Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5410/2022 29.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, ona yaşa görə dövlət qulluqçusu kimi əmək pensiyasına əlavələrinin yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh onun müraciətinin təmin etməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsasında dövləq qulluğu stajının 15 ildən az olması təşkil edir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun yaranmış pensiya hüququndan məhrum edir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının dövlət qulluğu vəzifəsində iş stajı 13 il 25 gün təşkil edir. İddiaçının 12.03.1990-ci il tarixdən 27.12.2001ci il tarixədək çalışdığı “Azərdövlətstandart” dövlət qurumu Azərbaycan Respublikasının Prezidentinin 27.12.2001-ci il tarixli Fərmanına əsasən ləğv edilmiş və iddiaçı tutduğu vəzifədən azad edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının dövlət qulluğuna xitam verilməsi publik hüquqi şəxsin yaradılması ilə əlaqədar olmamışdır. Ləğv edilən “Azərdövlətstandart” dövlət qurumunun yerində publik hüquqi şəxs yox, dövlət orqanı olan Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılmışdır. Buna görə də iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə baxımından mümkün deyildir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən ona dövlət qulluqçusu kimi əmək pensiyasını təyin edilməsi və dövlət qulluqçusu kimi əmək pensiyasını əlavələrinin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı əmək pensiyası yaşına çatdığı üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, iddiaçının dövlət qulluğu stajı 15 ildən az təşkil etdiyindən onun dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququ yaranmır. İddiaçi hazırki iddia tələbində onun 12.03.1990-ci tarixdən 27.12.2001-ci il tarixdək ilədiyi vəzifələrin dövlət qulluğuna aid edilməklə dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilmısini xahiş edir. Əvvəla Məhkəmə qeyd edir ki, vətəndaşa dövlət qulluqçusu kimi əmək pensiyasını təyin edilməsi və dövlət qulluqçusu kimi əmək pensiyasını əlavələrinin ödənilməsi üçün onun dövlət qulluqçusu statusuna malik olması zəruri və mütləq dispozisiya şərtidir. Nəzərə almaq lazımdır ki, dövlət qulluqçusunun statusu ilə bağlı məsələlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Qeyd olunan qanunvericilik icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Bundan başqa nəzərə alınmalıdır ki, dövlət qulluqçusu kimi əmək pensiyasını təyin edilməsi və dövlət qulluqçusu kimi əmək pensiyasını əlavələrinin ödənilməsinin müəyyən edilməsi üçün təkcə vəzifənin dövlət qulluğu vəzifəsinə aid olub-olmaması ilə yanaşı, həmçinin onun həmin hüququnun yaranması üçün digər şərtlərinin ödənilibödənilməməsini yoxlamalıdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 23.2-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. “Əmək pensiyaları haqqında” Qanunun: 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “Əmək pensiyaları haqqında” Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslər öz arzuları ilə yalnız bir pensiya təyin edilir. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 20.1.7 Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1.Dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2.Dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.11-1.Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. Bəhs edilən qanunvericiliyin müddəalarından görünür ki, dövlət qulluqçusu kimi əmək pensiyasının təyin olunması 2 əsasa görə mümkündür: - Şəxsin dövlət qulluğu vəzifəsində 15 il və ya daha çox stajı olmalı; (1) - Publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onun bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olmalıdır. Məhkəmə qeyd edir ki,“Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsində dövlət qulluğunda iş stajının hansı meyarlar əsasında qiymətləndirildiyi göstərilmişdir. Həmin maddənin müddəalarına görə əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. 1991- ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin və 1991-ci il oktyabrın18-dən İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu qüvvəyə minənədək (31.08.2003-cü il tarixinədək) Azərbaycan Respublikası dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli 290 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdı rılması Siyahısı”na əsasən həyata keçirilir. Şərh olunan müddəaların hazırki işin faktiki hallarına tətbiqi zamanı müəyyən olunur ki,iddiaçının dövlət qulluğunda iş stajının 13 il 25 gün olması mübahisələndirilməyən haldır. Digər tərəfdən məhkəmə araşdırılması zamanı X3 ünvanlanmış sorğuya cavab məktubundan məlum olmuşdur ki, iddiaçının dövlət qulluğu stajına yalnız aşağıda göstərilən vəzifələr aiddir: - 02.12.1988-ci il tarixdən 11.03.1990-ci il tarixədək SSRİ Dövlət Standartladırma Komitəsinin B.Sərdarov adına maşınqayırma zavodunda nümayəndə vəzifəsi; - 12.03.1990-ci il tarixdən 01.11.1997-ci il tarixədək SSR Dövlət Standartlaşdırma Komitəsinin Azərbaycan Respublikası İdarəsinin Simmetrik attestasiya və geometrik ölçülərin dövlət yoxlanışı şöbəsində mühəndis və aparıcı mühəndis; - 01.11.1997-ci il tarixdən 27.12.2001-ci il tarixədək həmin şöbədə mütəxəssis; Göründüyü kimi iddiaçının dövlət qulluğu stajıa daxil edilən dövrlər 02.12.1988- 11.03.1990 və 12.03.1990-27.12.2001-ci illəri əhatə edir ki, bu dövrlər (13 il 26 gün) qanunvericilikdə müəyyən edilmiş norma üzrə qulluq stajı ilə bağlı şərti ödəmir. Bu səbəbdən iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci maddəsi əsasında dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması istisna olunur. “Əmək pensiyaları haqqında” Qanunun 20.11-1-ci maddəsi əsasında iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olubolmamasına münasibət bildirilməsi zəruridir. Normanın məzmununa görə vətəndaşın 13 il qulluq stajı (dövlət qulluğunda) əsasında dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququ yalnız 2 əsas olduğu halda yaranır: -dövlət qulluğuna xitam verilməsi bilavasitə publik hüquqi şəxsin yaradılması ilə əlaqədar olmuşdursa; -15 il qulluq stajının toplanmasına və əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda. Məhkəmə diqqətə çatdırır ki, dövlət qulluğuna xitam verildiyi tarixə iddiaçı 13 il qulluq stajına malik olsa da, onun “Əmək pensiyaları haqqında” Qanunun 20.11-1-ci maddəsi əsasınd pensiya hüququnun yaranması istisna olunur. Belə ki, məhkəmə araşdıırlması zamanı məlum olmuşdur ki, “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 27 dekabr 2001-ci il 623 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Elm və Texnika Komitəsi və Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi ləğv edilmiş, ləğv edilən Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Elm və Texnika Komitəsinin Patent-Lisenziyalaşdırma İdarəsinin bazasında Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi publik hüquqi şəxs deyil, əksinə mərkəzi icra hakimiyyəti orqanıdır. Qeyd olunmalıdır ki, hər iki qurum struktur baxımından fərqlilik təşkil edir. Belə ki, publik hüquqi şəxs dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.(Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsi) Göründüyü kimi publik hüquqi şəxs ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, lakin dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Dövlət agentlik isə icra hakimiyyəti orqanlarının tərkib hissəsinə daxil olmaqla, dövlətin adından çıxış edən, məqsəd və funksiyalarını həyata keçirən dövlət orqanıdır. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə X1 nəzər yetirsək məlum olur ki, Agentlik Azərbaycan Respublikasının standartlaşdırma, metrologiya, sertifikatlaşdırma, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində dövlət siyasətini formalaşdırman və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi publik hüquqi şəxs deyil, əksinə dövlətin adından çıxış edən, məqsəd və funksiyalarını həyata keçirən məkrkəzi icra hakimiyyəti orqanıdır. Bundan başqa qeyd olunmalıdır ki, X4 tərəfindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin publik hüquqi şəxs statusunda yaradılmadığı üçün “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-1-ci maddəsi vətəndaş İ.A.Yəhyayev barəsində tətbiq edilmir. Nəzərə alınmalıdır ki, X4 tərəfindən məhkəmə icraatı zamanı təqdim olunmuş sorğuya cavab məktubu hər hansı şübhə doğurmur. Belə ki, məlum olduğu kimi X4 dövlət qulluğu sahəsində fəaliyyət göstərən, dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən, həmçinin dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanlarını keçirən və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edən publik hüquqi şəxsdir. (Azərbaycan Respublikasının X4 publik hüquqi şəxsin Nizamnaməsi) Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verildiyi vaxtda publik hüquqi şəxslə bağlı qanunvericilik bazası da mövcud olmamışdır. Belə ki, “Publik hüquqi şəxslər haqqında” Qanun 29 dekabr 2015-ci il tarixdə qəbul edilmişdir ki, publik hüquqi şəxsin yaradılması, ləğvi, hüquqi şəxsin bir növü kimi onunla bağlı anlayışlar həmin tarixdən sonra qanunvericilikdə öz əksini tapmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan qanunvericilik dövlət qulluğçusu kimi yaşa görə əmək pensiyasının 13 il qulluq stajı əsasında təyinatını konkret müddəa əsasında təsbit etmişdir ki, bu zaman dövlət qulluğuna xitam verilməsinin bilavasitə publik hüquqi şəxsin yaradılması ilə əlaqəda olmasını şərtləndirmişdir. Hazırki mübahisə üzrə iddiaçının dövlət qulluğuna xitam verilməsi publik hüquqi şəxsin yaradılması ilə bağlı olmadığından, “Əmək pensiyaları haqqında” Qanunun 20.11-1-ci və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-1-ci maddələri ona münasibətdə tətbiq edilmir. Bundan başqa iddiaçının yuxarıda göstərilən maddələrin təsiri altına düşməməsini təsdiq edən digər bir əsas onun yaş ilə bağlı şərtin ödənilməməsi təşkil edir. Belə ki, normanın məzmununa diqqət yetirdikdə görünür ki, 13 il qulluq stajı əsasında dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyini üçün digər şərt 15 il qulluq stajının toplanmasına və əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalması ilə bağlıdır. Doğrudur ki, iddiaçının dövlət qulluğuna xitam verildiyi anda onun 13 il qulluq stajı mövcud olmuş və 15 il qulluq stajı tamamlanması üçün 2 ili qalmışdır. Nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olduğundan onun dovlət qulluğuna xitam verildiyi tarixə 46 yaşı olmuşdur ki, bu da həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə görə pensiya yaşına çatmadığını göstərir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinə əsasən kişilər—60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, onlar yaşa görə pensiya hüququna malikdirlər (kişilərdə:1 avqust 2000 – 31 dekabr 2005 = 62 yaş). Göründüyü kimi, iddiaçının dövlət qulluğuna xitam verildiyi anda pensiya yaşına çatması və ya azı 2 il müddətinə çatması mümkün deyildir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyta keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmn etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1999/2020 saylı iş üzrə qəbul etdiyi 04.11.2020-ci il tarixli qərarında analoji iş üzrə də vətəndaşın dövlət qulluğuna aid olan iş stajının müəyyən edilməsi X2 məktubu əsasında mümkündür. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1053/2021 saylı iş üzrə qəbul etdiyi 30.06.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, dövlət qulluqçularının pensiya almaq hüququ müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış və müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatan şəxslərə aid edilir. Həmin Qanun 01.01.2006-cı il tarixədək qüvvədə olmuş və həmin vaxtdan qüvvədən düşmüşdür. İddiaçının qeyd olunan Qanunun tələbinə əsasən dövlət qulluqçusu kimi pensiyaya çıxması üçün onun 01.01.2006-cı il tarixə 60 yaşının tamam olması tələb olduğu halda, həmin vaxt 50 yaşı tamam olduğundan və həmin vaxtadək pensiya yaşına çatmadığı üçün qeyd edilən qanunun tələbləri ona münasibətdə tətbiq edilə bilməz.” Göründüyü kimi, bu növ iddialar üzrə dövlət qulluğunda iş stajının 5 il müddəti kimi nəzərə alınması üçün vətəndaşın həmin dövrdə qüvvədə olan qanunvericilik əsasında yaş stajı ilə bağlı şərti ödəmiş olsun. Digər tərəfdən məhkəmə hesab edir ki, ali məhkəmənin qeyd olunan qərarında göstərildiyi kimi 01.01.2006-cı il tarixədək qüvvədə olmuş normaların hazırkı münasibətdə tətbiqinin istisna olunması ilə yanaşı, eyni zamanda 01.07.2017-ci il tarixədək qüvvədə olmuş normalarının tətbiqi də mümkün deyildir. Başqa sözlə, istər 01.01.2006-cı il tarixədək, istərsə də 01.01.2006-cı il tarixdən 01.07.2017-ci il tarixədək 5 il dövlət qulluğu stajına malik olan şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququndan o zaman bəhz edilə bilər ki, dövlət qulluqçusu 5 il dövlət qulluğu stajı toplanılması ilə yanaşı, həmçinin pensiya yaşına da çatmış olsun və ya əlil olmuş olsun. Göründüyü kimi təkcə 5 il dövlət qulluğu stajının toplanılması iddianın təmini əsası qismində çıxış etmir. Eyni zamanda digər şərtlərdən hər hansı biri də ödənilməlidir ki, iş materiallarından da görünür ki, qeyd olunan şərtlərdən heç biri ödənilməmişdir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-5410/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5410/2022
29.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver