Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-460/2021 15.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, cavabdehin nümayəndəsi Xudiyev Cəlil Asim oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq şöbəsində böyük məsləhətçi işləyir), üçüncü şəxsin nümayəndəsi Kazımlı Könül Rasim qızının (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq şöbəsində məsləhətçi vəzifəsində işləyir) iştirakı ilə, iddiaçı Miralay Uğur Böyükağa oğlunun cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə inzibati işə üçüncü şəxs qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb edilməklə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Miralay Uğur Böyükağa oğlu cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq iddiaçıya məxsus Bakı şəhəri “Qızıl Şərq” hərbi şəhərciyində kilsənin sol tərəfində olan boş ərazidə yerləşmiş emalatxananın sökülməsi nəticəsində 285000 manat (95,0 kv.m.x3000=285000) məbləğində kompensasiyanın, həmin məbləğə bank uçot dərəcəsinə uyğun olaraq hesablanmış faizlərin, əmlaklarının talanması nəticəsində dəymiş 120000 manat məbləğində zərərin ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, keçmiş Oktyabr rayon X2 İcraiyyə Komitəsinin (hazırda Yasamal rayon İcra Hakimiyyətinin) 15.06.1990-cı il tarixli, 713 nömrəli qərarı ilə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Qırmızı Şərq hərbi şəhərciyində keçmişdə kilsə olmuş binanın sol tərəfində boş ərazidə yaradıcılıq emalatxanasının tikilməsi üçün ona icazə verilmişdir. Qərar verilən zaman qeyd edilən kilsə binası X4 Nazirliyinin 366 nömrəli Hərbi Hissəsinin hərbi qulluqçularının idmanla məşğul olması üçün nəzərdə tutulmuş idman zalı idi. Qərarda nəzərdə tutulduğu kimi iddiaçı öz şəxsi vəsaiti hesabına ona ayrılmış ərazidə yaradıcılıq emalatxanası tikmiş (yaradıcılıq emalatxanasının tikilməsi barədə 03.01.1991-ci il tarixli, 6 nömrəli müqaviləyə əsasən inşa edilən sahə 95 kv.m. təşkil edirdi) və istifadə etmişdir. Azərbaycan Respublikası Prezidentinin 19.06.2003-cü il tarixli, 1251 nömrəli Sərəncamına əsasən yaradıcılıq emalatxanaları onların ayrıldıqları şəxslərin mülkiyyətinə verilmişdir. Müəyyən müddət ərzində iddiaçı mütəmadi olaraq xarici ölkələrdə ezamiyyətdə oluduğundan vaxt tapdıqda həmin emalatxanaya getmişdir.Həmin emalatxanada o, yaradıcılıq işləri üçün istifadə etdiyi əşyalardan başqa həm də şəxsi əşyalarını da saxlayırdı. Sonuncu dəfə emalatxanaya gedəndə görmüşdür ki, emalatxana ona xəbər verilmədən sökülmüş və emalatxanada ona məxsus olan 120000 manatlıq əmlak talanmışdır. Bununla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.06.2018-ci il tarixli, 2-1(81)-1728/2018 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək ona məxsus emalatxananın sökülməsi nəticəsində ona ümumilikdə 190950 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 10.01.2019-cu il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.06.2018-ci il tarixli, 2-1(81)-1728/2018 nömrəli qərarı ləğv edilmişdir. Həmin qərardan verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bundan sonra o, 08.07.2019-cu ildə ərizə ilə cavabdehə müraciət edərək, yaradıcılıq emalatxanasının qanunsuz sökülməsi ilə bağlı vurulmuş ziyanı ekvivalent ölçüdə, məsafədə başqa bir yerdə və ya emalatxananın dəyəri olaraq pulla kompensasiya edilməsini xahiş etmişdir. Lakin müraciəti təmin edilməmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş sərəncama əsasən cavabdeh iddia tələbinə dair etirazını təqdim edərək göstərmişdir ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı Bakı şəhər İcra Hakimiyyətinin deyil, Yasamal RİH-nin 15.06.1990-cı il tarixli, 713 nömrəli qərarı ilə yaradıcılıq emalatxanasının tikilməsinə icazə aldığını bildirmişdir. Bakı şəhər, Yasamal rayonu, Qırmızı Şərq şəhərciyi ünvanında yerləşən mülkün sökülməsinə dair Bakı şəhər İcra Hakimiyyətində hər hansı bir məlumat aşkar olunmamışdır. İnzibati icraat haqqında qanuna əsasən inzibati akt maraqlı şəxsin maraqlarına toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilməsi nəzərdə tutulmuşdur. İddiaçının mülkiyyəti ilə bağlı əlavə olaraq bildirilir ki, emalatxananın iddiaçıya məxsus olması barədə hər hansi bir təsdiqedici sənəd məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ...2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, özü gəlməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi C.Xudiyev iddia ərizəsinə etirazda göstərilən məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi K.Kazımlı cavabdehin mövqeyi ilə razı olduğunu bildirərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Oktyabr rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 713 nömrəli, 15.06.1990-cı il tarixli qərarına əsasən SSRİ Memarlar İttifaqının üzvü olmuş memar Ü.Miralayevə yaradıcılıq emalatxanasının tikilməsinə icazə verilmişdir. 6 nömrəli, 03.01.1991-ci il tarixli müqaviləyə əsasən iddiaçı ilə Sahələrarası elmiistehsalat “SUMEKON” Assosiasiyası arasında sahəsi 95 kv metr olan emalatxananın layihələndirilməsi və inşası barədə razılaşma əldə edilmişdir, müqavilənin 1nömrəli əlavəsinə əsasən işlərin görülmə müddəti iki ay müəyyən edilmişdir. İddiaçının Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış və 08.07.2019-cu ildə təhvil verilmiş ərizəsinə əsasən iddiaçı ona məxsus olan Bakı şəhəri Yasamal rayonu “Qızıl şərq” şəhərciyində yerləşən sahəsi 95 kv metr olan yaradıcılıq emalatxanasının sökülməsi nəticisində ona vurulmuş ziyanın pulla kompensasiyasının ödənilməsi və ya başqa bir yerlə təmin edilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış 13.09.2019-cu il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, iddiaçının həmin məzmunlu müraciətinə Yasamal rayon İcra Hakimiyyətində baxılmışdır. Həmin məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi iddiaçıya bildirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-1418/2019 nömrəli iş üzrə 30.05.2019-cu il tarixli qərarına əsasən iddiaçı Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Qırmızı Şərq hərbi şəhərcikdəki kilsənin sol tərəfində olan boş ərazidə yerləşən ona məxsus yaradıcılıq emalatxanasının qeyriqanuni olaraq sökülməsi nəticəsində ona vurulmuş 389395 manat maddi zərərin, maddi zərərin 20%-i miqdarında kompensasiya 77899 manatın, maddi zərərin bank faizi uçot dərəcəsinə uyğun 7%-i miqdarında (iki illik) 85065,71 manat, cəmi 552459,71 manatın, qeyri-qanuni sökülmə zamanı emalatxanada olan şəxsi əşyaların talan edilməsi nəticəsində vurulmuş 120000 manat məbləğində maddi zərərin və 500 manat məbləğində hüquqi yardım xərclərinin cavabdehdən alınaraq ona ödənilməsi barədə iddia qaldırmışdır,həmin iddia 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.06.2018-ci il tarixli qərarı ilə qismən təmin edilsə də Bakı Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 10.01.2019-cu il tarixli ilə qərar ləğv edilərək iddia mümkün sayılmamışdır, həmin qərardaddan verilmiş kassasiya şikayəti də təmin edilməmişdir.İddianın mümkün sayılmamasının əsası kimi iddiaçının kompensasiya ilə bağlı tələblərlə inzibati orqana müraciət etməməsi göstərilmişdir. Beləliklə, iş materiallarından məhkəmə müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, 1990-cı ildə ona keçmiş Oktyabr, hazırki Bakı şəhəri Yasamal rayonun ərazisində yaradıcılıq emalatxanasının inşasına icazə verilmişdir, iddiaçı həmin emalatxananın 95 kv metr sahəsi olmaqla inşası üçün “SUMEKON” Assosiasiyası ilə müqavilə imzalanmış və işlərin görülməsi müddəti iki ay müəyyən edilmişdir.İddiaçı 2019-cu ildə cavabdehə müraciət edərək Bakı şəhəri Yasamal rayonu “Qızıl şərq” şəhərciyində yerləşən sahəsi 95 kv metr olan yaradıcılıq emalatxanasının sökülməsi nəticəsində ona vurulmuş ziyanın pulla kompensasiyasının ödənilməsini və ya başqa bir yerlə təmin edilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir.Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ- əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ;158.1.2. əmlakdan istifadə hüququ;158.1.3. servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə isin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və kevfivvətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İddiaçı iddia ərizəsində ona məxsus olan 95 kv metr sahəsi olan daşınmaz əmlakın cavabdeh tərəfindən sökülməsini, həmin əmlakda olan əşyaların talan edilməsi nəticəsində ona əmlak ziyanı vurulmasını göstərmişdir və bu zaman “Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına istinad etmişdir. Qeyd edilən sərəncama əsasən həqiqətən də Azərbaycan Respublikasında dövlət mülkiyyətində olan və Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanaları qanunvericiliyə uyğun olaraq onların mülkiyyətinə verilməsi əks olunmuşdur. Eyni zamanda inzibati işin materiallarından göründüyü kimi, iddiaçıya həqiqətən 1990-cı ildə keçmiş Bakı şəhəri Oktyabr rayonun, hazırki Bakı şəhəri Yasamal rayonun ərazisində sahəsi 95 kv metr olan yaradıcılıq emalatxanasının inşasına icazə verilmişdir, həmin yaradıcılıq emalatxanasının inşası barədə iddiaçı “SUMEKON” Assosiasiyası ilə müqavilə bağlamışdır. Lakin Bakı şəhəri, Yasamal rayonunun ərazisində sahəsi 95 kv metr olan yaradıcılıq emalatxanasının iddiaçı tərəfindən inşa edilməsi, istifadə edilməsi, hər hansı istifadə və mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsi, həmin emalatxanada hər hansı bir iddiaçıya məxsus olan əşyaların saxlanması və sonradan cavabdehin hərəkətləri nəticəsində talan edilməsi iş materialları ilə müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. İddiaçının hazırda sökülməsinə görə kompensasiya tələb etdiyi əmlakın onun adına mülkiyyət, istifadə hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata keçməsi və ya həmin hüquqlara dair notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. İddiaçı həmin emalatxananın həqiqətəndə mövcud olmasına dair məhkəməyə fotoşəkillər təqdim etsə də həmin fotoşəkillərin hansı ərazidə, nə vaxt çəkilməsi fotoşəkillərdən görünmədiyi üçün məhkəmə qeyd edilən fotoşəkillərin iddiaçının mülkiyyətində, istifadəsində Bakı şəhəri, Yasamal rayonu ərazisində iddiaçının bildirdiyi yerdə 95 kv metr sahədə yaradıcılıq emalatxanasının olmasını təsdiq edən sübut kimi qiymətləndirilməsini mümkün hesab etmir. Cavabdeh tərəfindən iddiaçıya məxsus hər hansı bir əmlakın sökülməsi, həmin sökülmə nəticəsində iddiaçının əmlaklarının talan olması inzibatı məhkəmə gedişində təsdiqlənmədiyi üçün iddiaçının tələb etdiyi bank uçot dərəcəsinə uyğun olaraq hesablanmış faizlərin, əmlaklarının talanması nəticəsində dəymiş zərərin ödənilməsi tələbini də məhkəmə əsassız hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda qeyd edilən bütün hallara məcmu qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı Miralay Uğur Böyükağa oğlunun cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı iddiaçıya məxsus Bakı şəhəri “Qızıl Şərq” hərbi şəhərciyində kilsənin sol tərəfində olan boş ərazidə yerləşmiş emalatxananın sökülməsi nəticəsində 285000 manat (95,0 kv.m.x3000=285000) məbləğində kompensasiyanın, həmin məbləğə bank uçot dərəcəsinə uyğun olaraq hesablanmış faizlərin, əmlaklarının talanması nəticəsində dəymiş 120000 manat məbləğində zərərin ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin üzərinə qoyulması barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34, 68-ci, 69-cu,85ci, 110-cu maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ : İddiaçı Miralay Uğur Böyükağa oğlunun cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı iddiaçıya məxsus Bakı şəhəri “Qızıl Şərq” hərbi şəhərciyində kilsənin sol tərəfində olan boş ərazidə yerləşmiş emalatxananın sökülməsi nəticəsində 285000 manat (95,0 kv.m.x3000=285000) məbləğində kompensasiyanın, həmin məbləğə bank uçot dərəcəsinə uyğun olaraq hesablanmış faizlərin, əmlaklarının talanması nəticəsində dəymiş 120000 manat məbləğində zərərin ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-460/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-460/2021
15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver