Məhkəmə qərarları › İş №2-1(112)-4556/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4556/2023

03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4556/2023 03.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdehnə qarşı “01 noyabr 2022-ci il tarixli 2300/453Ş saylı əmrinin İ bəndinin (Gömrük əməkdaşına yaraşmayan hərəkətə yol verərək əmək vəzifələrini təkrarən kobud şəkildə pozduğuna görə Cavabdeh Gömrük nəzarəti zonalarında tərəzi xidməti işinin təşkili üzrə Xaçmaz “Samur” şöbəsinin inspektoru İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilsin) ləğv edilməsi, əvvəlki iş yerinə bərpa edilməsi və 01 noyabr 2022-ci il tarixdən başlayaraq məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh gömrük nəzarəti zonalarında tərəzi xidməti işinin təşkili üzrə Xaçmaz “Samur” şöbəsinin inspektoru vəzifəsinə düzəlmişdir. 29 sentyabr 2022-ci il tarixdən 29 oktyabr 2022-ci il tarixədək məzuniyyətə çıxmışdır. Məzuniyyətdə olduğu zaman X2 Dubay şəhərinə getmişdir . Məzuniyyətdən qayıtdığı zaman Heydər Əliyev adına hava limanından keçərkən hamı kimi özünə məxsus olan əşyaları bəyan edərək keçmişdir. Gətirdiyi əşyalar arasında bəyan edəcək mal olmadığından keçib getmişdir. Heydər Əliyev adına hava limanından çıxdıqda bir nəfər yaxınlaşıb gətirdiyi mallar ilə maraqlanmış, onların yenidən monitordan keçirməyini xahiş etmişdir. O, bir problem olmadığını bildirərək gətirdiyi əşyaları monitordan keçirmiş və çıxıb getmişdir. 30 oktyabr 2022-ci il tarixdə işə qayıtdıqda onun Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Terminal 1 X4 Gömrük postunda 6 ədəd iphone markalı telefonu ölkəyə gətirməyə cəhd etdiyinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Biriliyinin 01 noyabr 2022-ci il tarixli 2300/453Ş saylı əmri ilə işdən azad olunduğunu öyrənmişdir.o hesab edir ki, işdən azad olunmağı tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsinə əsasən iddiaçıya hüquqi yardım edərək iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsi ona təklif edilmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifat siyahısında mövcud deyil. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, iddiaçı iştirak etməmişdir. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının xx.xx.2013-cü il tarixli 100/01/004 saylı qərarı ilə təsdiq olunmuş Əsasnaməsinə əsasən fəaliyyət göstərir. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh haqqında Əsasnamə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 100/01/004 nömrəli xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş və xx.xx.2013-cü il tarixdə **********1004 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət reyestrində qeydiyyata alınmışdır. Bu Əsasnamənin 1.1-ci bəndinə görə Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumdur. Qanunvericiliyə uyğun olaraq istifadəsində olan dövlət əmlakına, müstəqil balansa, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. Əsasnamənin 1.6-cı bəndində Birliyin özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərdiyi və saxlanma xərclərinin həmin mənbələr hesabına maliyyələşdirildiyi təsbit edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 iyun 1992-ci il tarixli 301 nömrəli qərarına uyğun olaraq təşkil edilmiş, fəaliyyətini “Müəssisələr haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təsərrüfat hesabı və özünümaliyyələşdirmə əsasında həyata keçirir. Hüquqi statusuna görə Cavabdeh dövlət qulluğu, habelə dövlət qulluğunun xüsusi növü hesab edilmir. Cavabdeh əsas fəaliyyəti müqavilə əsasında xarici iqtisadi fəaliyyət iştirakçılarına gömrük məsələləri üzrə xidmətlər göstərməkdən ibarətdir. Belə ki, Birlik müqavilə əsasında xarici iqtisadi fəaliyyət iştirakçılarına, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin və qanunvericiliklə tələb olunan digər sənədlərin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində xidmətlər göstərir. Cavabdeh əsas fəaliyyət istiqamətlərindən biri də dövlət mülkiyyətinə keçirilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satışını və əldə olunmuş vəsaitlərin aidiyyəti üzrə köçürülməsini təşkil edir. Azərbaycan Respublikasının gömrük ərazisində yerləşən müvəqqəti saxlanc anbarlarında, terminallarında və digər yerlərdə müsadirə edilmiş malların və nəqliyyat vasitələrinin saxlanılmasını və mühafizəsini təmin etmək, gömrük bəyannamələrinin elektron formada təqdim olunmasının ümumiləşdirilmiş məlumat bazasını yaratmaq, uçotunu aparmaq və bununla bağlı nəzarəti həyata keçirmək, o cümlədən dünya əmtəə və xidmətlər bazarının konyunkturasını öyrənmək və əldə edilmiş məlumatlardan istifadə etməklə məlumatlandırma və məsləhət xarakterli xidmətlər göstərmək də Birliyin səlahiyyətləri daxilindədir. Cavabdeh gömrük nəzarəti zonalarında dayanacaq və tərəzi xidməti işinin təşkili, gömrük nəzarəti zonalarında dayanacaq və tərəzi xidmətinin təşkili üzrə xidmətlərə görə ödənişlərin alınmasına və köçürülməsinə nəzarət, gömrük nəzarəti zonalarında gömrük sərhəddindən keçirilən nəqliyyat vasitələrinin, o cümlədən yüngül minik avtomobillərinin xüsusi dayanacaqlarda saxlanılması xidmətlərinin həyata keçirir, Birliyin gömrük terminallarında Azərbaycan Respublikasına avtomobil nəqliyyatı və dəmir yolu vasitələri ilə idxal olunan, Azərbaycan Respublikasından ixrac olunan malların gömrük nəzarəti məqsədi ilə yoxlama tərəzilərində çəkilməsini həyata keçirir. 01 yanvar 2012-ci il tarixdən qüvvəyə minmiş Gömrük Məcəlləsinin 6.2-ci maddəsinə əsasən gömrük orqanları gömrük xidmətinin inzibati bölməsi olan və vahid sistem təşkil edən hüquq mühafizə orqanlarıdır. Vahid sistemə isə Gömrük Məcəlləsinin 7.1-ci maddəsinə görə Dövlət Gömrük Komitəsinin aparatı, ərazi gömrük idarələri, ixtisaslaşdırılmış gömrük idarələri və gömrük postları daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 dekabr 2008-ci il 277 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nın siyahısında Dövlət Gömrük Komitəsinin tabeliyində olan gömrük orqanları qismində dövlət büdcəsindən maliyyələşdirilən gömrük idarələri, Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 21-ci hissəsində isə Gömrük Məcəlləsinin 7.1-ci maddəsinə uyğun yalnız ərazi və ixtisaslaşdırılmış gömrük idarələri, gömrük postları nəzərdə tutulmuşdur. Beləliklə, göstərilənləri nəzərə alaraq, Cavabdeh inzibati orqan olmadığı müəyyən edilir. Məlum olduğu kimi, “Məhkəmə aidiyyətinin” müəyyənləşdirilməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində göstərilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1-ci maddəsində inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, be!ə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3-1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə görə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 64.1-ci maddəsinə əsasən, sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Azərbaycan Respublikasının 13 iyun 2000-ci il 894-İQ №-li “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanununun 2.1-ci maddəsinə əsasən ictimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifat siyahısında mövcud deyildir və inzibati icraatı həyata keçirmək və inzibati akt qəbul etmək səlahiyyəti yoxdur. Həmçinin, hüquqi statusuna görə Cavabdeh dövlət qulluğu, habelə dövlət qulluğunun xüsusi növü hesab edilmir. Belə olan halda məhkəmənin qənaətinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən olmadığından iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. İddiaçıya qanuna müvafiq qaydada və tələblə məhkəmə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar