Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4226/2021 12.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarş “qanunsuz müdaxiləyə son qoyulması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanda mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən artıq olmayan yaşayış evinin inşasına Səbail rayon İcra Hakimyyəti tərəfindən törədilən maneəyə (qanunsuz müdaxiləyə) son qoyulması vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1 sahə iddiaçının mülkiyyətindədir. Belə ki, göstərilən sahə 19 mart 2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq buna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reeystrindən çıxarış verilmişdir. Bakı şəhəri, ünvan 1 mülkiyytində olduğundan həmin sahədə tikili inşa etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsitnin 1- ci bəndinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqi-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdləriıı, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin torpaq sahəsi üzərində torpağın məqsədli təyinatına uyğun olan yaşayış evləri, istehsal, mədəni-məişət təyinatlı və digər tikililər və qurğular inşa etmək hüququ vardır. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. Sadalanan qanunvericilik aktı normalarına əsasən, Bakı şəhəri, ünvan 1 sahə mülkiyytində olduğundan həmin sahədə tikili inşa etmək hüququna malikdir. Buna görə də göstərilən torpaq sahəsində yaşayış evi inşa etmək məqsədi ilə göstərilən ünvanda 3 mərtəbəli yaşayış evinin eskiz-layihəsini tərtib etdirərək tikiliyə icazə verilməsi məqsədi ilə Cavabdehnə müraciət etmişdir. Lakin, Cavabdeh tikiliyə icazə veriliməsindən imtina etdi. Cavabdehin imtinasını onunla əsaslandırmışdır ki, təqdim edilmiş eskiz-layihə Şəhərsalma və Tikinti Məcəlləsinin 11 -ci maddəsinə uyğun tərtib edilmədiyindən qaldırılan məsələnin icrası iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3- cü yaşayış massivində sahəsi 0.06 ha olan 56 saylı sahədə yaşayış evinin inşası niyyətinin həyata keçirilməsinə hallarda yol verilməyən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsində sadalanan hallardan hər hansı biri mövcud deyildir. Odur ki, cavabdehin imtinası əsassızdır. Belə ki, mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanda eskiz layihəsi tərtib edilmiş evin mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən artıq deyildir. Göstərilənlərə əsasən iddiaçı mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanda eskiz layihəsi tərtib edilmiş evin mərtəbələrinin saylı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən artıq olmadığından, tərtib etdirdiyi göstərilən eskiz-layihə əsasında yaşayış evi inşa etməyi üçün icazə tələb olunmur. Buna görə də məlumatlandırmanı həyat keçirdikdən sonra göstərilən ünvanda etdirdiyi göstərilən eskizlayihə əsasında yaşayış evi inşa etmək niyyətindədiir. Lakin, cavabdeh Səbail rayon İcra Hakimyyəti buna mane olur. Buna görə də mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan iddiaya dair münasibətdə qeyd olunmuşdur ki, məlumatlandırma icraatı qaydasında İ-24/4-151/2 saylı, 21,10.2020-ci il tarixli müraciət əsasında Rayon İcra Hakimiyyətinə təqdim olunan memarlıq planlaşdırma həllinin Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə uyğun olmaması barədə Cavabdehnə ünvanladığı 2-1(112)-4226/2021 saylı, xx.xx.2021-ci il tarixli müraciət baxılaraq bildirilir ki, İ-24/4-151/2 saylı, xx.xx.2020-ci il tarixli müraciət əsasında Rayon İcra Hakimiyyətinə təqdim olunan memarlıq planlaşdırma həlli mülkiyyətçi tərəfindən geri götürüldüyündən sözügedən memarlıq planlaşdırma həlli Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmiş və bu səbəbdən də, həmin layihəyə yenidən baxılması rayon icra hakimiyyəti tərəfindən mümkün olmamışdır. Əlavə olaraq bildirirlər ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 11.3.1-ci maddəsinə əsasən tikilməsi nəzərdə tutulan tikili baş plana zidd olmamalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq ərazinin tikinti və tikinti sıxlığı əmsalı həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evləri üçün müəyyən edilmiş normadan artıq olduğundan fərdi yaşayış evinin tikintisi məqsədəmüvafiq hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, Səbail RİH-nə qarşı iddianı əsassız hesab edir və rədd edilməsi məhkəmədən xahiş olunmuşdur. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki hazırlıq icraatı iclası mərhələsində iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq icraatı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 56 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2019-cu il tarixdə X1 adına daşınmaz əmlakın dövlət reyestrində **********21-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. Qeyri-yaşayış binasının yerləşdiyi 0,03 ha torpaq sahəsi xüsusi mülkiyyətdədir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində sahəsi 0.06 ha olan 54 saylı sahədə tikilməsi nəzərdə tutulan 3 mərtəbəli fərdi yaşayış evinin eskiz layihəsi "xxxx" MMC tərəfindən tərtib edilmişdir. İşdə olan Bakı şəhəri Cavabdeh Başçısının Aparatı tərəfindən verilmiş 10-i-24/3- 151/2 saylı, 03 noyabr 2020-ci il tarixli məktubdan görünür ki, cavabdeh tərəfindən tikinti işlərinin aparılmasına icazə verilməsi barədə iddiaçının müraciətinə baxılaraq, təqdim edilən eskiz-layihənin Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə uyğun tərtib edilmədiyi qeyd olunmaqla imtina edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü "0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımqalarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.4-cü maddəsinə əsasən, sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, bu Məcəllənin 80.1- 1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə isə, həmin ərazi üzrə müfəssəl plan olduqda 10 gün müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericliyin tələblərinə əsasən məlumatlandırma icraatı həyata keçirilməsi üçün ilkin olaraq torpaq sahəsinin mülkiyyətində, icarəsində və ya istifadədə olmasını təsdiq edən sənədin surətinin müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi zəruridir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materialları ilə yanaşı, həmçinin cavabdeh tərəfindən məhkəməyə ünvanlanan etirazdan da iddiaçı tərəfindən qanunda qeyd olunan müvafiq sənədlərin, tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətinin cavabdeh orqana təqdim edilməsi müəyyən edilməmişdir. Əksinə etiraz məktubunda memarlıq planlaşdırma həlli mülkiyyətçi tərəfindən geri götürüldüyündən sözügedən memarlıq planlaşdırma həllinin Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilmədiyi və bu səbəbdən də, həmin layihəyə yenidən baxılması rayon icra hakimiyyəti tərəfindən mümkün olmadığı qeyd olunmuşdur. Məhkəmə iddiaçının tələbinin əsası olaraq inşa edəcəyi fərdi yaşayış evinin aid olduğu torpaq sahəsinin onun xüsusi mülkiyyətində olmasını vurğulamaqla, həmçinin eskiz layihəsi tərtib edilmiş evin mərtəbələrinin saylının 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğunun 6 metrdən artıq olmadığına istinad etməklə tərtib edilən eskizlayihə əsasında yaşayış evinin inşa edilməsində icazənin tələb olunmadığı barədə olan arqumentinə münasibət bildirərək qeyd edir ki, qeyd olunan tələblərin mövcud olması ilə yanaşı həmçinin qanunvericiliyin digər normalarına əməl edilməli olmadığını istisna etmir. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1-ci maddəsinə əsasən tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələrinə onlar həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olduqda və aşağıdakı şərtlərin birgə mövcud olduğu hallarda yol verilir: 11.1.1. layihələndirilən obyektin tikintilərin mövcud olduğu ərazilərin hüdudları daxilində tikilməsi nəzərdə tutulduqda; 11.1.2. tikilməsi nəzərdə tutulan obyekt istifadə növünə və miqyasına görə mövcud tikintilərə uyğun olduqda. Həmin Məcəllənin 11.3-cü maddəsinə əsasən bu Məcəllənin 11.1-ci və 11.2-ci maddələrində nəzərdə tutulanlar istisna olmaqla, digər tikinti niyyətinin həyata keçirilməsinə aşağıdakı hallarda yol verilmir: 11.3.1. tikilməsi nəzərdə tutulan obyekt baş plana zidd olarsa; 11.3.2. tikilməsi nəzərdə tutulan obyektin ətraf mühitə zərərli təsir göstərmək və ya özünün bu cür təsirə məruz qalmaq təhlükəsi olarsa; 11.3.3. tikilməsi nəzərdə tutulan obyekt infrastrukturun yaradılması, təhlükəsizliyin və ya sağlamlığın təmin olunması ilə əlaqədar dövlət və ya bələdiyyə vəsaitlərinin səmərəsiz istifadəsini tələb edərsə; 11.3.4. tikilməsi nəzərdə tutulan obyekt ətraf mühitin, torpağın, mədəni irs obyektlərinin qorunması ilə bağlı maraqları, yaxud landşaftın təbii xüsusiyyətlərini pozarsa; 11.3.5. tikilməsi nəzərdə tutulan obyekt su təsərrüfatı və ya təbiət hadisələrindən (daşqından) qorunmaya təhlükə yaradarsa. Göründüyü kimi qanunvericiliyin tələbi baxımından inşa olunacaq fərdi yaşayış evinin layihəsi, şəhərsalma sənədləri, o cümlədən müfəssəl planı müəyyənləşdirdiyi tələblərə uyğun olmalı, o cümlədən obyekt baş plana zidd olmamalıdır. Beləliklə məhkəmə tərəfindən iddiaçının tikilməsini niyyət edən fərdi yaşayış evinin layihəsinin baş plana uyğun olması müəyyən edilmədiyindən, o cümlədən şəhərsalma sənədləri təqdim edilmədiyindən, cavabdeh tərəfindən iddiçının müraciətinin təmin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. İşin müəyyən olunmuş faktiki hallarına mübahisəyə tətbiq edilməli maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi iddiaçı tərəfindən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.3). Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4226/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4226/2021
12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver