Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4605/2020 09.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1,cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibbi Baş İdarəsinə qarşı “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibbi Baş İdarəsinin rəisi Ədliyyə Tibb Generalı Rəfael Mehtiyevin xx xxxxxxx 2017-ci il tarixli məhkumların tibbi şəhadətləndirilməsi haqqında xüsusi həkim ekspert komissiyasının 10 nömrəli rəyini işdə olan digər tibbi arayışlarla və aktlarla mübahisələndirilməsi və 10 nömrəli rəyin ləğv edilməsi, yenidən həkim tibb ekspertizası təyin edilməsi barədə qərar qəbul edilməsi, cavabdehdən 10000 (on min) manat maddi təzminat tutulması, cavabdeh iddiaçı barəsində xx.xx.2003-cü il tarixdə xəstəliklər cədvəlinin 1-ci qrafasının 23 maddəsinə əsasən (Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2000-ci il tarixli 95 saylı əmri) “Dinc dövrü hərbi xidmətə yararsız müharibə dövrü məhdud yararlı hesab edilərək xx.xx.2003-cü il tarixdə AO N-0493521 nömrəli hərbi biletlə təmin olunaraq hərbi vəzifələrin ehtiyatına verildiyini və xx xxxxxx 2003-cü il tarixdən Qobustan həbsxanasına gətirildiyi vaxtdan həmin xəstəliklərdən daimi stasionar və ambulator müalicələr almağının tanınması və həmin xəstəliklər üzrə əlilliyin müəyyən edilməsi barədə müəyyən aktın qəbul edilməsinə dair həkim tibb ekspertizasını çağırması barədə qərar qəbul edilməsi, cavabdeh barəsində xüsusi qərar çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibbi Baş İdarəsinə qarşı “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibbi Baş İdarəsinin rəisi Ədliyyə Tibb Generalı Rəfael Mehtiyevin xx xxxxxxx 2017-ci il tarixli məhkumların tibbi şəhadətləndirilməsi haqqında xüsusi həkim ekspert komissiyasının 10 nömrəli rəyini işdə olan digər tibbi arayışlarla və aktlarla mübahisələndirilməsi və 10 nömrəli rəyin ləğv edilməsi, yenidən həkim tibb ekspertizası təyin edilməsi barədə qərar qəbul edilməsi, cavabdehdən 10000 (on min) manat maddi təzminat tutulması, cavabdeh iddiaçı barəsində xx.xx.2003-cü il tarixdə xəstəliklər cədvəlinin 1-ci qrafasının 23 maddəsinə əsasən (Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2000-ci il tarixli 95 saylı əmri) “Dinc dövrü hərbi xidmətə yararsız müharibə dövrü məhdud yararlı hesab edilərək xx.xx.2003-cü il tarixdə AO N-0493521 nömrəli hərbi biletlə təmin olunaraq hərbi vəzifələrin ehtiyatına verildiyini və xx xxxxxx 2003-cü il tarixdən Qobustan həbsxanasına gətirildiyi vaxtdan həmin xəstəliklərdən daimi stasionar və ambulator müalicələr almağının tanınması və həmin xəstəliklər üzrə əlilliyin müəyyən edilməsi barədə müəyyən aktın qəbul edilməsinə dair həkim tibb ekspertizasını çağırması barədə qərar qəbul edilməsi, cavabdeh barəsində xüsusi qərar çıxarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən təqdim edilən iddiaya dair etiraz ərizəsində bildirilmişdir ki, İddiaçı Tibb baş idarəsinə qarşı iddia ərizəsində qeyd etdikləri faktlara əsaslanmayan və mötəbər sübutlarla təsdiqlənməyən əsassız tələbdir. Beləki, İddiaçı sağlamlıq durumunu qiymətləndirmək üçün məhkum bir müddət həkim nevroloqun dinamik müşahidəsində saxlanılmış, təkrar müayinələrdən keçirilmiş, müalicələr icra olunmuş və nəticələr müqayisə edilmişdir. Aparılan tibbi tədbirlərdən sonra məhkum İddiaçı qeyd etdiyi subyektiv narahatçılıqları aradan qalxmışdır. Müayinələr nəticəsində məhkum İddiaçı “Vegativ sinir sisteminin somatotrop disfnksiyası, Xroniki prostatit, Xroniki sistit, Sidik turşulu diatez, Sağ bilək nahiyəsinin hiqroması” yekun kliniki diaqnoz müəyyən olunmuşdur. Müzakirələrdən sonra Komissiya müayinə, mütəxəssis baxışları, müşahidələr və aparılan müalicələr nəticəsində yekun kliniki diaqnozun “Məhkumların cəza çəkməsinə mane olan ağır xəstəliklərin siyahısına uyğun olmadığını əsas götürərək yekdil səslə məhkum İddiaçı xəstəliklə əlaqədər cəza çəkmədən azad edilməsi məqsədi ilə təqdim olunması üçün heç bir əsasın olmadığı barədə qərar qəbul etmişdir. Şəhadətləndirilmədən sonrakı dövr ərzində də İddiaçı səhhətində heç bir ağırlaşma izlənilməmiş, həkimə yalnız subyektiv şikayətlərlə (baş ağrısı, əsəblik, yuxusuzluq) əlaqədar olmuşvə qısamüddətli ambulator müalicələr həyata keçirilmişdir. Xəstəliyi ilə əlaqədar əlillik dərəcəsini təyin edilməsi tələbi ilə əlaqədar o, ətraflı müayinələrə, həkim baxışlarına cəlb edilmişdir. Nəticədə əmək qabiliyyətinin itirilməsi ddəərəcəsini müəyyən etmək üçün əsas verən patalogiya aşkar edilməmişdir. İddiaçı barəsində saxta rəyi barədə iddiasında gəlincə isə qeyd edilmişdir ki, Ədliyyə Nazirliyi Tibbi Baş İdarəsinin XHEK haqqında Əsasnamə Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 noyabr tarixli 4-N nömrəli qərarı ilə təsdiq edilmiş, Komissiyanın üzvlərinin sayı və fərdi tərkibi Azərbaycan Respublikası ədliyyə naziri tərəfindən müəyyən edilir. Komissiyanın tərkibində Tibb baş idarəsinin rəisi, onun müavinləri, tibb xidmətinin digər əməkdaşları, habelə müxtəlif tibb ixtisaslarına malik mütəxəssislər daxildir. Komissiyada müzakirə olunan məsələlər üzrə qərarlar iclasda iştirak edən Komissiya üzvülərinin sadə səs çoxluğu ilə qəbul edilir. Cavabdeh göstərilənlərə əsasən iddia əsassız olduğundan təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması, işin halların və mübahisənin vəziyyətini müzakirə edilməsi üçün məhkəmə iclasları təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2. –ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia);2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına;2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. İddia ərizəsinə görə iddiaçı cavabdehin xx xxxxxxx 2017-ci il tarixli rəyin ləğv edilməsini, iddiaçının yenidən tibbi şəhadətləndirilməsi barədə qərar çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını, 10000 manat məbləğində kompensasiyanın cavabdehdən tutulmasını, cavabdehin əməllərinə hüquqi qiymət verilməsi üçün prokurorluğa məlumat verilməsini tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.Məhkəmə ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib – edilmədiyini yoxlamalıdır. İş materiallarından göründüyü kimi, iddiaçı xx xxxxxxx 2017-ci il tarixli rəyinin ləğv edilməsi barədə iddia tələbini irəli sürərkən iddia müddəti barədə qanun tələbini nəzərə almamış, mübahisələndirmə iddianın qaldırılması üçün müəyyən edilmiş müddət buraxmışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1. –ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bundan başqa iş materiallarından göründüyü kimi iddiaçı onun həkim ekspert komissiyası tərəfindən şəhadətləndirilməsi xahişi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etməmiş, onun imtinasını almamışdır. İş materiallarında olan Qubustan qəsəbəsi həbsxanasının xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş aktdan göründüyü kimi, İddiaçı həkim tərəfindən həbsxananın TSH-də laborator və instrumental müayinələrdən keçməsi təklif olunsa da, o,qəti şəkildə imtina etmişdir. Bundan əlavə iş materiallarından göründüyü kimi iddiaçı cavabdehdən 10000 manat kompensasiyanın ödənilməsini tələb etsə də, məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etməsinə dair sübutu və ya cavabdehin imtina məktubunu təqdim etməmişdir. Məhkəmə onuda qeyd edir ki, iddiaçının ona qarşı haqsızlıq etdiyi üçün Tibb baş idarəsinin rəisinin əməlinə qiymət verilməsi üçün məlumat prokurorluğa göndərilməsi barədə iddiası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1- 2.2.9cu maddələrində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə uyğunluğu müəyyən olunmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbləri mümkünlük şərtlərinə cavab vermir və mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2-ci, 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibbi Baş İdarəsinə qarşı “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibbi Baş İdarəsinin rəisi Ədliyyə Tibb Generalı Rəfael Mehtiyevin xx xxxxxxx 2017-ci il tarixli məhkumların tibbi şəhadətləndirilməsi haqqında xüsusi həkim ekspert komissiyasının 10 nömrəli rəyini işdə olan digər tibbi arayışlarla və aktlarla mübahisələndirilməsi və 10 nömrəli rəyin ləğv edilməsi, yenidən həkim tibb ekspertizası təyin edilməsi barədə qərar qəbul edilməsi, cavabdehdən 10000 (on min) manat maddi təzminat tutulması, cavabdeh iddiaçı barəsində xx.xx.2003-cü il tarixdə xəstəliklər cədvəlinin 1-ci qrafasının 23 maddəsinə əsasən (Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2000-ci il tarixli 95 saylı əmri) “Dinc dövrü hərbi xidmətə yararsız müharibə dövrü məhdud yararlı hesab edilərək xx.xx.2003-cü il tarixdə AO N-0493521 nömrəli hərbi biletlə təmin olunaraq hərbi vəzifələrin ehtiyatına verildiyini və xx xxxxxx 2003-cü il tarixdən Qobustan həbsxanasına gətirildiyi vaxtdan həmin xəstəliklərdən daimi stasionar və ambulator müalicələr almağının tanınması və həmin xəstəliklər üzrə əlilliyin müəyyən edilməsi barədə müəyyən aktın qəbul edilməsinə dair həkim tibb ekspertizasını çağırması barədə qərar qəbul edilməsi, cavabdeh barəsində xüsusi qərar çıxarılması” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondanBakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına(ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4605/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4605/2020
09.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver