm ölçüdən yuxarı qazxaricedən boruların, gəminin fikal çənlərinin, bağlı rezervuarlarının təmiri, qaynaqlanması işlərini yerinə yetirilir.

3. xx.xx.2025-ci il tarixli, 3-25-100/2-152/2025 nömrəli Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin arayışından görünür ki, mülki işçi İddiaçı həqiqətən N nömrəli hərbi hissənin (Bakı Gəmi Təmiri Zavodu) gəmi- gövdə (katelni) sahəsinin baş istehsalat ustası vəzifəsində işləyir. Gəmi-gövdə (katelni) sahəsində baş istehsalat ustasının əmək fəaliyyəti aşağıdakılardan ibarətdir: -zavodda təmir üçün dayanan gəmilərin sualtı-suüstü hissələrində, həmçinin gəmilərin daxili bölmələrində gövdənin bütün növ qaynaq işləri, metalların əyilərək müvafiq ölçülərdə yayılaraq kəsilib quraşdırılması, gəmilərin vater (suyaoturan) xəttindən aşağı və yuxarı hissələrində, gəminin daxili bölmələrində gövdənin zədələnmiş, deformasiya olmuş, korroziyalı hissələrinin təmiri, termiki (qazlakəsən) alətlərlə kəsilib əvəzlənməsi və qaynaq işləri; - gəmi-gövdə (katelni) sahənin müstəsna fəaliyyət sahəsi gəmilərin daxili bölmələrində istilik qazanlarının sökülüb, quraşdırılması, təmiri, həmçinin iri tutumlu (həcmli) yanacaq çənlərinin təmiri, fekal (tullantı) çənlərinin təmiri, isti-soyuq su çənlərinin təmiri, iridiametrli (0 350-500mm) qazxaricedən boruların təmiri,qazanxana işləri; - gəmilərin sukeçirməyən (germetik) qapı, illüminator, lyuklarının təmiri və əvəzlənməsi işləri. Yuxarıda göstərilən işləri yalnız gəmi-gövdə (katelni) sahəyə aid ustalar, həmçinin bu sahənin baş istehsalat ustaları icra edir. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisə onun 12 il 6 aydan artıq güzəştli şərtlərlə pensiyaya çıxmağa imkan verən işlərdə işləməsini təsdiq edən sənədləri təqdim etmişdir. İşdən görünür ki, cavabdeh iddiaçının xx.xx.1985-xx.xx.1990-cı il tarixləri arasındakı dövrdə N nömrəli gəmi-təmiri zavodunda N nömrəli istehsalat sahəsinin gəmi-gövdə təmirçisi işlədiyi dövrü güzəştli iş stajı kimi qəbul etmiş, həmin dövrü mübahisələndirməmişdir. İddiaçının xx.xx.1990-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində ÜT-74-də maşinist, xx.xx.2019-cu il tarixindən bugünədək isə N nömrəli gəmi-gövdə təmiri sahəsində baş istehsalat ustası vəzifələrində işlədiyi dövrə münasibətdə isə cavabdeh qeyd etmişdir ki, iddiaçının işlədiyi sahə, Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə, çalışdığı baş istehsalat ustası vəzifəsi isə yuxarıda göstərilən usta və böyük ustalara aid olmamış, iddiaçının işlədiyi müddətdə qazanxana işləri ilə məşğul olub-olmaması barədə həmin arayışda da hər hansı məlumat qeyd olunmamışdır. Halbuki yuxarıda qeyd edilən N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, iddiaçı həqiqətən qazanxana işləri ilə məşğul olmuşdur. Gəmi təmiri ilə məşğul olan peşələr siyahısında qazanxana, gəmi-gövdə təmirçisi (kotelşiksudakorpusnik) söz birləşməsindən tərcümə olunub. Əslində bir peşədir. Göstərilən siyahıda gəmilərdə qazanxana (kotelni) işlərini bir qayda olaraq, gəmi-gövdə təmirçiləri yerinə yetirir. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisə iddiaçının gəmi gövdə təmiri sahəsi üzrə baş istehsalat ustası vəzifəsində islədiyini bildirsə də, bunun əslində qazanxana işləri ilə məşğul olan ustalarla eyni əmək funksiyalarını yerinə yetirdiyini bildirmişdir. Bundan başqa, işdə olan "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli 13-3/2-2083/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işlərində müvafiq işlərlə məşğul olan ustaların (böyük ustaların) vəzifə öhdəliklərinə (əmək funksiyalarına) aşağıdakılar aiddir: Keyfiyyət göstəriciləri üzrə plan tapşırıqlarının yerinə yetirilməsini, yüksək keyfiyyətli məhsulun ahəngdar buraxılışını, məhsul vahidinə istehsal məsrəfinin azaldılmasını təmin etmək; İstehsal planı və cədvəlinə müvafiq olaraq briqadalara və ayrı ayrı fəhlələrə tapşırıqlar, vaxtında iş naryadları vermək, tabeliyində olanları təlimatlandırmaq və hər bir fəhlənin hasilat normasının yerinə yetirilməsini təmin etmək; Fəhlələri bölmədə düzgün yerləşdirməyə bütün növbə ərzində iş vaxtından tam istifadə etməklə əməyi təşkil etmək; İstehsal güclərindən maksimum, avadanlığın gücündən tam və düzgün istifadə edilməsinə diqqət yetirmək; Bölmədə qurulmuş texnoloji istehsalat və əmək intizamına iş yerində təmizliyə və qaydalara ciddi əməl etmək; İşdə çıxdaş xammal, yarımfabrikatlar yanacaq, enerji, material itkisinə yol verməmək və bunları doğuran səbəbləri aradan qaldırmaq; Texniki nəzarət işçiləri ilə birlikdə çıxdaşın qarşısını almaq, bunun səbəbini və günahkarları müəyyən etmək; Əmək haqqının hesablanması üçün sənədlərin vaxtında tərtib olunub təhvil edilməsini təmin etmək; Zavodun ixtisaslı kadrlara olan tələbatına əsasən kadr hazırlığı üzrə gənc, perspektivli və peşəkar işçilər yetişdirmək; Yeni qəbul edilmiş işçilərə daxili qaydaları, təhlükəsizlik texnikası, əmək mühafizəsi və yangın təhlükəsizliyi qaydaları ilə tanış etmək; İş yerinin düzgün təşkilini müəyyən etmək, fəhlələrə işin təhlükəsiz görülməsini öyrətmək; Fəhlələri istehsalat təlimindən keçirmək, xammala, materiala, yanacağa və enerjiyə qənaət olunması, avadanlıq və alatlərin texniki istismarı, habelə əmək mühafizəsi təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası qaydalarına əməl edilməsinə nəzarət etmək; Öz fəaliyyətini İSO 9001-2008, İSO 14001-2004 və OHSAS 18001-2007 Beynəlxalq Standartlara cavab verən inteqrasiya olunmuş idarəetmə sisteminin tələbləri və müddəaları əsasında qurmaq. Yuxarıda qeyd olunan vəzifə öhdəlikləri İddiaçı əmək kitabçasında göstərilən müvafiq vəzifələrin əmək funksiyalarına aid etmək olar. Göründüyü kimi, müvafiq sahədə ixtisalaşmış müəssisə iddiaçının işlədiyi baş istehsalat ustası vəzifəsinin Siyahıda göstərilən 11.6-cı bənddəki qazanxana işləri ilə məşğul olan ustalara uyğun gəldiyini təsbit etmişdir. Bundan əlavə, işdən müəyyən olunur ki, iddiaçı xx.xx.1990-cu il tarixdən -1.09.1992ci il tarixədək N nömrəli hərbi hissənin (əvvəlki N nömrəli gəmi-təmiri zavodunda) ÜT-74də (Üzən Tərsanə-74) 2-ci dərəcəli maşinist vəzifəsində işləmişdir, hansı ki, ÜT-74 (üzən tərsanə) bilavasitə üzən mexanizmdir. Dənizdə (su hövzəsində) üzərək yerini dəyişə bilir, Üzən tərsanənin şəxsi heyyəti: komandir, mexaniklər, motorçular, maşinistlər, motroslar və sair kimi fəaliyyət göstərir. ÜT-74-də (üzən tərsanə 74-də) İİ dərəcəli maşinistin (rus dilində tryumnu maşinistin) iş yeri dəniz səviyyəsindən təqribən 3 metr dərinlikdədir. Beləliklə, məhkəmə istinad edilən sənədlərdə göstərilənləri təhlil edərək müəyyən edir ki, iddiaçının xx.xx.2024-cü il tarix 12 il 6 aydan artıq, 12 il 11 ay 10 gün güzəştli iş stajı olmuşdur. Cavabdeh iddiaçının işlədiyi həmin dövrlərin bir qismini güzəştli staj kimi qəbul etməsə də, əksini təsdiq edən hər hansı bir sübutu, o cümlədən iddiaçının yerinə yetirdiyi işlə Siyahıda göstərilən vəzifələr üzrə əmək funksiyasının fərqliliyinin nədən ibarət olmasını sübut edə bilməmişdir. Halbuki “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən işəgötürənin verdiyi arayışın mötəbərliyini şübhə altına alan hər hansı bir sübut təqdim edilmədiyindən həmin arayışı mötəbər hesab olunmalıdır. Beləliklə, sadalananlara əsasən müəyyən olunur ki, hazırda iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilən bütün tələbləri ödədiyindən iddia tələbi əsaslı olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar