Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5700/2021 08.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X12 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4, 3-cü şəxs Azərbaycan İlahiyyət İnstitutunun nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan İlahiyyət İnstitutu məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “diplomun tanınması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Təhsildə X2rşı məhkəməyə müraciət edərək, 14010 nömrəli, 15.06.2013-cü il tarixli bakalavr diplomunun və həmin diplom üzrə verilmiş ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5700/2021 saylı 14 aprel 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5700/2021 saylı 25 avqust 2021-ci il tarixli qərardadı ilə Azərbaycan İlahiyyət İnstitutunun hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun şikayəti xaricdən aldığı təhsillə bağlı bakalavr dərəcəsi üzrə diplomun ölkədə tanınması, ekvivalentliyinin müəyyən edilməsi və nostrifikasiyası haqda ötən il etdiyi ********** saylı müraciətə mənfi cavabın verilməsilə bağlıdır. Qərarda onun İran İslam Respublikasının Beynəlxalq Əl-Mustafa Universiteti tərəfindən "Fiqh və islam maarifləri" ixtisası üzrə diplomun Azərbaycanda təhsil proqramlarının təsnifatında yer alan "İşlamşünaslıq" ixtisası üçün nəzərdə tutulmuş "Ali təhsil pilləsinin dövlət standartı və proqramına uyğun olmadığı bildirilmişdir. İddiaçı həmin qərarın əsassız olduğunu bildirərək, bu qərarın onun hüquqlarının pozulmasına səbəb olduğunu bildirmişdir. İddiaçı həmçinin, qərarı verən TKTA mütəxəssislərinin xarici ölkədə və Azərbaycandakı ixtisasların ünvanında və adında eyniliyi şərt bildiyini, halbuki qanunvericilikdə belə bir müddəanın olmadığını , eyni zamanda onun "Fiqh və islam maarifləri" ixtisasındakı Fiqh dərsliyinin elə Azərbaycanda "islamşünaslıq" ixtisasında da tədris olunduğuna və "islam maarifləri"nin elə "islamşünaslıq" demek olduğunu bildirmişdir. Bundan əlavə sənədlərini verdiyindən mənfi cavab alana qədər geridə qalan 6 ay-ərzində heç bir şifahi, əyani və ya virtual müsahibəyə cəlb edilmədiyini, əgər onu müsahibəyə cəlb etsəydilər, bacarıqlarını göstərə biləcəyini və diplomun ekvivalentliyilə bağlı şübhələri yerindəcə lazımi şəkildə cavablandıracağını bildirmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq müvafiq sənədin verilməsindən imtina etmişdir. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçının “Fiqh və islam maarifləri” ixtisası üzrə yerinə yetirdiyi tədris yükü Azərbaycan Respublikasında həmin ixtisasa ekvivalent hesab edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2019-cu il tarixli, 45 nömrəli Qərarına əsasən təsdiq edilmiş “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatf’nda yer alan 050207 “İşlamşünaslıq” ixtisası üçün nəzərdə tutulmuş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.12.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən sözügedən ixtisas (bakalavr səviyyəsi) üzrə müəyyən edilmiş tədris yükünün həcmi minimum 240 kredit olaraq müəyyən edilmişdir. Lakin iddiaçının diplomuna əlavədən göründüyü kimi, onun təhsil müəddətində əldə etdiyi kredit sayı 187 olmuşdur. Sözügedən məsələ ilə bağlı Azərbaycan İlahiyyat İnstitutuna (All) da sorğu ünvanlanmış və İnstitutdan daxil olan cavabda da iddiaçının aldığı ixtisasın “İslamşünaslıq” ixtisasına uyğun olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.12.2013-cu il tarixli, 348 nömrəli qərarı əsasən: Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Konvensiyanın Vİ. 1-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən, əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçıya məxsus olan diplomun tanınmasına heç bir hüquqi əsas olmadığından iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə 3-cü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi lazımi qaydada xəbərdar edilmiş, lakin 3-cü şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə iclasında iştirak etməməsi ilə bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs Azərbaycan İlahiyyət İnstitutunun nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33-cü və 73-cü maddələri tətbiq oluna bilər. İş materiallarında olan: - İran İslam Respublikası Texnologiya, Tədqiqat, və Elm (Təhsil) Nazirliyi Əl-Mustafa adına Beynəlxalq Universiteti tərəfindən İddiaçı verilmiş bakalavr təhsili haqqında 14010 nömrəli, 15.06.2013-cü il tarixli diplomun surətindən görünür ki, İddiaçı Əl-Mustafa adına Beynəlxalq Universitetinin Fiqh və İslam Maarifləri ixtisası üzrə Bakalavr təhsilini 2007-ci ilin iyul ayında müvəffəqiyyətlə başa çatdırmış və Bakalavr dərəcəsi əldə etmişdir. - İran İslam Respublikası texnologiya, Tədqiqat və Elm (Təhsil) Nazirliyi Əl-Mustafa adına Beynəlxalq Universiteti tərəfindən İddiaçı verilmiş şəhadətnamədən görünür ki, o həqiqətən 2000-2001-ci tədris ilin ikinci semestrindən 2004-2005-ci tədris ilin ikinci semestrinə qədər Əl-Mustafa adına Beynəlxalq Universitetinin İmam Xumeyni adına Ali Təhsil İnstitutunda Foqh və İslam marifləri ixtisasında bakalavr təhsili almışdır. Transkripsiyadan görünür ki, 63 fənn üzrə cəmi 187 kredit toplanılmış, 18,25 yekun orta qiymətlə təhsilini bitirmişdir. - Qırğızıstan Respublikası K/Karasayev adına “Bişkek Humanitar Universiteti” tərəfindən verilmiş CE100006045 nömrəli Diplomdan görünür ki, dövlət attestasiya komissiyasının 01 iyul 2010-cu il tarixli qərarı ilə İddiaçı “Şərqşünaslıq, afrikaşünaslıq” istiqaməti üzrə Şərqşünaslıq və Afrikaşünaslıq magistri akademik dərəcəsi verilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq ona ünvanlanmış17.03.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı ali təhsil sənədləri araşdırılarkən müəyyən edilmişdir ki, İran İslam Respublikasının Beynəlxalq Əl- Mustafa Universiteti tərəfindən İddiaçı adına verilmiş 14010 nömrəli diplom üzrə aldığı “Fiqh və islam maarifləri” ixtisası üzrə yerinə yetirdiyi tədris yükü Azərbaycan Respublikasında həmin ixtisasa ekvivalent hesab edilən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli, 8 nömrəli qərarına əsasən təsdiq edilmiş “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nda yer alan 050207 “İslamşünaslıq” ixtisası üçün nəzərdə tutulmuş “Ali təhsil pilləsinin dövlət standartı və proqramına” uyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının ” 3.7-ci bəndinə əsasən, İddiaçı ********** nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. - Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan İlahiyyat İnstitutu tərəfindən məhkəməyə ünvanlanan 22 sentyabr 2021-ci il tarixli, 02/07-61-04/12 nömrəli məktuba qoşma kimi əlavə edilmiş rəydə bildirilir ki, İran islam Respublikası Texnologiya, Tədqiqat və Elm (Təhsil) Nazirliyi “Əl- Mustafa” Beynəlxalq Universiteti tərəfindən Azərbaycan Respublikası vətəndaşı İddiaçı Əlipaşa oğluna verilmiş 15 iyun 2013-cü il tarixli bakalavr diplomu üzrə təyin edilmiş “Fiqh və islam Maarifləri” ixtisası Azərbaycan Respublikasının mövcud təhsil qanunvericiliyində nəzərdə tutulmuş dövlət standartları baxımından Azərbaycan ilahiyyat institutu (bundan sonra Aİİ) “İslamşünaslıq” kafedrasının bakalavr proqramı üzrə “İslamşünaslıq" ixtisasına uyğun deyildir. İddiaçı məxsus təhsil sənədində tədris olunan fənlər arasında ekvivalent fənlərin kredit miqdarı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.2020-ci il tarixli F-363 nömrəli Qərarı ilə təsdiq edilmiş Bakalavriat səviyyəsinin (əsas (baza ali) təhsilinin) ixtisas üzrə təhsil programında nəzərdə tutulmuş kreditlərin miqdarından kəskin azdır. İddiaçı aldığı ümumilikdə bütün dərslərdən yalnız 25 fənn dövlət standartları baxımından “İslamşünaslıq" kafedrasının bakalavr proqramı üzrə “islamşünaslıq” ixtisası fənlərinin 25-nə uyğundur. Belə olduğu halda, bu 25 fənnin kredit miqdarı faiz nisbəti ilə “islamşünaslıq" ixtisasının təhsil standartı qanunvericiliyində nəzərdə tutulmuş (AKTS-sı 240 olan kreditin) ümumi faizin 41,66%- ni təşkil edir. Aii-də islamşünaslıq ixtisası Bakalavriat səviyyəsində tədrisin təşkili ali təhsil pilləsinin dövlət standartının tələblərinə uyğun Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalar əsasında kredit sistemi (Avropa ölkələrində tətbiq olunan Avropa Kredit Transfer Sistemi — AKTS) ilə həyata keçirilir, ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriat səviyyəsində 240-300 kredit müəyyənləşdirilir, ixtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ancaq iddiaçının təhsil sənədində ekvıvalentlik göstərici yalnız 99 kreditlə məhduddur. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavr hazırlığı, Bakalavriat — ali təhsilin birinci səviyyəsinin tələblərinə uyğun genişprofilli mütəxəssis hazırlığını təmin edən təhsil prosesidir. Bu baxımdan ekvivalent göstəriciləri olan həmin 25 fənn xaricində iddiaçıya tədris edilən digər dərslərin sayının çox olması qeyd edilən profilə uyğunluq təşkil etmir. Belə ki, iddiaçının təhsil sənədində göstərilən dərslər əksəriyyət etibarı ilə davamedıci fənlərdir. İddiaçının öz məktubunda “islam maarifləri" adı altında qeyd etdiyi bu fənlər isə beynəlxalq səviyyədə İslamşünaşlıq ixtisası standardlarını əks etdirmir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.2020-ci il tarixli F-363 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat səviyyəsinin (əsas (baza ali) təhsilinin) ixtisas üzrə təhsil proqramTnda yer alan islamşünaslıq ixtisasının (şifr: 050207) təhsil proqramındakı fənn bölmələri aşağıdakıları əhatə edir: 1) Humanitar (məcburi); 2) ixtisas peşə fənləri (əsas) və 3) Seçmə fənlər əhatə edir. Bu bölmələr arasında Humanitar fənlər məcburi olub, Azərbaycan tarixi, Multıkulturalizmə giriş, Azərbaycan Dövlət Konstitusiyası, Mulki müdafiə, Azərbaycan dili və nitq mədəniyyəti və informatika kimi fundamental fənlərdir. Qeyd edim ki, Humanitar fənn bölümü sosial idrakın müxtəlif sahələri üzrə elmi dünyagörüşlərinin formalaşmasını təmin etməlidir, iddiaçının təhsil sənədində bu fundamental fənlərin heç bırı öz əksini tapmır. Halbuki humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməsi, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməsi və sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarması İslamşünaslıq üzrə Bakalavr dərəcəsi almış məzunun hazırlıq səviyyəsinə qoyulan tələblər və normativlərdəndir. Din xadimi mütəxəssisi hazırlayan Azərbaycan İlahiyyat İnstitutu üçün bu həm də vacib kontekstdir. Ail-də islamşünaslıq ixtisası Bakalavriat səviyyəsində tədrisin təşkili ali təhsil pilləsinin dövlət standartının tələblərinə uyğun, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalar əsasında kredit sistemi (Avropa ölkələrində tətbiq olunan Avropa Kredit Transfer Sistemi — AKTS) ilə həyata keçirilir. Buna görə tədris planında islamşünaslıq ixtisası Bakalavriat səviyyəsində bütün təlim müddətində (istehsalat və Tədris) təcrübələrinə 14 həftə ayrılır. Ancaq iddiaçının təhsil sənədinə məxsus tədris planında belə bır təlim müddəti də öz əksini tapmır. İslamşünaslıq ixtisası üzrə Bakalavriat səviyyəsində təhsil əyani (tədrisə tam cəlb olunma - fulltime) təhsilalma forması ilə həyata keçirilir. Bakalavriat səviyyəsində təhsilin məzmunu bir-biri ilə əlaqəli nəzəri və təcrübi hazırlıqla müəyyənləşdirildiyi üçün bakalavrın nəzəri hazırlığı humanitar və ixtisasın peşə hazırlığı fənlərinin mühazirə, məsləhət, məşğələ, sərbəst ış və digər şəkildə öyrənilməsi ilə təmin edilir. Bakalavrın praktiki hazırlığı nəzəri biliklərin laboratoriya, məşğələ, tədris və elmi tədqiqat işləri, kurs işi və kurs layihəsi, tədris və istehsalat təcrübələri, həmçinin buraxılış işlərinin /erinə yetirilməsi ilə təmin edilir, iddiaçının təhsil sənədində tədris və istehsalat əcrübələri keçməsi qeyd edilmədiyindən digər öhdəliklərin necə yerinə yetirildiyi də əlum deyildir. Bu baxımdan islamşünas, həmçinin din xadimi təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri ölkənin hər yerində təcrübədə tətbiq etməyi bacarmalıdır. Qeyd edilənlər nəzərə alınaraq, S.Əbağırovun İİR-nın Texnologiya, Tədqiqat və Elm(Təhsil) Nazirliyi “Əl-Mustafa” Beynəlxalq Universitetində bakalavr diplomu üzrə aldığı “Fiqh və İslam maarifləri” ixtisası Azərbaycan Respublikasının mövcud təhsil qanunvericiliyində nəzərdə tutulmuş “İslamşünaslıq” ixtisasına ekvivalent hesab oluna bilməz. - Məhkəmə iclasında şahid kimi çıxış edən X7 ifadə verərək bildirmişdir ki, o, İran İslam Respublikasının Əl-Mustafa adına Beynəlxalq Universiteti İman Xumeyni adına İnstitutunda 2009-2017-ci illərdə təhsil almış, oranı bitirdikdən sonra 2018-ci ildə diplomun tanınması üçün Təhsil Nazirliyinə müraciət etmiş və ilk müraciətində də verilmiş ali təhsil haqqında diplom Azərbaycan Respublikasında tanınmış və həmin diplom Azərbaycan Respublikasında dinşünas ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalent hesab edilmişdir. Bundan başqa onunla bərabər həmin universiteti bitirmiş digər şəxslərdə qeyd edilən universiteti bitirdikdən sonra diplomu təsdiqlətmişlər. İşin məhkəmə araşdırması ilə məlum olur ki, İddiaçı İran İslam Respublikasının Əl- Mustafa adına Beynəlxalq Universiteti tərəfindən onun həmin təhsil müəssisəsini bitirməsi barədə 14010 nömrəli, 15.06.2013-cü il tarixli bakalavr diplomu verilmişdir. İddiaçı həmin diplom üzrə ixtisasın tanınması ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. İnzibati orqan elektron məktubla məsələnin həllindən imtina etmişdir. Məktubda imtina belə əsaslandırılmışdır ki, İran İslam Respublikasının Beynəlxalq Əl- Mustafa Universiteti tərəfindən İddiaçı adına verilmiş 14010 nömrəli diplom üzrə aldığı “Fiqh və islam maarifləri” ixtisası üzrə yerinə yetirdiyi tədris yükü Azərbaycan Respublikasında həmin ixtisasa ekvivalent hesab edilən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli, 8 nömrəli qərarına əsasən təsdiq edilmiş “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nda yer alan 050207 “İslamşünaslıq” ixtisası üçün nəzərdə tutulmuş “Ali təhsil pilləsinin dövlət standartı və proqramına” uyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının ”3.7-ci bəndinə əsasən, İddiaçı ********** nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27-ci bəndinə əsasən nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir. Həmin Əsasnamənin 8.28-ci bəndinə əsasən nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq xarici dövlətlərdə alınmış təhsil sənədlərinin nostrifikasiyası qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın (bundan sonra Qaydalar) 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qaydaların 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Qaydaların 1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında şəhadətnamə ekspertiza keçirilmədən verilir.Qaydaların 1.7-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq şəhadətnamə-nin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir. Qaydaların 2.1-ci bəndinə görə ali təhsil sahəsində ixtisasın tanınması barədə müraciətə (ərizə) aşağıdakılar əlavə edilir: ali təhsil haqqında sənəd; tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər, təcrübə, kurs və buraxılış işlərinin nəticələri və tədris prosesini təşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənədə əlavə. Qaydaların 2.3-cü bəndində göstərilmişdir ki, ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. Qaydaların 2.4 və 2.5-ci bəndlərinə görə ərizəçi tərəfindən təqdim olunan sənədlərə, bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır, ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Məhkəmə qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək, belə nəticəyə gəlir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın İddiaçı diplomunun tanınmasından imtinası formal tələblərə əsaslanır. Eyni zamanda cavabdeh iddia ərizəsinə etiraz olaraq təqdim etdiyi ərizəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.12.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən sözügedən ixtisas (bakalavr səviyyəsi) üzrə müəyyən edilmiş tədris yükünün həcminin minimum 240 kredit olaraq müəyyən edildiyini, lakin iddiaçının diplomuna əlavədən göründüyü kimi, onun təhsil müəddətində əldə etdiyi kredit sayının 187 olduğunu qeyd etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin istinad etdiyi normalar iddiaçının təhsil aldığı və təhsilini başa vuraraq bakalavr diplomunu aldığı müddətdə, yəni 2002-2007-ci ildə qüvvəyə minməmişdir. Buna görə də cavabdehin etirazı əsassızdır. Bundan başqa məhkəmə iclasında şahid kimi iştirak edən X6 ifadəsindən, həmçinin təqdim etdiyi sənədlərdən də görünür ki, X3 İslam Respublikasının Əl-Mustafa adına Beynəlxalq Universitetində 2009-2017-ci illərdə təhsil almış, oranı bitirdikdən sonra 2018ci ildə diplomun tanınması üçün Təhsil Nazirliyinə müraciət etmiş və diplom tanınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə İran İslam Respublikasının Təhsil Nazirliyi arasında əməkdaşlıq haqqında 26 yanvar 2005-ci ildə imzalanmış memoranduma əsasən iki dost və qonşu Azərbaycan Respublikası və İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin genişləndirilməsi, möhkəmlənməsi və dərinləşdirilməsi istiqamətində və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə İran İslam Respublikasının Orta Təhsil Nazirliyi arasında elmi tədqiqat əlaqələrini gücləndirmək məqsədilə, bundan sonra “Tərəflər” adlandırılan Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə İran İslam Respublikasının Orta Təhsil Nazirliyi aşağıdakılar barədə razılaşdılar: Maddə 1. Tərəflər təhsil sahəsində əlaqələri iki ölkənin qanunvericiliyinə müvafiq olaraq genişləndirməyə çalışacaqlar. Maddə 2 . Tərəflər bir-birinin mədəniyyət və sivilizasiyası ilə tanış olmaq məqsədilə iki ölkənin tarix, coğrafiya və mədəniyyətləri üzrə sənəd, kitab və məlumatların ölkələrinin kitab və tədris vəsaitlərində işıqlandırılması üçün mübadiləsini həyata keçirəcəklər. Maddə 3 . Tərəflər hər iki ölkənin qanunvericiliyinə müvafiq olaraq, iki Nazirliyin mütəxəssislərindən ibarət müştərək komissiya təşkil edib, bir-birinin müxtəlif sahələr üzrə orta məktəb sənədlərini və diplomlarını dəyərləndirib qəbul edəcəklər. Maddə 4. Tərəflər mövcud əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsi məqsədilə aşağıda göstərilən təhsil sahələrində informasiya mübadiləsi aparacaqlar: təhsil sisteminin quruluşu, məktəbəqədər təhsil, ümumi təhsil, təhsil sistemində təhsilin planlaşdırılması və yönəldilməsi; əlavə təhsil, yeni təlim metodologiyaları, təhsil texnologiyası sahəsində informasiya mübadiləsi; texniki təlim, əlil uşaqların təhsil, ekologiya, əhali və məktəblərin səhiyyəsi sahələrində təlimlər haqqında informasiya mübadiləsi; diplomların və məktəblərin icra qanunlarının baxılması və dəyərləndirilməsi barədə informasiya mübadiləsi; savadsızlıqla mübarizədə təcrübə mübadiləsi və uğurlu layihələrin təklif edilməsi. Maddə 5. Azərbaycan Müəllimlər İnstitutunun mütəxəssislərinin İrana dəvət edilməsi və bir-birinin təhsil sistemi ilə tanış olmaq məqsədilə təhsil sahəsi mütəxəssislərinin mübadiləsi. Maddə 6. Tərəflər hər iki ölkədə keçirilən elmi tədqiqat festivallarında, konfranslar və seminarlarında və həmçinin regional və beynəlxalq olimpiadalarda iştirak etməyə dəvət edilib və dəvət edilənlərin iştirakını təmin etmək məqsədilə lazımi tədbirləri həyata keçirəcəklər. Maddə 7. Tərəflər hər il 1 həftə müddətində 10 şagirdin bir nəzarətçi ilə birlikdə digər ölkənin yay düşərgələrinə səfərini təmin etməyə hazır olduqlarını bildirdilər. Maddə 8. Tərəflər bu proqramın etibarlılığı müddətində Azərbaycan Respublikasının müvafiq təşkilatı ilə İran İslam Respublikasının Şagirdlər Təşkilatı arasında əlaqələrin və əməkdaşlığın yaranması Göstərilənlərə əsasən, Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubunda mənfi rəy verilməsi üçün qanunvericilikdə sadalanan hallardan hər hansı birinə istinad edilmədiyindən, həmçinin iddiaçının təhsil aldığı universiteti başa vurmuş və eyni krediti toplamış digər tələbənin diplomu inzibati orqan tərəfindən tanındığından məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla İran İslam Respublikasının Beynəlxalq Əl-Mustafa Universiteti tərəfindən İddiaçı adına verilmiş 14010 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi məqsədilə müvafiq Ekspert Komissiyası tərəfindən yenidən ekspertizadan (müsahibədən) keçirilməlidir. İnzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərardan iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının iddiası qismən təmin edilərək, İddiaçı İran İslam Respublikasının Beynəlxalq Əl-Mustafa Universiteti tərəfindən onun adına verilmiş 14010 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi məqsədilə, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, müvafiq Ekspert Komissiyası tərəfindən yenidən ekspertizadan (müsahibədən) keçirilməsi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İran İslam Respublikasının Beynəlxalq Əl-Mustafa Universiteti tərəfindən İddiaçı adına verilmiş 14010 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi məqsədilə, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, müvafiq Ekspert Komissiyası tərəfindən yenidən ekspertizadan (müsahibədən) keçirilməsi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-5700/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5700/2021
08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver