Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4532/2020 09.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Ata adı X3, ana adı isə X4r. Binəqədi rayon VVADQ şöbəsinin 1975-ci ilin 30 mart ayında doğum akt qeydi kitabında müvafiq qeydiyyat aparılmış və Doğum haqqında Şəhadətnamə verilmişdir. Lakin, iddiaçı Doğum haqqında Şəhadətnaməni itirmişdir. İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi üçün Cavabdehnə müvafiq ərizə ilə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Hesab edir ki, cabandeh inzibati orqanın imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə etiraz etmədikləri və işin həllinin məhkəmənin mülahizəsinə buraxdıqları bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İPM-in bu müddəasının tələblərini və Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2020-ci il tarixli Məlumatına əsasən Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X2 tövsiyələrini, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 19 iyun tarixli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli 6 nömrəli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq, icraat iştirakçılarına bildiriş göndərilmiş, bildirişini aldıqdan sonra 2020-ci il 09 iyul tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair yazılı mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. Tərəflərin şifahi dinləmələr keçirilmədən işə baxılmasına etirazları məhkəməyə daxil olmamışdır. Göstərilənlərə əsasən məhkəmə tərəflərin iştirakı olmadan şifahi dinləmələr keçirmədən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Bakı şəhəri Cavabdeh xx.xx.2020-ci il tarixli, 05/Q882/15 saylı məktubundan görünür ki, iddiaçının təkrar doğum haqqında şəhadətnamənin verilməsi barədə ərizəsinə, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarının 9.8-ci bəndinə müvafiq olaraq şəxsiyyətini təsdiq edən heç bir sənəd təqdim edilmədiyindən ərizəsinin təmin edilməsinin mümkün olmadığı, şəxsiyyətini təsdiq edən sənədi təqdim etmədiyi üçün təkrar doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı, aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə sorğusu əsasında 29 avqust 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı doğumunun qeydə alınıb-alınmaması, qeydə alındığı halda doğum haqqında akt qeydindən çıxarışın surəti məhkəmə tərəfindən cavabdehdən tələb edilmiş, lakin sorğuya cavab verilməmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında ******* saylı 04 fevral 2019-cu il tarixli Qərarına əsasən 29 avqust 1974-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Azərbaycan Respublikası X1 alınması üçün TQS№086/1 saylı VESKS kodu **********09 olan Tibbi Arayışdan müəyyən olunur ki, ünvan 1 ünvanda yaşayan 29 avqust 1974-cü il tarixli İddiaçı ərazi üzrə qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə təqdim etmək üçün Tibbi Arayış verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər nazirliyi bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı 15 aprel 2019-cu il tarixli məktubdan müəyyən edilir ki, İddiaçı ünvan 3 ünvana qeydiyyata alınması üçün Rəy təqdim edilmişdir. Həmin Rəydə 29 avqust 1974-cü il tarixdə anadan olmuş İddiaçı müvəqqəti olaraq ünvan 4 ünvanda yaşadığı qeyd olunaraq ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı saylı Sərəncamına əsasən Binəqədi rayon RPİ-nin inzibati binasında (ünvan 5 ünvanına qeydiyyata düşməklə şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi qərara alınmışdır. Sovet Sosialist Respublikaları İttifaqı Vətəndaşının XVİİİ- ЖГ №541295 saylı Pasportdan görünür ki, İddiaçı 29 avqust 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İşin halları ilə müəyyən edilmişdir ki, iddiaçının adına Binəqədi rayon VVADQ şöbəsinin 1975-ci ilin 30 mart ayında doğum akt qeydi kitabında müvafiq qeydiyyat aparılmış və Doğum haqqında Şəhadətnamə verilmişdir. İddiaçı ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Göründüyü kimi, iddiaçının doğum qeydi mövcuddur və ona həmin qeyd əsasında təkrar şəhadətnamənin verilməsi mümkündür. Bununla belə iddiaçının şəxsiyyət vəsiqəsi olmadığı halda, cavabdeh doğum haqqında şəhadətnamənin təkrar verilməsindən məhz şəxsiyyət vəsiqəsinin təqdim edilməməsi əsası ilə imtina etmişdir. Halbuki, təkrar şəhadətnamələrin alınması haqqında maraqlı şəxslərin ərizəsinə şəxsiyyət vəsiqəsinin surətinin əlavə edilməli olduğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında qaydası»nda öz əksini tapmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında Qaydası»nın 9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. Cavabdehin istinad etdiyi norma qeyd edilən Qaydanın 9.7-ci bəndində göstərilənlərlə bağlı olsa da, məhkəmə qeyd edir ki, həmin normada 16 yaşına çatmış şəxslərə aid doğum haqqında təkrar şəhadətnamələrinin həmin şəhadətnamənin aid olduğu şəxsə verilməsini qadağan etməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında Qaydası»nın 9.7-ci bəndinin 1-ci və 2-ci abzaslarına əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Valideynlik hüquqlarından məhrum edilmiş şəxslərə uşağın doğumu haqqında təkrar şəhadətnamələr verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 29 avqust 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 30 mart 1975-ci il tarixdə 394 sayla qeyd edilmiş İddiaçı şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 29 avqust 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4532/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4532/2020
09.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver