Məhkəmə qərarları › İş №2-1(112)-6165/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6165/2024

02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6165/2024 02.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçının nümayəndəsi (qardaşı) X3, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaç İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “araşdırma aparılması və fərdi şəxsi hesabda ödənişlərin təmin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 4-cü, Azərbaycan Respublikası İnzibati Prosessual məcəlləsinin 2.2.2;14.3.; 33-cü və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddələrinə əsasən X2 Azərbaycan Respublikasındakı səfirliyində şəxsi xidmətlər müqaviləsi ilə xidmət göstərdiyim xx.xx.2015-ci il tarixdən 01 aprel 2022-ci il tarixə kimi məcburi dövlət sosial sığorta haqları,işsizlikdən sığorta haqları,icbari tibbi sığorta haqları ödənişlərinin hesablanmamasına görə araşdırma aparılmasını və fərdi şəxsi hesabımda ödənişlərin təmin edilməsi barədə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İnzibati aktın qəbulundan imtina edildiyindən, İnzibati aktı qəbul etmək vəzifəsinin İnzibati orqanın üzərinə qoyulması barədə məcburetmə haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2015-ci il tarixdən 01 aprel 2022-ci il tarixə kimi X2 Azərbaycan Respublikasındakı səfirliyində 207PSA-15- 0040 saylı şəxsi xidmətlər müqaviləsi ilə xidmət göstərib. X2 Azərbaycan Respublikasındakı səfirliyində şəxsi xidmətlər müqaviləsi ilə xidmət göstərdiyi xx.xx.2015-ci il tarixdən 01 aprel 2022-ci il tarixə kimi xarici ölkələrin Azərbaycan Respublikasında akkreditasiya olunmuş səfirliklərində əmək müqaviləsi əsasında işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi Vergi Məcəlləsinin 101.1 -ci maddəsinə əsasən hesablanır və tutulur. Məcburi dövlət sosial sığorta haqları isə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.3-cü maddəsinə, icbari tibbi sığorta haqları “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-10.1.2-ci maddəsinə, işsizlikdən sığorta haqları isə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən hesablanıb tutulmalı olduğu halda hesablanmır, fərdi şəxsi hesabında ödənişlər təmin edilmir. 13 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ünvanladığı, X2 Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən məcburi dövlət sosial sığorta,işsizlikdən sığorta,icbari tibbi sığorta haqları ödənişlərinin hesablanmamasına görə araşdırma aparılmasını və fərdi şəxsi hesabında ödənişlərin təmin edilməsi barədə qərar qəbul edilməsi barədə etdiyi müraciət “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun Vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydası barədə 7-ci maddəsini kobud surətdə pozaraq qəbul etməkdən imtina edir və girişdə olan qutuya atmağını bildirirlər. Qeydiyyata alınmayan müraciəti araşdırılması üçün cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilmişdir. Müraciətinin araşdırma müddətini 07 dekabr,20 dekabr,26 dekabr 2023-cü il tarixli məktublarla uzadaraq,29 dekabr 2023-cü il tarixli **********680200 saylı məktubla cavab verilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin şikayəti ilə bağlı verdiyi cavabda Vergi məcəlləsinin 2.5-ci maddəsinə əsasən beynəlxalq müqavilənin müddəalarının tətbiq edildiyini, diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 34-cü bəndinə əsasən diplomatik agentin bütün vergi və rüsumlardan şəxsi, mülkiyyət, dövlət, bölgə və bələdiyyə vergilərindən azad olunduğunu, X2 Azərbaycan Respublikasındakı səfirliyi ilə imzaladığı şəxsi xidmətlər müqaviləsinin 16-cı bəndinə əsasən istənilən lokal və digər vergilər işçinin vəsaiti hesabına ödənilməsinin nəzərdə tutulduğu bildirilmişdir. (məktub əlavə olunur). İşlədiyi dövrdə əmək haqqından tutulan vergi ödəmələri ilə bağlı etdiyi müraciətlərə X2 Azərbaycan Respublikasındakı səfirliyi 16 may 2019-cu il tarixli məktubla gəlir vergisi ödənilməzdən əvvəl aldığı illik əmək haqqının 18145.0 (on səkkiz min yüz qırx beş ABŞ dollar) olduğu və 15 oktyabr 2019-cu il tarixli məktubda isə 01 yanvar 2019-cu il tarixdən 30 sentyabr 2019-cu il tarixədək X2 Azərbaycan Respublikasındakı səfirliyinin Vergilər Nazirliyinə mənim adımdan 3837.84 AZN (üç min səkkiz yüz otuz yeddi manat səksən dörd qəpik) Azərbaycan manatı, 2257.55 (iki min iki yüz əlli yeddi dollar 55 sent ABŞ dolları) ekvivalenti məbləğ ödənildiyi bildirilmişdir. Eyni zamanda 06 noyabr 2023-cü il tarixdə X2 Azərbaycan Respublikasındakı səfirliyinə məktubla müraciət edərək səfirlik tərəfindən məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqları ödənişlərinin hesablanmamasına görə araşdırma aparılmasını və fərdi şəxsi hesabında ödənişlərin təmin edilməsini xahiş etdi. Müraciətinə bu günə kimi cavab verilməmişdir.

3. Cavabdeh tərəfindən təqdim edilən vəsatətdə qeyd olunmuşdur ki, iş üzrə İddiaçı iddia ərizəsi mümkün hesab edilməməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların konkret növləri göstərilmişdir. Hazırkı iş üzrə isə qaldırılmış iddia tələbi iddiaçı tərəfindən məcburetmə haqqında iddia kimi təsnifləndirilsə də, İnzibati Prosessual Məcəllənin 2-ci maddəsində nəzərdə tutulan və inzibati icraat qaydasında baxılan iddia növlərindən hər hansı birinə aid deyildir. Belə ki, İnzibati Prosessual Məcəllənin 33.1 -ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Qeyd etməliyik ki, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsəsən həmin məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümküri sayılır. Bildirməliyik ki, iddiaçının “Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 14.3 və 33-cü, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.4-cü maddələrinə əsasən X2 Azərbaycan Respublikasındakı səfirliyinə şəxsi xidmətlər müqaviləsi ilə xidmət göstərdiyi xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi məcburi dövlət sosial sığorta ödənişlərinin hesablanmamasına görə araşdırma aparılmasını və fərdi şəxsi hesabında ödənişlərin təmin edilməsi barədə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən inzibati aktın qəbulundan imtina edildiyindən, inzibati aktı qəbul etmək vəzifəsinin inzibati orqanının üzərinə qoyulması” tələbi ilə çıxış etməsinə baxmayaraq, iddia ərizəsində Dövlət Vergi Xidməti tərəfindən ona münasibətdə konkret olaraq hansı hərəkətlərin edilməsi onun hüquqların və ya qanunla qorunan maraqlarının pozulmasına gətirib çıxardığı əsaslandırılmamışdır. Bununla bağlı qeyd etməliyik ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 4.1 ci bəndində qeyd edilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qananla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Bundan başqa, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərba'/can Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iddia tələbi üzrə isə iddiaçının subyektiv hüquqlarının olmaması ilə yanaşı, cavabdeh qismində göstərilmiş Dövlət Vergi Xidmətinin üzərinə məcburi dövlət sosial sığorta ödənişlərinin hesablanmamasına görə araşdırma aparılması və fərdi şəxsi hesabda ödənişlərin təmin edilməsi vəzifəsi qoyula bilməz. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Göründüyü kimi vergi ödəyicilərinə münasibətdə hər hansı nəzarət tədbirinin keçirilməsi vergi orqanının vəzifələrinə deyil, hüquqlarına aid olduğundan iddiaçının tələbi əsassız və qanunvericiliyin normalarına ziddir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən İddiaçı iddia tələbi üzrə Dövlət Vergi Xidməti cavab verməli şəxs olmadığına görə “məcburi dövlət sosial sığorta ödənişlərinin hesablanmamasına görə araşdırmanın aparılması və fərdi sftxsi hesabında ödənişlərin təmin edilməsi barədə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat- Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən inzibati aktın qəbulundan imtina edildiyindən, inzibati aktı qəbul etmək vəzifəsinin inzibati orqanının üzərinə qoyulmasına dair iddia tələbi mümkün sayılmamalıdır.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçının X2 Azərbaycan Respublikasındakı Səfirliyində çalışdığınız müddət ərzində aldığı əmək haqqından məcburi dövlət sosial sığorta haqqının hesablanmaması barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Aparatına, Maliyyə Nazirliyinə və Hesablama Palatasına ünvanlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********240200 nömrəli, xx.xx.2023-cü il tarixli **********240201 nömrəli, xx.xx.2023-cü il tarixli **********240202 nömrəli, xx.xx.2023-cü il tarixli **********240203 nömrəli və xx.xx.2023-cü i tarixli **********240204 nömrəli) müraciətlərinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Bildiririk ki, Vergi Məcəlləsinin 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. Həmçinin Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 228 nömrəli qərarı ilə Azərbaycan Respublikası “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasına qoşulmuşdur. “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasının 34-cü bəndinə əsasən diplomatik agent həmin bənddə nəzərdə tutulan hallar istisna edilməklə bütün vergi və rüsumlardan - şəxsi, mülkiyyət, dövlət, bölgə və bələdiyyə vergilərindən azad olunur. Eyni zamanda tərəfinizdən X2 Azərbaycan Respublikasındakı Səfirliyi ilə “ABŞ vətəndaşları və xarici vətəndaşlar üçün şəxsi xidmətlər müqaviləsi” imzalanmışdır. Qeyd olunan müqavilənin 16-cı bəndinə əsasən həmin müqavilə ilə bağ'ı istənilən lokal və digər vergilər işçinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iş üzrə inzibati məhkəmə icraatına cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilmişdir.

6. İddiaçı tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilərək Azərbaycan Respublikası Konstitusiyasının 38, 60-cı, Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 4-cü, Azərbaycan Respublikası İnzibati Prosessual məcəlləsinin 2.2.2;14.3.; 33-cü və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4;53;58.1;83;98-ci, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.3-cü,“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-10.1.2-ci,“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddələrinə əsasən X2 Azərbaycan Respublikasındakı səfirliyində (SUN:**********5) şəxsi xidmətlər müqaviləsi ilə xidmət göstərdiyim xx.xx.2015-ci il tarixdən 01 aprel 2022- ci il tarixə kimi məcburi dövlət sosial sığorta haqları,işsizlikdən sığorta haqları,icbari tibbi sığorta haqları ödənişlərinin hesabat təqdim etməməklə yayındırılması, hesablanmaması, fərdi şəxsi hesabında ödənişlərin təmin edilməməsi barədə Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından imtina edildiyindən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə inzibati aktı qəbul etmək vəzifəsinin qoyulması barədə məcburetmə haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (qardaşı) iddia ərizəsinin məzmununa uyğun izah verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın mümkünlüyü

9. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.) məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

10. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:

1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

12. İddia tələbinin məzmunundan görünür ki, İddiaçı məhkəməyə müraciət etməkdə məqsədi gələcəkdə pensiyanın təyin olunmasına nail olmaqdır.

13. Odur ki, iddiaçı hüquqi marağına uyğun yekun məqsədinə daha tez, daha münasib və daha sadə yolla nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi hüquqi marağına uyğun olaraq pensiyanın təyin edilməsi tələbi ilə səlahiyyətli orqana (Dövlət Sosial Müdafiə Fonduna) müraciət etməlidir.

14. Odur ki, iddia tələbi lazımi qaydada qaldırılmamışdır.

15. İddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə verməklə cavabdeh tərəfindən vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, qeyd edilən tələbin məhkəmə müdafiəsi hüququ, yəni şəxsin bu cür tələb irəli sürmək hüququnu əsaslandıran maddi hüquq norması yoxdur.

16. Odur ki, iddia tələbinin dəqiqləşdirilməsi iddianın mümkünsüzlüyünü istisna etmir, odur ki, iddianın dəyişdirilməsindən imtina edilməlidir.

17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

18. İPM-in 54.3-cü maddəsinə əsasən, iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz.

19. Göstərilənlərə əsasən və İPM-in 35.3, 54.3 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddianın dəyişdirilməsinin qəbulundan imtina edilsin. İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar