Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5150/2021 31.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Cavabdeh X1rşı “sənədlərin götürülməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia tələbi ilə müraciət edərək, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında “ 04.03.2021-ci il tarixli **********145181 nömrəli qərarında qeyd olunan sənədlərin səlahiyyətli şəxsin imzası və möhür ilə təsdiq olunmuş surətlərinin Cavabdeh MMC-dən götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 29.12.2020-ci il tarixli **********143231 nömrəli qərarı ilə Cavabdehndə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin tələblərinə əsasən müəssisənin noyabr 2017-cı il tarixdən oktyabr 2020-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Lakin yoxlama zamanı tələb edilən sənədlər (Vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər, vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar, vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar, yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda bank hesablarının hərəkəti, yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda nağd dövriyyələrin hərəkəti, yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəli, vergi ödəyicisinin aid olduğu şirkətlər qrupunun təşkilatı strukturu, iştirak payı göstərilməklə Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat, İpoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti, Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətd asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı, vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti, yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər, ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektlərinin) siyahısı, borc və kredit müqavilələri, sığorta polisləri, yoxlama dövrü üzrə hüquqi şəxsin proqram təminatında aparılmış əməliyyatların tam elektron formatda çıxarışı (əməliyyat tarixi, hər bir hesab üzrə mühasibat müxabirləşmələri (mühasibat müxabirləşməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş hesablar planı üzrə aparılmadıqda bütün hüquqi şəxsin apardığı bütün müxabirləşmə kodlarının açıqlaması təqdim edilməlidir), əməliyyat məbləği, əməliyyatın təyinatı və digər hallar göstərilməklə) (excel faylda), yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda), yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda), Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda), yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə), mal satan və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin, təqdim edilmiş invoysların, hesab fakturaların, təhvil-təslim aktlarının, qaiməfakturaların və digər təsdiqedici sənədlərin surəti, alıcılar və sifarişçilərlə olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin, təqdim edilmiş invoysların, hesab fakturaların, təhvil-təslim aktlarının, qaimə fakturaların və digər təsdiqedici sənədlərin surəti, yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait / qeyri-maddi aktivlərin reyestri (excel faylda), yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitlərin siyahısı, yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat (excel faylda), yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyrirezidentlərlə bağlanmış müqavilələr, əldə edilmiş invoyslar, ödəniş sənədləri və digər təsdiqedici sənədlər (excel faylda), yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar, gəlirdən çıxılmalar (o cümlədən gəlirdən çıxılmaları təsdiq edən sənədlər PDF faylda) və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda), yerli və xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxt cədvəlləri, xarici əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank sənədləri, yerli əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank, kassa sənədlərinin xarici əməkdaşların ölkəyə gəlişini-gedişini təsdiq edən sənədlərin (təyyarə biletləri, viza sənədləri, pasportlar və 8.), idxal (o cümlədən müvəqqəti idxal) və ixrac (o cümlədən müvəqqəti ixrac) əməliyyatları barədə sənədlərin surəti, xüsusi razılıqların (lisenziyaların) surəti (PDF faylda), yoxlanılan dövr üzrə gəlirlərin və mənfəətin vergi ödəyicisinin fəaliyyəti üzrə bölgüsü, transfer qiymət siyasətlərinin surəti (PDF faylda)) vergi orqanına təqdim edilmədiyindən yoxlamanın həyata keçirilməsi mümkün olmamışdır. Belə ki, səyyar vergi yoxlaması zamanı müəssisəyə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 30.12.2020-ci il tarixli **********143392 nömrəli tələbnamə verilmiş və “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrinə əsasən 04.03.2021-ci il tarixli **********145181 nömrəli qərar qəbul edilmişdir. Lakin tələbnamə və qərar üzrə qeyd olunan sənədlər vergi orqanına təqdim edilməmiş və bununla bağlı 25.01,2021-ci il tarixli və 15.03.2021-ci il tarixli aktlar tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən 29.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuş etiraz və mülahizədə göstərilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 29.12.2020-ci il tarixli **********143231 nömrəli qərarı ilə Cavabdehndə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin tələblərinə əsasən müəssisənin noyabr 2017-ci il tarixdən oktyabr 2020-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növdənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Lakin hazırda Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi qərarı ilə bağlı şikayət tərəflərindən həm Vergi orqanına həmçinin Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinə verilmişdir. Cavabdeh MMC-nin vergi və maliyyə məsələləri üzrə məsul şəxs sayılan Beyaz Bağırzadə noyabr ayının birindən analıq məzuniyyətə çıxmış və noyabr ayının 30-da ana olmuşdur. Bu səbəbdən də 29.12.2020-ci il tarixli **********143231 nömrəli qərar heç bir icraata qəbul edilməmiş və alınması ilə bağlı imza ata bilmədiklərindən növbədənkənar səyyar yoxlamanın dayandırılması ilə bağlı müraciətlərinə baxaraq 01.02.2021-ci il tarixdən **********144217 saylı qərar ilə Səyyar vergi yoxlamasının dayandırılmasını ( təxirə salınması) haqqında qərar qəbul etmişdir. 27.02.2021-ci ildə Vergi orqanına müraciət edərək 29.12.2020-ci il tarixli **********143231 nömrəli qərarı vergi və maliyyə məsələləri üzrə məsul şəxs tərəfindən oxuduqdan sonra həmin qərara münasibət bildirərək növbədənkənar səyyar vergi yoxlaması Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra, “Vergi Məcəlləsi”) 38.3.5-ci maddəsi əsasında “vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, ” halının bizə təqdim edilmədiyini və bu səbəbdən də növbədənkənar vergi yoxlaması ilə bağlı **********143231 sayh 29.12.2021-ci il tarixli qərarın ləğv edilməsinə və yeni qərar əsasında növbəti səyyar vergi yoxlamasının təyin edilməsinə dair göstəriş verməklərini bildirmişlər. 03.03.2021-ci il tarixində Vergi orqanının əməkdaşları ofisə gələrək **********143231 saylı 29.12.2021-ci il tarixli qərarın imzalanmasını tələb etmişlər. Direktor isə həmin qərarın ona birbaşa təqdim edilmədiyindən, izah edilmədiyindən və eyni zamanda qeyd edilmiş halın qərarda açıqlanmadığından növbədənkənar səyyar yoxlamanın başlanılmasıına etiraz edərək həmin qeydləri qərar və təqdimatda yazaraq imzalamışdır. Buna baxmayaraq, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında 04.03.2021 tarixli **********145180 №-li Qərar qəbul edilərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 1-ci müavini tərəfindən çıxarılmış 29.12.2020 tarixli ********** 143231 №- li qərar əsasında Cəmiyyət üzrə keçirilən səyyar vergi yoxlaması zamanı səyyar vergi yoxlaması zamanı yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda vergi qanunvericiliyinin pozulması halları olduğuna, onların öyrənilməsinə əlavə vaxt tələb olunduğuna və bu pozuntuların araşdırılması bilavasitə sənədlərlə (əşyalarla) bağlı olduğuna görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrini əsas tutaraq Cəmiyyətə 04.03.2021-ci il tarixli 2**********145181 nömrəli Qərar ilə həmin qərarda göstərilmiş sənədlərin götürülməsi göstəriş verilmişdir. Cəmiyyət 04.03.2021-ci il tarixli **********145181 nömrəli Qərara etiraz edirək, 29.12.2020 tarixli **********143231 №-li qərarı 4 mart 2021-ci ildə imzalayaraq, həmin qərar əsasında növbədənkənar səyyar yoxlamanın keçirilməsi ilə razı olmadıqlarını yazılı olaraq qeyd etmişdir. Eyni zamanda 27.02.2021-ci il tarixində **********789700 saylı elektron məktublarına cavab verməklərini xahiş etmişlər. Həmin məktuba isə 12 mart 2021-ci il tarixində cavab verilərək, AR. V.M-nin 38.3.5-ci maddəsi ilə göstərilmiş halın səbəbi izah edilmişdir. Eyni zamanda Vergi Orqanı 15 mart 2021- ci ildə Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə aktı tərtib edilmişdir. Halbuki 15 mart 2021-ci onlar orqanın əməkdaşlarına növbədənkənar səyyar yoxlamanın qanuna uyğun olmayaraq açıldığını və ləğv edilməsi ilə bağlı məktub və şikayət yazdıqlarını şifahi olaraq bildirmişlər. 12 mart 2021-ci ildə Vergi orqanı növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi ilə bağlı səbəbi elektron məktub ilə cavablandırmışdır. Lakin 4 mart 2021-ci il tarixli 2**********145181 nömrəli Qərar ilə vergi qanunvericiliyinin pozulması halları olduğuna görə sənədlərin götürülməsi qərarının verilməsi AR. V.M-nə və “Səyyar vergilərin keçirilməsi” qaydalarının birbaşa pozulmasıdır. Eyni gündə (4 mart 2021-ci ildə) şirkət bəzi sənədləri növbəti səyyar yoxlamanın başladılması ricası ilə orqanın əməkdaşlarına təqdim etmişdir, həmin gündə də vergi qanunvericiliyi pozulması halı ilə bağlı qərar qəbul edilməsi növbədənkənar yoxlamanın qanuni yolla aparılmasına dair şübhələrin yaranmasının bir başa sübutudur. 16 mart 2021-ci il tarixində Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması ilə **********145449 saylı Qərarın verilməsi absurddur. Çünki tərəflərindən növbədənkənar səyyar yoxlamanın keçirilməsi ilə bağlı heç bir sənəd təqdim edilməmişdir. 15 mart 2021-ci ildə isə Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 04.03.2021-ci il tarixli **********145181 nömrəli Qərara əsasən 15.03.2021-ci il tarixdə cəmiyyətin faktiki ünvanında həyata keçirilmiş sənədlərin və nümunə kimi əşyaların götürülməsi zamanı tərtib edilmiş “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Protokol” və “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə AKT”ı onlara təqdim etmək məqsədi ilə ofislərinə yaxınlaşmışlar, direktor isə növbədənkənar səyyar yoxlamanın keçirilməsi ilə bağlı səbəbi cəmiyyətə 12 mart 2021-ci il tarixində açıqladığını və həmin məktubun hələ oxunub araşdırılmadığını bu səbəbdən də hazırda yoxlamanın başlanılması üçün sənədləri təqdim etməyəcəklərini bildirmişdir. 17 mart 2021-ci ildə yazdıqları şikayət və 22 mart 2021-ci il etirazlarına cavab vermədən 18 mart 2021-ci il tarixində Bakı İnzibati Məhkəməsinə müraciət edərək sənədlərin götürülməsi ilə bağlı cəmiyyətə qarşı iddia qaldırılmışdır. Qeyd edilənlərə əsasən 29.12.2020-ci il tarixli **********143231 nömrəli növbədənkənar səyyar yoxlamanın keçirilməsi ilə bağlı qərarın ləğv edilməsi haqqında inzibati aktın mübahisələndirilməsinə dair iddialarına Məhkəmə tərəfindən baxılanadək dayandırılmasını xahiş etmişlər.Yuxarıda qeyd edilən Azərbaycan Respublikası qanunvericiliyinə əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş sənədlərin götürülməsi haqqında iddia ərizəsinin ləğv edilməsini və ya geri qaytarılmasını və ya 29.12.2020-ci il tarixli **********143230 nömrəli növbədənkənar səyyar yoxlamanın keçirilməsi ilə bağlı qərarın ləğv edilməsi haqqında inzibati aktın mübahisələndirməsinə dair iddiaya məhkəmə tərəfindən baxılanadək dayandırmağı xahiş etmişdir. Şifahi məhkəmə baxış iclası ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə məhkəmə iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddianın mümkünlüyü: İddiaçı 29.12.2020-ci il tarixli qərarı ilə cavabdeh barəsində səyyar vergi yoxlaması həyata keçirilməsini qərara almışdır. İddiaçıya görə cavabdeh yoxlama ilə bağlı zəruri sənədləri təqdim etməkdən imtina etmişdir. Tərəflər arasında iddiaçının inzibati orqan kimi fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisə yaranmışdır. Tərəflər arasında mübahisə cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olsa da, hazırkı vəziyyətdə sahibkarlıq subyekti ilə vergi orqanı arasında yaranmış mübahisə inzibati hüquq münasibətləri ilə bağlı olmaqla inzibati məhkəmə icraatı qaydasında həll edilə bilər. İddiaçının qəbul etdiyi aktın nəticəsində iddiaçı ilə cavabdeh arasında publik hüquq münasibətləri yaranmışdır. İddiaçı cavabdehə münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. Bununla belə, qanunvericiliyə əsasən, bəzi hallarda inzibati orqan (iddiaçı) mübahisə ilə əlaqədar yekun qərar qəbul etmək hüququna malik olmur. Məsələn, hazırkı halda Vergi Məcəlləsinin 43.10-cu maddəsinə görə iddiaçı sənədlərin götürülməsi barədə özü qərar qəbul etmək səlahiyyətinə malik deyil. Bu halda mübahisə məhkəmə icraatı qaydasında həllini tapa bilər. Odur ki, iddiaçı ilə cavabdeh arasında inzibati hüquq münasibəti yarandığından İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən, belə mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı yoxlama aparılması ilə bağlı cavabdehdən sənədlərin təqdim edilməsini xahiş edir. İnzibati Prosessual Məcəllənin 2.2.3 və 34.1-ci maddələrinə əsasən bu öhdəliyin icrası haqqında iddia növüdür. Öhdəliyin icrası haqqında iddia özü-özlüyündə müəyyən hərəkətin edilməsinin tələb olunması ilə bağlıdır. İddianın mahiyyəti: İddia mümkün iddia olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İddiaçının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 29.12.2020-ci il tarixli **********143231 nömrəli qərarı ilə vergi ödəyicisi olan cavabdehin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 23, 36, 38-ci maddələrinə əsasən səyyar vergi yoxlaması (yoxlanılan dövr: noyabr 2017-ci il – oktyabr 2020-ci il) təyin edilmişdir. - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, noyabr 2017-ci il – oktyabr 2020-ci il dövrünün yoxlanılması məqsədilə qəbul edilən növbədənkənar səyyar vergi yoxlaması barədə vergi orqanın qərarı reyestrdə qeydiyyata alınmışdır. - Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən cavabdehə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” 30.12.2020-ci il tarixli **********143392 nömrəli tələbnamə təqdim edilmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisi tərəfindən sənədlərin təqdim edilməməsi barədə 25.01.2021-ci il tarixli aktdan görünür ki, tələbnamə ilə tələb olunan sənədlərin təqdim edilməsi üçün müəyyən edilmiş müddət 25 yanvar 2021-ci il tarixdə başa çatsa da, həmin tarixə qeyd edilən sənədlər təqdim olunmamışdır. - İddiaçı tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 04.03.2021-ci il tarixli **********145181 nömrəli qərar qəbul edilmiş və həmin qərarda cavabdehdən noyabr 2017-ci il – oktyabr 2020-ci il dövrü üzrə səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin götürülməsinin həyata keçirilməli olması göstərilmişdir. - İddiaçı tərəfindən tərtib edilmiş “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 01 saylı 15.03.2021-ci il tarixli protokolundan görünür ki, Cavabdeh tərəfindən “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərara əsasən protokolda qeyd edilən sənədlərin təqdim edilməsi təklif olunmuşdur. - Cavabdeh tərəfindən tələb edilən sənədlər vergi orqanına təqdim edilmədiyindən 15.03.2021-ci il tarixdə “Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisi tərəfindən Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə akt tərtib edilmişdir. -Poçt göndərişinin çatdırılması qəbzdən görünür ki, Cavabdeh Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisi tərəfindən sənədlərin təqdim edilməsindən imtina edilməsi barədə tərtib edilmiş aktı 26.01.2021-ci il tarixdə qəbul edilmişdir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Həmin Məcəllənin 42.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. Həmin Məcəllənin 43.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Hazırki iş üzrə iddiaçı və cavabdeh arasında yaranmış hüquq münasibətini tənzimləyən əsas normativ hüquqi aktı olan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin yuxarıda göstərilən normalarının tələblərindən göründüyü kimi vergi yoxlaması üçün zəruri sənədləri tələb etmək hüququ, vergi ödəyicisinin isə həmin sənədləri təqdim etmək vəzifəsi, hətta, vergi ödəyicisi tərəfindən həmin sənədlərin təqdim edilməməsinə məsuliyyət daşıdığı təsbit edilmişdir. Cavabdeh tərəfindən vergi orqanının tələb etdiyi sənədlər təqdim edilmədiyinə görə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdehin səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərarının məhkəmə qaydasında mübahisələndirildiyi və buna görə də hazırkı iş üzrə iddianın mümkün sayılmaması barədə mülahizəsi əsassızdır. Belə ki, cavabdeh tərəfindən həmin qərarın mübahisələndirilməsi barədə iddiası üzrə işin nəticəsindən asılı olmayaraq, vergi ödəyicisi tərəfindən vergi münasibətlərinin şəffaflığını təmin etmək məqsədilə tələb olunan sənədlər vergi orqanına təqdim etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 04.03.2021-ci il tarixli **********145181 nömrəli qərarında qeyd olunan sənədlərin səlahiyyətli şəxsin imzası və möhür ilə təsdiq olunmuş surətləri Cavabdehndən götürülsün. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-5150/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5150/2021
31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver