Məhkəmə qərarları › İş №2-1(112)-505/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-505/2024

24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-505/2024 24.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “qərarın qismən ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “qərarın qismən ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə 24 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” Qərarına əsasən, İddiaçı QSC-yə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi qeyriqanuni fəaliyyətin dayandırılması, duz məhsullarının topdansatışı zamanı müəyyən edilmiş əsassız qiymət artımının aradan qaldırılması və gələcək fəaliyyətində hökmran mövqedən sui-istifadə etməyərək bazarın rəqabətliliyini nəzərə alaraq qiymətlərin iqtisadi qanunauyğunluqlar əsasında müəyyən edilməsi, duz məhsullarının topdansatışını “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi olan dövr ərzində qeyri-qanuni fəaliyyəti nəticəsində əldə etdiyi 690.473,13 (altı yüz doxsan min dörd yüz yetmiş üç manat on üç qəpik) AZN məbləğində mənfəətin 30 (otuz) gün ərzində dövlət büdcəsinə ödənilməsi, duz məhsullarının istehsalı və satışı zamanı rəqabətin təmin edilməsi, digər təsərrüfat subyektlərinin və istehlakçıların mənafeyinin qorunması, habelə alıcılar arasında bərabər şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikasında antiinhisar qanunvericiliyinə uyğun olaraq duz məhsullarının (qida, texniki və qeyri-qida sənaye (xam)) satış, habelə alıcıların bununla bağlı müraciət etmə qayda və şərtlərini müəyyən edərək internet informasiya ehtiyatlarında açıqlanması barədə göstəriş verilməsi qərara alınmışdır. Həmin Qərarla həmçinin "xxxx" MMC-yə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin dayandırılması və duz məhsullarının topdansatışı zamanı müəyyən edilmiş əsassız qiymət artımının aradan qaldırılması və gələcək fəaliyyətində hökmran mövqedən sui-istifadə etməyərək bazarın rəqabətliliyini nəzərə alaraq qiymətlərin iqtisadi qanunauyğunluqlar əsasında müəyyən edilməsi, duz məhsullarının topdansatışını “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü və 7-ci bəndlərinin tələblərini pozmaqla həyata keçirdiyi xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi olan dövr ərzində qeyri-qanuni fəaliyyəti nəticəsində əldə etdiyi 567.974 (beş yüz altmış yeddi min doqquz yüz yetmiş dörd) AZN məbləğində mənfəətin 30 (otuz) gün ərzində dövlət büdcəsinə ödənilməsi barədə göstəriş verilməsi qərara alınmışdır. İddiaçı QSC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında xx.xx.2022-ci il tarixli qərarın iddiaçıya aid olan hissədə ləğv edilməsini və cavabdeh tərəfindən qəbul edilmiş antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında xx.xx.2022-ci il tarixli göstərişin ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia “cavabdeh tərəfindən qəbul edilmiş antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında xx.xx.2022-ci il tarixli göstərişin ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqi şəxs Azərbaycan X1 İctimai Birliyindən xx.xx.2021-ci il tarixində cavabdeh inzibati orqana daxil olmuş yazılı müraciətə cavabdeh inzibati orqanda aidiyyəti üzrə baxılmış və iddiaçı Azərbaycan Duz İstehsalat X6 Cəmiyyəti barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri ilə bağlı yoxlamalara başlanılmışdır. Cavabdeh inzibati orqan yoxlamaların nəticəsinə əsaslanaraq xx.xx.2022-ci il tarixli, FA-23 nömrəli əmr ilə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırmış və bunun üçün müvafiq Komissiya yaradılmışdır. Komissiya tərəfindən işə baxılması xx.xx.2022-ci il tarixinə təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən yoxlama və inzibati araşdırma aparıldıqdan sonra araşdırma yekunlaşdırılmış və xx.xx.2022-ci il tarixli antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında müvafiq Qərar qəbul edilmişdir. Həmin Qərara görə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin dayandırılması, duz məhsullarının topdansatışı zamanı müəyyən edilmiş əsassız qiymət artımının aradan qaldırılması və gələcək fəaliyyətində hökmran mövqedən sui-istifadə etməyərək bazarın rəqabətliliyini nəzərə alaraq qiymətlərin iqtisadi qanunauyğunluqlar əsasında müəyyən edilməsi, duz məhsullarının topdansatışını “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi olan dövr ərzində qeyriqanuni fəaliyyəti nəticəsində əldə etdiyi 690 473.13 (altı yüz doxsan min dörd yüz yetmiş üç manat on üç qəpik) AZN məbləğində mənfəətin 30 (otuz) gün ərzində dövlət büdcəsinə ödənilməsi, duz məhsullarının istehsalı və satışı zamanı rəqabətin təmin edilməsi, digər təsərrüfat subyektlərinin və istehlakçıların mənafeyinin qorunması, habelə alıcılar arasında bərabər şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikasında antiinhisar qanunvericiliyinə uyğun olaraq duz məhsullarının (qida, texniki və qeyri-qida sənaye (xam)) satış, habelə alıcıların bununla bağlı müraciət etmə qayda və şərtlərini müəyyən edərək internet informasiya ehtiyatlarında açıqlanması barədə iddiaçıya göstəriş verilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı təşkilat barəsində xx.xx.2022-ci il tarixli antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında, həmçinin, Göstəriş verilmişdir. Həmin Göstərişə əsasən, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin dayandırılması, duz məhsullarının topdansatışı zamanı müəyyən edilmiş əsassız qiymət artımının aradan qaldırılması və gələcək fəaliyyətində hökmran mövqedən sui-istifadə etməyərək bazarın rəqabətliliyini nəzərə alaraq qiymətlərin iqtisadi qanunauyğunluqlar əsasında müəyyən edilməsinin təmin edilməsi, duz məhsullarının istehsalı və satışı zamanı rəqabətin təmin edilməsi, digər təsərrüfat subyektlərinin və istehlakçıların mənafeyinin qorunması, habelə alıcılar arasında bərabər şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikasında antiinhisar qanunvericiliyinə uyğun olaraq duz məhsullarının (qida, texniki və qeyri-qida sənaye (xam)) satış, habelə alıcıların bununla bağlı müraciət etmə qayda və şərtlərini müəyyən edərək internet informasiya ehtiyatlarında açıqlanmasının təmin edilməsi, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi olan dövr ərzində qeyri-qanuni fəaliyyəti nəticəsində əldə etdiyi 690 473.13 (altı yüz doxsan min dörd yüz yetmiş üç manat on üç qəpik) AZN məbləğində mənfəətin 30 (otuz) gün ərzində dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi iddiaçı təşkilatdan tələb edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı təşkilat barəsində aparılan sahibkarlıq sahəsində yoxlamalar dövlət reyestrində qeydə alınmadan qanunsuz aparılmışdır. Belə ki, Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında AR Qanununun müddəalarına görə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasına baxmayaraq, Azərbaycan X1 İctimai Birliyinin müraciəti əsasında cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində plandankənar (növbədənkənar) yoxlama tədbirləri başladılmış, aparılan yoxlama barədə qərar elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməmiş, qeyd edilən yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamış, iddiaçıya yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış təqdim edilməmişdir. Bundan əlavə, cavabdeh inzibati orqanın prosessual fəaliyyətini tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 120 nömrəli, xx.xx.1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması” Qaydalarının 1.3-1 -ci bəndi ilə konkret olaraq müəyyənləşdirilmişdir ki, antiinhisar qanunvericiliyinin pozulması əlamətlərinin olub-olmaması ilə bağlı sahibkarlıq subyektində yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Lakin cavabdeh inzibati orqan tərəfindən Qaydaların tələbləri gözlənilmədən aparılan yoxlama qanunla yoxlamaların dayandırıldığı müddətdə həyata keçirilmiş, yoxlama barədə qərar elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməmiş, yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamış, «iddiaçıya yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış təqdim edilməmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı tərəfindən istehsal olunan “ALFA EXT TBL DUZU_25KQ_CVL”, “AZERDUZ EXTRA NOV DUZ N.1_25KQ”, “AZERDUZ S.DUZU_500Q*20_SLND PLS”, “SALUTE ELA NOV YODLU X.DUZU_25KQ”, “SALUTE PENDİR-TRS DUZU_3KQ*5”, “SALUTE X.DUZU_1 KQ*16_PST” və “WATER BOSS EXT TBL DUZU_25KQ” adlı duz məhsullarının satış qiymətləri maya dəyərinin dəyişməsinə nisbətdə daha çox artırılaraq satılmqla qiymət manipulyasiyasına yol verilmiş, bununla da “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələbləri pozulmuşdur. İddiaçı ilə Novxanı Bələdiyyəsi arasında bağlanmış və qüvvədə olan müqaviləyə əsasən 409,94 hektar torpaq sahəsi, o cümlədən su ilə örtülü hövzəsi (Mirzələdi gölü), "xxxx" QSC ilə Abşeron Rayon İcra Hakimiyyəti arasında bağlanmış və qüvvədə olan müqaviləyə əsasən 68 hektar torpaq sahəsi, o cümlədən su ilə örtülü hövzəsi (Masazır gölü) 99 illik müddətdə tam həcmdə "xxxx" QSC-yə icarəyə verilib. "xxxx" QSC istehsal olunan insan qidalanması üçün yararlı olan duz məhsullarını 2016-cı ildən, xam duz məhsulunu isə 2021 -ci ildən etibarən yalnız "xxxx" MMC-yə satmaqla qapalı satış şəbəkəsi yaratmış, bununla da “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 6cı bəndinin tələbləri pozulmuşdur. Xam duz ilin isti aylarında Mirzələdi və Masazır göllərinin ətrafında yaşayan sakinlər tərəfindən qeyd edilən göllərdən "xxxx" QSC-nin icazəsi ilə toplanaraq cəmiyyətin müəyyən etdiyi miqdarda və qiymətı satılır. Fiziki şəxslər tərəfindən "xxxx" QSC-yə təhvil verilən təmiz və bəyaz xam duzun bir ton üçün qiymətinin 2020-ci ildə 18,00 manat, 2021-ci ildə isə 20,00 manat, digər aşağı növ xam duzun bir ton üçün qiymətinin həm 2020-ci, həm də 2021-ci ildə 14.00 manat təşkil etdiyi müəyyən edilmişdir. "xxxx" QSC ilə Abşeron Rayon İcra Hakimiyyəti arasında bağlanmış müqaviləyə əsasən icarə obyekti (Masazır gölü) üçüncü şəxsə icarəyə verildiyi zaman qoyulmuş investisiyanın dəyəri cəmiyyətə ödənilməlidir. 2019-cu ildən 2022-ci ilin aprel ayına qədər olan dövr ərzində duz məhsullarının alışı ilə bağlı "xxxx" QSC-yə, həmçinin "xxxx" QSC tərəfindən istehsal olunan duz məhsullarının birbaşa istehsalçıdan alınması ilə bağlı digər bazar subyektləri tərəfindən Xidmətə heç bir müraciət daxil olmamışdır. Həmçinin təqdim edilmiş sənədlərə əsasən "xxxx" QSC və "xxxx" MMC-nin səhmlərinin 100%-nin "xxxx" MMC-yə, "xxxx" MMC-nin səhmlərinin 63.3162%-nin "xxxx" MMC-yə, 36.6838%-nin isə "xxxx" MMC-yə, "xxxx" MMC-nin səhmlərinin 68.0809%-nin "xxxx" MMC-yə, 0.3192%-nin “X4” MMC-yə, 31.5999%-nin "xxxx" MMC-yə məxsus olduğu müəyyən edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarıda iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, “Azərbaycan X1” İctimai Birliyinin müraciətinə (duzun maya dəyəri 15-20 manata olduğu onlara 105 manata satıldığı bildirilir) əsasən İddiaçı QSC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri ilə bağlı yoxlamalara başlanılmış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehiak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmişdir. Həmin qərara əsasən, “Azərbaycan Duz istehsalat Birliyi" Qapalı Səhmdar Cəmiyyətinə “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi qeyriqanuni fəaliyyətin dayandırılması, duz məhsullarının topdansatışı zamanı müəyyən edilmiş əsassız qiymət artımının aradan qaldırılması və gələcək fəaliyyətində hökmran mövqedən sui-istifadə etməyərək bazann rəqabətliliyini nəzərə alaraq qiymətlərin iqtisadi qanunauyğunluqlar əsasında müəyyən edilməsi; Duz məhsullarının topdansatışını “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4cü bəndinin tələblərini pozmaqla heyata keçirdiyi 01.01 2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi olan dövr ərzində qeyri-qanuni fəaliyyəti nəticəsində əldə etdiyi 690.473,13 manat məbləğində mənfəətin 30 gün ərzində dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq: “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 4. Əsas anlayışlar Bu Qanunun məqsədləri üçün istifadə edilən əsas anlayışlar aşağıdakı kimi qəbul olunur: ... hökmran mövqe—təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən və bununla da bazarın digər iştirakçılarının bazara daxil olmasını çətinləşdirən müstəsna vəziyyəti. Bazarda payı 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti hökmran mövqe tutan hesab olunur; ... Maddə 8. Təsərrüfat subyektlərinin inhisarçılığı Bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran, yaxud gətirib çıxara bilən qeyri-qanuni fəaliyyətinə aşağıdakılar daxildir: 1) xalq təsərrüfatının, əhalinin, ayrı-ayrı təsərrüfat subyektlərinin tələbatının ödənilmədiyi malların istehsalının əsassız olaraq məhdudlaşdırılması, yaxud dayandırılması; 2) süni qıtlıq yaratmaq, yaxud qiymətləri artırmaq məqsədi istehsalın həcminin dəyişdirilməsi və əmtəələrin dövriyyədən çıxarılması; 3) digər təsərrüfat subyektlərinin bazara daxil olmasına və ya bazarı tərk etməsinə əsassız maneələr yaradılması; 4) bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi (onların yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması); 5) məhsulun alternativ satıcıları və alıcıları olmadıqda təsərrüfat subyektləri arasında ayrı-seçkilik yaratmaq məqsədilə həmin məhsulu satmaqdan və ya almaqdan imtina edilməsi; 6) topdansatış və pərakəndə satış təsərrüfat subyektlərinin qapalı satış şəbəkələrinin yaradılması; 7) digər təsərrüfat subyektləri ilə müqayisədə kontragentlərin rəqabət imkanlarına zərər vuran, yaxud zərər vura bilən eyni və ya eyni şərtli müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi; 8) kontragentə sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirilməsi; 9) istifadə olunmamış istehsal qurğuları olduğu halda kontragentlə müqavilə bağlamaqdan əsassız imtina edilməsi; 10) kontragenti əvvəlcədən xəbərdar etmədən və onunla razılaşdırmadan qərarlaşmış təsərrüfat əlaqələrinin pozulması. Maddə 16. Müvafiq icra hakimiyyəti orqanının məlumat əldə etmək hüququ ...

2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi müvafiq icra hakimiyyəti orqanını (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) inhisarçı müəssisələrin dövlət reyestrinin aparılması üçün razılaşdırılmış proqram əsasında milli bazarda müəssisələrin hökmran mövqeyini müəyyən edən statistika məlumatları ilə təmin edir.

3. İnhisarçı müəssisələr müvafiq icra hakimiyyəti orqanının (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) təklifi ilə Dövlət Statistika Komitəsi tərəfindən müəyyənləşdirilmiş qaydada təsdiq edilən dövlət statistika hesabatı əsasında öz fəaliyyətlərinin inhisarçı mövqeləri haqqında müvafiq icra hakimiyyəti orqanına (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) hesabat təqdim edirlər. ... Məhkəmənin mövqeyi: “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsindən görünür ki, bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi (onların yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması) bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran, yaxud gətirib çıxara bilən qeyri-qanuni fəaliyyətindən biridir. İşin faktiki hallarından müəyəyn edilir ki, “Azərbaycan X1” İctimai Birliyinin müraciətinə (duzun maya dəyəri 15-20 manata olduğu onlara 105 manata satıldığı bildirilir) əsasən İddiaçı QSC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri ilə bağlı yoxlamalara başlanılmış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehiak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmişdir. Həmin qərara əsasən, “Azərbaycan Duz istehsalat Birliyi" Qapalı Səhmdar Cəmiyyətinə “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin dayandırılması, duz məhsullarının topdansatışı zamanı müəyyən edilmiş əsassız qiymət artımının aradan qaldırılması və gələcək fəaliyyətində hökmran mövqedən sui-istifadə etməyərək bazann rəqabətliliyini nəzərə alaraq qiymətlərin iqtisadi qanunauyğunluqlar əsasında müəyyən edilməsi; Duz məhsullarının topdansatışını “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi 01.01 2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi olan dövr ərzində qeyri-qanuni fəaliyyəti nəticəsində əldə etdiyi 690.473,13 manat məbləğində mənfəətin 30 gün ərzində dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Cavabdeh Antiinhisar və İstehiak Bazarına Nəzarət Dövlət Xidmətinin qənaətinə görə iddiaçı bazarda hökmran mövqe tutan təsərrüfat subyekti hesab olunduğu üçün (cavabdeh hesab edir ki, iddiaçının bazar payı 70 faizdən yuxarıdır) “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin 4-cü bəndi üzrə tələb və məhdudiyyətlər iddiaçıya münasibətdə tətbiq edilməlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, hökmran mövqe - təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən və bununla da bazarın digər iştirakçılarının bazara daxil olmasını çətinləşdirən müstəsna vəziyyəti. Bazarda payı 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti hökmran mövqe tutan hesab olunur. Həmin Qanunun 16-cı maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi müvafiq icra hakimiyyəti orqanını (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) inhisarçı müəssisələrin dövlət reyestrinin aparılması üçün razılaşdırılmış proqram əsasında milli bazarda müəssisələrin hökmran mövqeyini müəyyən edən statistika məlumatları ilə təmin edir. İnhisarçı müəssisələr müvafiq icra hakimiyyəti orqanının orqanını (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) təklifi ilə Dövlət Statistika Komitəsi tərəfindən müəyyənləşdirilmiş qaydada təsdiq edilən dövlət statistika hesabatı əsasında öz fəaliyyətlərinin inhisarçı mövqeləri haqqında müvafiq icra hakimiyyəti orqanına orqanını (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) hesabat təqdim edirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi: 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: ... 3.0.5. rəqabətin vəziyyətini araşdırmaq, təsərrüfat subyektlərinin hökmran mövqeyini müəyyən etmək və əmtəə bazarında payı antiinhisar qanunvericiliyi ilə müəyyən edilmiş həddən çox olan təsərrüfat subyektlərinin dövlət reyestrini aparmaq; ... Qanunvericiliyin sadalanan normalarından göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin dövlət reyestrinin aparılması vəzifəsinin olmasına baxmayaraq, İddiaçı QSC fəaliyyət göstərdiyi müddət ərzində cavabdeh inzibati orqan tərəfindən bu cür dövlət reyestrində qeydə alınmamış, bu barədə ona hər hansı məlumat və ya bildiriş verilməmişdir, bazarda hökmran mövqe tutan təsərrüfat subyektləri kimi hesabatlar təqdim etməmiş və bu cür hesabatların təqdim edilməsi tələb edilməmişdir. Həmçinin qanunvericilikdə müəssisələrə öz bazar payını müəyyən etməklə inhisarçı müəssisə olub-olmamasını təyin etməsi kimi vəzifə müəyyən edilməmişdir. Lakin, cavabdeh qurum tərəfindən faktiki olaraq başqa hökmran mövqe tutan müəssisələr ("xxxx" MMC, “X7 fabriki” MMC, "xxxx" MMC ) dövlət reyestrinə daxil edilib və onlara bu barədə rəsmi məktub, bildiriş göndərilmişdir. Həmçinin qeyd edilməlidir ki, əsaslandırılmamış qiymət artımı bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi kimi müəyyən olunduğu zaman “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndində göstərilən tələblərin pozulması kimi qiymətləndirilə bilər. İddiaçının yeni qiymətlər müəyyən etməsində bazarda əlavə üstünlük əldə etmə məqsədi daşıması, bu halın bazarda rəqabəti məhdudlaşdırması və ya istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməsi cavabdeh tərəfindən sübuta yetirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin qərarı mübahisələndirilən hissədə maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1-ci maddəsi). “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia “qərarın qismən ləğv edilməsi” hissəsində təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” Qərarı qismən - İddiaçı QSC-yə aid hissədə ləğv edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia “qərarın qismən ləğv edilməsi” hissəsində təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” Qərarı qismən - İddiaçı QSC-yə aid hissədə ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar