Məhkəmə qərarları › İş №2-1(112)-6031/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6031/2023

28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6031/2023 28.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış obyektinə ikinci giriş qapısı inşa etmək və obyektin sahəsinin artırılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Sabunçu rayon şöbəsinin üzərinə ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan 300 kv.metr olan qeyri-yaşayış obyektinə ikinci giriş qapısını inşa etməsinə və obyektin sahəsinin artırılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsini tələb etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın zirzəmisindən 123 kv.metri xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla ona məxsusdur. Qeyd etdiyi ünvanda yerləşən qeyri-yaşayış sahəsinində olan zirzəmidə 2 yan-yana olan ümumi sahəsi 123.0 kv.metr olan qeyri-yaşayış obyektinə bir giriş vardır, bu da ona fəaliyyəti çətinliklər yaradır. İddiaçı hazırda qeyri-yaşayış obyektinə 2-ci qapının açılmasına ona müvafiq sənədlərin verilməsində köməklik göstərilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etmişdir. İddiaçı bildirir ki, ikinci qapının binanın əsas konstruksiyasına heçbir müdaxilə edilmədən açılması üçün hazır qapı vardır. Bundan başqa zirzəmini onun mülkiyyətində olan hissəsinə bitişik olan hissəsi çox pis vəziyyətdədir, su çirkab içindədir və bu səbəbdən ona qeyri yaşayış obyektinin böyüdülməsi və qeyd etdiyi zirzəminin abadlaşdırılması çirkabdan təmizlənməsi üçün mülkiyyətində olan 123 kv.metr qeyri yaşayış obyektinin böyüdülməsində ona köməklik edilməsini istəyir. Belə ki, qeyd etdiyi zirzəmiyə aid Daşınmaz Əmlakın Reyestri Xidmətinin Seriya RX ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış vardır. Cavabdeh orqana yazılı müraciət etsə də, hazırki günə kimi müraciətinə cavab verməmişdir.

3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 2 ünvanı iddiaçının xüsusi mülkiyyətindədir.

4. ünvan 2 qeyri-yaşayış sahəsinin Texniki Pasportu xx.xx.2017-ci il cari vəziyyətə əsasən tərtib edilmişdir.

5. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verdi.

6. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etdi.

II. İddianın mümkünlüyü

7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

8. Məhkəmə hesab edir ki, iddia lazımi qaydada qaldırılmayıb. Tələbin “qeyri-yaşayış obyektinə ikinci giriş qapısı inşa etmək” hissəsində məhkəmə qeyd edir ki, ikinci giriş qapısı texniki pasportda mövcuddur (Qapı mövcud olmasa idi belə, həmin hissədə iddiaya cavab verməli şəxs hazırkı iş üzrə cavabdeh deyil). Qapı texniki pasportda olduğundan məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək əlavə əsaslandırmanı zəruri hesab etmir. Tələbin “obyektin sahəsinin artırılması” artırılması hissəsinə münasibətdə isə iddiaçı tərəfindən həmin sahəyə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməli və həmin qeyri-yaşayış sahəsinin icarəyə verilməsi və ya satın alınması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməlidir.

9. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının 5.3-cü maddəsinə əsasən, dövlət əmlakının idarə edilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının adından dövlət əmlakı üzərində sərəncam verilməsini həyata keçirən, dövlət müəssisələrinin əmlakına dair dövlətin adından mülkiyyətçi hüquqlarını təmsil edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti), öz səlahiyyətləri çərçivəsində digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, tabeliyində dövlət müəssisə və obyektləri olan idarəetmə orqanları iştirak edirlər.

10. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

11. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

12. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar