Məhkəmə qərarları › İş №2-1(112)-4723/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4723/2020

12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4723/2020 12.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ünvanlı sosial yardımın hsablanması tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi və ünvanlı sosial yardımın verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 2019-cu ilin yanvar ayından müraciət etdiyi vaxtda aylıq 383 AZN məbləğində ona ödənilməli olan ünvanlı sosial yardımın hesablanması və ünvanlı sosial yardımın hesablanması və ödənilməsi üçün bağlanan 24 aylıq müqavilənin ilkin müraciət etdiyi vaxtdan verilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş iddia ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixində e-gov.az portalı vasitəsilə ünvanlı sosial yardımın alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə **********63101 nömrəli əizə müraciət etmişdir. Bildirir ki, 2019-cu il ərzində ƏƏSMN Nazirliyinin sosial bazasında il ərzində 6.030.21 manat əmək haqqı hesablanmışdır və bu əmək haqqında 1.507.56 manat vergi tutularaq dövlət büdcəsinə ödənilmişdir və 2019-cu il ərzində cari gəlirin 4522.65 manat olmuşdur. 4 nəfərdən ibarət olan ailəsində tək işləyən o, olduğundan (həyat yoldaşının öhdəliyində 1 və 3 yaşında iki körpə olduğundan) 4 nəfər insanın yaşayış minimumları 4*190=760 etdiyindən onun gəliri isə 377 manat təşkil etdiyi üçün ünvanlı sosial yardım üçün müraciət etmişdir. xx xxxxx 2020-ci il tarixində sonuncu dəfə sms vasitəsilə ona cavab verilərək aztəminatlılıq meyarına uyğun gəlmədiyi, yəni həyat yoldaşının istifadəsində qeyd etmədiyi mobil nömrə aşkarlandığı üçün ünvanlı sosial yardım verilməsindən imtina edilmişdir. Belə ki, onun həyat yoldaşının istifadəsində göstərilən mobil nömrə xx.xx.2020-ci ildə alınmışdır. Sonuncu müraciəti isə xx.xx.2020-ci il tarixdə olmuşdur. Bundan əlavə indiyədək etdiyi 11 müraciətə gələn imtinaların çoxu əsassızdır. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu cür hərəkətlərlə süründürməçiliyə yol verir. Bunun sübutu olaraq digər 10 müraciətin və imtina cavablarının qanuna zidd olduğunu yoxlanılması xahiş olunur. **********63103 nömrəli ərizədə müraciətinə verilən imtina da əsas gətrilən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü İddiaçı istifadəsində xx.xx.2013 tarixdən nəqliyyat vasitəsinin olması cavabı tamamilə qanuna ziddir. Çünki istifadəsində göstərilən nəqliyyat vasitəsi 2017-ci ildən digər bir nəfərin adına rəsmiləşdirilmişdir və etibarnamə verən insanın adından çıxan nəqliyyat vasitəsi artıq onun mülkiyyəti olmadığından etibarnamə də hüquqi qüvvəsini itirir. **********63106 nömrəli ərizə ilə müraciətinə verilən imtinada isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü İddiaçı xx.xx.2012 tarixdən vergi ödəyicisi kimi uçota gəliri barədə məlumatın təqdim edilməməsi göstərilir və bildirir ki, “Dövlət qulluğu haqqında” Qanuna görə dövlət qulluqçusu əlavə ödənişli fəaliyyətlə məşğul ola bilməz və VEÖN xx.xx.2020 ci il tarixdən bağlanılmış olsa da, **********63107, **********63108, **********63109, **********63110 nömrəli ərizə müraciətlərinə də, bu cavabla imtina verilmişdir. Hesab edir ki, cavabdehin bu imtinaları əsassızdır və qeyri-qanunidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraza əsasən, "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin xx xxxxxx 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələr ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1700-VQ Qanunu ilə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilmişdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qanunun 6.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları müəyyən edilmişdir. Eyni zamanda, Qanunun 6.3-cü maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X6 və X8 (VEMTAS) yaradılmışdır. Qərar elektron qaydada (insan müdaxiləsi olmadan) və müvafiq dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla təyin edilir. Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yuxarıda adıçəkilən Qaydaların 5-ci hissəsində ailənin orta aylıq gəlirinin mənbələri və hesablanması metodologiyası göstərilmişdir. Həmin hissənin 5.22-ci bəndinə əsasən ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox sağlamlıq imkanları məhdud və ya İ və İİ qrup əlil üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür: YM (30%+11.7%+6.1%)+R+RM Burada: YM - yaşayış minimumunun ölkə üzrə məbləği; R - ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; RM - mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği. Ailənin orta aylıq gəliri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır. Yuxarıda sadalanan şərtlərin ödənilməməsi iddiaçıya ünvanlı dövlət sosial yardımının təyin olunmasından imtina üçün əsas olmuşdur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 2019-ci il 29 noyabr tarixli Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat məbləğində təsdiq edilmişdir. “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1700-VQ Qanunu ilə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci ii üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilmişdir. Qanunun 8.1-ci maddəsinə və Qaydaların 3.5-ci bəndində əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2010-cu il tarixli Qərarında qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Əlavə olaraq bildirilir ki, İddiaçı xx.xx.2020, xx.xx.2020, xx.xx.2020-ci il tarixlərində ünvanlı dövlət sosial yardımın alınması məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. **********63108, **********63109, **********63110 nömrəli müraciətlərə görə sosial yardımın təyin olunmasından aşağıdakı səbələrə görə imtina edilib: Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü İddiaçı xx.xx.2012 tarixdən vergi ödəyicisi kimi uçota alınsa da, gəliri barədə məlumatın təqdim edilməməsi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azəriqaz İstehsalat Birliyi tərəfindən təqdim edilən məlumata əsasən **********20930 abonent kodunun askarlanmaması. Ailə üzvü İddiaçı adına əmək müqaviləsi və ya müqavilələri üzrə əmək haqqı məbləğində uyğunsuzluq səbəbindən. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, evli, Abşeron rayonu, Xırdalan, Quşçuluq massivi ünvanında yaşayış yeri üzrə pasport qeydiyyatındadır. İşdə olan 4fb91e**********964f38a6ad6cbd11 saylı Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair Bildirişin surətindən görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixli, **********63101 nömrəli müraciəti ilə bağlı ünvanlı sosial yardımın təyin olunmasından “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəliri ondan asılı olan səbəblərdən sıfıra bərabər olduğu üçün, bu ailə ünvanlı dövlət sosial yarım almaq hüququna malik deyildir” əsası ilə imtina edilmişdir. İşdə olan 2787040ec85046c5b60fe59b9e074452 saylı Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair Bildirişin surətindən görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixli, **********63102 nömrəli müraciəti ilə bağlı ünvanlı sosial yardımın təyin olunmasından “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəliri ondan asılı olan səbəblərdən sıfıra bərabər olduğu üçün, bu ailə ünvanlı dövlət sosial yarım almaq hüququna malik deyildir” əsası ilə imtina edilmişdir. İşdə olan 315a29545ea448b1ac8cfa97226d713c saylı Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair Bildirişin surətindən görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixli, **********63104 nömrəli müraciəti ilə bağlı ünvanlı sosial yardımın təyin olunmasından “1.Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü İddiaçı xx.xx.2012-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınsa da, gəliri barədə mlumatın təqdim edilməməsi; 2. Ailə üzvü İddiaçı adına əmək müqaviləsi və ya müqavilələri üzrə əmək haqqı məbləğində uyğunsuzluq səbəbindən, əmək müqaviləsi bildirişi üzrə informasiya sistemindən əldə edilən məlumata əsasən adıçəkilən şəxsin əmək haqqısı 4726.21 manat olmalıdır, lakin ərizə-bəyyanmədə 4577.0 manat göstərilib; 3. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən məlumata əsasən qeyd edilən subscribercode abonent kodunun aşkarlanmaması; 4. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təqdim edilən məlumata əsasən” əsasları ilə imtina edilmişdir. İşdə olan e025130775bd462098ec02c74164878b saylı Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair Bildirişin surətindən görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixli, **********63105 nömrəli müraciəti ilə bağlı ünvanlı sosial yardımın təyin olunmasından “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəliri ondan asılı olan səbəblərdən sıfıra bərabər olduğu üçün, bu ailə ünvanlı dövlət sosial yardım almaq hüququna malik deyildir” əsası ilə imtina edilmişdir. İşdə olan e025130775bd462098ec02c74164878b saylı Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair Bildirişin surətindən görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixli, **********63105 nömrəli müraciəti ilə bağlı ünvanlı sosial yardımın təyin olunmasından “1. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü İddiaçı xx.xx.2012-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınsa da, gəliri barədə məlumatın təqdim edilməməsi; ailə üzvü İddiaçı adına əmək müqaviləsi və ya müqavilələri üzrə əmək haqqı məbləğində uyğunsuzluq səbəbindən; əmək müqaviləsi bildirişi üzrə informasiya sistemindən əldə edilən məlumata əsasən adıçəkilən şəxsin əmək haqqısı 4877.5 manat olmalıdır, lakin ərizə-bəyannamədə 4727.0 manat göstərilib” əsasları ilə imtina edilib. İşdə olan 36e1a282f53c42518731f13b6d4fead4 saylı Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair Bildirişin surətindən görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixli, **********63108 nömrəli müraciəti ilə bağlı ünvanlı sosial yardımın təyin olunmasından “1.Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü İddiaçı xx.xx.2012-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınsa da, gəliri barədə məlumatın təqdim edilməməsi; 2. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehslat Birliyi tərəfindən təqdim edilən məlumata əsasən **********20930 abonent kodunun aşkarlanmaması” əsasları ilə imtina edilmişdir. İşdə olan **********dc4a17a322e7fe04232ad0 saylı Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair Bildirişin surətindən görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixli, **********63109 nömrəli müraciəti ilə bağlı ünvanlı sosial yardımın təyin olunmasından “1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü İddiaçı xx.xx.2012-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınsa da, gəliri barədə məlumatın təqdim edilməməsi; 2. Ailə üzvü İddiaçı adına əmək müqaviləsi və ya müqavilələri üzrə əmək haqqı məbləğində uyğunsuzluq səbəbindən; əmək müqaviləsi bildirişi üzrə informasiya sistemindən əldə edilən məlumata əsasən adıçəkilən şəxsin əmək haqqısı 5026.9 manat olmalıdır, lakin ərizə-bəyannamədə 4878.0 manat göstərilib” əsasları ilə imtina edilmişdir. İşdə olan c03c5b70231d49b2849b0f6f4883d409 saylı Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair Bildirişin surətindən görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixli, **********63110 nömrəli müraciəti ilə bağlı ünvanlı sosial yardımın təyin olunmasından “Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü İddiaçı xx.xx.2012-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınsa da, gəliri barədə məlumatın təqdim edilməməsi” əsası ilə imtina edilmişdir. İşdə olan 49bcae3f1fdb4988b090bebb55bb90f1 saylı Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair Bildirişin surətindən görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixli, **********63111 nömrəli müraciəti ilə bağlı ünvanlı sosial yardımın təyin olunmasından “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü X5 adında rəsmiləşdirilmiş +**********24 telefon nömrəsinin bəyan edilməməsi” əsası ilə imtina edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanunu aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1700-VQ Qanunu ilə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat məbləğində təsdiq edilmişdir. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları müəyyən edilmişdir. Eyni zamanda, Qanunun 6.3-cü maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X6 və X8 (VEMTAS) yaradılmışdır. Qərar elektron qaydada (insan müdaxiləsi olmadan) və müvafiq dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla təyin edilir. Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yuxarıda qeyd edilən Qaydaların 5-ci hissəsində ailənin orta aylıq həlitinin mənbələri və hesablanması metolodologiyası göstərilmişdir. Həmin hissənin 5.22-ci bəndinə əsasən ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox sağlamlıq imkanları məhdud və ya İ və İİ qrup əlil üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür: YM (30%+11.7%+6.1%)+R=RM. Burada: YM-yaşayış minimumunun ölkə üzrə məbləği; R – ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; RM – mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği. Ailənin orta aylıq gəliri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır. Məhkəmə qeyd edir ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Göründüyü kimi hüquq normasında orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olmasının onlardan asılı olmayan səbəbləri nəzərdə tutulmuşdur ki, qeyd edilən səbəblərdən heç biri iddiaçının ailə üzvlərində müəyyən edilməmişdir. Bundan əlavə ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəliri ondan asılı olan səbəblərdən sıfıra bərabər olduğu üçün iddiaçıya ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilmişdir. Məhkəmə eləcə də qeyd etməyi zəruri hesab edir ki, iddiaçının digər müraciətlərindən Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü İddiaçı xx.xx.2012-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınsa da, gəliri barədə məlumatın təqdim edilməməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təqdim edilən məlumata əsasən **********20930 abonent kodunun aşkarlanmaması, ailə üzvü X2 adına rəsmiləşdirilmiş +**********24 telefon nömrəsinin bəyan edilməməsi, ailə üzvü İddiaçı adına əmək müqaviləsi və ya müqavilələri üzrə əmək haqqı məblğində uyğunsuzluqlar olması səbəblərindən imtina edilmişdir ki, iddiaçı tərəfindən məhkəmə icraatı zamanı həmin dövrdə imtinaya əsas olmuş qeyd edilən səbəblərin əsassız olması barəsində hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçı sosial yardım hüququna malik olmadığından iddiaçının ünvanlı sosial yardım təyin edilməsi barədə müraciətinin təmin olunmasından qanuni əsaslarla imtina edildiyindən, bununla da, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X4 Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar