Məhkəmə qərarları › İş №2-1(112)-5466/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5466/2020

14.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5466/2020 14.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi-X1 iştirakı ilə, iddiaçı -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh-Cavabdehnə qarşı sənədlərin götürülməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra mətndə Bakı şəhəri LGBİ) Cavabdehnə (bundan sonra mətndə Cavabdeh MTK) qarşı sənədlərin götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan, yoxlama ilə əhatə edilən dövr üzrə (xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, illik bəyannamələr üzrə xx.xx.2017-ci il tarixdən) ilkin mühasibat sənədləri, mənzillərin, qeyri-yaşayış sahələrinin, qarajların, mansardların alqı-satqı müqavilələri (alqı-satqı sənədləri), müvafiq fəaliyyət üzrə lisenziya(lar), yük gömrük bəyannamələri, satılmış mənzillərin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışları, əmək haqqı hesablama cədvəlləri, əmək müqavilələri, icarə müqavilələri, göstərilən kommunal xidmətləri təsdiq edən siyahıların və müqavilələrin surətləri, torpağın ayrılması və tikintnin aparılması barədə müvafiq sərəncam, beton sınaq nəticələri, nəqliyyat, qaz, su, işıq vədigər xərc sənədləri, nağd dövriyyələrin və ödənişlərin açıqlaması ilə birlikdə kassa əməliyyatları və nağd vəsaitlərin hərəkəti (kassa mədaxil, məxaric orderləri və digər ilkin sənədlər) barədə elektron və kağız formatda məlumat, hesablaşma hesabları üzrə dövriyyələr və qalıqların açıqlması ilə birlikdə bank əməliyyatları (bank çıxarışları, ödəniş tapşırıqları və digər ilkin sənədlər), xarici bank hesablarından Azərbaycanla bağlı aparılmış əməliyyatlar barədə kağız və elektron formatda məlumat, alıcılar üzrə (satılmış mal və xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda satış əməliyyatları, satıcılar üzrə (alınmış mal və xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda alış əməliyyatları, yoxlamanın əvvəlinə və sonuncu məbləğ göstərilməklə debitorların və kreditorların kağız və elektron formatda siyahısı, alınmış və satılmış malların (işlərin, xidmətlərin) adı, sayı, qiyməti, tarixi göstərilməklə (anbarın hərəkəti) siyahısı, əsas vəsaitlərin hərəkəti cədvəli (ilkin qalıq, dövriyyə və son qalıq göstərilməklə), rezident və qeyri rezident şəxslər tərəfindən görülmüş və göstərilmiş xidmətlər üzrə müqavilələr, təhvil-təslim aktları, forma-igər zəruri olan sənədlərin təşkilatlarında qüvvədə olan əmanətləri və cəlb etdiyi resurslar (kreditlər) barədə məlumat cədvəli və digər ilkin sənədlər, baş kitab (balans), dövriyyə cədvəlləri, analitik uçotun aparılması üçün cədvəllər, mənfəət vergisi bəyannaməsinin sətirləri üzrə açıqlaması, nəzarət kitabçası, verilmiş mühasibat müxabirləşmələri, kənar audit rəyləri, mənfəət və zərər hesabatı və yoxlamanın keçirilməsi üçün tələb olunan digər ilkin sənədlər (müqavilələr, ödəniş sənədləri, təqdim edilmiş və ya əldə edilmiş qaimə və elektron vergi hesab fakturaları, inoyslar və s.) barədə məlumat, proqram təminatında aparılmış əməliyyatların tam elektron formatda çıxarışı (əməliyyat tarixi, hər bir hesab üzrə mühasibat müxabirləşmələri, əməliyyat məbləği, əməliyyatların təyinatı və digər hallar göstərilməklə), tenderlərdə iştirak barədə sənədlər, istifadə edilən (edilmiş) obyektlərə aid müqavilələr və vergilərin hesablanması üçün digər zəruri olan sənədlərin Cavabdeh MTKdan götürülərək, Bakı şəhəri LGBİ-yə təqdim olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri LGBİ-nin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********200069 nömrəli qərarı ilə Cavabdeh MTK-da növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2017-xx.xx.2020) təyin edilmişdir. Vegi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada xx.xx.2020-ci il tarixli **********200215 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamə təqdim edilərək, yoxlama ilə əhatə edilən dövr üzrə yoxlama ilə əhatə edilən dövr üzrə (xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, illik bəyannamələr üzrə xx.xx.2017-ci il tarixdən) ilkin mühasibat sənədləri, mənzillərin, qeyriyaşayış sahələrinin, qarajların, mansardların alqı-satqı müqavilələri (alqı-satqı sənədləri), müvafiq fəaliyyət üzrə lisenziya(lar), yük gömrük bəyannamələri, satılmış mənzillərin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışları, əmək haqqı hesablama cədvəlləri, əmək müqavilələri, icarə müqavilələri, göstərilən kommunal xidmətləri təsdiq edən siyahıların və müqavilələrin surətləri, torpağın ayrılması və tikintnin aparılması barədə müvafiq sərəncam, beton sınaq nəticələri, nəqliyyat, qaz, su, işıq vədigər xərc sənədləri, nağd dövriyyələrin və ödənişlərin açıqlaması ilə birlikdə kassa əməliyyatları və nağd vəsaitlərin hərəkəti (kassa mədaxil, məxaric orderləri və digər ilkin sənədlər) barədə elektron və kağız formatda məlumat, hesablaşma hesabları üzrə dövriyyələr və qalıqların açıqlması ilə birlikdə bank əməliyyatları (bank çıxarışları, ödəniş tapşırıqları və digər ilkin sənədlər), xarici bank hesablarından Azərbaycanla bağlı aparılmış əməliyyatlar barədə kağız və elektron formatda məlumat, alıcılar üzrə (satılmış mal və xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda satış əməliyyatları, satıcılar üzrə (alınmış mal və xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda alış əməliyyatları, yoxlamanın əvvəlinə və sonuncu məbləğ göstərilməklə debitorların və kreditorların kağız və elektron formatda siyahısı, alınmış və satılmış malların (işlərin, xidmətlərin) adı, sayı, qiyməti, tarixi göstərilməklə (anbarın hərəkəti) siyahısı, əsas vəsaitlərin hərəkəti cədvəli (ilkin qalıq, dövriyyə və son qalıq göstərilməklə), rezident və qeyri rezident şəxslər tərəfindən görülmüş və göstərilmiş xidmətlər üzrə müqavilələr, təhvil-təslim aktları, forma-igər zəruri olan sənədlərin təşkilatlarında qüvvədə olan əmanətləri və cəlb etdiyi resurslar (kreditlər) barədə məlumat cədvəli və digər ilkin sənədlər, baş kitab (balans), dövriyyə cədvəlləri, analitik uçotun aparılması üçün cədvəllər, mənfəət vergisi bəyannaməsinin sətirləri üzrə açıqlaması, nəzarət kitabçası, verilmiş mühasibat müxabirləşmələri, kənar audit rəyləri, mənfəət və zərər hesabatı və yoxlamanın keçirilməsi üçün tələb olunan digər ilkin sənədlər (müqavilələr, ödəniş sənədləri, təqdim edilmiş və ya əldə edilmiş qaimə və elektron vergi hesab fakturaları, inoyslar və s.) barədə məlumat, proqram təminatında aparılmış əməliyyatların tam elektron formatda çıxarışı (əməliyyat tarixi, hər bir hesab üzrə mühasibat müxabirləşmələri, əməliyyat məbləği, əməliyyatların təyinatı və digər hallar göstərilməklə), tenderlərdə iştirak barədə sənədlər, istifadə edilən (edilmiş) obyektlərə aid müqavilələr və vergilərin hesablanması üçün digər zəruri olan sənədlərin yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsinə təqdim olunması tələb edilmişdir. Yoxlamanın aparılması üçün zəruri olan sənədlər cavabdeh tərəfindən təqdim edilmədiyindən Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında xx.xx.2020-ci il tarixli **********137843 nömrəli qərar çıxarılmışdır. Yoxlamanın keçirilməsi üçün tələb olunan sənədlərin bir qisminin yoxlamaya təqdim edilməsindən imtina edildiyi üçün cavabdehin nümayəndəsinin iştirakı ilə xx.xx.2020-ci il tarixli sənədlərin təqdim olunmasından qismən imtina barədə akt tərtib edilmişdir. Beləliklə, səyyar vergi yoxlamasının keçirilməsi üçün yuxarıda qeyd olunan sənədlərin əldə edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti məhkəmənin xx xxxx 2020-ci il tarixli sərəncamı ilə cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh MTK məhkəməyə göndərdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, vergi yoxlaması ilə əhatə edilən dövr üzrə xx.xx.2017-xx.xx.2020-ci illər ərzində olan aşağıdakı sənədlər MTK tərəfindən vergi yoxlayıcılarına təqdim olunmuşdur: işçi layihələri, beton sınaq nəticələri, torpağın ayrılması və tikintinin aparılması haqqında sərəncamlar, işıq, su və digər xərc sənədləri, hesablaşma hesabları üzrə dövriyyələr, bank əməliyyatları (bank çıxarışları, ödəniş tapşırıqları), torpağın icarə müqaviləsi, icarə müqavilələri, mühasibat sənədləri, ekspertiza rəyləri, kommunal xidmət göstərən şirkət ilə müqavilə. Yoxlamanın əhatə etdiyi dövrdə yaşayış, qeyri-yaşayış, qaraj və mansar alqısatqısı müqavilələri bağlanmamışdır, yük gömrük bəyannamələri olmamışdır. Yoxlama dövründə kreditor və debitor borclar yoxdur. Alınmış, satılmış mallar, rezident və qeyrirezident şəxslər tərəfindən heç bir xidmət göstərilməmişdir. Banklarda və ya Kredit təşkilatlarında qüvvdə olan əmanətlər (kreditlər) yoxdur. Xarici bank hesablarından Azərbaycanla bağlı heç birəməliyyat aparılmamışdır. Bütün bu sənədlər vaxtı-vaxtında vergi yoxlayıcılarına təqdim olunmuş və vergi orqanına məlumat verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Bakı şəhəri LGBİ-nin nümayəndəsi-X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq və iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materiallarından görünür ki; İddiaçının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********200069 nömrəli qərarı ilə vergi ödəyicisi olan cavabdehin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 23, 36, 38-ci maddələrinə əsasən səyyar vergi yoxlaması (yoxlanılan dövr: aprel 2017- mart 2020) təyin edilmişdir. Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən cavabdehə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” **********200215 nömrəli xx.xx.2020-ci il tarixli Tələbnamə təqdim edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********137843 nömrəli qərar qəbul edilmiş və həmin qərarda cavabdehdən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin götürülməsinin həyata keçirilməli olması göstərilmişdir. Cavabdeh tərəfindən tələb edilən sənədlər vergi orqanına təqdim edilmədiyindən xx.xx.2020-ci il tarixdə “Sənədlərin təqdim edilməsindən qismən imtina barədə”, xx.xx.2020-ci il tarixdə isə “Sənədlərin təqdim edilməsindən imtina barədə” aktlar tərtib edilmiş, cavabdeh tərəfindən həmin aktların imzalanmasından imtina olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Həmin Məcəllənin 42.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. Həmin Məcəllənin 43.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********200069 nömrəli qərar ilə Cavabdehndə (VÖEN **********) keçirilən növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2017xx.xx.2020) ilə əlaqədar səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan, yoxlama ilə əhatə edilən dövr üzrə (xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, illik bəyannamələr üzrə xx.xx.2017-ci il tarixdən) ilkin mühasibat sənədləri, mənzillərin, qeyriyaşayış sahələrinin, qarajların, mansardların alqı-satqı müqavilələri (alqı-satqı sənədləri), müvafiq fəaliyyət üzrə lisenziya(lar), yük gömrük bəyannamələri, satılmış mənzillərin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışları, əmək haqqı hesablama cədvəlləri, əmək müqavilələri, icarə müqavilələri, göstərilən kommunal xidmətləri təsdiq edən siyahıların və müqavilələrin surətləri, torpağın ayrılması və tikintnin aparılması barədə müvafiq sərəncam, beton sınaq nəticələri, nəqliyyat, qaz, su, işıq və digər xərc sənədləri, nağd dövriyyələrin və ödənişlərin açıqlaması ilə birlikdə kassa əməliyyatları və nağd vəsaitlərin hərəkəti (kassa mədaxil, məxaric orderləri və digər ilkin sənədlər) barədə elektron və kağız formatda məlumat, hesablaşma hesabları üzrə dövriyyələr və qalıqların açıqlaması ilə birlikdə bank əməliyyatları (bank çıxarışları, ödəniş tapşırıqları və digər ilkin sənədlər), xarici bank hesablarından Azərbaycanla bağlı aparılmış əməliyyatlar barədə kağız və elektron formatda məlumat, alıcılar üzrə (satılmış mal və xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda satış əməliyyatları, satıcılar üzrə (alınmış mal və xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda alış əməliyyatları, yoxlamanın əvvəlinə və sonuncu məbləğ göstərilməklə debitorların və kreditorların kağız və elektron formatda siyahısı, alınmış və satılmış malların (işlərin, xidmətlərin) adı, sayı, qiyməti, tarixi göstərilməklə (anbarın hərəkəti) siyahısı, əsas vəsaitlərin hərəkəti cədvəli (ilkin qalıq, dövriyyə və son qalıq göstərilməklə), rezident və qeyri rezident şəxslər tərəfindən görülmüş və göstərilmiş xidmətlər üzrə müqavilələr, təhvil-təslim aktları, forma-igər zəruri olan sənədlərin təşkilatlarında qüvvədə olan əmanətləri və cəlb etdiyi resurslar (kreditlər) barədə məlumat cədvəli və digər ilkin sənədlər, baş kitab (balans), dövriyyə cədvəlləri, analitik uçotun aparılması üçün cədvəllər, mənfəət vergisi bəyannaməsinin sətirləri üzrə açıqlaması, nəzarət kitabçası, verilmiş mühasibat müxabirləşmələri, kənar audit rəyləri, mənfəət və zərər hesabatı və yoxlamanın keçirilməsi üçün tələb olunan digər ilkin sənədlər (müqavilələr, ödəniş sənədləri, təqdim edilmiş və ya əldə edilmiş qaimə və elektron vergi hesab fakturaları, inoyslar və s.) barədə məlumat, proqram təminatında aparılmış əməliyyatların tam elektron formatda çıxarışı (əməliyyat tarixi, hər bir hesab üzrə mühasibat müxabirləşmələri, əməliyyat məbləği, əməliyyatların təyinatı və digər hallar göstərilməklə), tenderlərdə iştirak barədə sənədlər, istifadə edilən (edilmiş) obyektlərə aid müqavilələr və vergilərin hesablanması üçün digər zəruri olan sənədlərin iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim olunması öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar