Məhkəmə qərarları › İş №2-1(112)-469/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-469/2025

15.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-469/2025 15.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “pul məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “pul məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 Yanvar Şəhidi “X5 ilə rəsmi nikahda olmuş arvadı İddiaçı Mixayılovnanın mərhumun ölümündən sonra 1996-cı ildən hazıradək ödənilmiş 200 AZN pul məbləğinin əvvəlki nikahından anadan olmuş qızı X1 ödənilmiş pul məbləğindən 100 AZN hesablanılmaqla 324 ay üçün cəmi 32400 AZN alınıb İddiaçı Mixayılovnaya ödənilməsi vəzifəsinin AR ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bakı filialının vəzifəli şəxsinin üzərinə qoyulmasına barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh AR ƏƏSMN-nin tabeliyində, Sosial Xidmətlər Agentliyinin Bakı filialının 25 avqust 2023-cü il tarixli, məktubu ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında “AR Qanununun 1-ci maddəsi ilə maddi ehtiyacı olan vətəndaş qismində 1996-cı ilin yanvar ayından “20 Yanvar Şəhidi “ailəsi üzvü üçün ayrılmış 200 manat pul məbləğinin 100 manatı mərhumun birinci nikahından anadan olmuş 1-ci qrup əlil qızı X1, digər 100 manat məbləğ isə ona verilməsi üçün 27 il üçün nəzərdə tutulmuş 324 x 100 = 32400 AZN pulun ödənilməsinin təmin edilməsinə dair verdiyi ərizə təmin edilməyərək, imtina edilmişdir. Ərizəyə əlavə etdiyi hüquqmüəyyənedici sənədlərdən müəyyən olunur ki, 21 noyabr 1978-ci ildə, Bakı şəhəri Xətai rayonu qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmaqla X5 ilə nikaha daxil olub. 11 il müddətində əri ilə Bakı şəhərində birgə yaşayıb, eyni təsərrüfat aparıb. Birgə rəsmi nikahlarından xx xxxxxx 1981-ci ildə Nümayəndə Məmmədəli oğlu anadan olub. X2 1990cı ilin 20 Yanvar faciəsi zamanı həlak olmuş və Azərbaycan Respublikası Prezidentinin 31 mart 1998-ci il tarixli, 695 saylı “20 Yanvar Şəhidi fəxri adının təsis edilməsi haqqında “Fərmanına uyğun olaraq ona “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında “03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununda göstərilən güzəşt və imtiyazdan istifadə etmək hüququndan yararlanmağı qanunla müəyyən edilib. 15 iyun 1996-cı ildə oğlu ilə birlikdə İsrail dövlətinə köçüb Təl-Əviv şəhərində yaşayıblar. Hazırda ağır xəstədir, “20 Yanvar“ şəhid ailəsi üçün təsis edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdündən başqa müstəqil qazancı da yoxdur. Oğlunun davamlı qazancı və təqaüdü ilə maddi ehtiyaclarını ödəmək mümkün deyildir. Şəhid ailəsinin üzvləri olmaqla dövlət hesabına maddi ehtiyacı üçün 32.400 AZN pulun ödənilməsinin təmin edilməsinə ciddi ehtiyacı var.

3. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə əsl olmayan cavabdeh Sosial Xidmətlər Agentliyi əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2991/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1733/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2991/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı “pul məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün məhkəməyə göndərilmişdir.

6. Məhkəmənin 2-1(112)-469/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilmişdir.

7. Sonuncu dəfə iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək birdəfəlik sosial müavinətin 1996-cı ildən müəyyən edilib ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

8. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Sərəncamın icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 20 Yanvar faciəsi ilə əlaqədar maddi yardım verilməsi məqsədilə 20 Yanvar şəhid ailələrinin və əlilliyi olan şəxslərin adlı siyahısı tərtib edilərək icra edilməsi məqsədilə ilə müvafiq olaraq Agentliyə göndərilir. Nəzərə çatdırılmışdır ki, “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanın 1-ci hissəsinə əsasən Dövlət Məşğulluq və Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentlikləri ilə Fond və Nazirliyin tabeliyində yeni bir publik hüquqi şəxs olan Agentlik yaranmışdır. Göründüyü kimi sözügedən Fərmanın 5.1-ci bəndində digər qurumlara münasibətdə hüquqi varislik ilə əlaqədar məsələlərə toxunulduğu halda, Agentliyə münasibətdə qeyd edilən hal vurğulanmamışdır. Beləliklə, yekun olaraq bildirirlər ki, Agentlik Fondun hüquqi varisi deyildir. Belə ki, Fond tərəfindən Agentliyə təqdim edilmiş 2021-ci il tarixli 20 Yanvar şəhid ailələrinin və əlilliyi olan şəxslərin adlı siyahısında İddiaçı Mixayılovnanın adı siyahıya daxil edilməmiş, 2022-ci il tarixli siyahıda adı olsa belə iddiaçının bank rekvizitləri həmin siyahıya əlavə edilməmişdir. Qeyd edilən səbəblərdən iddiaçıya müvafiq maddi yardım ödənilməmişdir.

9. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və dəqiqləşmiş iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

10. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

11. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən 25 avqust 2023cü il tarixli, 3-17-3/2-İ-2517/2023 nömrəli məktubla imtina edilmişdir.

12. 4 saylı Bakı “Asan xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 noyabr 2022-ci il tarixli, 05/Q4718-69 nömrəli arayışa əsasən X5 və X9 arasında nikah haqqında 23 noyabr 1978-ci il tarixdə 993 nömrəli akt qeydi tərtib olunmuşdur.

13. İddiaçıya xx.xx.2021-ci il tarixli, 006206 nömrəli “Şəhid ailəsinin üzvünün vəsiqəsi” verilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

21. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:

22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİ. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İV. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. V. Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

24. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müavinət almaq hüququ olan şəxslər 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 3.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, bu Qanunun 4.0.1.1-ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, bu Qanunla Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.1. dövlət qulluqçularına ömürlük müavinət; 4.0.1.2. yaşa görə müavinət; 4.0.1.5. ailə başçısını itirməyə görə müavinət; 4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət; 4.0.1.7. 3 yaşınadək uşağa qulluğa görə müavinət; 4.0.1.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət;[4] 4.0.1.9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət; 4.0.1.10. 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət; 4.0.1.12. vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət; 4.0.1.13. beşdən çox uşağı olan qadınlara müavinət; 4.0.1.14. övladlığa götürülən uşağa, o cümlədən əlilliyi olan uşağa görə müavinət; 4.0.1.15. himayədar ailəyə verilmiş uşağın, o cümlədən əlilliyi olan uşağın tərbiyə edilməsinə görə müavinət. 4.0.2. Birdəfəlik müavinətlər: 4.0.2.1. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət; 4.0.2.2. uşağın anadan olmasına görə müavinət: 4.0.2.3. dəfn üçün müavinət; 4.0.2.4. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət; 4.0.2.5. himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət.

24. “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanın 1-ci hissəsinə əsasən Dövlət Məşğulluq və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentlikləri ilə Fond və Nazirliyin tabeliyində yeni bir publik hüquqi şəxs olan Sosial Xidmətlər Agentlik yaranmışdır.

25. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ər-arvad, valideynlər, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar (uşaq evlərində tərbiyə olunanlar), peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr şəhid ailəsi üzvü hesab edilirlər.

26. Dövlət Sosial Müdafiə Fondu tərəfindən Sosial Xidmətlər Agentliyi təqdim olunan siyahıya uyğun olaraq hər il cari ilin əvvəlində 20 Yanvar şəhidi fəxri adı olan şəxslərin ailə üzvlərinə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sərəncamı əsasında qeyd olunan imtiyazlı kateqoriyadan olan şəxslər birdəfəlik ödənişlə təmin edilirlər.

27. Hazırki işin hallarından müəyyən edilir ki, İddiaçı şəhid ailəsinin üzvü kimi əvvəllər cavabdeh Fonda qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona “2006-cı il tarixdən 20 Yanvar şəhid ailəsi üçün nəzərdə tutulmuş Prezident təqaüdünün ödənilməsi”nin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçının əvvəllər məhkəməyə müraciət etdiyi və məhkəmənin nəzərdə tutduğu həmin mürcaiətdəki tələb “2006-cı il tarixdən 20 Yanvar şəhid ailəsi üçün nəzərdə tutulmuş Prezident təqaüdünün ödənilməsi” ilə bağlı olmuşdur.

28. Lakin iş materiallarında olan iddia ərizəsindən və iddiaçının nümayəndəsinin iradə ifadəsindən isə görünür ki, iddiaçının hazırkı iddia tələbi 20 yanvar şəhidləri üçün nəzərdə tutulmuş ailələrinə ildə bir dəfə verilən müavinətlə bağlı olmuşdur.

29. İddiaçı bununla bağlı cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina etmişdir.

30. Məhkəmə işin yuxarıda qeyd edilən hallarına və qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, iddiaçı şəhid ailəsinin üzvü statusunu təsdiq edən vəsiqəni 2021-ci il tarixində əldə etdiyindən və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə birdəfəlik maddi yardım hər il Azərbaycan Respublikasının Əmək və X10 nazirinin müvafiq sərəncamına əsasən ayrıldığından, bununla da, əvvəlki illər üzrə iddiaçının adı birdəfəlik maddi yardım ayrılacaq şəxslərin siyahısında olmadığından, həmçinin iddiaçının müraciətindən sonra Dövlət Sosial Müdafiə Fondu tərəfindən cavabdehə təqdim edilmiş 2022-ci il üzrə siyahıda iddiaçının adı daxil edilsə belə, ona məxsus bank rekvizitləri barədə məlumatlar əlavə edilmədiyindən cavabdeh tərəfindən qanuni və əsaslı olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

31. Belə ki, sözügedən maddi yardım müvafiq icra hakimiyyəti orqanının (konkret halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin) sərəncamına əsasən ödənilən birdəfəlik yardım olmaqla, qanunla müəyyən edilmiş sosial müavinətlərin birdəfəlik növünə daxil edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, sözügedən maddi yardımın əvvəlki illər üzrə ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından iddiaçının cavabdehə qarşı belə bir tələb irəli sürməsi qanunsuz və əsassız olmuşdur.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

34. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar