Məhkəmə qərarları › İş №2-1(112)-5673/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5673/2023

20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5673/2023 20.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (qardaşı) X2, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4, İddiaçı MMC cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “pul tələbi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ƏMDK-nın (indiki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX) qanunsuz hərəkətləri nəticəsində, ünvan 1 ünvanında yerləşən 60,8 kv.m qeyri-yaşayış sahəsi üçün 15 iyun 2018-ci il tarixində SER ELEKTRONİCS MMC ilə İddiaçı arasınad imzalanmış icarə müqaviləsi əsasında əldən çıxmış 54000 manat (əlli dörd min) faydanən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 60,8 kv.m qeyri-yaşayış sahəsini 15 iyun 2018-ci il tarixində məişətavadanlıqlarının topdan və pərakəndə satışı ilə məşğul olan SER ELEKTRONİCS MMC (VÖEN **********) ilə icarə müddəti 3 il olmaqla icarə müqaviləsi imzalamışdılar. İcarə müqaviləsinin 4.1-ci bəndinə əsasən icarə haqqı 1500 (min beş yüz) manat təşkil edirdi. Ancaq AR Əmlak Məsələləri Dövlət Komitəsinin, indiki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin məsuliyyətsizliyi və qanunsuz hərəkətləri nəticəsində bu müqaviləni reallaşdırmaq mümkün olmamışdır. Sözü gedən dövlət əmlakı hərrac vasitəsilə özəlləşdirildikdən sonra, cavabdeh ƏMDK əmlakı mənə təhfil verməkdə maraqlı olmamışdır. Əmlakımdan istifadə edə bilmədiyimdən cavabdeh tərəf mənə maddi ziyan vurmuşdur. Beləki: ünvan 2 ünvanında yerləşən 60,8 kv.m qeyri-yaşayış sahəsi Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmuş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq hərrac vasitəsilə özəlləşdirilməsi barədə qərar qəbul edildikdən sonra növbəti dəfə xx.xx.2018-ci il tarixində cavabdeh tərəfindən açıq hərraca çıxarılmışdır və o, həmin hərracın qalibi olmuşdu. AR Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli 10/01 №li Hərrac protokoluna əsasən, xx.xx.2018-ci il tarixində 3888 №li alqı-satqı müqaviləsi bağlanmışdır. Bu alqı-satqı müqaviləsinə əsasən dövlət büdcəsinə 45.000 manat pul vəsaiti ödənilmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən həmin sahə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Hərracın nəticələrindən narazı qalan "xxxx"lstehsalat-İstehlak Kommersiya Firmasının direktoru X5, cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsinə (üçüncü şəxs İddiaçı) qarşı xx.xx.2009-cu il tarixli 9207/2294 №li icarə müqaviləsinin predmeti olan ünvan 4 ünvanında yerləşən sahəni ona təklif olunmadan xx.xx.2018-ci il tarixdə hərracda satılmasının nəticəsinin ləğv edilməsi, həmin ünvanda yerləşən, ümumi sahəsi 60,8 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin vəziyyətini və təmirbərpa işlərinə 91 236 467 manat şəxsi vəsait sərf etməsini və 1991-ci ildən hazırkı vaxta qədər icarəçi olmağını nəzərə alaraq özəlləşdirmə üçün ekspertlər tərəfindən yenidən qiymətləndirmə aparılması və əmlakın dəyərini hissə-hissə ödənilməklə özəlləşdirmənin həyata keçirilməsi, AR Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli 141 №li Sərəncamının ləğv edilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1 (81 )-143/2019 saylı qərarı ilə təmin edilməmişdir. Həmin qətnamədən "xxxx" X1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 noyabr 2019-cu il tarixli 2-1(103)- 2375/2019 saylı qərarı ilə təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)- 143/2019 saylı qərarı və AR Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli 141 №li Sərəncamı ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2020-ci il tarixli 2- 1(102)508/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Cavabdeh, keçirilən məhkəmə proseslərinin heç birində iştirak etməmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 noyabr 2019cu il tarixli 2-1(103)-2375/2019 saylı qərarından kassasiya şikayəti verməkdə maraqlı olmamışdır. Bununla da dövləti təmsil edən, cavabdeh orqan kimi iddiaçı tərəfindən çıxış etməsini dolayısı ilə təsdiq etmişdir. Cavabdeh öz üzərinə düşən vəzifəni yerinə yetirməməklə mənim hüquqlarımı kobud şəkildə pozmuşdur. xx.xx.2018- ci il tarixli 10/01 №li Hərrac protokoluna əsasən, xx.xx.2018-ci il tarixli 3888 №li alqı-satqı müqaviləsini müdafiə etməməklə ciddi qanun pozuntusuna yol vermişdir. AR Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirir. AR Mülki Məcəlləsinin 416.2-ci maddəyə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. AR Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 424.5-ci maddəsinə görə əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə, onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Qəbul edilmiş Məhkəm aktlarından da göründüyü kimi, xx.xx.2018-ci il tarixli 10/01 №li Hərrac protokoluna əsasən, xx.xx.2018-ci il tarixli 3888 №li alqı-satqı müqaviləsini ləğvinə səbəb, cavabdehin ciddi qanun pozuntusu olmuşdur. Mülki Məcəllənin 21.1-ci, maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 15 iyun 2018-ci il tarixli müqavilə əsasında, əldən çıxmış faydanın ödənilməsi üçün cavabdehə ünvanladığım xx.xx.2022-ci il tarixli ərizəmə, 10 noyabr 2022-ci il tarixli cavab məktubu ilə imtina edilmişdir. Yuxarıda qeyd olunanlarda aydın olur ki, cavabdeh indiki ƏMDX (ƏMDK) üzərinə düşən vəzifəni vicdanla yerinə yetirmədiyinə və ciddi qanun pozuntusuna yol verdiyinə görə, 15 iyun 2018-ci il tarixində məişət avadanlıqlarının topdan və pərakəndə satışı ilə məşğul olan SER ELEKTRONİCS MMC ilə icarə müddəti 3 il olan, icarə müqaviləsini reallaşdırmaq mümkün olmamışdır. Bununla da cavabdehin qanunsuz hərəkətləri nəticəsində 15 iyun 2018-ci il tarixli müqavilə əsasında 3 il ərzində əldə edəcəyi 54000 manat (əlli dörd min) fayda əldən çıxmış oldu.

3. İddiaçı ilə SER ELECTRONİCS MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli sadə yazılı müqaviləyə əsasən İcərəyə verən ona məxsus Bakı şəhəri, Nəsimi rayonu S.Əsgərova küçəsi 125 (Topçubaşov küçəsi 109) ünvnanında yerləşən 60.8 kv.m sahəni İcarəçiyə (SER ELECTRONİCS MMC) məişət avadanlıqlarının pərakəndə və topdan satışı məqsədi ilə icarəyə verir, İcarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür.

4. Əldən çıxmış faydanın ödənilməsi barədə müraciətinə cavab olaraq cavahdeh tərəfiindən bildirilmişdir ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinin məhkəmə qərarı ilə ləğv edilməsi nəticəsində 54000 (əlli dörd min) manat əldən çıxmış faydanın geri qaytarılmasına dair xx.xx.2022-ci il tarixli ərizəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, müraciətidə göstərilən məsələ ilə əlaqədar onun tələbi ilə Bakı İnzibati Məhkəməsində iddia qaldırılmış və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4983/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Qeyd edilən məhkəmə qərarından Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilmiş və həmin inzibati iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Bildirilmişdir ki, müraciətdə göstərilən məsələ məhkəmə baxışının predmeti olduğu üçün, həmin məsələ məhkəmənin yekun qərarına uyğun olaraq həll ediləcəkdir.

5. Cavabdeh iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən sahəsi 63 kv.m olan qeyri-yaşayış sahəsi 13 mart 2018-ci il tarixli, 10/01 nömrəli hərrac protokoluna, hərracın yekunlarına dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci tarixli, 3888 saylı alqı-satqı müqaviləsinə əsasən sonuncu tərəfindən özəlləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ünvan 7 ünvanında yerləşən 60.8 kv.m qeyi-yaşayış sahəsinin özəlləşdirilməsinə dair Əmlak Məsələləri Dövləl Komitəsinin xx.xx.2017-ci il tarixli, 141 nömrəli sərəncamı ləğv edilmişdir. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarı qüvvədə saxlanılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məoəl ədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülrrı iş işdə və ya göstər İmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bildirilir ki, iddiaçı tərəfindən qeyd olunan dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş 45.000 manat vəsaitin geri qaytarılması barədə iddia ilə məhkəməyə müraciət etmişdir və hazırda qeyd olunan iddiaya məhkəmədə baxılır. Qanunvericiliyin tələbindən göründüyü kimi, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla tərəflər üçün heç bir hüquqi nəticə yaratmadığından iddiaçı əmlakın özəlləşdirilməsi ilə bağlı ödədiyi vəsait istisna olmaqla hər hansı əlavə vəsaitin ödənməsi ilə bağlı tələb irəli sürə bilməz. İddiaçının ünvan 2 ünvanında yerləşən 60,8 kv.m qeyri-yaşayış sahəsinə dair SER ELEKRONİC MMC ilə bağlanmış icarə müqaviləsi isə qanunvericiliyin tələblərini pozmaqla bağlandığından, özlüyündə etibarsız əqddir. Belə ki, Mülki Məcəllənin 146.1 -ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (nəhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsindi şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 393-cü maddəsinə əsasən tərəflərdən birinin hazırsa olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir, amma müqavilənin hazırda olan əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar istisnr təşkil edir. Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibiyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrin hasil etməyin, haəelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıc r. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Qeyd edilir ki, iddiaçının tələbinin əsası olan SER ELEKTRONİC MMC ilə bağladığı müqavilə notarial qaydada təsdiq olunmadığından, eyni zamanda qeyd olunan müqavilə üzrə əmlak icarəçiyə təhvil verilmədiyindən, beləliklə, qeyd olunan müqavilə arzu olunan heç bir hüquqi nəticə yaratmaq qabiliyyətinə malik olmadığından etibarsız sayılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarının ikinci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məlkəmədə iddia qadıra bilər. Qeyd olunan qərarın yeddinci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələ baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdləriı etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. İddiaçının tələbinin digər əsası isə ünvan 2 ünvanında yerləşən 60,8 kv.m qeyri-yaşayış sahəsinə dair aparılmış özəlləşmənin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırılan zaman qəbul edilmiş məhkəmə qərarından kassasiya şikayətinin verilməməsi ilə bağlı olmuşdur. Вununla bağlı bildirilir ki, qeyd olunan işə məhkəmələrdə baxılan zaman Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etmiş və iş üzrə əhəmiyyət kəsb edən bütün sənədlər Xidmət tərəfindən məhkəməyə təqdim olunmuşdur. ünvan 8 ünvanında yerləşən 60.8 kv. m qeyri-yaşayış sahəsinin özəlləşdirilmənin ləğv edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından Xidmət tərəfindən kassasiya şikayətinin verilməməsi hazırkı iddia tələbinin hüquqi əsasını təşkil edə biİməz. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı iddiaçı tərəfindən kassasiya qaydasında mübahisələndirmişdir və Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qəranın qüvvədə saxlanılmasının Xidmət tərəfindən apellyasiya məhkəməsinin qərarından kassasiya şikayətinin verilməməsi ilə əlaqələndirilməsi tamamilə yanlışdır. Göründüyü kimi, iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ona maddi zərər vurulduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi rədd edilməlidir. Eyni zamanda iddiaçı iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibı ti akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə uaşqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin qanunun 67.9-cu maddəsinə əsasən maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. Həmin Qanunun 67.11-ci maddəsinə əsasən maraqlı şəxs bir il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ünvan 8 ünvanında yerləşən 60.8 kv. m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, 141 nömrəli sərəncamı ləğv edilmişdir. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarı qüvvədə saxlanılmışdır. Sərəncam ləğv olunduğu tarixdən bir ildən çox müddətdə məhkəmə müraciət etdiyindən iddia müddəti ötürülmüşdür.

6. Məhkəmədə şahid qismində dindirilən "xxxx" MMC-nin direktoru X6 ifadə verərək bildirdi ki, iddiaçını tanıyır, ondan daim mal alırdı, qeyd edilən qeyri-yaşayış sahəsini icarəyə götürmək üçün iddiaçı ilə razılıq əldə edib, həmin vaxt obyektin açarları iddiaçıda olmadığı üçün kənardan görmüşdü. İddiaçı bildirmişdi ki, obyekt təmirsiz idi, özü təmir edəcəkdi, 1500 manat icarə haqqı ödənməsinə dair razılıq əldə ediblər və icarə haqqının köçürmə yolu ilə həyata keçirilməsi nəzərdə tutulmuşdu.

7. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçı (qanuni təmsilçisi) iddia tələbinin məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi.

8. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü

9. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

III. Məhkəmənin mövqeyi

10. ünvan 2 ünvanında yerləşən sahəsi 63 kv.m olan qeyri-yaşayış sahəsi 13 mart 2018-ci il tarixli, 10/01 nömrəli hərrac protokoluna, hərracın yekunlarına dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci tarixli, 3888 saylı alqı-satqı müqaviləsinə əsasən sonuncu tərəfindən özəlləşdirilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ünvan 7 ünvanında yerləşən 60.8 kv.m qeyi-yaşayış sahəsinin özəlləşdirilməsinə dair Əmlak Məsələləri Dövləl Komitəsinin xx.xx.2017-ci il tarixli, 141 nömrəli sərəncamı ləğv edilmişdir. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarı qüvvədə saxlanılmışdır.

11. ünvan 2 ünvanında yerləşən 60,8 kv.m qeyri-yaşayış sahəsini 15 iyun 2018-ci il tarixində məişət avadanlıqlarının topdan və pərakəndə satışı ilə məşğul olan SER ELEKTRONİCS MMC (VÖEN **********) ilə iddiaçı arasında icarə müddəti 3 il olmaqla icarə müqaviləsi imzalamışdılar. İcarə müqaviləsinin 4.1-ci bəndinə əsasən icarə haqqı 1500 (min beş yüz) manat təşkil etmişdir.

12. Qeyd edilənlər işin mübahisəsiz halıdır.

13. İddiaçı cavabdeh qurumun təqsirli hərəkətləri nəticəsində adi mülki dövriyyə münasibətlərindən əldə edə biləcəyi faydadan məhrum olduğunu iddia edir və əvəzinin ödənilməsini tələb edir.

14. “İnzibati icraat haqqında” qanundan: 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır.

15. Mülki Məcəllədən: 2.5. Əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

16. Qeyd edilən normaların təhlili onu deməyə əsas verir ki, ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona ödənilən kompensasiya həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır.

17. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə tətbiq edilmədiyindən, ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə əldən çıxmış faydanın ödənilməsi hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərində nəzərdə tutulmamışdır.

18. Məhkəmə müəyyən edir ki, hazırda iddiaçı ilə cavabdeh arasında hərracın nəticələrinin ləğvi nəticəsində ödənilmiş vəsaitin geri qaytarılmasına dair məhkəmə mübahisəsi mövcuddur. İnzibati icraat haqqında Qanunun 67.10-cu maddəsinə əsasən maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunduğundan, təsadüfi deyildir ki, əldən çıxmış faydanın ödənilməsi tələbinə dair müraciətinə cavab olaraq da cavabdeh tərəfindən bildirilmişdir ki müraciətdə göstərilən məsələ məhkəmə baxışının predmeti olduğu üçün, həmin məsələ məhkəmənin yekun qərarına uyğun olaraq həll ediləcəkdir (yəni həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib müəyyən edilməlidir).

19. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

20. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

21. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

22. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

23. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar