Məhkəmə qərarları › İş №2-1(112)-4847/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4847/2021

08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4847/2021 08.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Miminаt Tаcib qızı Hаcıbəyоvаnın sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiаçı İddiaçı (Bakı şəhərində qeydiyyatdadır,ixtisası hüquqşünas, vəkil işləyir), cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Baş Prokurorluğun kadrlar idarəsinin prokuroru kiçik ədliyyə müşaviri vəzifəsində işləyir) iştirаkı ilə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “14 iyul 2001-ci il tarixdən 28 dekabr 2004-cü il tarixə kimi hər ay üçün iddiaçıya verilməli olan 1617 manat olmaqla cəmi 67914 manat pulun cavabdeh tərəfindən verilməsi bаrədə» iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı Bakı İnzibati Məhkəməsində cаvаbdеh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı iddia qaldıraraq “14 iyul 2001-ci il tarixdən 28 dekabr 2004-cü il tarixə kimi hər ay üçün iddiaçıya verilməli olan 1617 manat olmaqla cəmi 67914 manat pulun cavabdeh tərəfindən iddiaçıya verilməsi və mənəvi ziyana görə 100000 manat ödənilməsini təmin edən müvafiq əmrin verilməsinə dair məcbur etmə haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 11 sentyabr 1992-ci ildən 05 mart 2019-cu il tarixə kimi prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. 05 mart 2019-cu il tarixdə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru vəzifəsindən azad olunaraq təqaüdə çıxmışdır. Baş prokurorluğun rəhbərliyi tərəfindən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 12-ci maddəsinin tələbləri pozularaq iddiaçı tərəfindən heç bir xidməti intizamın pozulması halı olmadığına, səlahiyyət müddətinin başa çatmamasına, Naxçıvan MR prokurorunun müavini vəzifəsi ştatının ixtisara düşməməsinə baxmayaraq 13 iyul 2001-ci il tarixdə vəzifədən əsassız olaraq azad edilərək Baş prokurorluğun sərəncamına alınmışdır. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 12-ci maddəsində göstərilmişdir ki, prokurorluq işçisi xidməti intizamı pozduğuna, səlahiyyət müddəti başa çatdığına və ştatın ixtisarına görə vəzifədən azad edildikdə üç ayadək müddətdə sərəncamda ola bilər. Lakin iddiaçıya münasibətdə bu halların olmamasına baxmayaraq dəfələrlə yazılı və şifahi müraciət etməsinə baxmayaraq 3 il 6 ay, yəni 13 iyul 2001-ci ildən 27 dekabr 2004-cü il tarixə kimi qanunsuz olaraq Baş prokurorluğun sərəncamında saxlanılmışdır. Bu müddət ərzində ona heç bir əmək haqqı verilməmişdir. İddiaçı Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru vəzifəsindən azad olunmuşdur. Təqaüdə çıxarkən tələb etməyinə baxmayaraq sərəncamda olduğu müddətdə verilməli olan əmək haqqı hesablanaraq verilməmişdir. Həmin vəzifədə çalışarkən onun aylıq vəzifə maaşı 1115 manat olmuş, xidmət illərinə görə 45 faiz, yəni 502 manat əlavə olmaqla, aylıq əmək haqqı 1617 manat təşkil etmişdir. 13 iyul 2001-ci il tarixdən 27 dekabr 2004-cü il tarixə kimi hər ay üçün ona verilməli olan 1617 manat olmaqla- cəmi 67914 manat məbləğində əmək haqqı ona verilməməklə maddi ziyan vurulmuş və həmçinin iddiaçının iş karyerasına hesaba gəlməyəcək dərəcədə ziyan vurulmuşdur. 05.11.2020-ci il tarixdə və 24.12.2020-ci il tarixdə ərizə ilə Baş prokurorluğa müraciət edərək əsassız olaraq sərəncamda olduğu müddət üçün ona verilməsi olan vəsaitin hesablanaraq verilməsini tələb etməyinə baxmayaraq ona verilməli olan pulun hesablanaraq verilməsi təmin edilməmiş, yalnız həqiqətən həmin müddətdə Baş prokurorluğun sərəncamında saxlanılmağı barədə arayış verilmişdir. Bununla da Baş prokurorluq tərəfindən iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində nəzərdə tutulan, “hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq” hüququ kobud surətdə pozulmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh məhkəməyə təqdim etdiyi iddia tələbinə etirazında göstərmişdir ki, İddiaçı 11.09.1992-ci ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluğa qəbul edilərək, 11.09.1992-ci ildən 04.05.1996-cı ilədək Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işləri üzrə mütəntiqi, 04.05.1996-cı ildən 13.07.2001-ci ilədək Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifələrində işləmiş, 13.07.2001-ci il tarixdə Baş Prokurorluq üzrə yeni strukturun təsdiq edilməsi barədə 28.06.2001-ci il tarixli, 02/101- 03/15-s nömrəli əmrin icrası ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. İddiaçı 14.07.2001-ci ildən 03.08.2001-ci ilədək Bakı hərbi prokurorluğunun böyük müstəntiqi vəzifəsi hesabına, 03.08.2001-ci ildən 13.11.2001-ci ilədək Qarabağ hərbi prokurorluğunun böyük müstəntiqi vəzifəsi hesabına saxlanılmış, 13.11.2001-ci ildən 27.12.2004-cü ilədək Baş Prokurorluğun sərəncamında olmuşdur. Azərbaycan Respublikası Baç Prokurorunun 27.12.2004-cü il tarixli əmri ilə İddiaçı Masallı rayon prokurorluğunun böyük müstəntiqi təyin edilərək 05.08.2009-cu ilədək həmin vəzifədə, 05.08.2009-cu ildən 29.03.2011-ci ilədək Abşeron rayon prokurorluğunun böyük müstəntiqi, 29.03.2011-ci ildən 28.09.2011-ci ilədək Abşeron rayon prokurorunun köməkçisi, 28.09.2011-ci ildən 30.12.2011-ci ilədək Bakı şəhər prokurorluğunun Prokurorluqda istintaqa nəzarət şöbəsinin prokuroru, 30.12.2011-ci ildən 25.11.2015-ci ilədək Bakı şəhər prokurorunun köməkçisi və 25.11.2015-ci ildən 05.03.2019-cu ilədək Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun 05.03.2019-cu il tarixli, 11/86-k nömrəli əmri ilə İddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə 05.03.2019-cu il tarixdə tutduğu vəzifədən azad olunmuş və prokurorluqda qulluq keçməsinə xitam verilmişdir. Prokurorluqda qulluq keçməsinə xitam verilərək İddiaçı 6 (altı) vəzifə maaşı – 6930 manat və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə 15451,35 manat kompensasiya hesablanaraq ödənilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4cü bəndində pul və digər əmlak tələbləri ilə bağlı yaranmış mübahisələrin həlli üçün nəzərdə tutulmuş 1 illik iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı Mahmudov Cəlil Yunis oğlu cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı Mahmudov Cəlil Yunis oğlu subyektiv hüquqa malik olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsindəki məzmunda izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 cavabdehin etirazına uyğun məzmunda izahat və çıxış edərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə Azərbaycan Respublikası Baş Prokurorluğun 05 mart 2019-cu il tarixli, 11/86-k nömrəli əmrini, şəxsiyyət vəsiqəsinin surətini, cavabdehə orqana edilən müraciəti, Baş Prokurorluğun 26 yanvar 2021-ci il tarixli, 10/150 nömrəli məktubunu və ИТ-İ ******* nömrəli əmək kitabçasının surətini təqdim etmişdir. Məhkəmə iş materiallarında olan həmin sənədlərdən müəyyən etmişdir ki, iddiaçı 1959-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır, o, 11 sentyabr 1992-ci ildən 13 iyul 2001-ci il tarixinə kimi prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmişdir, 13 iyul 2001-ci ildən 27 dekabr 2004-cü il tarixədək 3 il 6 ay müddətində Baş prokurorluğun sərəncamında saxlanılmışdır, daha sonra isə yenə də prokurorluq orqanlarında işləmiş və 05.03.2019-cu ildə prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə 05.03.2019-cu ildən tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir.İddiaçı bundan sonra cavabdehə müraciət edərək sərəncamda olduğu 13 iyul 2001-ci ildən 27 dekabr 2004-cü il tarixədək 3 il 6 ay müddət üçün hər ay üçün ona verilməli olan 1617 manatın, cəmi 67914 manat pulun ona ödənilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etdiyi üçün iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq keçmə qaydalarını və şərtlərini tənzimləyir. Həmin Qanunun 12-ci maddəsinə əsasən prokurorluq işçisi xidməti intizamı pozduğuna, səlahiyyət müddəti başa çatdığına və ştatların ixtisarına görə vəzifədən azad edildikdə üç ayadək müddətdə sərəncamda ola bilər. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Həmin Qanunun 21.2-1-ci maddəsinə əsasən prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Həmin Qanunun 21.5-ci maddəsinə əsasən prokurorluq işçisi sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı aylıq əmək haqqı və digər pul ödənişi saxlanılır. Qeyd edilən qanun normalarından göründüyü kimi prokurorluq orqanlarında xidmət keçən şəxslər əmək haqlarını ona ödənilməli olan əlavələr ilə ayda bir dəfə alırlar. İşin faktiki hallarına əsasən iddiaçı 13 iyul 2001-ci ildən 27 dekabr 2004-cü il tarixədək 3 il 6 ay Baş prokurorluğun sərəncamında olduqdan sonra prokurorluq orqanlarında qulluğunu davam etdirmişdir, 05.03.2019-cu ildə prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir, iddiaçıya prokurorluqda qulluq keçməsinə xitam verilərkən 6 aylıq vəzifə maaşı – 6930 manat və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə 15451,35 manat kompensassiya hesablanaraq ödənilmişdir, iddiaçı isə sərəncamda olduğu müddətdə (13.07.2001-27.12.2004-cü illərdə) əmək haqqı almadığını göstərərək hazırda həmin müddət üçün əmək haqqının məbləğinin ona ödənilməsi tələbini irəli sürmüşdür. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən prokurorluq işçilərinin əmək münasibətləri onların fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya 3.07.2001-27.12.2004-cü illərdə sərəncamda olduğu müddətdə əmək haqqı ödənilməsi sübuta yetirilməsə də iddiaçı həmin əmək haqqını tələb etmək hüququnu iddia müddətini buraxdığı üçün itirmişdir, belə ki, iddiaçı artıq 2019-cu ilin mart ayında qulluq xidmətinə xitam verildikdən sonra sərəncamda olduğu müddətdə görə əmək haqqının ödənilməməsini bilmişdir, məhkəməyə iddia ilə isə 05 mart 2021-ci ildə (iki ildən sonra) müraciət etmişdir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı 14 iyul 2001-ci il tarixdən 28 dekabr 2004-cü il tarixə kimi hər ay üçün iddiaçıya verilməli olan 1617 manat olmaqla cəmi 67914 manat pulun cavabdeh tərəfindən verilməsi bаrədə iddiası təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının “mənəvi ziyana görə 100000 manat ödənilməsini təmin edən müvafiq əmrin verilməsinə dair məcbur etmə haqqında qətnamənin qəbul edilməsi barədə” iddia tələbi məhkəmənin 08 sentyabr 2021-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 69-cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiаçı İddiaçı 14 iyul 2001-ci il tarixdən 28 dekabr 2004-cü il tarixə kimi hər ay üçün iddiaçıya verilməli olan 1617 manat olmaqla cəmi 67914 manat pulun iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğunun üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar