Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-445/2020 02.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (Cəbrayıl rayonu, Niyazqullar kəndində qeydiyyatda olan) iştirakı ilə, İddiaçıcavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə və (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı Dost Mərkəzinə) qarşı əlilliyə görə pensiya təyinedilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Yasamal rayon şöbəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı Dost Mərkəzinə) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş İİ qrup əlilliyə görə yeni məlumat vərəqəsinin hazırlanaraq təqaüdünün artırılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4650/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Yasamal rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsi ilə əvəz edilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş İİ qrup əlilliyə görə pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4650/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1975-ci il təvəllüdlü iddiaçı 1992-ci ildə SHXÇDX-nin Cəbrayıl rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. xx.xx.1994-cü il tarixdə hərbi xidmət keçərkən döyüş zonasında aldığı çoxsaylı qəlpə yaralarından xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Bakı Baş Səhiyyə X2 Mərkəzində müayinə və müalicə olunmuşdur. Azərbaycan Respublikası SHXÇDX-nin Cəbrayıl rayon bölməsinin xx.xx.2016-ci il tarixli 47 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli 37 nömrəli arayışı, Bakı Baş Səhiyyə X2 Mərkəzi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı, MN MHHK-nin həkim mütəxəssisinin və nevropatoloqun rəyləri ilə təsdiq edilərək xx.xx.2016-cı il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının “Hərbi Travmadır Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” Qərarı verilmişdir. Bundan sonra iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlilik təyin edilmişdir. İl qrup əlil kimi ona 230 (iki yüz otuz) manat Prezident təqaüdü və 130 (yüz otuz) manat məbləğində müavinət təyin edilmişdir. Lakin göstərdiyi hərbi xidmətlərinə görə ona çox aşağı minimum təqaüd hesablanmışdır. Hərbi xidmətə 18 yaşında çağırılmış və hərbi xidmət zamanı yaralanmışdır. İş stajına imkan tapmamışam, lakin ona pensiya təyin ediləndə əmək stajı tələb edilir. Ona bu günkü gündə təyin edilmiş pensiya anadangəlmə mülki əlillərin pensiyası qədərdir. Halbuki onun əlilliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədardır. xx xxx 2019-cu il tarixdə və xx xxxxxxxx 2019-cu il tarixlərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə İİ qrup əlilliyə görə təqaüdünün yenidən hesablanması üçün müraciət məktubları göndərsə də bu günədək heç bir cavab əldə etməmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını və etiraza əlavəni məhkəməyə təqdim edərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə “Müharibə əlillərinə Azərbaycan Respublikasının Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il 09 sentyabr tarixli, 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxx 2019-cu il tarixli, 639 nömrəli Fərmanına əsasən təqaüdün aylıq məbləği xx xxxxx 2019-cu il tarixdən aşağdakı kimi müəyyən edilib: İ qrup əlillərə - 250 manat;İİ qrup əlillərə - 230 manat;İİİ qrup əlillərə - 210 manat. İddiaçıa İİ qrup əlilliyə görə ödənilən 230 manat məbləğ Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd olunan fərmanına əsasən müharibə əlillərinə təyin olunmuş prezident təqaüdüdür. Eyni zamanda İddiaçı əlilliyə görə 130 manat məbləğində müavinət alır və onun əlilliyə görə əmək pensiyası ilə əvəz olunmasını iddia edir. “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası qanununun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və lİl qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası qanununun 7-ci maddəsi ilə müavinətlərin təyin olunması şərtləri təsbit olunmuşdur ki, həmin maddənin 7.0.3-cü bəndinə əsasən əlilliyə görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda sosial müavinət təyin edilir. Qeyd olunan maddələrdən də göründüyü kimi qanunvericliklə nəzərdə tutulmuş qaydada sığorta stajı və pensiya kapitalı verən İİ və İİİ qrup əlillər üçün əmək pensiyası və sığorta stajı və ya pensiya kapitalı imkan verməyən, yəni həmin şərtlərin imkan vermədiyinə görə əmək pensiyası almayan İİ və İİİ qrup əlillər üçün isə sosial müavinət nəzərdə tutulmuşdur. Beləliklə hər bir halda əlillərin maddi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı dövlət tərəfindən onlara aylıq ödənişlər nəzərdə tutulmuşdur. Belə olan halda iddiaçının qanunvericliyə uyğun olaraq sığorta stajının olmamasına baxmayaraq İİ qrup əlilliyə görə pensiya təyin olunması ilə bağlı tələbinin təmin edilməsi ən yüksək hüquqi qüvvəyə malik olan Konstitusiya və qanunların pozulması, həmçinin iddiaçı kimi sosial müavinət alan və ya qanunamüvafiq qaydada əmək pensiyası təyin olunan vətəndaşlara haqsızlıqdır. Tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsi üçün məhkəmə bildirişləri göndərilsə də, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1504/2015 saylı, xx xxxx 2015-ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını nəzərə alınaraq “müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 113 saylı, xx xxxxxx 2016-cı il tarixli Qərarından görünür ki, Cəbrayıl RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Füzuli hərbi prokurorluğunun xx.xx.2006cı il tarixli məktubundaa barəsində təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş İddiaçı döyüş zonasına hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Bakı Baş Səhiyyə X2 Mərkəzində müayinə və müalicə olduğu travmanın nəticəsi və yaralanma – diaqnoz: “Keçirilmiş qapalı kəllə-beyin travmasının (xx.xx.1994) davamlı qalıq əlamətləri”. Başın ənsə nahiyyəsinin, üzün sağ yarısının və sağ baldırın çoxsaylı qəlpə yaraları. Asteno-nevtorik sindrom” “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli məlumatdan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Yasamal rayon şöbəsi tərəfindən Yasamal rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlanmış məktubdan görünür ki, İddiaçı Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsindən heç bir növ əmək pensiyası almır. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş ******* saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsindən (2-ci qrup müharibə əlilliyi olan şəxs kimi) 230 manat məbləğində prezident təqaüdü və 130 manat məbləğində sosial müavinət alır. İşdə olan Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X1 İctimai Birliyinə ünvanlanmış xx xxx 2019 və xx xxxxxxxx 2019-cu il tarixli məktublardan görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş İİ qrup əlilliyə görə təqaüdün yenidən hesablanmasına köməklik edilməsi ilə bağlı müraciət olunmuşdur. Lakin müraciətə cavab verilməsi iş materiallarında olan sənədlər ilə müəyyən edilmir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarından müəyyən olundu ki, iddiaçı ikinci qrup əlildir və hazırda pensiyaçı deyildir. Onun hazırki tələbi ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş İİ qrup əlilliyə görə pensiyanın yenidən hesablanması ilə bağlı olsa da, lakin işdə olan sənədlərdən görünür ki, iddiaçıya İİ qrup əlilliyə görə bu günədək ümumiyyətlə pensiya təyin edilməmişdir. O, İİ qrup əlilliyə görə 130 manat sosial müavinət və 230 manat məbləğində Prezident təqaüdü alır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi pensiyanın yenidən hesablanması ilə bağlı deyil, ona İİ qrup əlilliyə görə pensiya təyin edilməsindən ibarətdir və iddiaçının tələbinə həmin əsaslar üzrə baxılmalıdr. Hazırki iş materiallarında olan sənədlər əsasında iddiaçıya xx.xx.2016-cı il tarixdən İİ dərəcəli əlillik təyin edildiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, həmin dövrdə qüvvədə olan qanunvericiliyə istinad edilməlidir. xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Həmin dövr qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 2.3-cü bəndinə əsasən Əlilliyə görə əmək pensiyaları Qanunla müəyyən edilmiş aşağıdakı şərtlərlə təyin edilir. Həmin Qaydaların 2.3.1-ci bəndinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Məhkəmə iddia tələbi üzrə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.1975-ci il təvəllüdlü iddiaçıya xx.xx.2016-cı il tarixdə İİ qrup əlillik təyin olunmuşdur. Həmin vaxt onun 41 yaşı olmaqla, ümumiyyətlə sosial sığorta stajına malik olmamışdır. Halbuki qanunvericlik şəxsə əlilliyə görə pensiya təyin edilməsi üçün sığorta stajının ümumilikdə 5 ildən az olmaması ilə şərtləndirərək, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajına malik olmasını imperativ norma kimi müəyyən etmişdir. İstinad olunan Qaydaların 2.3.1-ci bəndinə uyğun olaraq 41 yaşlı iddiaçının tələb olunan ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (41 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 26 il) x 4 ay = 104 ay = 08 il 8 ay) sığorta stajı olmalı idi. Lakin iddiaçı ümumiyyətlə sığorta stajına malik olmadığı üçün onun İİ qrup əlilliyə görə əmək pensiyası hüququ yaranmamışdır. Belə olan halda iddiaçının əlilliyə görə pensiya hüququ yaranmadığından, ona qanunvericliyin tələblərinə uyğun olaraq “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə əsasən əlilliyə görə sosial müavinət təyin edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Həmçinin iddiaçı “Müharibə əlillərinə Azərbaycan Respublikasının Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il 09 sentyabr tarixli, 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxx 2019-cu il tarixli, 639 nömrəli Fərmanına əsasən İİ qrup əlil olaraq 230 manat məbləğində Prezident təqaüdü alır. Beləliklə, iddiaçının ona İİ qrup əlilliyə görə pensiya təyin olunması üçün qanunvericilikdə tələb olunan sosial sığorta stajı olmadığından tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-445/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-445/2020
02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver