Məhkəmə qərarları › İş №2-1(112)-4367/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4367/2025

14.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4367/2025 14.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması və müvafiq şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İran İslam Respublikası X4 və Tədqiqat İnstitutu tərəfindən İddiaçı adına verilmiş xx-xx-2004 cü-il tarixli ******* saylı bakalavr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərkibində olan TKTA-nın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 2004-cü ilin mart ayında İran İslam Respublikasının X4 vəTədqiqat İnstitutunun "İslam Maarifi və Kəlam"(İslamşünaslıq) ixtisasını bitirmişdir. Bu barədə ******* saylı müvafiq diplomu almışdır. Diplomunu aldıqdan sonra almış olduğu ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsinə dair xx.xx.2022 -ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirlyinnin tərikibində olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiçdir. xx-xx-2024-cü il tarixli məktubunda bildirilmişdir ki,araşdırma nəticəsində bu İnstitutut kvalifikisasiyaya uyğun deyildir. Cavab məktubunda Nazirlər Kabinentinin 2023-cü il 18 avqust tarixli,2306 nömrəli fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının tanınması Qaydalarınin 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli,75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramının 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərədə tutulur.Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023-cü 18 avqust tarixli,2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici Dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili bakalavriat(əsas baza ali tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalarına münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formalı təhsilin əldə olunması(tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tələb olunur.Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Prezidentini 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilətəsdqi edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının 3.10.1-ci bəndinə əsasən imtina qərarı verilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərkibində olan Təhsildə Keyfiyət Təminatı Agentliyi imtinası əsassızdır və heç bir hüquqi əsası yoxdur. İddiaçı 5 il əyani təhsil almışdır. Oxuduğu ixtisas İslamşünaslıq ixtisasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə xx.xx.2023-cü il tarixində Agentliyə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının əldə etdiyi “Biotibbi araşdırma” ixtisasına ekvivalent olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatr(Təsnifat)nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nda ixtisas olmadığını müəyyən etmişdir. Bundan əlavə inzibati icraat zamanı işin hallarının hərtərəfli araşdırılması məqsədilə cavabdeh orqan tərəfindən Azərbaycan İlahiyyat İnstitutuna ünvanlanmış məktuba cavab olaraq İlahiyyat institutu aşağıdakı şəkildə rəy bildirmişdir; “İran İslam Respublikasının İmam Xomeyni adına Təhsil və Elmi-Tədqiqat İnstitutu tərəfindən İddiaçı verilmiş 78307026 nömrəli bakalavr diplomu üzrə aldığı "Kəlam və islam maarifi’ ixtisası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli F-363 nömrəli Qərarı Hə təsdiq edilmiş "Bakalavriat səviyyəsinin (əsas (baza ali) təhsilinin) İxtisas üzrə təhsil proqramı'nda yer alan "İslamşünaslıq ixtisasına (şifr 050207) uyğun deyil". Azərbaycan İlahiyyat İnstitutunun məktubunda qeyd edilənlər və "İslam maarifi və fəlsəfə” ixtisasının həmin təsnifatda ali təhsil ixtisasları arasında yer almaması səbəbindən xx.xx.2024-cü il tarixində ərizəçiyə tanınma haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Bununla bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalan tanınması Qaydaları”(bundan sonra - Qaydalar)nın 3.10.2-ci bəndinə əsasən ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınmanın mümkün olmaması imtina üçün səbəblər arasında göstərilmişdir. Bu Qaydaların 1.5.3-cü yarımbəndinə görə əhəmiyyətli fərq - xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və (və ya) yekun attestasiyanın nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə Azərbaycan Respublikasındakı uyğun kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin Azərbaycan Respublikasında təhsilini növbəti səviyyədə davam etdirməsi və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərqdir. Qaydalarda alternativ tanınma dedikdə 5.11-ci yarımbəndə əsasən Xarici dövlətin ali təhsilə aid kvalifikasiyası Azərbaycan Respublikasında mövcud olmadıqda, kvalifikasiyanın xarici dövlətdə aid olduğu təhsil pilləsindən (səviyyəsindən) daha aşağı pillə (səviyyə) üzrə və ya eyni pillə (səviyyə) üzrə, lakin fərqli kvalifikasiyaya uyğun olaraq alternativ tanınması həyata keçirilir və ərizəçiyə təhsilini növbəti pillədə (səviyyədə) davam etdirmək hüququ verilməsi nəzərdə tutulur. Qeyd edilmişdir ki, Qaydaların Ümumi müddəalar hissəsində, 1.4,2-ci yarımbəndə əsasən alternativ tanınma - xarici dövlətin ali təhsilə aid Azərbaycan Respublikasında mövcud olmayan kvalifikasiyanın həmin xarici dövlətdə aid olduğu təhsil pilləsindən (səviyyəsindən) daha aşağı pillə (səviyyə) üzrə və ya eyni pillə (səviyyə) üzrə, lakin fərqli kvalifikasiyaya uyğun olaraq həyata keçirilən akademik tanınma növü kimi təsnif edilir. Bu da öz növbəsində bu qəbildən tanınma zamanı peşə tanınmasının həyata keçirilməsini ehtiva etmir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından da göründüyü kimi, iddiaçıya məxsus olan kvalifikasiyanın tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Cavabdeh tərəfindən etiraz məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş İran İslam Respublikası Texnologiya, Tədqiqat və Elm(Təhsil) Nazirliyi Hövseyi Elmiyeyi Qum(Qum Seminariyası) X4 və Tədqiqat İnstitutu tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 10/400/1169 nömrəli bakalavr diplomunun surətindən müəyyən olunur ki, İddiaçı “İslam Maarifi və Kəlam” ixtisası üzrə bakalavr ali təhsil dərəcəsinə yiyələnmişdir. İş materiallarına əlavə edilmiş İran İslam Respublikası Texnologiya, Tədqiqat və Elm(Təhsil) Nazirliyi Mofid Universiteti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 25048 nömrəli magistr diplomunun surətindən müəyyən olunur ki, İddiaçı “Fəlsəfə” ixtisası üzrə magistr ali təhsil dərəcəsinə yiyələnmişdir. -Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Azərbaycan İlahiyyat İnstitutunun xx.xx.2023-cü il 3-32-1/2-202/2023 nömrəli məktubunda göstərilmişdir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2023-cü il tarixli 3-29-61/2- 392/2023 nömrəli məktubuna Azərbaycan İlahiyyat İnstitutunda baxılmış və Azərbaycan Respublikasının vətəndaşı İddiaçı diplom üzrə aldığı "Kəlam və islam maarifi" ixtisasının ekvivalentliyi müəyyən edilmişdir.ğlı bildiririk ki, İran İslam Respublikasının İmam Xomeyni adına Təhsil və Elmi-Tədqiqat institutu tərəfindən İddiaçı verilmiş 78307026 nömrəli bakalavr diplomu üzrə aldığı “Kəlam və islam maarifi" ixtisası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli F-363 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat səviyyəsinin (əsas (baza ali) təhsilinin) ixtisas üzrə təhsil proqramı"nda yer alan "İslamşünaslıq" ixtisasına (şifrə: 050207) uyğun deyil. -İran İslam Respublikasının İmam Xomeyni adına Təhsil və Elmi-Tədqiqat İnstitutu tərəfindən Azərbaycan Respublikasının vətəndaşı İddiaçı “Kəlam və İslam maarifi” ixtisası üzrə verilmiş 78307026 nömrəli bakalavr diplomu haqqında rəydən görünür ki, İmam Xomeyni adına Təhsil və Elmi-Tədqiqat İnstitutu tərəfindən Azərbaycan Respublikasının vətəndaşı İddiaçı verilmiş 78307026 nömrəli bakalavr diplomu üzrə təyin edilmiş "Kəlam və İslam Maarifi" ixtisası Azərbaycan Respublikasının mövcud təhsil qanunvericiliyində nəzərdə tutulmuş dövlət standartları baxımından bakalavr proqramı üzrə "İslamşünaslıq" ixtisasına uyğun deyil. Məlumat olaraq bildiririk ki, İmam Xomeyni adına Təhsil və Elmi- Tədqiqat İnstitutu tərəfindən verilmiş bakalavr diplomu üzrə təyin edilmış "Kəlam və İslam Maarifi" ixtisasına ən yaxın "İslamşünaslıq" ixtisası bakalavr proqramı nəzərdə tutulur. İddiaçı verilmiş 78307026 nömrəli bakalavr diplomuna əlavə olaraq təqdim edilən transkriptdə göstərilən fənlər və onlara aid kredit miqdarı Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli F-363 nömrəli Qərarı ilə təsdiq edilmiş bakalavriat səviyyəsinin (əsas (baza ali) təhsilinin) ixtisas üzrə təhsil proqramında nəzərdə tutulmuş kreditlərin miqdarından azdır. Belə ki, İddiaçı aldığı 48 fəndən yalnız 16-ı "İslamşünaslıq" ixtisası üzrə tədris edilen (İPF) "İxtisas peşə fənləri"nə müvafiq olub, bu 16 fənndən aldığı 36 kredit hesabı təhsil standartı qanunvericiliyində nəzərdə tutulmuş (İPF) "İxtisas peşə fənlərinin 180 kreditinin yalnız 20 %-ni təşkil edir. Bu səbəbdən, İddiaçı adına verilmiş 78307026 nömrəli bakalavr diplomu "İslamşünaslıq" ixtisasına ekvivalent hesab edilməmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2024-cü il tarixli, NA00034288 nömrəli qərarından görünür ki, ərizəçinin müraciətinə baxılaraq onun əldə etdiyi kvalifikasiyanın Azərbaycan Respublikasında mövcud olmadığı, habelə qismən, şərti və ya alternativ tanınması mümkün olmadığı müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarinin tanınması Qaydalan"nın 3.10.2ci bəndinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Belə ki, ərizəçinin təhsil aldığı ali təhsil müəssisəsi tərəfindən onun adına verilmiş diplom üzrə əldə etdiyi ixtisasın ekvivalenti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı"nda mövcud olmaması müəyyən edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından görünür ki, iddiaçı 1999-2003-cü il tarixlərdə İran İslam Respublikası Texnologiya, Tədqiqat və Elm (Təhsil) Nazirliyi Hövseyi Elmiyeyi Qum(Qum Seminariyası) X4 və Tədqiqat İnstitutunda “İslam Maarifi və Kəlam” ixtisası üzrə qiyabi təhsilalma forması üzrə təhsil almış, həmin universitet tərəfindən xx.xx.2004-cü il tarixli 10/400/1169 nömrəli bakalavr diplomu verilmişdir. İddiaçı aldığı ixtisas üzrə diplomun ölkə ərazisində tanınması ilə bağlı etdiyi müraciətə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə cavab verilmiş və məktubda iddiaçının iddiaçının əldə etdiyi kvalifikasiyanın Azərbaycan Respublikasında mövcud olmadığı, habelə qismən, şərti və ya alternativ tanınması mümkün olmadığı əsas gətirilərək imtina verilmişdir. Hazırkı iddiasında iddiaçı tərəf bakalavr diplomu üzrə ixtisasın tanınması barədə qərar qəbul edilməsini mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtinasını əsaslı hesab edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun aşağıdakı maddələrinə əsasən: -13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). -22.4. Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. -29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; -44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2306 saylı 18 avqust 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən: - 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən edir. -1.2. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir. -1.3.Tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. - 3. Ərizəçinin müraciətinə bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlər TMİS-ə tələb olunan qaydada daxil edildiyi gündən etibarən ən geci 3 (üç) ay müddətində baxılır. İlk növbədə ərizəçinin təqdim etdiyi sənədlərin rəsmi məlumat mənbələri (Azərbaycan Respublikasının və xarici ölkələrin aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri, təhsil sənədlərinin tanınması üzrə beynəlxalq şəbəkə, xarici ölkələrin aidiyyəti dövlət orqanlarının informasiya sistemləri, xarici ölkələrin ali təhsil müəssisələrinin ali təhsilə dair məlumat bazaları və s.) vasitəsilə doğruluğu müəyyən edilir. Apostil reyestri mövcud olan ölkələr tərəfindən verilmiş apostil şəhadətnaməsinin (möhürünün) həqiqiliyi həmin reyestr vasitəsilə yoxlanılır. Ərizəçinin müraciətinə baxılması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq aşağıdakı məlumatların yoxlanılması məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinə və ehtiyatlarına sorğular edilir: ərizəçinin fərdi məlumatlarındakı (adı, soyadı, atasının adı, yaşayış ünvanı, qeydiyyat ünvanı, vətəndaşlığı və s.) dəyişiklik; ərizəçinin təhsilalma tarixi; ərizəçinin hərbi mükəlləfiyyəti; ərizəçinin əmək fəaliyyəti; ərizəçinin sərhədkeçmə qeydiyyatı. -3.6. Agentlik tanınma üçün yerli və xarici müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edə bilər. -3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: 3.8.1. ali təhsilə dair kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə dair kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə dair kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməsi. -3.9. Bu Qaydaların 3.8.1 – 3.8.3-cü yarımbəndlərində nəzərdə tutulan qərarlar tanınma şəhadətnaməsi ilə rəsmiləşdirilir və həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. -3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. -3.11. Tanınmadan imtina edildiyi halda bu barədə qərar səbəbləri göstərilməklə həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. -4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta xtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Ali təhsilin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələri üzrə ixtisasların təsnifatının təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 14 iyun tarixli 95 nömrəli, “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 12 yanvar tarixli 8 nömrəli, “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli və “Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi və “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 314 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında” 2019cu il 11 fevral tarixli 45 nömrəli qərarlarında dəyişiklik edilməsi və “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli Qərarının ləğv edilməsi barədə Nazirlər Kabinetinin 2 dekabr 2024-cü il tarixli 503 nömrəi qərarına əsasən 1. “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı” təsdiq edilmişdir (1 nömrəli əlavə). “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 12 yanvar tarixli 8 nömrəli, “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli və “Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi və “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 314 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 343 (Cild İ) 1-ci hissəsi ləğv edilmişdir. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçının İran İslam Respublikasının İmam Xomeyni adına Təhsil və Elmi-Tədqiqat institutunda aldığı "Kəlam və islam maarifi" ixtisasının ekvivalenti (ən yaxın ixtisas) yuxarıda adıçəkilən “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”da yoxdur. Eyni zamanda iddiaçının aldığı ixtisasın “Bakalavriat səviyyəsinin (əsas (baza ali) təhsilinin) ixtisas üzrə təhsil proqramı"nda yer alan "İslamşünaslıq" ixtisası hesab olunur ki, həmin ixtisas diploma əlavə olaraq təqdim edilən fənlər və onlara aid kredit miqdarı baxımından həmin ixtisasa uyğun hesab olunmur. İddiaçının təhsil aldığı 48 fəndən yalnız 16-ı "İslamşünaslıq" ixtisası üzrə tədris edilən "İxtisas peşə fənləri"nə aiddir və 16 fənndən aldığı 36 kredit hesabı təhsil standartı qanunvericiliyində nəzərdə tutulmuş "İxtisas peşə fənlərinin 180 krediti üçün kifayət etmir. Beləliklə, hazırkı iş üzrə iddiaçının təhsi aldığı ixtisasın ölkə ərazisində birbaşa ekvivalenti olan ixtisas müəyyən olunmadığından, eləcə də alığı ixtisas ölkə ərazisində uyğun olan digər ixtisas üzrə kredti hesabı üçün tələb olunan şərtlərə uyğun olmadığından cavabdeh orqanın müraciətin təminindən imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçının cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar