Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-556/2021 23.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “vəsaitin pensiya kapitalına aid edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 9761 manat məbləğin onun pensiyasının üzərinə hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" X2 460 nömrəli 17.12.2018-ci il tarixli ödəniş tapşırığı ilə Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə iş üzrə Departamentinin hesabına köçürdüyü 4903,63 manat vəsaitin ödəniş təyinatına uyğun olaraq onun (SSN **********353) məcburi dövlət sosial sığorta haqları üzrə pensiya kapitalına aid edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, siğortaedən "xxxx" X6 tərəfindən onun adına Dövlət Sosial Müdafiə Fonduna ödənilən vəsait onun məcburi dövlət sosial sığorta haqları üzrə pensiya kapitalına aid edilməmiş, həmin vəsait cavabdeh tərəfindən digər sığortaolunanlar arasında bərabər şəkildə bölüşdürülmüşdür. O, həmin məbləğin onun pensiya kapitalına aid edilməsi üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 izahatında bildirdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemində “X8”da "xxxx" EİM-nin (SUN: **********0) 1 oktyabr 2018-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqqı üzrə 1.556.702,70 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə 18.327,33 manat olmaqla ümumilikdə 1.575.030,02 manat borcu olmuşdur. “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemində “Sığortaolunanların hesabları” bölümündə sığortaolunan İddiaçı məcburi dövlət sosial sığorta haqqı 01.01.2006-cı ildən 01.10.2006-cı ilədək “Bakı Yastıq Zavodu" ASC-yə 417,91 manat hesablanmış, 221,76 manat ödənilmiş, 01.09.2008-ci ildən 01.12.2020-ci ilədək "xxxx" EİM-yə 21058,91 manat hesablanmış, 16155,28 manat ödənilmişdir. Göründüyü kimi, sığortaolunanın hesabına əsasən İddiaçı "xxxx" EİM tərəfindən 4903,63 manat və “Bakı Yastıq Zavodu" ASC-dən isə 196,15 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borc qalmışdır. Sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqqı üçün edilən bütün ödənişlər vahid qaydada bölüşdürülür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2018-ci il tarixli 440 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatında işəgötürənlərin əməyin ödənişi fonduna hesablanan sosial ayırmaların ödənişi “121100” kodu ilə nəzərdə tutulmuşdur. Sığortaedənlər tərəfindən bu təsnifat kodu üzrə ödəniş edildikdə ödənilən həmin məbləğ proqram təminatı vasitəsilə avtomatlaşdırılmış qaydada, bütün sığortaolunanlar arasında proporsional formada bölüşdürülür. Ümumiyyətlə ödəniş tapşırığında göstərilən büdcə təsnifat kodları ödənişin təyinatını müəyyən edir, ödəniş tapşırığına fərdi qaydada əlavə olunmuş hər hansı bir qeydin hüquqi qüvvəsi yoxdur və ödəniş təyinatında nəzərə alınmır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16-cı maddəsində əmək münasibətlərində ayrıseçkiliyin yolverilməzliyi göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi” Qaydasının 2-ci bəndində əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması məqsədilə sığortaolunanlar üzrə ödənilən əlavə vəsaitlərin mədaxil olunması qaydaları nəzərdə tutulmuşdur: 2.1. Xüsusi hesaba əlavə vəsait ödəmək istəyən şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminə “Elektron hökumət portalı" və ya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalı vasitəsilə gücləndirilmiş elektron imza ilə daxil olaraq elektron ərizə ilə müraciət edir. Ərizənin formasını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edir. 2.2. Müraciət qəbul olunduqdan sonra xüsusi hesaba əlavə vəsait ödəmək istəyən şəxs “Dövlət sosial sığorta sistemində xüsusi hesabı aktivləşdir” elektron xidmətini seçir və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəyyənləşdirdiyi formada məlumatları dolduraraq təsdiqləyir. Göründüyü kimi, “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi” Qaydasına əsasən yalnız xüsusi hesaba əlavə vəsaitin ödənilməsi nəzərdə tutulmuşdur. Sığortaedən "xxxx" EİM “Sosial sığorta haqqında” Qanunun 10-cu maddəsi ilə ona aid edilmiş vəzifəni yerinə yetirərək məcburi dövlət sosial sığorta haqqı üzrə borcunu tam şəkildə ödədikdən sonra həmin məbləğ sığortaolunanlar arasında proporsional qaydada bölüşdürüləcək və həmin işçilər “Əmək pensiyaları haqqında” Qanuna əsasən onlara aid edilmiş hüquqlardan tam həcmdə və maneəsiz istifadə edəcəklər. Bu səbəbdən sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqqının vaxtında və tam şəkildə ödənilməsi məcburidir. Sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqqının ödənilməsi zamanı ödənişin təyinatında fərdi qaydada olaraq sığortaolunanların fərdi şəxsi hesabına aid edilərək ödənişin aparılması qanunvericiliklə nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış 02 oktyabr 2019-cu il tarixli məktubda qeyd edilir: Müraciətinizə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda baxılmışdır. Bildiririk ki, sığortaedən "xxxx" X2 (SUN **********0) Nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna 2018-ci ilin 1 oktyabr tarixinə məcburi dövlət sosial sığorta haqqı üzrə 1556702.69 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimələr üzrə isə 18327.33 manat borcu qalmışdır. Bununla bağlı olaraq sığortaolunanların fərdi şəxsi hesablarında məcburi dövlət sosial sığorta haqları az məbləğdə əks olunmuşdur. “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ın tərtib Qaydalarına əsasən, sığortaedənin məlumat ili üçün ödədiyi məcburi dövlət sosial sığorta haqqının məbləği hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğindən az olduğu zaman ödənilmiş məbləğ hesablanmış məbləğə bölünməklə proporsional nisbət tapılır və həmin nisbət hər bir sığortaolunan üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğinə vurulmaqla sığortaolunanlar arasında bərabər şəkildə bölünür. Bu səbəbdən, 2018-ci il 17 dekabr tarixində sığortaedən tərəfindən köçürülmüş 43495.00 manat məcburi dövlət sosial sığorta haqqı Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinin xəzinə hesabına daxil olmuş və həmin məbləğ “X1 Sistemi”nin “Sığorta AS (Hesabat)” altsistemində “X8”da sığortaolunanlar arasında proporsional qaydada bölüşdürülmüşdür. Əlavə olaraq qeyd edirik ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanununun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış 02 fevral 2020-ci il tarixli məktubda qeyd edilir: Sizin Azərbaycan Respublikasının Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Birinci Vitse-Prezidentinin Katibliyinə ünvanladığınız müraciətinizə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda aidiyyəti üzrə baxılmışdır. Müraciətinizlə bağlı bildiririk ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər üçün əmək fəaliyyətli dövrlərdə sığortaolunanların xeyrinə hər ay üçün hesablanan məcburi dövlət sosial sığorta haqlarını əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. Sığortaedən "xxxx" EİM tərəfindən (SUN:**********0) məcburi dövlət sosial sığorta haqları 2006-2016-cı illər üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqlarına nəzərən az ödənilmiş nəticədə sığortaolunanların fərdi şəxsi hesabında məcburi dövlət sosial sığorta haqları tam məbləğdə əks olunmamışdır. Sığortaedən tərəfindən 2006-2016-ci illərə aid debitor borcları ödəndikdə bütün sığortaolunanlar arasında hesablanmış məcburi dövlət sosial sığorta haqlarına nəzərən proporsional qaydada bölüşdürüləcəkdir. Əlavə olaraq bildiririk ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu 2019-cu ilin 1 yanvar tarixindən qüvvəyə minmişdir. Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburri dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. İş materiallarında olan 17 dekabr 2018-ci il tarixli 460 saylı “A” formatlı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" X6 tərəfindən 9761,00 manat vəsait "xxxx" ASC vasitəsi ilə Dövlət Sosial Müdafiə Fondu İri Sığortaedənlərlə iş üzrə Departamentinin hesabına ödənilmişdir. Ödənişin təyinatı və əsas: İddiaçı üçün (SSN **********353) 9761,00 manat sosial sığorta haqqı (DSMF) köçürülür. İş materiallarında olan sığortaolunan İddiaçı hesabından çıxarışdan görünür ki, məcburi dövlət sosial sığorta haqqı 01.01.2006-cı ildən 01.10.2006-cı ilədək “Bakı Yastıq Zavodu" ASC-yə 417,91 manat hesablanmış, 221,76 manat ödənilmiş (məcburi dövlət sosial sığorta haqları üzrə borc 196,15 manat), 01.09.2008-ci ildən 01.12.2020-ci ilədək "xxxx" X4 21058,91 manat hesablanmış, 16155,28 manat ödənilmişdir (məcburi dövlət sosial sığorta haqları üzrə borc 4903,63 manat). İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin fərdi şəxsi hesab haqqında 29 aprel 2021-ci il tarixli məktubundan görünür ki, 01 oktyabr 2018-ci il tarixinə sığortaedən "xxxx" EİM (SUN: **********0) tərəfindən sığortaolunan İddiaçı (SSN **********353) xeyrinə 2008-2016-cı il illərdə 12642,94 manat məcburi dövlət sosial sığorta haqqı hesablanmış, 2882.91 manat ödənilmiş, 2017-ci ilin İ- İV rübləri, 2018-ci ilin İ-İİİ rübləri ərzində 3503.81 manat məcburi dövlət sosial sığorta haqqı hesablanmış və ödənilmişdir. Eyni zamanda müəyyən edilmişdirk ki, sığortaedən "xxxx"EİM (SUN **********0) tərəfindən 2019-2020-ci illlərdə ödənilmiş məcburi dövlət sosial sığorta haqqlarından 6724.98 manat sığortaolunan İddiaçı 2008-2016-cı illərdə hesablanmış məcburi dövlət sosial sığorta haqqlarına uyğun bölüşdürülərək fərdi şəxsi hesabında əks olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.7-ci maddəsinə əsasən fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar; 14.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir; 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" X6 tərəfindən iddiaçının ödənilməmiş sığorta haqqı olaraq (məcburi dövlət sosial sığorta haqqı) 17.12.2018-ci il tarixdə 9761,00 manat vəsait ödənilmişdir. Ödənilmiş həmin məcburi dövlət sosial sığorta haqqı Dövlət Sosial Mudafiə Fondunun xəzinə hesabına daxil olmuş və həmin vəsait bütün sığortaolunanlar arasında proporsional qaydada bölüşdürülmüşdür. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, ödənişin təyinatı iddiaçının ödənilməmiş sığorta haqqı kimi göstərilmişdir. Yəni həmin vəsait iddiaçının məcburi dövlət sosial sığorta haqqı olaraq ödənilmişdir. Ödənişin təyinatı iddiaçının sosial sığorta haqqı göstərildiyi halda "xxxx" X2 məcburi dövlət sosial sığorta haqları üzrə borclarına görə həmin vəsaitin cavabdeh tərəfindən bütün sığortaolunanlar arasında proporsional qaydada bölüşdürülməsi əsassızdır. Hazırda iddiaçıya "xxxx" X6 tərəfindən 4903,63 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borc qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. "xxxx" X2 460 nömrəli 17.12.2018-ci il tarixli ödəniş tapşırığı ilə Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə iş üzrə Departamentinin hesabına köçürdüyü 4903,63 manat vəsaitin ödəniş təyinatına uyğun olaraq İddiaçı (SSN **********353) məcburi dövlət sosial sığorta haqları üzrə pensiya kapitalına aid edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-556/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-556/2021
23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver