Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4477/2025 26.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 və üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “ümumitəhsil müəssisələrinin tədris dili xarici dil olan bütün siniflərinin tədris dilin olan kitablarla təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “tam orta məktəblərin rus bölməsinin 5-ci siniflərində, Azərbaycan tarixi fənninin rus dilində tədris edilməsi və həmin şagirdlərin rus dilində Azərbaycan tarixi dərsliyi ilə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4–ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə qərardadı ilə Bakı şəhəri Nizami rayonu 214 saylı tam orta məktəbi məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Elm və Təhsil Nazirliyinin 3-29/3-2-411F/2024 saylı, xx.xx.2024-cü il tarixli əmrinə 7 saylı əlavənin 23-cü bəndinin ləğv edilməsi və tədris dili digər dillərdə aparılan ümumi təhsil müəssisələrinin 5-ci sinif şagirdlərinin təhsil aldıqları dildə Azərbaycan tarixi dərsliyi ilə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. Məhkəmənin 24 yanvar 2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsinin məhkəmə icraatına qəbul edilməsi qərara alınmışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “Elm və Təhsil Nazirliyinin 3-29/3-2-411F/2024 saylı, xx.xx.2024-cü il tarixli əmrinə 7 saylı əlavənin 23-cü bəndinin ləğv edilməsi, tədris digər (xarici) dillərdə aparılan ümumi təhsil müəssisələrinin bütün siniflərində Azərbaycan dili istisna olmaqla, bütün fənlərin tədrisin aparıldığı dildə tədris edilməsi və tədris digər (xarici) dillərdə aparılan bütün ümumitəhsil müəssisələrində təhsil alan şagirdlərin Azərbaycan dili istisna olmaqla, bütün fənlərin təhsil aldığı dildə kitablarla təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 31 yanvar 2025-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsinin məhkəmə icraatına qəbul edilməsi qərara alınmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin “Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, F-544 saylı, xx.xx.2023-cü il tarixli, 3-29/3-2-509F/2023 saylı əmrlərinin, xx.xx.2024-cü il tarixli, 3- 29/3-2-411F/2024 saylı əmrinin və ona əlavə edilmiş 7 saylı əlavənin 23-cü bəndinin ləğv edilməsi, tədris dili xarici dil olan ümumitəhsil müəssisələrinin bütün siniflərində Azərbaycan dili fənni istisna olmaqla bütün fənlərin yalnız tədrisin aparıldığı dildə tədris edilməsi və ümumi təhsil müəssisələrinin tədris dili xarici dil olan bütün siniflərinin tədris dilində olan kitablarla təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qərardadı ilə iddiaçının ərizəsinin məhkəmə icraatına qəbul edilməsi qərara alınmışdır. Məhkəmənin 26 fevral 2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı iddiasının “ümumi təhsil müəssisələrinin tədris dili xarici dil olan bütün siniflərinin tədris dilində olan kitablarla təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” hissəsində mümkün sayılmaması qərara alınmışdır.
2. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, iddiaçının qızı Kərimli Minayə xx.xx.2014-cü ildə Bakı şəhərində anadan olmuşdur, ana dili Azərbaycan türkcəsidir. 3 yaşından etibarən məktəbəqədər təhsilini rus dilində almışdır, 214 saylı məktəbin rus bölməsinə qəbul edilmişdir, Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş rus dili müsahibəsindən uğurla keçibmişdir. Bu il 5-ci sinifə keçibmişdir. Həmişə əla qiymətlər alıbmışdır, 5-ci sinifə qədər əlaçı olubmuşdur, “4” qiymətini nadir hallarda alıbmışdır. Ana dilini bilsə də, heç vaxt ana dilində ədəbiyyat oxumayıbmışdır. Bu ilin dərs ili başlayarkən ona məlum olmuşdur ki, Azərbaycan tarixi fənni 5-ci sinifin rus bölməsində Azərbaycan türkcəsində tədris olunacaqdır. İddiaçı və digər valideynlər dərhal buna etiraz edərək məktub direktoruna, onun müavinlərinə bildirmişdirlər ki, bu həm Konstitusiyaya, həm də “Təhsil haqqında” qanuna ziddir. İddiaçıya bildirildi ki, bu təhsil nazirinin göstərişidir. İddiaçı həmin əmrin ona verilməsini xahiş etsə də, ona belə bir əmrin olmadığı bildirildi, təhsil proqramına daxil edildiyi bildirildi. Lakin bu halı təsdiq edən heç bir sənəd verilmədi. Bu hal dövlət dilinin öyrənilməsi üçün uğurlu qayda deyildir. Əgər ana dili Azərbaycan türkcəsi olan şagirdlər bu fənni lazımınca öyrənə yə ya mənimsəyə bilmirsə, ana dili rus dili olan şagirdlər üçün daha çətin olacaqdır. Həmişə “5” alan iddiaçının qızı Azərbaycan tarixi fənnindən “4” almağa belə çətinlik çəkir. Rus və Azərbaycan türkcəsində dövlət yer, toponim adlar, termilər tamamilə fərqlidir. Belə çıxır ki, həmişə əla qiymətlər alan şagirdlər Azərbaycan tarixi fənnindən “2”, “3”, ən yaxşı halda “4” ala biləcəklər. Şagirdlərlə bərabər valideynlər də əziyyət çəkirlər. Mövzular tamamilə fərqlidir. İddiaçının qızı mənəvi və psixoloji əziyyət çəkir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, qanunuvericiliyin tələbinə uyğun olaraq, Elm və Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-29/3-2-411F/ 2024 saylı əmri ilə “Ümumi təhsil müəssisələrinin 2024-2025-ci il tədris ili üçün tədris planları təsdiq edilmişdir. “Tədris planlarına dair Qeyd”lərin 23-cü bəndində qeyd edilir ki, tədris dilindən asılı olmayaraq, ümumi təhsil müəssisələrinin bütün 5-ci siniflərində “Azərbaycan tarixi” fənni dövlət dilində -Azərbaycan dilində tədris olunur. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən, ümumitəhsil müəssisələrinin tədris planları ümumi təhsil proqramının tərkib hissəsi hesab edilir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi istifadəsi və tətbiqi imkanlarının genişləndirilməsi, digər dillərdə təhsil alanların dövlət dili kimi Azərbaycan dilinə, Azərbaycanın tarixinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasını təmin etmək məqsədilə Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 2022-2023-cü tədris ilində pilot qaydada 20 ümumi təhsil müəssisəsinin tədris digər dillərdə aparılan bölmələrinin V siniflərindən başlayaraq Azərbaycan tarixi fənni Azərbaycan dilində tədris olunub. Təhsil İnstitutu tərəfindən layihənin tətbiqi ilə bağlı təhsil müəssisələrinə müvafiq metodiki köməklik göstərilib. 2022-2023-cü tədris ilinin sonunda layihənin tətbiqinin nəticələri qeyd olunan qurum tərəfindən öyrənilib və 2023-2024-cü tədris ilində tədris digər dillərdə aparılan V siniflərdə Azərbaycan tarixi fənninin pilot qaydada dövlət dilində tədris edilən məktəblərin sayının ölkə üzrə 100-ə çatdırılması, 20 məktəbin V siniflərində başlanmış layihənin Vİ siniflərdə də davam etdirilməsi tövsiyə olunub və pilot layihə davam etdirilib. Layihənin nəticələri tədris ilinin sonunda təhlil edilərək azərbaycanlı ailələrindən olan şagirdlərin fənni Azərbaycan dilində mənimsəməsinin yaxşı olduğu, rus ailələrindən olan şagirdlərin (onların sayı hər sinifdə 2- 3 nəfərdir) fənni Azərbaycan dilində öyrənməkdə müəyyən çətinlik çəkdikləri, həmçinin dərsliyin mövzularının yenidən işlənməsinə, sadələşdirilməsinə ehtiyac olduğu vurğulanıb. Ümumilikdə fənnin tədrisində müəyyən çətinliklər (azlıq təşkil edir) olmasına baxmayaraq, layihənin nəticələri əsasən müsbət qiymətləndirilib. Təhlilin nəticələrində göstərilən qeydlər nəzərə alınmaqla sözügedən fənn üzrəyeni 5-ci siniflər üzrə “Azərbaycan tarixi” dərsliyi hazırlanıb və şagird sayının 105%-i həcmində çap olunaraq bütün dövlət ümumi təhsil müəssisələrinə təqdim edilib. Elm və Təhsil Nazirliyinin 14 iyun 2024-cü il tarixli əmrinə əsasən, cari tədris ilində tədris digər dillərdə aparılan V siniflərdə Azərbaycan tarixi fənni dövlət dilində - Azərbaycan dilində tədris olunmağa başlanılıb. Yuxarıda qeyd edilənlərin həyata keçirilməsində müxtəlif fənlərin fərqli dillərdə tədrisinə dair bir sıra ölkələrdə mövcud olan mütərəqqi təcrübə də nəzərə alınıb. Mütəxəssislər tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində ədəbiyyat fənni üzrə dərsliklərdə Azərbaycan ədəbiyyatı nümunələrinin də orijinalın dilində - dövlət dilində keçirilməsini təklif edir. Məsələ müzakirə mərhələsindədir. Qeyd edilməlidir ki, qəbul edilmiş qərarı nzibati orqanın diskresion səlahiyyətinə aid olmaqla, qanunvericiliklə müəyyən olunmuş hüdudlar daxilində qəbul edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilmə barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
5. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: -1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur - 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. - 28.1. İnzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır. - 52.1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. - 52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər. - 52.3. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. - 52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. - 52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz.
6. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən tələbin hazırda baxılan hissəsində- ümumitəhsil müəssisələrinin tədris dili xarici dil olan bütün siniflərinin tədris dilin olan kitablarla təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət edilməsinə dair sübut iddia ərizəsinə əlavə edilməmiş, işə baxılan zaman məhkəməyə təqdim edilməmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1.1-ci bəndinə əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır, 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
8. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “ümumitəhsil müəssisələrinin tədris dili xarici dil olan bütün siniflərinin tədris dilin olan kitablarla təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” hissəsində iddiası mümkünlük şərtlərinə cavab vermir.
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “ümumitəhsil müəssisələrinin tədris dili xarici dil olan bütün siniflərinin tədris dilin olan kitablarla təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi hissəsində iddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2cıbəyova