Məhkəmə qərarları › İş №2-1(112)-4273/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4273/2020

03.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4273/2020 03.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı «ƏDV depozit hesabına köçürmə zamanı yaranan texniki nasazlığın aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyuylması və əldən çıxmış fayda kimi 50.000 manat zərərin, hüquqi yardım kimi vəkilə verilən 310 manat pul vəsaitinin, 30 manat dövlət rüsumunun cavabdehdən tutulması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh AR İN yanında Dövlət Vergi Xidmətinə qarşı «ƏDV depozit hesabına qoyulmuş nıhdudiyyətin götürülməsi vəı dəymiş zərərin caavabdehdən tutulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, MMC xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatından keçərək sahibkarlıq fəaliyyətinə başlamışdır. Bu günədək icra edilməmiş vergi öhdəliyi yoxdur və hal-hazırda da dövlət büdcəsinə vergi borcu yoxdur. Lakin 2019-cu ilinm noyabr ayından etibarən müəssisənin depozit hesabına vergi orqqanı tərəfindən proqram təminatı vasitəsilə qoyulmuş qanunsuz və gizli məhdudiyyətin (müdaxilənin) nəticəsi olaraq depozit hesabda yığılan ƏDV-ni bu hesabdan köçürmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanı faktiki olaraq daayandırılmışdır. Mövcud olan qanunsuzluqların (müdaxilənin) aradan qaldırılması məqsədilə vergi orqanına və yuxarı inzibati orqanlara (İqtisadiyyat Nazirliyinə, Ombudsmana və s.) MMC tərəfindən çoxsaylı yazılı müraciətlər göndərilmiş, eyni zamanda 195 qaynar xətti ilə Çağrı Mərkəzi vasitəsi ilə şikayətlər bildirilmiş, vergi orqanının vəzifəli şəxslərinin qəbulunda olmuşdur. Məhdudiyyətin aradan qaldırılmasına saysız-hesabsız vədlər verilmişdir. Lakin qanuni tələblər bu günədək təmin edilməmişdir. Vergi orqanı tərəfindən 17 mart 2020-ci il tarixli məktubla şikayət cavablandırılmış və ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan proqram təminatında texniki nasazlığın müəyyən edilmədiyi qeyd edilmişdir. Bu cavab formal və zahiri görüntü naminə verilmiş və depozit hesabda olan məhdudiyyət aradan qaldırılmamışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.1, 65.2, 175.8-ci maddələrinə, İPM-in 1.2, 2.2.3, 8.1.2, 34, 35.1, 38-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların müddəalarına və digər normativ aktlara əsaslanaraq, müəssisənin ƏDV depozit hesabına vergi orqanı tərəfindən qoyulmuş qanunsuz və gizli məhdudiyyətin (müdaxilənin) götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyuylması və əldən çıxmış fayda kimi 50.000 manat zərərin, hüquqi yardım kimi vəkilə verilən 310 manat pul vəsaitinin, 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilmişdir: - AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iddia ilə razı deyil. İddia ərizəsində qeyd edilən “texniki nasazlıq” məhz vergi orqanının günahı üzündən yarandığını təsdiq edən heç bir sübut iddiaya əlavə edilməmişdir. Vergi ödəyicisinin iş qovluğu məlumatlar təhlil edilərkən ƏDV sub-uçotunda texniki nasazlığın mövcud olma halını təsdiq edən hər hansı məlumat aşkar olunmamış, müəssisə tərəfindən bununla bağlı ünvanlanmış müraciətlərin isə müvafiq qaydada cavablandırıldığı müəyyən edilmişdir. Analoji məhkəmə mübahisələri üzrə məhkəmə qərarlarında bu məsələyə birinci və yuxarı instansiya məhkəmələri tərəfindən toxunulmuşdur. Göründüyü kimi, iddiaçı ƏDV depozit hesabına köçürmə zamanı yaranan texniki nasazlığın aradan qaldırılması öhdəliyinin caavabdehin üzərinə qoyulmasını tələb etməsinə baxmayaraq, belə bir nasazlığın mövcudluğunu eləcə də bu nasazlığın caavabdeh qismində seçdiyi vergi orqanı tərəfindən yaradıldığını sübut edə bilməmişdir. Həmçinin iddiaçının iddia etdiyi texniki nasazlıqla vergi orqanının hərəkətləri arasında səbəbli əlaqənin mövcudluğu da müəyyən edilməmişdir. ƏDV-nin depozit hesabı üzrə vəsaitlərin hərəkəti Azərbaycan Respublikası Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturası üzrə alınmış mallaarın (iş və xidmətlərin) dəyıri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlarda ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları” ilə tənzimlənir. Bundan əlavə iddiaçı ərizəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanlarının məhdudlaşdırıldığı üçün əldən çıxmış faaydaya görə 50.000 manat məbləğində kompensasiyanın ödənilməsini tələb edir. Lakin qeyd olunmalıdır ki, uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin fəaliyyəti 7 may 2014-cü il tarixdən 9 dekabr 2018-ci il tarixədək öz ərizəsi əsasında dayandırılmışdır. 9 dekabr 2018-ci il tarixdən hazıradək isə, vergi ödəyicisi tərəfindən sahibkarlıq fəaliyyəti aktiv şəkildə həyata keçirilir. Bu isə, öz növbəsində vergi ödəyicisinin məhkəməyə düzgün olmayan məlumat təqdim etdiyini və onun iddiasının əsassız olaraq maddi mənfəət əldə etmək məqsədi daşıdığını göstərir. Vergi Məcəlləsində, Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti haqqında Əsasnamədə, digər normativ aktlarda ƏDV depozit hesabında hərəkəti üzrə vergi orqanı tərəfindən hər hansı bir nasazlığın yaradılması və məhdudiyyəti qoyulması imkanı nəzərdə tutulmamışdır. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi xahiş olunur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “ƏDV depozit hesabına köçürmə zamanı yaranan texniki nasazlığın aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və əldən çıxmış fayda kimi 50.000 manat zərərin, hüquqi yardım kimi vəkilə verilən 310 manat pul vəsaitinin, 30 manat dövlət rüsumunun cavabdehdən tutulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın əsassız olduğunu bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasənm inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 27-ci maddəsinə əsasən aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi), cavabdeh, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. MPM-in 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Məhkəmə vurğulayır ki, iddiaçının ƏDV sub-uçot hesabına hər hansı müdaxilə, o cümlədən məhdudiyyətin qoyulması hazırkı cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin səlahiyyətlərində deyil. Cavabdehin belə hərəkətini təsdiqləyən hər hansı tutarlı sübut da məhkəməyə təqdim edilməmişdir. İddiaçının sübut kimi təqdim etdikləri də bu hərəkətin cavabdeh tərəfindən tərəfindən törədilməsini təsdiqləmir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırılmamışdan əvvəl cavabdehə müraciəti mövcud olmamışdır. Odur ki, iddianın “dəymiş zərərin ödənilməsi” hissəsi də mümkün sayıla bilməz. İddia ərizəsində göstərilən “hüquqi yardıma görə haqq” və “dövlət rüsumu” isə məhkəmə xərclərinə aiddir. Beləliklə məhkəmənin qənaətinə görə cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. AR Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü və 9-cu bəndlərində vurğulanmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərəəsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində 2 saylı Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar