Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4541/2020 09.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı “xxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı «müvafiq yazının portaldan və depozit hesabı səhifəsindən və xəbərdarlığın çıxarılması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxx” MMC cavabdeh AR İN yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı «müvafiq yazının portaldan və depozit hesabı səhifəsindən və xəbərdarlığın çıxarılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, cavabdeh tərəfindən X5, ƏDV depozit səhifəsində – "Bu vergi ödəyicisinin "İddiaçı" MMC-nin əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur" yazısı və xəbərdarlığı yerləşdirilmişdir. Halbuki, nəinki MMC tərəfindən belə bir əməliyyatlar aparılmamışdır, hətta xx xxxxxx 2020-ci il tarixdən mal alışı üzrə ümumiyyətlə hər hansı əməliyyat aparılmamışdır (bank hesabından çıxarış əlavə olunur). Bundan əlavə olaraq, əmtəəsiz əməliyyat və riskli vergi ödəyicisi normaları, anlayışları AR Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında AR xx xxxxxx 2019-cu il tarixli, № 1704-VQD saylı Qanunu ilə daxil edilmiş və Qanunun 2.5-ci maddəsinə əsasən x xxxxxx 2020-ci ildə tarixdən qüvvəyə minmişdir. Yəni bu normalar xx xxxxxx 2020-ci il tarixdən sonrakı dövrü əhatə edir. Əlavə olaraq, bu günədək hətta riskli vergi ödəyicisinin meyarları belə müəyyən edilməmişdir. Beləliklə, səbəb olmadan MMCnin riskli vergi ödəyicisi kimi göstərilməsi qanunsuzdur, əsassızdır. Göstərilənləri nəzərə alaraq, "İddiaçı" MMC-nin riskli vergi ödəyici iması ehtimalı haqda X5, ƏDV depozit səhifəsində Vergilər Nazirliyi tərəfindən xəbərdarlığın, müvafiq olaraq "Bu vergi ödəyicisinin "İddiaçı" MMC "VÖEN **********" yazısının çıxarılmasını elektron kargüzarlıq vasitəsi ilə göndərilən xx xxxxx 2020-ci il tarixli məktubla cavabdeh AR Cavabdehndən xahiş olunmuşdur. Eyni zamanda, MMC-nin riskli vergi ödəyicisi olma ehtimalı haqda, “əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur" xəbərdarlıq yazısının yerləşdirilməsi haqda vergi orqanının qərarının (əgər belə bir qərar varsa) surətinin təqdim edilməsi və bu qərarın (əgər belə bir qərar varsa) ləğvi xahiş olunmuşdur. Lakin cavabdeh tərəfindən bu günədək qeyd edilən əsassız və qanunsuz yazı, xəbərdarlıq aradan qaldırılmamışdır. Yazı yenə də, MMC-nin hüquqlarını pozaraq X5, ƏDV depozit səhifəsində qalmaqdadır. Eyni zamanda, MMC-nin tərəf müqabilləri bu səbəbdən ona ödənilmiş ƏDV-ni sonradan əvəzləşdirə də bilmirlər. Göstərilənlərə və AR Vergi Məcəlləsinin 15.1.9, 62.1, 64-cü maddələrinə, İPM-in 2.2.3, 2.2.4, 34, 35.1-ci maddələrinə əsaslanaraq, məhkəmədən X4, ƏDV depozit səhifəsindən "Bu vergi ödəyicisinin "İddiaçı" MMC "VÖEN **********" əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur" yazısının və xəbərdarlığın çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur . Cavabdehin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilmişdir: - İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı «bu vergi ödəyicisinin İddiaçı MMC (VÖEN: **********) əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimalı olunur» yazısının və xəbərdarlığın X8 portalından və ƏDV depozit hesabı səhifəsindən çıxarılması hərəkətinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd olunan “Bu vergi ödəyicisinin İddiaçı MMC (VÖEN: **********) əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimalı olunur” yazısının və xəbərdarlığın X8 portalına və ƏDV depozit hesabı səhifəsinə əlavə edilməsi ilə bağlı Milli Gəlirlər Baş İdarəsini tərəfindən heç bir hərəkət edilməmişdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 54.1-ci maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, 2-1(112)-4541/2020 nömrəli iş üzrə cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin əsl cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə əvəz olunmasına dair qərardad qəbul edilməsi məhkəmədən xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X6 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın əsassız olduğunu bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasənm inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 27-ci maddəsinə əsasən aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi), cavabdeh, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. MPM-in 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə vurğulayır ki, iddiaçının qaldırdığı məsələ üzrə hazırkı cavabdeh müvafiq səlahiyyətə malik deyil. Həmçinin, müvafiq yazının cavabdeh tərəfindən əlavə olunması ilə bağlı hər hansı tutarlı sübut da məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmənin qənaətinə görə cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. AR Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərəəsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4541/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4541/2020
09.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver