Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4878/2020 03.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, tərcüməçi X1, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “sorğulara cavab verilməsi və mənəvi ziyan” tələbinə dair iddiası üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı sorğulara cavab verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixli təkrar, xx.xx.2019, xx.xx.2019-cu il tarixli təkrar, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixli təkrar, xx.xx.2019-cu il tarixli ikinci təkrar, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixli təkrar, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli sorğularına cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun sorğularına cavab verilməsi və mənəvi zərərə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən ona 100.000 manat təzminat ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə əsasən orqanlar müraciətlərə 1 ay müddətində cavab verməlidir. Ədliyyə Nazirliyi bu maddənin tələblərini heçə sayaraq onun 20 müraciətinə cavab verməmiş, ümumiyyətlə hər hansı bir iş görməsi barədə ona məlumat verməmişdir. O, mütəmadi olaraq qaynar xətlə əlaqə saxlamaq istəsə də, buna nail ola bilməmişdir. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Daxili araşdırma şöbəsinin müdiri Elşad Abdulrəhimzadə və həmin şöbənin əməkdaşı cinayətkarı qoruyur və bu səbəbdən ona müxtəlif bəhanələr uyduraraq cavab verirlər. Buna görə də o, həmin əməkdaşlar barəsində Nəsimi rayon prokurorluğuna şikayət etmiş və bu müraciət Ədliyyə Nazirliyinə yönləndirilmiş, oradan isə müraciəti Penitensiar Xidmətin Daxili Araşdırma şöbəsinə göndərilmişdir. Lakin müraciətlərinə yenə də cavab almadığı üçün Nəsimi rayon prokuroruna müraciət etmiş, oradan isə müraciəti Bakı şəhər prokurorluğuna yönləndirilmişdir. Hesab edir ki, Daxili araşdırmalar şöbəsi öz vəzifələrini yerinə yetirməlidirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair yazılı mülahizəsi (etiraz) məhkəməyə daxil olmamışdır. İddia tələbi ilə bağlı məhkəmə iclasının xx.xx.2020-ci il tarixə təyin olunmasına və bu barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbər verilməklə yanaşı, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinin tələblərinin izah olunmasına baxmayaraq, cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədiyi və işə onların iştirakı olmadan baxılıb-baxılmamasına dair münasibət bildirmədiklərindən. məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və göstərdi ki, onun məktublarına Penitensiar Xidmət tərəfindən cavab verilsə də, o, məktublarının Ədliyyə Nazirliyi tərəfndən cavablandırılmasını, eyni zamanda mənəvi zərərə görə ona dəymiş 100.000 manat məbləğində pulun cavabdeh inzibati orqan tərəfindən ödənilməsini tələb edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi sorğulara cavab verilməsi hissəsində təmin olunduğundan və mahiyyəti üzrə mübahisənin bu hissədə artıq mövcud olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən iş üzrə icraata bu hissədə xitam verilməlidir. Belə ki, məhkəmə araşdrıması zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş məktublardan (əsillərinə baxış keçirilməklə surətləri işə əlavə olunmuş) müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi müraciətlərinəAzərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli 10/H5974 saylı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2019-cu il tarixli 17/9-16700 saylı, xx.xx.2019cu il tarixli 17/9-15103 saylı, xx.xx.2019-cu il tarixli 17/9-13789 saylı, xx.xx.2019-cu il tarixli 17/9-12504 saylı, xx.xx.2019-cu il tarixli 17/9-12746 saylı, xx.xx.2020-ci il tarixli 17/9-697- H-7 saylı, xx.xx.2020-ci il tarixli 17/9-2468 saylı, xx.xx.2020-ci il tarixli 17/9-3023 saylı, xx.xx.2020-ci il tarixli 17/9-3874 saylı, xx.xx.2020-ci il tarixli 17/9-4054 saylıməktubları ilə cavab verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində göstərdiyi sorğulara cavabdeh inzibati orqan tərəfindən cavab verildiyindən, qeyd olunan hal iddiaçı tərəfindən məhkəmə iclasında etiraf olunduğundan və bu hissədə işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata bu hissədə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80-ci və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “sorğulara cavab verilməsi və mənəvi ziyan” tələbinə dair inzibati iş üzrə icraata “sorğulara cavab verilməsi” hissəsində xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4878/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4878/2020
03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver