Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5927/2025 17.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi “qərarın ləğv edilməsi və hərbi xidmətə yararlı sayılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi-Sosial Ekpsertiza Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “qərarın ləğv edilməsi hərbi xidmətə yararlı sayılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 17 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2002-ci il təvəllüdlüdür. İddiaçı Aritmiya (Subraventrikulyar Taxikardiya) diqanozu ilə 2014 -cü ildə Türkiyə Respublikası Kartal X9 Eğitim və araştırma” xəstəxanasında “Ablasiya” olunub. İddiaçı həmin tarixdən sonra müxtəlif vaxtlarda Mərkəzi Klinikada müayinlərdə olmuş (EXO-EKQ) və heç bir aritmiya izlənilməmişdir. İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən 2024-cü ilin iyul çağırışına cəlb edilərək, öyrənilmiş, hərbi həkim komissiyasında tibbi müayinədən keçirilmiş və sağlamlıq vəziyyəti ilə əlaqədar xx.xx.2024-cü il tarixdə X10 əlavə tibbi müayinəyə göndərilmişdir. Tibb müəssisəsi tərəfindən müayinə edildikdən sonra barəsində tərtib edilmiş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda qeyd olunan diaqnoza uyğun olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – cavabdeh) tərəfindən yekun tibbi müayinədən keçirilmiş və verilmiş qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələbləri ilə hərbi xidmətə yararlı sayılmışdır. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.2024-cü il tarixli, 207 № li əmri ilə əsgər hərbi rütbəsi verilərək hərbi hissənin şəxsi heyyətin siyahısəna daxil edilmişdir. İddiaçı müddətli həqiqi hərbi xidmət keçdiyi dövrdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinə cavabdehin xx.xx.2024-cü il tarixli qərarı daxil olmuş və həmin qərarla iddiaçının “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nə əsasən, “Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilməsinin qərara alındığı qeyd olunmuşdur. Həmin qərarın icrasının təmin edilməsi ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edilmişdir. Cavabdehin “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsinə” dair xx.xx.2024-cü il tarixli Qərarı ilə iddiaçının barəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi İdarəsi tərəfindən göndərilən göndərişdə (Forma 44) göstərilən yararsızlıq səbəbinin fərqli kateqoriya üzrə təsdiqlənməsi barədə Qərar qəbul edilmişdir. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.2024-cü il tarixli, 254 № li əmri ilə iddiaçı Xəstəlik cədvəlinin İ qrafasının 39-cu maddəsinin “c” bəndinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlı” şəhadətləndirildiyinə görə “Hərbi xidmət keçmək” haqqında Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) həmin tarixdən hərbi hissənin şəxsi heyyətin siyahısından çıxarılaraq ehtiyata buraxılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək yenidən yoxlanılması və barəsində olan rəylərə yenidən baxılmasını xahiş etmişdir. Xidmətin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Siz müddətli həqiqi hərbi xidmət keçdiyiniz dövrdə Xidmətin Nəsimi rayon idarəsinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli qərarı daxil olmuş və həmin qərarla Sizin müvafiq Əsasnamənin “Xəstəliklər cədvəli”nə əsasən “Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilməyiniz məlum olmuşdur. Barənizdə verilmiş “Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə rnəhdud yararlı” qərarının icrasının təmin edilməsi ilə əlaqədar Xidmət tərəfindən aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət olunmuş və Siz müvafiq əmrlə sağlamlıq vəziyyətinizlə bağlı ordu sıralarından ehtiyata buraxılmısınız.” İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə “Dövlət Tibbi-Sosial Ekpsertiza Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə (bundan sonra – cavabdeh) müraciət edərək yenidən yoxlanılması və barəsində olan rəylərə yenidən baxılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki “ ...Azərbaycan Respublikası Prezidentinin “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2023-cü il 6 sentyabr tarixli 2317 nömrəli Fərmanına əsasən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəni aparmaq səlahiyyəti Agentliyə həvalə edilmişdir. Aparılmış əyani tibbi müayinə nəticəsində Sizə “Ürək ritminin normadan kənara çıxma halları” diaqnozu təyin edilmişdir. Müəyyən olunmuşdur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin göndərişi əsasında Sizin həqiqi hərbi xidmətə yararlılıq vəziyyətiniz qiymətləndirilmiş və nəticədə göndərişdə göstərilən yararlılıq səbəbinin fərqli kateqoriya üzrə təsdiqlənməsinə dair qərar qəbul edilmişdir. Verilmiş tibbi rəy şəhadətləndirilməniz üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmişdir.” İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərardadan Apellyasiya Şurasına şikayət vermişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan verilən şikayətlərə baxan Apellyasiya Şurasının iclasının 10 dekabr 2024-cü il tarixli, 03/2024 nömrəli protokolundan ÇİXARİŞ əsasan, iddiaçı barəsində yekun tibbi müayinəyə dair qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar dəyişdirilmədən saxlanılmışdır. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza Agentliyi tərəfindən qəbul edilmiş “Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, cavabdehin üzərinə onun şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair hərbi xidmətə yararlı sayılması barədə qərar qəbul edərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilib) İşin yuxarıda qeyd edilən hallarına istinadən tələb onunla əsaslandırılmışdır ki, sağlam hesab edilərək həqiqi hərbi xidmətə gedən bir şəxsi heç bir sonradan yaranmış səbəb olmadan, heç bir tibbi müayinədən keçirmədən, hərbi hospitala və ya klinikaya göndərmədən, 3 aya yaxın hərbi xidmət keçdikdən sonra haqsız olaraq təxris edərək, gələcək həyatını və karyerasını məhv ediblər. Halbuki iddiaçının 10 il ərzində ürəyi ilə bağlı bütün həkim müayinələrindən keçməsi barədə sənədlər, həkim rəyləri mövcuddur. 2024-cü il ərzində hərbi xidmətə getməmişdən öncə və hərbi xidmətdən təxris olunduqdan sonra keçdiyi müayinələr zamanı da tam sağlam olması barədə həkim rəyləri təqdim edilmişdir. Lakin qeyd olunan müayinələrin nəticəsinin müsbət olmasına baxmayaraq, təqdim edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan verilən şikayətlərə baxan Apellyasiya Şurası iclasının 10 dekabr 2024-cü il tarixli, 03\2024 nömrəli protokolundan Çıxarışa əsasən məlum olmuşdur ki, barəsində yekun tibbi müayinəyə dair qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı eyni zamanda MMA idman növü ilə məşğul olur və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Açıq Bakı çempionatında yerə layiq görüldüyünə görə təltif olunmuşdur. Ürək ritminin normadan kənara çıxma halları olan şəxs bu idmanla professional şəkildə məşğul ola və yer tuta bilməz. O, tam sağlamdır və vətənini sevən, onun keşiyində durmaq istəyən, gələcəkdə də dövlət və ya hüquq-mühafizə orqanlarında işləməklə vətəninə xidmət etmək istəyən gəncdir. Eyni zamanda yüksək balla Azərbaycan Texniki Universitetinin “silah və silah mühəndisliyi” ixtisasına qəbul olunmuş, prezident təqaüdçüsü olmuşdur. Azərbaycanda həmin ixtisas üzrə ali təhsilini başa vurmuş 200 nəfərdən biridir. Yəni iddiaçı gələcəkdə Azərbaycan üçün çox fayda verə bilərdi. Belə bir ixtisasa yiyələnmiş, idmanla məşğul olan sağlam bir gəncin heç bir əsaslı səbəb olmadan həyatından 3 aya yaxın bir vaxtı alaraq, xidməti tam başa vurmadan onu “Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edərək, xidmətdən vaxtından əvvəl təxris edilməsi ədalətsiz, heç bir hüquqa və qanuna sığmayan, iddiaçının hüquqlarını kobud şəkildə pozan, vəzifələrini isə icra etməyə qərəzli surətdə mane olan bir hərəkətdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində 107.1 XBT kodu, “Trikuspidal (üçtaylı qapaq) çatmamazlıq” diaqnozu ilə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Xəstəliklər Cədvəlinin 39-cu maddəsinin (Ürəyin revmatik və qeyri-revmatik xəstəlikləri) “Ç” bəndinin 1-ci qrafasının “B” kateqoriyası üzrə rəy təsdiqlənərək müvafiq göndəriş (forma 44) formalaşdırılmışdır. Bundan sonra iddiaçı yekun tibbi müayinəsinin həyata keçirilməsi üçün xx.xx.2024-cü il tarixində Agentliyə yaxınlaşaraq qəbul həkiminə yönləndirilmişdir. Yekun tibbi müayinə zamanı təqdim edilmiş tibbi sənədlərə əsasən məlum olmuşdur ki, çağırışçı 2014-cü ildə ablasiya əməliyyatı olunmuşdur. Həkim-terapevt tərəfindən ona baxış keçirilmiş və diaqnozun dəqiqləşdirilməsi üçün EXO və EKQ müayinələrinə göndərilmişdir. Aparılmış EKQ müayinəsi nəticəsində sinus ritmi norma daxilində olmuş, həmçinin hiss dəstəsinin sağ ayaqcığının natamam blokadası diaqnozu təyin edilmişdir. Həyata keçirilmiş EXO kardioqramma müayinəsi nəticəsində (ASD, VSD, PDA, PS, KoA izlənilmədi. Aorta normaldır. Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya pozulmayıb, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF = 66%). Aortal və Mitral qapaqlar normaldır. Min MR. Min TR. Perikard təmizdir.) də ürək çatışmazlığı qeydə alınmamışdır. Beləliklə aparılmış müayinələr nəticəsində “Trikuspidal (üçtaylı qapaq) çatmamazlıq” diaqnozu öz təsdiqini tapmamış və qəbul həkimi tərəfindən Əsasnamənin 2-1.13-cü yarımbəndinə uyğun olaraq çağırışçının sağlamlıq vəziyyətinə dair rəy formalaşdırılmış və həmin rəy tibbi müayinə nəticələri və digər sənədlər əlavə edilməklə yekun tibbi müayinəyə dair qərarın qəbul edilməsi üçün müvafiq Tibbi qiymətləndirmə komissiyasına göndərilmişdir. Çağırışçıda müayinə nəticələri əsasında ürək çatışmazlığı aşkar edilmədiyi, lakin 2014-cü ildə ablasiya əməliyyatı olunduğu üçün tibbi qiymətləndirmə komissiyası tərəfindən hərbi xidmətə yararlılığının göndərişdə qeyd edilən kateqoriya üzrə deyil, Xəstəliklər Cədvəlinin 39-cu maddəsinin “C” bəndinin 1-ci qrafasının “C” kateqoriyası (sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır) üzrə təsdiqlənməsinə dair xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. İddiaçıda həyata keçirilmiş tibbi müayinə nəticələrində ürək çatışmazlığı əlamətləri aşkar edilməmiş olsa belə, aparılmış cərrahi müalicə səbəbindən ona münasibətdə Xəstəliklər Cədvəlinin 39-cu maddəsinin “C” bəndinin tətbiq edilməsi və həmin bəndin “C” kateqoriyası üzrə qərar qəbul edilməsi tam qanunidir. İddiaçı dəqiqləşmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Dəqiqləşmiş idid ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı şəhadətləndirilməsi barədə qərarı istəsə də, qərar ona təqdim edilməmişdir. Onda olan şifahi və yazılı məlumatlara əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Apellyasiya Şurasına ərizə ilə müraciət etmişdir. Apellyasiya Şurası iddiaçını öz hesabına Hotter monitorinq və Rəngli Doppler exokardioqrafiya müayinəsinə göndərmiş, iddiaçı həmin müayinələri öz hesabına etdirməli olmuşdur. Lakin qeyd olunan müayinələrin nəticəsinin müsbət olmasına baxmayaraq, təqdim edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan verilən şikayətlərə baxan Apellyasiya Şurası iclasının 10 dekabr 2024-cü il tarixli, 03V2024 nömrəli protokolundan Çıxarışa əsasən məlum olmuşdur ki, iddiaçı barəsində yekun tibbi müayinəyə dair qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək rədd edilməsi barədə qərar qəbil edilməsini xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat daxil edilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlverişsiz hüquqi nəticə yaratmış və iddiaçı həmin qərar nəticəsində “Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmiş, həmin qərarın nəticəsindən xəstəliyə görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı bununla razılaşmır və onda hər hansı xəstəlik olmadığını bildirərək hərbi xidmətini davam etdirilməsinə mane olan hazırkı qərarın onun hüquqlarının pozulduğunu iddia edir (İPM 35.1). Qərar iddiaçı barəsində əlverişsiz inzibati aktdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 2-1.19cu bəndinə əsasən Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Apellyasiya Şurasına və ya məhkəmə qaydasında şikayət verilə bilər. Əsasnamənin 2-1.16-cı bəndinə əsasən tibbi qiymətləndirmə komissiyası yekun tibbi müayinəni apararaq bu Əsasnamənin 2-1.3-cü bəndində nəzərdə tutulan göndərişdə (forma 44) aparılmış müvafiq müayinə nəticələrini qeyd etməklə, aşağıdakı qərarlardan birini qəbul edir: ... İddiaçının hüquqi marağına çatmaq üçün məhz cavabdehin qərarını mübahisələndirməkdə düzgün hüquqi müdafiə vasitəsindən istifadə etmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılma əsası kimi, Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Xəstəliklər Cədvəlinin 39-cu maddəsinin (Ürəyin revmatik və qeyri-revmatik xəstəlikləri) “Ç” bəndinin 1-ci qrafasının “B” kateqoriyası üzrə rəyi ilə deyil, cavabdehin xx.xx.2025-ci il tarixli Qərarına istinad edilərək Xəstəliklər Cədvəlinin 39-cu maddəsinin “C” bəndinin 1-ci qrafasının “C” kateqoriyası (sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır) üzrə N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli əmrinə əsasən hərbi xidmətdən ehtiyyata buraxılmışdır. xx.xx.2024-cü il tarixli qərarın iddiaçıya hansı vaxta təqdim edilməsinə dair cavabdeh hər hansı bir sübut təqdim etməmişdir və iddiaçı həmin qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan verilən şikayətlərə baxan Apellyasiya Şurasına şikayət vermiş və Apellyasiya Şurasının 10 dekabr 2024-cü il tarixli, 03/2024 nömrəli iclasında qəbul edilmiş qərara əsasan, iddiaçı barəsində yekun tibbi müayinəyə dair qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia verərək iddia müddətinə riayət etmişdir. Belə ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır (İPM 38.1 və 38.3-cü maddələr). İddiaçı tələbində həmin qərarın ləğv edilməsi ilə yanaşı, onun şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair hərbi xidmətə yararlı sayılması barədə qərar qəbul edilərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilməsi öhdəliyinin qoyulmasıını da xahiş edir ki, bu tələbin irəli sürülməsi də mümkündür. Belə ki, İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Hazırkı tələbində iddiaçınını hüquqi marağı nəticə etibarı ilə, cavabdehin mübahisələndirilən inzibati aktı ilə iddiaçını əlverişsiz vəziyyətə salan həmin qərardan əvvəlki hüquqi vəziyyətə qayıtmağa yönəlmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” Bölmə İİ-1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı yekun tibbi müayinənin aparılması: 2-1.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar barəsində bu Əsasnamənin 2.18-ci bəndində qeyd olunan qərarların qəbul edilməsi üçün yekun tibbi müayinənin (bundan sonra – yekun tibbi müayinə) aparılması məqsədilə VEİS, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra – MEİS) inteqrasiya edilir. VEİS-nin, həmçinin qeyd olunan dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarının və sistemlərinin MEİS-yə inteqrasiyası və məlumat mübadiləsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq X4 Sistemi vasitəsilə həyata keçirilir. 2-1.2. Agentlik çağırışçının yekun tibbi müayinəsini MEİS-nin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə (bundan sonra – altsistem) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir. 2-1.3. Bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə hərbi həkim komissiyaları tərəfindən çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda VEİS üzərindən bu Əsasnamənin əlavəsinə uyğun göndəriş (forma 44) formalaşdırılaraq yekun tibbi müayinənin aparılması üçün altsistemə ötürülür. 2-1.4. Yekun tibbi müayinənin aparılması üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən MEİS-nin “Vətəndaşların qəbulu” altsistemi üzərindən sıradankənar hərbi xidmətə yararlılıq və hərbi xidmətə yararsızlıq səbəbinə (çağırışçının xəstəliyinə) uyğun olaraq çağırışçıya Agentlikdə həkim qəbuluna elektron növbə təyin edilir. 2-1.5. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçını bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada Agentliyə hansı vaxtda (ünvan, tarix və saat qeyd edilir) yaxınlaşmalı olduğu və gəlməməsinin nəticələri barədə məlumatlandırır. 2-1.6. Çağırışçıların Agentlikdə yekun tibbi müayinədə iştirakı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təmin edilir. 2-1.7. Çağırışçının yekun tibbi müayinəsi Agentlikdə fəaliyyət göstərən tibbi qiymətləndirmə komissiyaları tərəfindən bu Əsasnamənin 2-1.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. 2-1.8. Çağırışçı Agentlikdə yekun tibbi müayinə zamanı avtomatlaşdırılmış qaydada aparılan növbə seçimi əsasında müvafiq (çağırışçının yararsızlığı barədə rəydə göstərilən xəstəlik üzrə) həkimə yönləndirilir. Həkim-mütəxəssis tərəfindən çağırışçının əyani və instrumental tibbi müayinəsi həyata keçirilir, laborator və əlavə diaqnostik müayinələrə zərurətin olub-olmadığı aydınlaşdırılır. 2-1.9. Agentlikdə yekun tibbi müayinənin həyata keçirildiyi otaqlarda video və səs qeydlərinin aparılması təmin olunur, aparılan tibbi müayinələrə və çağırışçının yerində baxış proseslərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Agentliyin məsul vəzifəli şəxsləri tərəfindən mütəmadi olaraq baxış keçirilir, video və səs qeydlərinin aparılmasının monitorinqi həyata keçirilir. 2-1.10. Çağırışçının laborator və əlavə diaqnostik müayinələrinin aparılmasına zərurət olduğu müəyyən edilərsə, Agentlikdə müvafiq tibbi müayinələrin həyata keçirilməsi üçün göndəriş verilir. Agentlikdə mövcud olmayan digər tibbi müayinə tələbləri üzrə göndəriş elektron formada tibb müəssislərinə göndərilir. Tibb müəssisələri tərəfindən tibbi müayinələrin aparılmasına dair göndəriş əsasında çağırışçının mümkün qısa vaxt ərzində növbədənkənar müayinəsi aparılır və müayinəyə dair məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin elektron informasiya sistemlərindən altsistemə ötürülür, həmçinin çağırışçıya təqdim edilir. 2-1.11. Yekun tibbi müayinənin aparıldığı müddətdə çağırışçıların daimi iş yerində orta əməkhaqları saxlanılmaqla, işdən (təhsildən) azad edilmələri ilə əlaqədar Agentlik tərəfindən çağırışçının işlədiyi və ya təhsil aldığı müəssisəyə bildiriş göndərilir. 2-1.12. Tibbi müayinələrin nəticəsində çağırışçıda bu Əsasnamənin 2-1.3cü bəndində nəzərdə tutulan göndərişdə (forma 44) öz əksini tapmayan yanaşı xəstəlik aşkar edilərsə, bununla bağlı həmin göndərişdə müvafiq dəyişiklik edilməklə, çağırışçı aşkarlanan xəstəliyə uyğun olaraq digər qəbul həkiminə yönləndirilir. Bu halda bu Əsasnamənin 2-1.8-ci bəndində nəzərdə tutulmuş prosedur tətbiq edilir. 2-1.13. Çağırışçıya dair tələb olunan müayinələrin nəticələri əldə olunduqdan sonra qəbul həkimi çağırışçının sağlamlıq vəziyyətinə dair MEİS-də elektron sənəd formasında müvafiq rəy formalaşdırır və elektron imzası ilə təsdiq edərək altsistemə daxil edir, həmçinin vətəndaşa təqdim edir. 2-1.14. Qəbul həkiminin rəyi altsistemə daxil edildikdən sonra çağırışçı barəsində yekun tibbi müayinənin həyata keçirilməsi üçün Tibbi qiymətləndirmə komissiyalarından biri altsistem tərəfindən avtomatlaşdırılmış qaydada seçilir. 2-1.15. Yekun tibbi müayinə 10 (on) gün müddətində aparılır. Əlavə araşdırma tələb olunduğu hallarda bu müddət Agentlik tərəfindən 10 (on) günədək uzadıla bilər. 2-1.16. Tibbi qiymətləndirmə komissiyası yekun tibbi müayinəni apararaq bu Əsasnamənin 2-1.3-cü bəndində nəzərdə tutulan göndərişdə (forma 44) aparılmış müvafiq müayinə nəticələrini qeyd etməklə, aşağıdakı qərarlardan birini qəbul edir: - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir (bu halda müvafiq əsaslandırıcı tibbi izah da qərara əlavə olunur); - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. 2-1.17. Bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar MEİS-də elektron sənəd formasında formalaşdırılır və Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün altsistemə daxil edilir. 2-1.18. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar barədə çağırışçını dərhal bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onun elektron kabineti vasitəsilə məlumatlandırır. 2-1.19. Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Apellyasiya Şurasına (bundan sonra – Şura) və ya məhkəmə qaydasında şikayət verilə bilər. 2-1.20. Şura 7 (yeddi) üzvdən – sədr nümayəndələrindən biri olmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 (iki), Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 1 (bir), Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1 (bir), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 (bir), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1 (bir) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin 1 (bir) məsul şəxsindən ibarətdir. Şuranın fəaliyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiq etdiyi əsasnamə ilə tənzimlənir. Şuraya verilmiş şikayətlərə 5 (beş) gün müddətində baxılır və qəbul edilən qərarlar 5 (beş) gün ərzində rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün Agentliyin Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla altsistemə daxil edilir. İX. Xəstəliklər cədvəli yoluxucu və parazitar xəstəliklər Qan dövranı sistemi xəstəlikləri Qan dövranı sistemi xəstəlikləri zamanı ürək çatışmazlığı funksional siniflərə (bundan sonra – FS) görə X3 (NYHA, 1964) təsnifatına, stenokardiya isə Kanada təsnifatına (1976) uyğun olaraq qiymətləndirilir. Hərbi xidmətə yararlılıq Xəstəliklərin adı və funksiyaların kateqoriyası Maddə pozulma dərəcəsi İ qrafa İİ qrafa İİİ qrafa 39 Ürəyin revmatik və qeyri-revmatik xəstəlikləri: a) ağır dərəcəli (4-cü funksional sinif) D D D ürək çatışmazlığı ilə b) orta-ağır dərəcəli ürək çatışmazlığı ilə D D C c) yüngül dərəcəli ürək çatışmazlığı C C C və ya B ilə FƏRDİ ç) sol mədəciyin simptomsuz B B A, HDQ, disfunksiyası ilə ÜH, DP, XQ-də FƏRDİ d) keçirilmiş kəskin xəstəlikdən, xroniki Ç Ç Ç xəstəliyin kəskinləşməsindən və ya cərrahi müalicədən sonra qan dövranı sisteminin müvəqqəti funksional pozulmaları “c” bəndi üzrə şəhadətləndirilirlər. Ürək ritminin davamlı pozulmalarına 30 gündən 2 ay yarıma qədər davam edən 7 gündən çox davam edən, antiaritmik terapiya tələb edən və müalicənin kəsilməsindən sonra yenidən başlanan aritmiyalar aiddir. Keçiriciliyin davamlı pozulmalarına İ-İİ dərəcəli AV-blokadanın daimi (təsbit olunmuş) formaları, mədəcikdaxili tam blokadalar (His dəstəsinin sağ ayaqcığının tam blokadasından başqa) aiddir. İ dərəcəli funksional (vaqus) AV-blokada (AV-keçiriciliyin normallaşması fiziki yüklənmədən və ya venadaxilinə 0,5–1,0 mq atropin-sulfat yeridildikdən sonra baş verir), His dəstəsinin sağ ayaqcığının natamam blokadası, paroksizmal ritm pozulmaları ilə müşayiət olunmayan CLC sindromu bu maddənin tətbiqi üçün əsas deyildir və hərbi xidmətkeçməyə, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə, hərbi liseylərə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə daxil olmağa mane olmur. “Xəstəliklər cədvəli”nin İ, İİ qrafaları üzrə şəhadətləndirilən təcrid olunmuş qazanılmış ürək qüsurları (qapaq aparatının morfoloji dəyişikləri ilə müşayiət olunan İ (birinci) və daha yüksək dərəcəli requrqitasiya) olan şəxslər barədə qərar bu maddənin “a” bəndində göstərilənlərdən başqa, FS ürək çatışmazlığının dərəcəsindən asılı olaraq “b” və ya “c” bəndi üzrə çıxarılır. Qapaq aparatının morfoloji dəyişikləri ilə müşayiət olunmayan İ (birinci) dərəcəli requrqitasiya ilə təcrid olunmuş mitral, aortal, üçtaylı qapaqların çatışmazlığı ilə qərar “ç” bəndi üzrə çıxarılır. “Xəstəliklər cədvəli”nin İİİ qrafası üzrə şəhadətləndirilənlər İ-İİ funksional sinif ürək çatışmazlığı ilə müşayiət olunan qazanılmış ürək qüsurları (bu bəndin “a” yarımbəndində göstərilənlərdən başqa) olan şəxslər barədə qərar “c” bəndi üzrə çıxarılır. “c” bəndinə aşağıdakılar aiddir:
1. yüngül dərəcəli (1-2-ci funksional sinif) ürək çatışmazlığı və morfoloji dəyişiklikləri ilə müşayiət olunan ürək xəstəlikləri;
2. revmatizmin təkrar hücumları;
3. ürək ritminin, keçiriciliyin davamlı pozulması və (və ya) İ–İİ FS ürək çatışmazlığı ilə müşayiət olunan ürəyin mitral və ya digər qapaqlarının ilkin prolapsı, miokarditik kardioskleroz;
4. ürək çatışmazlığı əlamətləri olmadıqda, ürəyin anadangəlmə və ya qazanılmış qüsurlarına görə aparılmış cərrahi müalicədən, süni kardiostimulyatorun implantasiyasından sonrakı hallar;
5. sol mədəciyin qulaqcıqarası və mədəciklərarası çəpərin anevrizmaları (əgər TYY transezofageal exokardioqrafiya müayinəsindən keçid yoxdursa).
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
Məhkəmənin mövqeyi İşin mübahisələndirilməyən hallarına əsasən, iddiaçı aritmiya (Subraventrikulyar Taxikardiya) diqanozu ilə 2014-cü ildə Türkiyə Respublikası Kartal X9 Eğitim və araştırma” xəstəxanasında “Ablasiya” olunub. İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən 2024-cü ilin iyul çağırışına cəlb edilərək, öyrənilmiş, hərbi həkim komissiyasında tibbi müayinədən keçirilmiş və sağlamlıq vəziyyəti ilə əlaqədar xx.xx.2024-cü il tarixdə X10 əlavə tibbi müayinəyə göndərilmiş, tibb müəssisəsi tərəfindən müayinə edildikdən sonra barəsində tərtib edilmiş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda qeyd olunan diaqnoza uyğun olaraq, cavabdeh tərəfindən yekun tibbi müayinədən keçirilmiş və verilmiş qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələbləri ilə hərbi xidmətə yararlı sayılmışdır. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.2024-cü il tarixli, 207 № li əmri ilə əsgər hərbi rütbəsi verilərək hərbi hissənin şəxsi heyyətin siyahısəna daxil edilmişdir. İddiaçı müddətli həqiqi hərbi xidmət keçdiyi dövrdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinə cavabdehin xx.xx.2024-cü il tarixli qərarı daxil olmuş və həmin qərarla iddiaçının “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nə əsasən, “Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilməsinin qərara alındığı qeyd olunmuşdur. Həmin qərarın icrasının təmin edilməsi ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edilmişdir. Cavabdehin “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsinə” dair xx.xx.2024-cü il tarixli Qərarı ilə iddiaçının barəsində göndərilən göndərişdə (Forma 44) göstərilən yararsızlıq səbəbinin fərqli kateqoriya üzrə (“C” kateqoriyası) təsdiqlənməsi barədə Qərar qəbul edilmişdir. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.2024-cü il tarixli, 254 № li əmri ilə iddiaçı Xəstəlik cədvəlinin İ qrafasının 39-cu maddəsinin “c” bəndinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlı” şəhadətləndirildiyinə görə “Hərbi xidmət keçmək” haqqında Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) həmin tarixdən hərbi hissənin şəxsi heyyətin siyahısından çıxarılaraq ehtiyata buraxılmışdır. İddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli Qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərardadan Apellyasiya Şurasına şikayət vermiş, Şuranın xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehin xx.xx.2024cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırda cavabdehin “Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair” xx.xx.2024-cü il tarixli qərarını mübahisələndirir və cavabdehin üzərinə onun şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair hərbi xidmətə yararlı sayılması barədə qərar qəbul edərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır, cavabdehin mübahisələndirilən qərarı qanunsuzdur və ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2023-cü il 6 sentyabr tarixli 2317 nömrəli Fərmanına əsasən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəni aparmaq səlahiyyəti cavabdehə həvalə edilmişdir. Yuxarıda qeyd edilən Əsasnamənin normalarından göründüyü kimi, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elektron qaydada formalaşdırılan və “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilən göndəriş (forma 44) əsasında cavabdeh tərəfindən həyata keçirilir. Əsasnamənin 2.18-ci bəndinə uyğun olaraq barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən həyata keçirilir və müayinə nəticələri əsasında Tibbi Qiymətləndirmə Komissiyası tərəfindən aşağıdakı qərarlardan biri qəbul edilir: yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir; yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. Qəbul edilən müvafiq qərar elektron sənəd formasında formalaşdırılır və Tibbi Qiymətləndirmə Komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla SHXÇDX-nin rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə yekun qərarın qəbul edilməsi üçün “Hərbihəkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilir. Baxılan işin hallarından müəyyən edilir ki, iddiaçı barəsində cavabdeh Agentliyə göndərilən göndərişdə (forma 44) onun xəstəliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “Xəstəliklər Cədvəlinin” 39-cu maddəsinin “Ç” bəndinin 1-ci qrafasının, “B” kateqoriyası üzrə qiymətləndirilmiş və xəstəliyin diaqnozu “Trikuspidal (üçtaylı qapaq) çatmamazlığı), XBT kodu İ07.1 qeyd edilmişdir. Lakin cavabdehin Tibbi Qiymətləndirmə Komissiyası tərəfindən iddiaçının əyani müayinəsindən sonra həmin forma 44 arayışında göstərilən kateqirayadan fərqli kateqiriya üzrə təsdiq edilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, cavabdehin qərarında qeyd edilmişdir ki, iddiaçı 2014-cü ildə ablasiya əməliyyatı keçirmiş, həmin əməliyyat qeyri-invaziv əməliyyat olmuş, hal-hazırda ürək çatışmamazlılığı olmasa da, “Xəstəliklər Cədvəli””nin 39-cu maddəsinin, “C” bəndinin “c” kateririyasının tədbiqinə əsas verildiyi qeyd edilmişdir. Həmin qərarda iddiaçının diaqnozu ürəyin revmatik və qeyri-revamtik xəstəliyi qeyd edilmiş, açıqlama bölməsində isə - yüngül dərəcəli ürək çatışmamazlığı qeyd edilmişdir. “Xəstəliklər Cədvəli”nin 39-cui bölməsində (Ürəyin revmatik və qeyri-revmatik xəstəlikləri) aşağıdakı kimi qeyd edilmişdir; a) ağır dərəcəli (4-cü funksional sinif) ürək çatışmazlığı ilə b) orta-ağır dərəcəli ürək çatışmazlığı ilə c) yüngül dərəcəli ürək çatışmazlığı ilə ç) sol mədəciyin simptomsuz disfunksiyası ilə d) keçirilmiş kəskin xəstəlikdən, xroniki xəstəliyin kəskinləşməsindən və ya cərrahi müalicədən sonra qan dövranı sisteminin müvəqqəti funksional pozulmaları. Cavabdeh həmin bəndlərdən “c” bəndinə, yəni iddiaçıda yüngül dərəcəli ürək çatışmazlığının olmasına istinad edir. “c” bəndinə aşağıdakılar aiddir:
1. yüngül dərəcəli (1-2-ci funksional sinif) ürək çatışmazlığı və morfoloji dəyişiklikləri ilə müşayiət olunan ürək xəstəlikləri;
2. revmatizmin təkrar hücumları;
3. ürək ritminin, keçiriciliyin davamlı pozulması və (və ya) İ–İİ FS ürək çatışmazlığı ilə müşayiət olunan ürəyin mitral və ya digər qapaqlarının ilkin prolapsı, miokarditik kardioskleroz;
4. ürək çatışmazlığı əlamətləri olmadıqda, ürəyin anadangəlmə və ya qazanılmış qüsurlarına görə aparılmış cərrahi müalicədən, süni kardiostimulyatorun implantasiyasından sonrakı hallar;
5. sol mədəciyin qulaqcıqarası və mədəciklərarası çəpərin anevrizmaları (əgər TYY transezofageal exokardioqrafiya müayinəsindən keçid yoxdursa). Cavabdeh qeyd edilən bəndlərdən 4-cü bəndə istinad edir və qənaətini onunla əsaslandırır ki, iddiaçıda üzrək çatışmamazlılığı olmasa da, 2014-cü ildə “Ablasiya” əməliyyatl keçirdiyindən iddiaçının diaqnozu həmin bəndə aid edilir. Göründüyü kimi, iddiaçıda ürək çatışmamazlılığının olmaması işin mübahisələndirlməyən halıdır. Cavabdeh də bunu mübahisələndirmir. Həmçinin iş materiallarına əlavə edilmiş iddiaçının “Ablasiya”-dan sonra həm hərbi xidmətə çağırılmamışdan əvvəl, həm də hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra tibbi müəssisələrində tibbi müayinəsinin nəticəsində iddiaçıda heç bir aritmiya və ürək çatışmamazlığının olmaması öz təsdiqini tapmışdır. Cavabdeh iddiaçının qeyd edilən diqanoz ilə təsdiq edilməsi barədə qərar qəbul edərkən iddiaçının 2014-cü ildə “Ablasiya” əməliyyatının olmasına əsaslanmışdır. Məhkəmə qeyd edir ki, cavabdehin bu mövqeyi əsassızdır. Belə ki, yuxarıda qeyd edilən 4-cü bəndin tədbiqi üçün iddiaçıya 2014-cü ildə tədbiq edilmiş “Ablasiya”nın “c” bəndində qeyd edilmiş “ürəyin anadangəlmə və ya qazanılmış qüsurlarına görə aparılmış cərrahi müalicədən, süni kardiostimulyatorun implantasiyasından sonrakı hallar” bəndinə uyğunluğu müəyyən edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh özünün qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında iddiaçıya 2014-cü ildə tədbiq edilmiş “Ablasiya” əməliyatının qeyri-invaziv (yəni cərrahi olmayan) əməliyyat olması rəy bölməsində qeyd etmişdir. Bundan başqa iddiaçıya tədbiq edilmiş “Ablasiya” əməliyyatının “Xəstəliklər Cədvəl”inin C kateqoriyasında göstərilən xəstəliklərə uyğun olub-olmamasının yoxlanılması üçün Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X5” publik hüquqi şəxsinin ekspertərinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli T245/2025 №-li ekspert rəyində qeyd edilmişdir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə Birliyin Təkrari ekspertizalar şöbəsində müayinədən keçirilərkən X7 İnstutuna mayinəyə göndərilmiş və aparılmış müayinələrdən (EKQ; ExoKQ, klinik, anamnestik) sonra ona “Radiofrekans ablasiyadan sonrakı vəziyyət. (WPW səbəbi ilə 2014), anamnestik” diaqnozu qoyulmuşdur. İddiaçı aparılmış ablasiya əməliyyatından sonra qərardadın 1-ci bəndinin yarımbəndlərində göstərilən xəstəliklərdən hər hansı birinə rast gəlinmədi. Göründüyü kimi, ekspert rəyindən də müəyyən olunduği kimi, cavabdeh iddiaçıda olan xəstəliyi düzgün qiymətləndirməmiş, əsas olmadığı halda, iddiaçının “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” olmasına dair qərar qəbul etmişdir. Ekspert rəyi kifayət qədər əsaslandırılmış, rəy verilərkən həmçinin bu sahədə ixtisaslaşmış tibb müəssəsi olan X7 İnstutundan mütəxəssis rəyi də alınmışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və cavabdehin üzərinə iddiaçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair hərbi xidmətə yararlı sayılması barədə qərar qəbul edərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilməsi öhdəliyi qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Kadir Əlican oğlunun barəsində “Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair hərbi xidmətə yararlı sayılması barədə qərar qəbul edərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilməsi öhdəliyi qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Bəhlul Cəlalov