Məhkəmə qərarları › İş №2-1(112)-5289/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5289/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5289/2020 20.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçınun (ünvan 1 ünvanda qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X5 (ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ona verdiyi imtinanın qanunsuz hesab edilməsi və 3 ay müddətinə 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Koronovirus (covid 19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabinetinin 04 aprel 2020-ci il Tədbirlər Planına əsasən Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmuşdur. İddiaçı e-sosial.az portalı vasitəsilə 190 manat birdəfəlik ödəmənin alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişəm. 28 aprel 2020-ci il tarixdə sms vasitəsilə ona cavab verilərək müxtəlif yerlərdə adına iki və daha çox daşmaz əmlak aşkarlandığı üçün 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu imtinası əsassızdır və qeyriqanunidir. Belə ki, onun adına yalnız bir mənzil var. Onların əsas gətirdikləri digər mənzili o xx.xx.2014-cü il tarixdə AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə X1. Əgər onun mülkiyyətində bir neçə mənzil olsa belə bu onun məşğul olmağı anlamına gəlmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu cür hərəkətlərlə süründürməçiliyə yol verir. Məşğulluq haqqında Azərbyacan Respublikası Qanununun 4-cü maddəsində məşğul şəxslərin siyahısı göstərilmişdir. Həmin siyahıda istifadəsində nəqliyyat vasitəsi olan şəxslərin məşğul olan şəxslər kimi qeyd olunması nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhkəmənin dəftərxanası vasitəsilə iddia ərizəsinə dir etiraz daxil olmuşdur. Etirazda göstərilmişdir ki, İddiaçı Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin iddia əsassız olduğundan aşağıdakı səbəblərə görə rədd edilməlidir. Belə ki, Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD- 19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.2-ci bəndində (Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1 -ci bəndi nəzərə alınmaqla ödənilir) nəzərdə tutulan və xx.xx.2020-ci il tarixədək MAS-da işsiz kimi qeydiyyatı olan şəxlərə ödənilir. Bununla yanaşı həmin Qaydaların 2.3.11-ci yarımbəndinə əsasən mülkiyyətində müxtəlif ünvanlarda iki və daha çox daşınmaz əmlakı olanlara birdəfəlik ödəmə verilmir. Həmçinin həmin Qaydaların 3.8-ci bəndində göstərildiyi kimi birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılır. Beləliklə, iddiaçı O.Nikolayevnanın yuxarıda qeyd olunan müddətdə MAS-da işsiz kimi qeydiyyatdan keməmiş (işsiz kimi qeydiyya tarixi xx.xx.2020-ci il) və həmçinin iddiaçının mülkiyyətində müxtəlif ünvanlarda iki və daha çox daşınmaz əmlakının olması da MAStərəfindən aşkarlanmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli **********62 nömrəli məktubunda da iddiaçının mülkiyyətində hazırda 2 ədəd mənzilin olması qeyd olunmuşdur. Qeyd olunan səbələrdən iddiaçının birdəfəlik ödəməni almaq hüququ yaranmamış və buna görə birdəfəlik ödəmənin ödənilməsindən imtina olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun məzmunda izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək etirazda göstərilənlərə uyğun izahat verərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı imtinanın qanunsuz hesab edilməsi, 3 ay müddətinə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan - İddiaçı fərdi məşqulluq vərəqindən görünür ki, o, 02 may 2020-ci il tarixdə MAS-da işsiz kimi qeydiyyatdan keçmişdir. -Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Müavini tərəfindən verilmiş 26 avqust 2020-ci il tarixli L-7-071 saylı Arayışdan görünür ki, İddiaçı arayış ünvan 3 ev Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 109 saylı Sərəncamı əsasında "xxxx" MMC tərəfindən sökülərək yerində yeni müasir tələblərə cavab verən hündürmərtəbəli çoxmənzilli yaşayış binasının inşa edilməsi barədə olmaqla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmək üçün verilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 146 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 352 saylı 18 avqust 2020ci il tarixli rayışdan görünür ki, Başçısının Müavini tərəfindən verilmiş 26 avqust 2020-ci il tarixli L-7-071 saylı Arayışdan görünür ki, ünvan 3 ünvandakı bina 2014-cü ildə pilot layihəsi əsasında sökülmüş, yerində hündür mərtəbəli bina- Bakıxanov Rezident-2 tikilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabelliyində Dövlət Məşğulluq Agentliyinə nvanlanan **********62 saylı 07 sentyabr 2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Agentliyin müvafiq sorğusu əsasında araşdırma aparılmış və nəticədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı adına ünvan 4 ünvanda yerləşən 52 nömrəli mənzilin və ünvan 5 ünvanda yerləşən 8 nömrəli mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məktubda həmçinin qeyd edilmişdir ki, ünvan 5 ünvanda yerləşən 8 nömrəli mənzil 16 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli 4Ə- 751 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmiş, lakin sözügedən müqavilə dövlət reyestrində qeydiyyatdan keçməmişdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir; 5.12-ci maddəsinə əsasən aşağıdakı şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir: 5.12.1. bu Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxslərə aid edilənlər; 5.12.2. 15 yaşına çatmayanlar; 5.12.3. təhsil müəssisəsində əyani təhsil alanlar; 5.12.4. “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilmiş şəxslər; 5.12.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsində və 75-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərində göstərilən, habelə işsiz və işaxtaran şəxslərin haqqı ödənilən ictimai işlər ilə bağlı əmək münasibətlərinə xitam verildiyi hallar istisna olmaqla, göndəriş əsasında bağlanılmış əmək müqaviləsinə bu müqavilə ilə müəyyən edilmiş müddətdən əvvəl öz təşəbbüsü ilə xitam verən şəxslər, 6 (altı) ay müddətində. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın: 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir; 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; 1.3-ci bəndinə əsasən birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4-ci bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir; 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir; 2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 25 aprel 2020-ci il tarixli 149 nömrəli Qərarı əsasında sözügedən Qaydalara 2.3.11-2.3.15-ci yarımbəndlər əlavə edilmişdir. 2.3.11-ci yarımbəndinə əsasən mülkiyyətində müxtəlif ünvanlarda iki və daha çox daşınmaz əmlakı olanlara birdəfəlik ödəmə verilmir. Həmin Qaydaların 3.8-ci bəndinə əsasən birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı müəyyən edilən müddətdə, Qaydaların 2.2.1-ci bəndinin tələblərinə müvafiq olaraq 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmalı olduğu təqdirdə yalnız xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. O cümlədən işin araşdırılan hallarlndan müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində müxtəlif ünvanlarda iki daşınmaz əmlakının olması MAS-da aşkar edilmişdir. Məhkəmə iddiaçının ünvan 5 ünvanda yerləşən 8 nömrəli mənzilin xx.xx.2014-cü il tarixdə AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi əsasında X2 dair olan arqumentinə münasibət bildirərək qeyd edir ki, iddiaçı onun mülkiyyətində yalnız ünvan 4 ünvanda yerləşən 52 nömrəli mənzilin olduğunu qeyd etsə də, işin araşdırılan hallarından müəyyən edilmişdir ki, sözü gedən mənzilə dair alqı-satqı müqaviləsi bağlanılsa da, lakin istinad olunan müqavilə dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Belə olan halda sözügedən hər iki mənzilin iddiaçının mülkiyyətində olduğu müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın tələblərindən də göründüyü kimi, birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq 2020-ci il 1 aprel tarixinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə qeyd olunan “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində qaydaların tələbinə uyğun olaraq müəyyən olunan vaxtda işsiz olaraq qeydiyyatdan keçməməsi, həmçinin mülkiyyətində iki ayrı ünvanda daşınmaz əmlakın olması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.2.1 və 2.3.11-ci yarımbəndlərinə uyğun olaraq aztəminatlılıq meyarına cavab verməmiş, bu səbəbdən birdəfəlik ödəməni almaq hüququ yaranmamışdır. Qeyd olunan səbələrdən məhkəmə hesab edir ki, iddiaçının birdəfəlik ödəməni almaq hüququ yaranmamış və buna görə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya birdəfəlik ödəmənin ödənilməsindən əsaslı olaraq imtina edilmişdir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, imtinanın qanunsuz hesab edilməsi və birdəfəlik ödəmənin verilməsinə dair iddiaçının iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının Nazirlər Kabineti, Tatarıstan Respublikasının daimi nümayəndəliyi) “imtinanın qanunsuz hesab edilməsi və 3 ay müddətinə 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar