Məhkəmə qərarları › İş №2-1(112)-4696/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4696/2022

25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4696/2022 25.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (anası) X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə alınma” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, şəhid ailəsi olaraq mənzil növbəsinə alınmağı üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı “Dəniz pişiyi" adlandırılan “Sualtı hücum və sualtı mühafizə" dəstəsinin xüsusi təyinatlı şəhidi X2 həyat yoldaşıdır. İddiaçının şəhid həyat yoldaşı N saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmət etmişdir. Qeyd olunan faktla bağlı Azərbaycan Respublikası Səfərbərlik və HXÇ üzrə DX-nin Füzuli Rayon Şöbəsi tərəfindən təqdim olunan 15.12.2021 -ci il tarixli 1322 No-li arayışı ilə təsdiq olunur ki, iddiaçının mərhum həyat yoldaşı X4 AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tərkibində gizir hərbi rütbəsində həqiqi hərbi xidmət keçərkən 12.10.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" AR Qanunun 1 -ci maddəsinə əsasən mərhum X4 “Şəhid" İddiaçı isə “Şəhid" ailəsi hesab edilmişdir. İddiaçı qeyd edir ki, 25.09.2021 -ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 97 saylı binanın 61 nömrəli mənzilinə qeydiyyata alınmışdır. Lakin iddiaçı 1991 -ci ildən etibarən daimi olaraq məcburi köçkün kimi Bakı şəhəri, Binəqədi rayonunda yaşamışdır. İddiaçının şəhid ailəsi kimi mənzil növbəsinə alınmağı üçün Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Xətai Rayon İcra Hakimiyyəti 06.10.2021 -ci il tarixli, M-122/2-068/2-t nömrəli imtina məktubu ilə müraciətin icrasından imtina edilmişdir.

3. Cavabdeh orqandan məhkəməyə (dəftərxana vasitəsilə) bildirilmişdir ki, İddiaçı Xətai Rayon İcra Başçısının 15.10.2021-ci il tarixli 334 saylı sərəncamı əsasında (özü və övladı) 2 nəfər ailə tərkibi ilə şəhid ailəsi kimi güzəştli mənzil növbəsinə alınmışdır və bununla bağlı həmin 15.10.2021-ci il tarixli 334 saylı sərəncam məhkəməyə təqdim edilmişdir. İddia tələbi yerinə yetirildiyindən icraatın xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir.

4. Məhkəmənin 25.02.2022-ci il tarixli hazırlıq iclasında iddiaçının nümayəndəsi iştirak etmişdir. Cavabdeh orqana məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iclasda iştirak etməmişdir.

5. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

6. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.

7. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar