Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4573/2025 27.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) “İddiaçı Muaytay üzrə Avropa Çempionatında üçüncü yerə layiq görüldüyünü, həmin idman növünün 2021-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin qərarı ilə Olimpiya oyunu kimi tanındığını nəzərə alaraq, onun müsabiqədən kənar qaydada Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu İddiaçı Muaytay üzrə Avropa Çempionatında üçüncü yerə layiq görüldüyünü, həmin idman növünün 2021-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin qərarı ilə Olimpiya oyunu kimi tanındığını nəzərə alaraq, oğlunun müsabiqədən kənar qaydada Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı 2023-cü ilin mart ayında Türkiyə Respublikasında keçirilmiş Muaytay üzrə Avropa Çempionatında 3-cü yerə layiq görülmüşdür. 2024-cü ilin iyun ayında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbulla bağlı lazım olan sənədlər X5 təqdim olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 229 nömrəli qərarının 2.3.3-cü bəndində Olimpiya idman növləri üzrə Avropa çempionatı və birinciliklər üzrə qaliblər Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul əsasında seçilirlər. Bu baxımdan DİM ilkin olaraq sənədlərinin qaydasında olduğu bildirərək, avqust ayında ixtisas seçiminə dəvət etdilər. Daha sonra iddiaçı ixtisas seçimi etmişdir. İxtisas seçimindən 15 gün sonra məlumat verildi ki, Gənclər və İdman Nazirliyi Muaytay idman növünün sənədlərini qəbul etməmişdir. Bizdə olan qeyri-rəsmi məlumat əsasında həmin idman növünün akkreditasiyadan keçməməsi bildirilmiş, lakin bu hal ilə bağlı rəsmi cavab verilməmişdir. Həmçinin əlavə olunmalıdır ki, İddiaçı bir yerdə idman etdiyi idman yoldaşları 2020-2023-cü il tarixinə qədər eyni idman növü üzrə İdman Akademiyasına qəbul olunmuşlar. xx.xx.2007-ci il təvəllüdlü İddiaçı 2023-cü il mart ayında Türkiyə Respublikasında keçirilmiş Muaytay üzrə Avropa idman növü üzrə Çempionatda 3-cü yerə layiq görülmüş olsa da, Nazirlər Kabinetinin xx.xx.2019-ci il tarixli 229 nömrəli qərarı DİM və Gənclər İdman Nazirliyini tərəfindən icra olunmur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası X9 tərəfindən iddia tələbinə yazılı münasibətdə qeyd olunmuşdur ki, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə müəyyən edilir. “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydasrnın 3.1-ci bəndinə əsasən beynəlxalq və ya respublika fənn olimpiadasının, beynəlxalq müsabiqənin və yarışın qalibləri müsabiqədənkənar qəbul olunmaq üçün ali təhsil müəssisələrinə ərizə qəbulu aparıldığı müddətdə Mərkəzin rəsmi internet səhifəsində “Abituriyentin elektron ərizəsi”ni doldurduqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydalarının 2.1.1-2.1.4-cü yarımbəndləri ilə müəyyən edilmiş sənədlərlə yanaşı, beynəlxalq fənn olimpiadasının, yaxud respublika fənn olimpiadasının, beynəlxalq müsabiqənin və ya yarışın qalibi olduğunu təsdiq edən sənədin əslini Mərkəzdə yaradılmış Sənəd Qəbulu Komissiyasına təqdim edirlər. Adıçəkilən Qaydanın 3.5-ci bəndinə əsasən Mərkəz bu Qaydanın 3.1.2-ci yarımbəndində göstərilən sənədlərin (beynəlxalq fənn olimpiadasının, yaxud respublika fənn olimpiadasının, beynəlxalq müsabiqənin və ya yarışın qalibi olduğunu təsdiq edən sənədlərin) həqiqiliyini və onu təqdim edən şəxsə məxsus olmasını həmin olimpiadaların, müsabiqələrin və yarışların keçirildiyi ölkənin müvafiq qurumlarının və ya onları təşkil edən qurumların (o cümlədən, beynəlxalq qurumların) olimpiadaların, müsabiqələrin və yarışların qaliblərinə dair məlumat bazası üzərindən yoxlamaq hüququna malikdir. Məlumat üçün bildirilir ki, 2024-cü ildə müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq üçün müraciət edərkən şübhəli məlumatlar təqdim etmiş 18 abituriyentin beynəlxalq yarışlarda iştirakla əlaqədar müvafiq yarışların keçirildiyi ölkələrə səfər edib-etməmələrinin araşdırılması məqsədilə Mərkəz tərəfindən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət edilmişdir. Xidmət tərəfindən aparılmış araşdırma nəticəsində 11 nəfərin sorğuda qeyd edilən tarixlərdə dövlət sərhəddindən hərəkəti barədə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (lAMAS-da) heç bir məlumatın qeydə alınmadığı müəyyən edilmişdir. Yaranmış zərurətlə əlaqədar olaraq, İddiaçı da daxil olmaqla 2024-cü ildə müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq üçün müraciət etmiş beynəlxalq yarışların qalibi olduğunu təsdiq edən sənədlər təqdim etmiş abituriyentlərin siyahısı (beynəlxalq yarışın adı, keçirildiyi tarix və ölkə göstərilməklə) müvafiq yoxlamanın aparılması və nəticəsi barədə Mərkəzə məlumat verilməsi məqsədilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə təqdim edilmişdir. Nazirlik aparılan yoxlamanın nəticələrinə əsasən İddiaçı müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmasını məqsədəuyğun hesab etməmişdir. Qeyd edilən məsələ ilə əlaqədar iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində Mərkəzə, o cümlədən Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və Azərbaycan Respublikasının Baş nazirinə şikayət ünvanlanmışdır. Həmin müraciətlərə aidiyyatı üzrə Mərkəzdə baxılmış və xx.xx.2024-cü il tarixli 9-3/2-B-4383/3-42-832/2024 nömrəli məktubla cavablandırılmışdır. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən iddia tələbinə yazılı münasibətdə qeyd olunmuşdur ki, Azərbaycan Respub ikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu qaydası” nın 1.5-ci bəndinə əsasən beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri dedikdə, aşağıdakı şəxslər nəzərdə tutulur: 1.5.1. beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər;1.5.2. İX-Xİ sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər; 1.5.3. beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 61.5-ci maddəsinə əsasən beynəlxalq yarışlarda Azərbaycan Respublikasını rəsmi təmsil etmək hüququ müvafiq icra hakimiyyəti orqanına, Milli Olimpiya, Paralimpiya, Deflimpiya, Xüsusi Olimpiya komitələrinə, respublika idman federasiyalarına və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bədən tərbiyəsi-idman təşkilatlarına məxsusdur. Aydındır ki, ölkəmizin beynəlxalq arenada təmsili xüsusi diqqət mərkəzində olan tədbir hesab olunur. Heç sübhəsiz qanunvercilik məhz bu sferadan məsələyə yanaşaraq bunun üçün iştirakçı subyektin mütləq rəsmi təmsil səlahiyyətinin mövcudluğunu imperativ tələb altında dəyərləndirmiş və kənar davranışı istisna etmişdir. Belə olan halda aydın məsələdir ki, qeyri-rəsmi, müəammalı tədbirlər və həmin tədbirlərdə iştirak özlüyündə hüquqi nəticə yaratmayan davranış kimi qəbul edilməli və həmin davranışın nəticəsi imtiyazla mükafatlandırılmamalıdır. Baxılan halda göründüyü kimi, iddiaçı qeyd edilən subyektlərdən kənardadır və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququna malik deyildir. Qeyd edilənlərə uyğun olaraq ona nəzərcə tutulmuş hüququn verilməsi qanunverciliyin tələbinin pozulması hesab olunur ki, tərəfimizdən bu nəzərə alınmış və iddiaçının Nazirliyə müraciəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Qanuni nümayəndə əsl İddiaçı ilə əvəz edimiş, iddia tələbi cavabdeh Azərbaycan Respublikası X2rşı “İddiaçı Muaytay üzrə Avropa Çempionatında üçüncü yerə layiq görüldüyünü, həmin idman növünün 2021-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin qərarı ilə Olimpiya oyunu kimi tanındığını nəzərə alaraq, onun müsabiqədən kənar qaydada Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində icraata qəbul olunmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, onun vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Azərbaycan Respublikası X9nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən 2024-cü ildə müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq üçün sənəd verilmiş abituriyentlərin siyahı müvafiq yoxlama aparmaq məqsədilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaya əsasən 69 abituriyentlərin 2024-cü ildə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması məqsədəuyğundur. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaya əsasən 2 abituriyentlərin 2024-cü ildə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması məqsədəuyğundur. Azərbaycan Respublikası X9 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Muaytay idman növü üzrə keçirilmiş Dünya və Avropa Çempionatlarının qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması məqsədəmüvafiq hesab edilməmişdir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş "Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın 2.3.1 - 2.3.8 ci yarımbəndlərinə əsasən olimpiya oyunları, olimpiya idman növləri üzrə dünya və Avropa çempionatı və birincilikləri, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyriolimpiya idman növləri üzrə dünya və Avropa çempionatı və birincilikləri, Yeniyetmələrin yay olimpiya oyunları, Avropa oyunları və X4 üzrə qaliblər ali məktəblərə müsabiqədənkənar qəbul olunurlar. Digər hallarda isə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən tənzimlənir. Ölkə ərazisində yayılan idman növləri və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi haqqında xüsusi komissiyanın xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, “Azərbaycan Klikboksinq Federasiyası” İctimai Birliyinin 0124/2024 nömrəli 13 dekabr 2024-cü il tarixli məktubunu və digər sənədləri nəzərə alaraq, həmin federasiyasının fəaliyyət istiqamətinə müaytay idman növünün və onun fənlərinin əlavə edilməsi və ölkə ərazisində yayılan idman növləri kimi tanınması məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının xx.xx.2024cü il tarixli, 38 №-li qərarına əsasən “Azərbaycan Klikboksinq Federasiyası” İctimai Birliyinin 0124/2024 nömrəli 13 dekabr 2024-cü il tarixli məktubunu nəzərə alaraq, həmin federasiyasının fəaliyyət istiqamətinə müaytay idman növünün və onun fənlərinin əlavə edilməsi və ölkə ərazisində yayılan idman növləri kimi tanınmışdır. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı 2023-cü ilin mart ayında Türkiyə Respublikasında keçirilmiş muaytay üzrə Avropa çempionatına Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən ezam olunmayıb. İddiaçının iştirak etdiyi 2023-cü ilin mart ayında Türkiyə Respublikasında keçirilmiş muaytay üzrə Avropa çempionatı Avropa Muaytay Federasiyası tərəfindən keçirilib. 2023-cü ildə muaytay idman növü Gənclər və İdman Nazirliyi tərəfindən tanınmamışdır. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və ədalətli həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. Belə ki, “Bədən tərbiyəsi və idman haqqında” Qanunun: 61.1. Bədən tərbiyəsi və idman sahəsində beynəlxalq əməkdaşlıq beynəlxalq müqavilələrə və qanunvericiliyə əsasən həyata keçirilir. 61.2. Respublika bədən tərbiyəsi-idman təşkilatları beynəlxalq əlaqələrində müstəqildirlər. Onlar xarici ölkələrin idman təşkilatları ilə münasibətlərində beynəlxalq idman təşkilatları tərəfindən təsdiq olunmuş reqlament və tələblərə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət edirlər. 61.3. Ölkə ərazisində beynəlxalq bədən tərbiyəsi-idman təşkilatları və onların filialları və nümayəndəlikləri yaradıla bilər. Respublika bədən tərbiyəsi-idman təşkilatları qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətlərinin həyata keçirilməsinə əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri cəlb etmək, həmçinin xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan, xarici təşkilatlardan, əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən aldıqları maliyyə vəsaitləri və başqa növ əmlak üzərində müstəqil sərəncam vermək hüququna malikdirlər. 61.4. Beynəlxalq bədən tərbiyəsi-idman təşkilatlarının Azərbaycan Respublikası ərazisində fəaliyyətini həyata keçirən strukturlarının tərkibinə dövlət və ya bələdiyyə qulluğunda vəzifələr tutan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada daxil ola bilərlər. 61.5. Beynəlxalq yarışlarda Azərbaycan Respublikasını rəsmi təmsil etmək hüququ müvafiq icra hakimiyyəti orqanına, Milli Olimpiya, Paralimpiya, Deflimpiya, Xüsusi Olimpiya komitələrinə, respublika idman federasiyalarına və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bədən tərbiyəsi-idman təşkilatlarına məxsusdur “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.2-ci bəndinə əsasən həmin Qanunun 1.0.16-cı maddəsində, 10.3-cü maddəsinin ikinci cümləsində, 12- 1.1-ci, 15.3-cü, 16.6.4-cü, 28.2.3-cü, 28.3-cü, 29.2-ci, 30.1-ci, 30.2-ci, 30.4-cü, 31.1-ci, 31.4-cü, 34.1-ci, 36.2-ci, 37.2-ci, 38.1-ci, 38.2-ci, 38.3-cü, 38.4-cü, 39.2-ci, 41.1-ci, 41.2-ci, 41.3-cü, 44.3-cü, 45.3-cü, 45.4-cü, 47.1-ci, 48.3-cü, 49.1-ci, 51.5-ci, 56.2-ci və 61.5-ci (hər iki halda) maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi həyata keçirir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun: 26.1. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. 26.5-2. Bu Qanunun 26.5-ci maddəsində nəzərdə tutulan olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu” Qaydasının: 1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-2-ci maddəsinə əsasən hazırlanmışdır və beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısını və onların qaliblərinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu qaydasını müəyyən edir. 1.2. Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu həmin şəxslərin Azərbaycan Respublikasının X9 (bundan sonra – Mərkəz) tərəfindən keçirilən ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmədən bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində təhsil almaq üçün ali təhsil müəssisəsinə yerləşdirilməsidir. 1.5. Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri dedikdə, aşağıdakı şəxslər nəzərdə tutulur: 1.5.1. beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər; 1.5.2. İX-Xİ sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər; 1.5.3. beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər. Bəhs olunan qanunvericiliyin müddəalarından göründüyü kimi Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq hüquqları var ki, bu hüquqlardan yalnız aşağıda göstərilən şəxslər istifadə etmək hüququna malikdirlər: beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər; İX-Xİ sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər; beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər. Lakin burada diqqətçəkən əsas məsələ budur ki, bu hüquq yalnız o şəxslərə aid edilir ki, onlar beynəlxalq yarışlarda Azərbaycan Respublikasını rəsmi şəkildə təmsil etmiş olsunlar. Nəzərə alınmalıdır ki, yalnız Gənclər və İdman Nazirliyinin və ya onun səlahiyyət verdiyi qurumların rəsmi ezamiyyəsi əsasında beynəlxalq yarışlarda iştirak edən şəxslər dövlət tərəfindən rəsmi təmsil olunmuş hesab edilə bilər. Hazırki iş üzrə aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, İddiaçı 2023cü ilin mart ayında Türkiyə Respublikasında keçirilmiş muaytay üzrə Avropa çempionatında üçüncü yerə layiq görülmüşdür. Lakin, bu uğuruna baxmayaraq, onun həmin yarışda iştirakı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən rəsmi olaraq təsdiq edilməmiş və heç bir formada ezamiyyə sənədi ilə rəsmiləşdirilməmişdir. Həmin yarışın statusu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən tanınmamışdır. Hətta qeyd olunmalıdır ki, muaytay idman növü yalnız sonradan, daha dəqiq desək 16 dekabr 2024-cü il tarixli 38 nömrəli Kollegiya qərarı ilə Gənclər və İdman Nazirliyi tərəfindən rəsmi şəkildə ölkə ərazisində yayılan idman növü kimi tanınmışdır ki, bu idman növü yalnız Azərbaycan Kikboksinq Federasiyasının fəaliyyət istiqamətinə daxil edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunmaq hüququnun yaranması üçün zəruri hüquqi əsaslar mövcud deyildir. Qanunvericiliklə müəyyən olunmuş meyarlar və prosedurlar yalnız rəsmi ezam olunmuş, səlahiyyətli dövlət qurumları tərəfindən tanınmış yarışlarda uğur qazanmış şəxslər üçün tətbiq oluna bilər. Hazırkı halda isə, bu şərtlərdən heç biri təmin edilməmişdir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış, iddiaçının hüquqlarını pozmamışdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X8.
Məhkəmə qərarları › İş №2-1(112)-4573/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4573/2025
27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver