Məhkəmə qərarları › İş №2-1(112)-6010/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6010/2022

11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6010/2022 11.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiası üzrə işə Bakı şəhərində məhkəmənin binasında (ünvan: ünvan 2axaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 03 mart 2016-cı tarixli 0820057, 08199641 və ******* nömrəli sökülmüş mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, onun Bakı şəhəri Nizami rayonu, M.Şərifli 42 ünvanda sökülmüş mənzillərin yerində yenidən qurulmuş mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və mənzilin texniki pasportunun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Nizami rayonu, M.Şərifli 42 ünvanında sökülmüş mənzillərin yerində yenidən inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X2 şəxsi mülkiyyətində olmuş fin tipli evin uzun illər istismar nəticəsində yaşayış üçün tam yararsız vəziyyətə düşdüyünü və qəza şəraitinin yarandığını nəzərə alaraq fərdi yaşayış evinin yenidən qurulmasına Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 04 avqust 2003-cü il tarixli, 7-2624/7 nömrəli məktubu ilə razılıq verilmiş və həmin tarixdə tikiləcək evin layihəsi Bakı Şəhər icra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış və tikintinin aparılmasına dair Bakı şəhəri Nizami rayonu icra Hakimiyyətinin Başçısı 18 noyabr 2004-cü il tarixli, 483 nömrəli sərəncamı imzalamışdır. Tikintisinə 2004-cü ilin noyabr ayında başlanılmış fərdi yaşayış evi 2007-ci ilin iyun ayında başa çatdırılmış və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Yanğından Mühafizə Baş İdarəsinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Nizami Rayon Gigiyena və Epidemologiya Mərkəzinin və Nizami Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələrinin də tərkibinə daxil olduğu tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyası tərəfindən ev istismara qəbul edilərək müvafiq akt tərtib edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə dəfələrlə müraciət etmələrinə baxmayaraq Xidmətin və Bakı Şəhər Ərazi idarəsinin imtina məktublarında eskiz layihə ilə faktiki vəziyyət arasında fərqlərin mövcudluğu, mansarda mərtəbəsində yerləşən 2 saylı sahədən yaşayış otağı kimi istifadə edildiyi, sökülmüş mənzillərin ümumilikdə yaşayış sahəsinin 45 m2 olmaqla 3 otaqdan ibarət olduğu, digər məktubda isə sökülmüş mənzillərin ümumi sahəsinin 19.4 m2 olmaqla 1 otaq kimi qeydiyyatdan keçdiyi, həmçinin torpaq sahəsinə və aparılmış dəyişikliyə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi, torpağın zəbt olunduğu kimi əsassız, müraciətin mahiyyətinə uyğun olmayan və yalan məlumatlara söykənən səbəblər göstərilərək mülkiyyət hüququnun qeydiyyata alınmasından qanunsuz olaraq imtina edilmişdir. Belə ki, tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktından da göründüyü kimi, fərdi yaşayış evi zəbt olunmuş torpaq sahəsində deyil, təsdiq olunmuş layihəyə uyğun səlahiyyətli orqanların rəsmi razılığına əsasən şəxsi mülkiyyətdə olan sökülmüş fin tipli evin məhz yerində tikilmiş, tikilialtı sahə layihə üzrə 177.52 m2, faktiki göstərici 177.52 kv.m təşkil etmişdir. Deməli, evin layihədə göstərilmiş xarici ölçüləri faktiki xarici ölçüləri ilə eynidir, lakin binanın konstruktiv sxemi karkas tipli, sütunlar monolit dəmir-betondan olduğu üçün sonradan zirzəmidə, İ mərtəbədə və mansarda mərtəbəsində bəzi arakəsmələrə ehtiyac olmadığına görə obyektiv olaraq ümumi sahə tikilməyən divarların yeri qədər, yəni zirzəmidə 5.3 m2, İ mərtəbədə 1.7 m2, mansarda mərtəbəsində 1.9 m2 sahə artmışdır və bu barədə istismar aktında da qeyd edilmişdir. Belə texniki məsələlərin, o cümlədən mansarda mərtəbəsindən yaşayış sahəsi və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinin mülkiyyət hüququ ilə heç bir əlaqəsi yoxdur və bu kimi hallar mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmamasına səbəb ola bilməz. Həmçinin, imtina məktubunda göstərilən sökülmüş mənzilin ümumi sahəsi barədə məlumatlar da yalandır. Belə ki, atasının vəfatından sonra, daha doğrusu 2015-ci ilin dekabr ayının sonlarında iddiaçıya miras qalmış fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məqsədi ilə 31 oktyabr 2015-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnamələri təqdim edilmiş, cavabdeh tərəfindən yeni qurulmuş binanın tikintisi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş bütün sənədləri təqdim etməyinə baxmayaraq inşa edilmiş miras ev üzərində deyil, sökülmüş mənzillər üzərində mülkiyyət hüquqlarını tanıyaraq ona ümumi sahəsi 104.6 m2 (yuxarıda göstərildiyi kimi 45 m2 və ya 19.4 m2 yox) olan 03 mart 2016-cı il tarixli 0820057, ******* və ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesrindən sökülmüş 3 mənzilin çıxarışı verilmişdir. Yuxarıda göstərildiyi kimi, mənzil yenidən qurularkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq edilmiş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nda göstərilən bütün hüquqi prosedurlara əməl edildiyi halda, təqdim edilmiş sənədləri görməməzliyə vuraraq imtina məktublarında qanunvericiliyin bu tələbləri hər dəfə əsassiz olaraq xatırlanır. Eyni zamanda bu qaydalar mülkiyyət formasından asılı olmayaraq bina və qurğularda aparılan yenidənqurulma işləri üzrə müvafiq orqanlarla razılaşdırılma qaydalarını müəyyən edir və bu qaydalarda obyektin yerləşdiyi torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi nəzərdə tutulmur. Bununla yanaşı, 1961-ci ildə tikilmiş mənzillərin yerləşdiyi və yalnız dövlət mülkiyyətinin mövcud olduğu sovet dövründən bəri müxtəlif ailələrin istifadəsində olan təqribən 700 m2 torpaq sahəsi necə zəbt olunmuş torpaq hesab oluna bilər. Bu məsələlərin araşdırılması məqsədi ilə Bakı Şəhər Ərazi İdarəsi rəisinin müavinlərinin 2016-cı ilin yanvar və fevral aylarında qəbulunda olarkən evin tikintisinə dair sənədlərin mərhum atasının adına olmasını əsas gətirərək (artıq əvvəlki bəhanələr göstərilmirdi) ona bildirilmişdir ki, abadlaşdırma tədbirləri çərçivəsində yerinə yetirilmiş tikinti işləri nəticəsində mülkiyyətdə olan evin sahəsində və digər göstəricilərində, habelə mülkiyyətçilər ilə bağlı baş vermiş dəyişikliklər barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi məsələsinə evin yerləşdiyi ərazi üzrə Rayon İcra Hakimiyyəti tərəfindən bu dəyişikliklər qeydə alındıqdan sonra baxıla bilər. Məhz buna görə 2016-cı ilin aprel ayında Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti Başçısının aparat işçilərinin qəbulunda olarkən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsi işçilərinin bu tələbinin əsassiz və qanunsuz olduğu və bu dəyişikliklərin aparılmasının məhz Rayon İcra Hakimiyyətinin müvafiq sənədləri ilə rəsmiləşdirildiyi bildirilmiş və İcra hakimiyyəti aparatının hüquq şöbəsinin rəisinin 26 may 2016-cı il tarixdə imzaladığı məktubda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmək tövsiyyə edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunmuş, etiraz məhkəməyə daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, işə əlavə edilmiş: DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən fərdi yaşayış evinə texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarış verilməsinə dair iddiaçının müraciətinə və əlavə edilmiş sənədlərə baxılaraq ünvanladığı xx.xx.2013-cü il tarixli **********22 saylı imtina məktubu ilə bildirilmişdir ki, Bakı şəhər Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən ünvan 4 ünvanında yerləşən mənzillər ümumilikdə yaşayış sahəsi 45,0 m2 olan 3 otaq kimi qeydiyyatdan keçmişdir. Nizami rayon İcra Hakimiyyəti Başçısının 483 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamında mənzillər sökülərək yerində fərdi yaşayış evinin inşa edilməsi faktı təsdiq edilmişdir. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktına əsasən fərdi yaşayış evinin ümumi sahəsi 555,2 m2, eskiz layihəyə əsasən isə fərdi yaşayış evinin yaşayış sahəsi 88,8 m2, ümumi sahəsi 545,9 m2 olmaqla 5 otaqdan ibarətdir. Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, fərdi yaşayış evinin faktiki yaşayış sahəsi 93,7 m2, köməkçi sahəsi 190,1 m2, ümumi sahəsi 283,8 m2, zirzəmi sahəsi 152,9 m2, mansard sahəsi 133,3 m2, eyvan sahəsi 26,2 m2 təşkil edir. Eskiz layihə ilə faktiki vəziyyət arasında fərqlər mövcuddur, mansardda yerləşən 2 saylı sahədən yaşayış otağı kimi istifadə olunmaqdadır. DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən Bakı şəhəri, M. Şərifli küçəsi, 42 nömrəli fin tipli evin sökülərək yenidən qurulması səbəbindən əvvəlki hüquqların ləğv edilməsi və yeni əmlaka dair mülkiyyət hüququnun təsdiq edilməsi barədə iddiaçının müraciətinə və əlavə edilmiş sənədlərə baxılaraq iddiaçıya ünvanladığı xx.xx.2013-cü il tarixli **********24 saylı imtina məktubu ilə bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəhər Ərazi İdarəsində aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi ümumilikdə 45,0 kv.m. olmaqla 3 otaq kimi qeydiyyatdan keçmişdir. Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 483 nömrəli sərəncamına əsasən yaşadığı həmin fın tipli evin sökülərək yerində fərdi yaşayış evinin yaşayış sahəsi 88,8 kv.m ümumi sahəsi 545,9 kv.m olmaqla 5 otadan ibarətdir. Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəsislər sözügedən ünvanda olarkən məlum olmuşdur ki, fərdi yaşayış evinin faktiki olaraq yaşayış sahəsi 93,7 kv.m, köməkçi sahəsi 190.1 kv.m, ümumi sahəsi 283,8 kv.m, zirzəmi sahəsi 152,9 kv.m, mansard sahəsi 133,3 kv.m., eyvan sahəsi 26,2 kv.m. təşkil edir. Eskiz layihəsi ilə faktiki vəziyyət arasında fərqlər mövcuddur. Eyni torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. DƏDRX-nin 1 saylı ünvan 6 ünvanında yerləşən mənzilə texniki pasportun tərtib edilməsi, ünvan və dövlət reyestrindən çıxarış verilməsinə dair iddiaçının müraciətinə və əlavə edilmiş sənədlərə baxılaraq iddiaçıya ünvanladığı xx.xx.2015-cü il tarixli **********77 saylı digər imtina məktubu ilə bildirilmişdir ki, Bakı şəhər Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən mənzilin ümumi sahəsi 19,4 m2, yaşayış sahəsi 12,0 m2 olan 1 otaq kimi qeydiyyatdan keçmişdir. Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, mənzil sökülmüş, yerində 2 mərtəbəli, mansardlı fərdi yaşayış evi inşa edilmişdir. Əlavə olaraq istifadədə olan 900,0 m2 artıq torpaq sahəsinə və aparılmış dəyişikliklərə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanladığı xx.xx.2015-cü il tarixli **********06 saylı və xx.xx.2015-ci il tarixli **********26 saylı digər imtina məktubları ilə bildirilmişdir ki, təqdim edilmiş texniki pasporta əsasən mənzilin ümumi sahəsi 23,5 kv.m, yaşayış sahəsi 12,0 kv.m, 1 otaq kimi qeydiyyatdan keçmişdir. Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, mənzil sökülmüşdür və əlavə 900,0 kv.m torpaq sahəsi istifadəndədir və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanladığı xx.xx.2016-ci il tarixli **********90 saylı digər imtina məktubu ilə bildirilmişdir ki, Xidmətin Bakı Şəhər Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən sözügedən ünvanda yerləşən mənzillər ümumilikdə yaşayış sahəsi 45,0 kv.m olan 3 otaq kimi qeydiyyatdan keçmişdir. Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, mənzillər sökülmüş, yerində hündürlüyü 12 metrdən yüksək olan 2 mərtəbəli, mansardlı fərdi yaşayış evi inşa edilmişdir. Belə ki, təqdim olunmuş sənədlərdə qeyd edilən sahələr ilə faktiki sahələr arasında fərqlər mövcuddur. Əlavə olaraq istifadədə olan 900,0 kv.m artıq torpaq sahəsinə və aparılmış dəyişikliklərə dair idarəyə hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 483 saylı 18 noyabr 2004-cü il tarixli sərəncamının surətindən görünür ki, Bakı şəhəri M.Şərifli küçəsi 42 saylı evdə yaşayan iddiaçının mərhum atası X3 ona məxsus şəxsi mülkiyyətində olan fin tipli evin uzun illər istismar nəticəsində yaşayış üçün tam yararsız vəziyyətə düşdüyünü nəzərə alaraq sökülüb təsdiq olunmuş baş plana uyğun sahədə, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixdə, 7-26247 sayda razılaşdırılmış eskiz layihəsinə uyğun əsasən yenidən qurulmasına icazə verilmişdir. İş materiallarına Bakı şəhəri, 8-ci km. Qəsəbəsi, Şərifli 42 ünvanında yerləşən yaşayış evinin xx.xx.2003-cü il tarixdə Amerikanın Tikinti Dizayn İnstitutunun üzvü İlqar Əliyev tərəfindən tərtib edilmiş eskiz layihəsi əlavə edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti “Bakı şəhər Ekspertiza Mərkəzi”nin 24 yanvar 2008-ci il tarixli 57-E/8 saylı rəyindən görünür ki, iddiaçının tikdiyi ünvan 10 ünvanda 2 mərtəbəli, zirzəmili, mansardalı fərdi yaşayış evinin işçi layihəsi ekspertizanın verdiyi iradların nəzərə alınması şərti ilə razılaşdırılmış və tikinti üçün tövsiyə edilmişdır. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqqında komissiyasının aktından görünür ki, ünvan 11 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evi istismara qəbul edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 61.7 kv.m mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2016-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 11 ünvanında yerləşən, ümumi sahəsi 23.5 kv.m mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2016-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 11 ünvanında yerləşən, ümumi sahəsi 19.4 kv.m üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2016-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********08 saylı məktubla məhkəməyə daxil olmuş çıxarışların verilməsi üçün əsas olmuş sənədlərdən görünür ki, ünvan 11 ünvanında yerləşən mənzilləri qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2015-ci il tarixli şəhadətnamələrə əsasən iddiaçı mərhum atası X1 mirası kimi qəbul etmişdir. İddiaçının tələbi qanun üzrə vərəsəlik hüququ üzrə iddiaçıya mərhum atasından qalmış və mülkiyyət hüququ adına dövlət qeydiyyatına alınmış 3 mənzilin istismar nəticəsində yaşayış üçün tam yararsız vəziyyətə düşdüyünü nəzərə alaraq Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 483 saylı 18 noyabr 2004-cü il tarixli sərəncamına əsasən sökülüb yenidən qurulmasına icazə verilərək inşa etdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddia tələbinin hüquqi əsaslarını «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələri təşkil edir. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə müraciət etsə də, ərizə cavabdeh tərəfindən təmin edilməmişdir. Cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı imtina məktublarında isə torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsini bildirilmişdir. Bu əsaslara görə ərizənin icrası mümkün olmamışdır. Məhkəmə cavabdehin imtinasını aşağıda göstərilənlərə görə əsaslı hesab etmir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 11 ünvanında yerləşən 3 mənzili qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2015-ci il tarixli şəhadətnamələrə əsasən iddiaçı mərhum atası X1 mirası kimi qəbul etmişdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 483 saylı 18 noyabr 2004-cü il tarixli sərəncamına əsasən həmin fin tipli evin uzun illər istismar nəticəsində yaşayış üçün tam yararsız vəziyyətə düşdüyü nəzərə alınaraq sökülüb təsdiq olunmuş baş plana uyğun sahədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixdə, 7-26247 sayda razılaşdırılmış eskiz layihəsinə uyğun yenidən qurulmasına icazə verilmişdir. İddiaçı təsdiqlənmiş eskiz layihəsinə uygun evin inşa etdirdikdən sonra Bakı şəhəri İcra Hakimiyyəti Bakı şəhər Ekspertiza Mərkəzinin 24 yanvar 2008-ci il tarixli 57-E/8 saylı rəyi ilə iddiaçının tikdirdiyi 2 mərtəbəli, zirzəmili, mansardalı fərdi yaşayış evinin işçi layihəsi ekspertizanın verdiyi iradların nəzərə alınması şərti ilə razılaşdırılmış və tikinti üçün tövsiyə edilmişdır. Daha sonra isə tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqqında komissiyasının aktı ilə ünvan 11 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evi istismara qəbul edilmişdir. Lakin iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə müraciət etməsinə baxmayaraq, cavabdeh orqan iddiaçının 3 mənzil üzərində ayrı-ayrı çıxarışlarla mülkiyyət hüququnu xx.xx.2016-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı yenidən müraciət edərək həmin çıxarışların ləgv edilərək fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etsə də, ərizəsinin icrasından imtina edilmişdir. Göstərilən sənədlər cavabdeh inzibati orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. Cavabdeh inzibati orqan iddiaçının iddia tələbi ilə bağlı tələbin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, həmin iddiaçının təqdim etdiyi sənədlər sübut kimi mötəbər qiymətləndirilir və iddiaçının həmin fərdi yaşayış evinin qanuni istifadəçisi olması təsdiqlənir. Belə ki, Azəbaycan Respublikaslının Konstitusiyasının 29-cu maddəsinin üçüncü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Daşınmaz əmlaka dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məhkəmə, cavabdehin dəlillərini əsaslı hesab etmir ona görə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq müəyyən olunmuş və həmin əsaslar aşağıdakılardan ibarətdir: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Hazırki mübahisəyə şamil edilən Qanunun 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin əsası hesab edilmişdir. Həmin Qanunun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. İşin yuxarıda şərh edilən hallarından görünür ki, iddiaçı həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan olan sənədləri qeydiyyat orqanına verilən ərizəyə əlavə etdiyindən cavabdehin imtinası iddiaçının qanuni əsaslarla əldə etdiyi ev üzərində mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsini əsassız olaraq məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1.-ci maddəsinə görə mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Bakı şəhəri İcra Hakimiyyəti Bakı şəhər Ekspertiza Mərkəzinin 24 yanvar 2008-ci il tarixli 57-E/8 saylı rəyindən göründüüyü kimi ünvan 10 ünvanda 2 mərtəbəli, zirzəmili, mansardalı fərdi yaşayış evinin binanın hündürlüyü 12 metrdir. Dam örtüyünü pik nöqtəsində hündürlük 13.84 metrdir. Lakin Məcəllənin də tələblərindən göründüyü kimi evin hündürlüyü dam örtüyünü pik nöqtəsinə qədər deyil, sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) 12 metrdən çox olmamalıdır. Buna görə də iddiaçı cavabdehin bu mülahizəsini də qanunsuz və əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 5.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xahişinə imtina verməsi üçün hüquqi əsaslar yoxdur. Halbuki, “İnzibati icraat haqqında” Qanunun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla baglı deyildir. Avropa Məhkəməsi bir çox qərarlarında təkrar edir ki, “yaxşı idarəçilik” prinsipinin xüsusi vacibliyi ondan ibarətdir ki, ictimai maraqlara, xüsusən mülkiyyət hüququ da daxil olmaqla fundamental hüquqlara təsir göstərə biləcək hallarda, hökümət orqanları dərhal, müvafiq və ardıcıl şəkildə hərəkət etməlidirlər. Vistins və Peryepyolkin Latviyaya qarşı (GC), (no. 71243/01, § 120, 25 Oktyabr 2012) işdə Məhkəmə qeyd etdi ki, ərizəçinin torpaq sahəsinin vicdanlı alıcısı olması yerli səviyyədə heç zaman mübahisə edilməmişdir. Ərizəçi adi vətəndaş olmuş və torpaq sahəsinin alqı-satqısı həmin statuslu bütün şəxslərə tətbiq edilən qanunlar əsasında həyata keçirilmişdir, bu səbəbdən onun hər hansı imtiyazdan istifadə etməklə və ya qanuna zidd qaydada torpaq sahəsini əldə etməsinə dəlalət edən zəmin yoxdur (bax Albegras və Arlauskas Litvaya qarşı, § 68). Kopecki Slovakiyaya qarşı (GC), (no. 44912/98, §§ 45-47, AİHM 2004-İX, və Pirantiene Litvaya qarşı, § 61) işdə isə Məhkəmə bildirdi ki, ərizəçinin torpaq sahəsinin əldə edilməsi ilə bağlı “qanuni gözləməsi (intizarı)” əsaslı və haqlı olaraq mülkiyyət hüququnun qanuni əsasını təşkil edən və onu daşıyan inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarlara əsaslanır. Bu halda ərizəçi mülkiyyət hüququndan yararlanmağa davam etməklə “qanuni gözləmə”yə malik olur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, mübahisələndirilən daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla, dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Nizami rayonu, M.Şərifli 42 ünvanında sökülmüş mənzillərin yerində yenidən inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Bakı şəhəri Nizami rayonu, M.Şərifli 42 ünvanında sökülmüş mənzillərin yerində yenidən inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət onun tam formada tərəfə təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi (ünvan: ünvan 13 Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar