Məhkəmə qərarları › İş №2-1(112)-6189/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6189/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6189/2021 23.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 29.12.2020-ci il tarixli **********143231 nömrəli qərarın ləğv edilməsini və həmin işə baxılanadək növbədənkənar səyyar yoxlamasının dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 29.12.2020-ci il tarixli **********143231 nömrəli qərarı ilə İddiaçındə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin tələblərinə əsasən müəssisənin noyabr 2017-ci il tarixdən oktyabr 2020-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növdənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Lakin hazırda növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi qərarı ilə bağlı şikayət həm vergi orqanına həmçinin Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinə verilmişdir. İddiaçı MMC-nin vergi və maliyyə məsələləri üzrə məsul şəxs sayılan Beyaz Bağırzadə noyabr ayının birindən analıq məzuniyyətə çıxmış və noyabr ayının 30-da ana olmuşdur. Bu səbəbdən də 29.12.2020-ci il tarixli **********143231 nömrəli qərar heç bir icraata qəbul edilməmiş və alınması ilə bağlı imza ata bilmədiklərindən növbədənkənar səyyar yoxlamanın dayandırılması ilə bağlı müraciətlərinə baxaraq 01.02.2021-ci il tarixdən **********144217 saylı qərar ilə Səyyar vergi yoxlamasının dayandırılmasını (təxirə salınması) haqqında qərar qəbul etmişdir. 27.02.2021-ci ildə Vergi orqanına müraciət edərək 29.12.2020-ci il tarixli **********143231 nömrəli qərarı vergi və maliyyə məsələləri üzrə məsul şəxs tərəfindən oxuduqdan sonra həmin qərara münasibət bildirərək növbədənkənar səyyar vergi yoxlaması Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra, “Vergi Məcəlləsi”) 38.3.5-ci maddəsi əsasında “vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə” halının bizə təqdim edilmədiyini və bu səbəbdən də növbədənkənar vergi yoxlaması ilə bağlı **********143231 saylı 29.12.2021-ci il tarixli qərarın ləğv edilməsinə və yeni qərar əsasında növbəti səyyar vergi yoxlamasının təyin edilməsinə dair göstəriş verməklərini bildirmişlər. 03.03.2021-ci il tarixində Vergi orqanının əməkdaşları ofisə gələrək **********143231 saylı 29.12.2021-ci il tarixli qərarın imzalanmasını tələb etmişlər. Direktor isə bildirmişdir ki, həmin qərar ona birbaşa təqdim edilməmiş, izah edilməmiş və eyni zamanda qeyd edilmiş halın qərarda açıqlanmadığından növbədənkənar səyyar yoxlamanın başlanılmasında etiraz edərək həmin qeydləri qərar və təqdimatda yazaraq imzalamışdır. Buna baxmayaraq "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında 04.03.2021 tarixli **********145181 №-li Qərarı qəbul edilərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 1-ci müavini tərəfindən çıxarılmış 29.12.2020 tarixli **********143231 №-li qərar əsasında Cəmiyyət üzrə keçirilən səyyar vergi yoxlaması zamanı səyyar vergi yoxlaması zamanı yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda vergi qanunvericiliyinin pozulması halları olduğuna, onların öyrənilməsinə əlavə vaxt tələb olunduğuna və bu pozuntuların araşdırılması bilavasitə sənədlərlə (əşyalarla) bağlı olduğuna görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrini əsas tutaraq Cəmiyyətə 04.03.2021-ci il tarixli 2**********145181 nömrəli Qərar ilə həmin qərarda göstərilmiş sənədlərin götürülməsi göstəriş verilmişdir. Cəmiyyət 04.03.2021-ci il tarixli **********145181 nömrəli Qərara etiraz edirək 29.12.2020 tarixli **********143231 №-li qərarı 4 mart 2021-ci ildə imzalayaraq, həmin qərar əsasında növbədənkənar səyyar yoxlamanın keçirilməsi ilə razı olmadıqlarını yazılı olaraq qeyd etmişdir. Eyni zamanda 27.02.2021-ci il tarixində **********789700 saylı elektron məktuba cavab verməklərini xahiş etmişlər. Həmin məktuba isə 12 mart 2021-ci il tarixində cavab verilərək AR. V.M-nin 38.3.5-ci maddəsi ilə göstərilmiş halın səbəbi izah edilmişdir. Eyni zamanda Vergi Orqanı 15 mart 2021- ci ildə Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə aktı tərtib edilmişdir. Halbuki 15 mart 2021-ci ildə əməkdaşlara növbədənkənar səyyar yoxlamanın qanuna uyğun olmayaraq açıldığını və ləğv edilməsi ilə bağlı məktub və şikayət yazdıqlarını şifahi olaraq bildirmişlər. Belə ki, 12 mart 2021-ci ildə Vergi orqanı növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi ilə bağlı səbəbi elektron məktub ilə cavablandırmışdır. Lakin 4 mart 2021-ci il tarixli 2**********145181 nömrəli Qərar ilə vergi qanunvericiliyinin pozulması halları olduğuna görə sənədlərin götürülməsi qərarının verilməsi AR. V.M-nə və “Səyyar vergilərin keçirilməsi” qaydalarının birbaşa pozulmasıdır. Eyni gündə (4 mart 2021-ci ildə) şirkət bəzi sənədləri növbəti səyyar yoxlamanın başladılması ricası ilə əməkdaşlara təqdim etsələrdə həmin gündə də vergi qanunvericiliyi pozulması halı ilə bağlı qərar qəbul edilməsi növbədənkənar yoxlamanın qanuni yolla aparılmasına dair şübhələrin yaranmasının bir başa sübutudur. Bundan əlavə olaraq 16 mart 2021-ci il tarixində Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması ilə **********145449 saylı Qərarın verilməsi absurddur. çünki şirkət tərəfindən növbədənkənar səyyar yoxlamanın keçirilməsi ilə bağlı heç bir sənəd təqdim edilməmişdir. 15 mart 2021-ci ildə isə sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 04.03.2021-ci il tarixli **********145181 nömrəli Qərara əsasən 15.03.2021-ci il tarixdə cəmiyyətin faktiki ünvanında həyata keçirilmiş sənədlərin və nümunə kimi əşyaların götürülməsi zamanı tərtib edilmiş “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Protokol” və “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə AKT”ı onlara təqdim etmək məqsədi ilə ofisə yaxınlaşmışlar. Direktor is növbədənkənar səyyar yoxlamanın keçirilməsi ilə bağlı səbəbi cəmiyyətə 12 mart 2021-ci il tarixində açıqladığını və həmin məktubun hələ oxunub araşdırılmadığını bu səbəbdən də hazırda yoxlamanın başlanılması üçün sənədləri təqdim etməyəcəklərini bildirmişlər. 17 mart 2021-ci il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə şikayət yazaraq növbədənkənar səyyar vergi yoxlaması Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra, "Vergi Məcəlləsi”) 38.3.5-ci maddəsi əsasında ‘‘vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, 2017-ci ilin mənfəət bəyannaməsinə əsaslanmışdır. Halbuki heç bir açıqlama tələb etmədən və ya sənəd mübadiləsi olmadan təqdim edilmiş və kameral yoxlama tərəfindən izlənilmiş 2017-ci ilin mənfəət bəyannaməsində açıq göstərilmiş məbləğlərin növbədənkənar səyyar vergi yoxlaması üçün əsas ola bilməzdir. Buna baxmayaraq, 17 mart 2021-ci ildə yazdıqları şikayət və 22 mart 2021-ci il etiraza cavab vermədən 18 mart 2021-ci il tarixində Bakı İnzibati Məhkəməsinə müraciət edərək sənədlərin götürülməsi ilə bağlı cəmiyyətə qarşı iddia qaldırmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən daxil olmuş etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. Mübahisələndirilən məsələnin mahiyyəti ilə bağlı bildirirlər ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 29.12.2020-ci il tarixli **********143231 nömrəli qərarına əsasən noyabr 2017-oktyabr 2020 vergi dövrü üzrə "İddiaçı" MMC-nin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. İddiaçı iddia ərizəsində təyin edilmiş növbədənkənar səyyar vergi yoxlamasının qanuna uyğun olmadığını, istinad edilən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində nəzərdə tutulmuş halın onlara izah edilmədiyi və bu səbəbdən qərarın ləğv olunmalı olduğunu bildirmişdir. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edilməsi növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasdır. Belə ki, cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamələr araşdırılarkən müəyyən edilmişdir ki, 2017-ci ilin mənfəət vergisi bəyannaməsi kassa metodu ilə təqdim edilmişdir. Bəyannamənin 1 nömrəli əlavəsində daxil olmuş pul vəsaitləri 19 094 001,54 manat olduğu halda, bəyannamənin 200-203-cü sətrlərinin cəmi üzrə hesabat dövrü üçün 10 228 255,26 manat məbləğində gəlir bəyan edildiyi müəyyən edilmişdir. Vergi ödəyicisinin bəyannamə məlumatları mənbəyi bəlli olan məlumatlar hesab edildiyindən vergi ödəyicisinin bəyan etdiyi gəlirlərlə hesabına faktiki daxil olmuş vəsait arasında yaranmış 8 865 746,28 manat məbləğində fərqin aydınlaşdırılması üçün Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlamasının keçirilməsinin mümkünsüzlüyünü nəzərə alaraq həmin Məcəllənin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Bu hal vergi ödəyicisinin vergi orqanına ünvanladığı sorğuya cavab olaraq 12.03.2021-ci il tarixli **********574500 nömrəli məktubla izah edilmişdir (məktub əlavə edilir). İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, İqtisadiyyat Nazirliyi tərəfindən “yoxlama.gov.az” saytında ilkin olaraq 25.01.2021-ci il tarixində növbəti səyyar vergi yoxlamasının keçiriləcəyi barədə bildiriş təqdim edilsə də, sonradan bu bildiriş növü orada saxlanılaraq daha bir “növbədənkənar səyyar vergi yoxlaması” qeyd edilmişdir. Baş İdarənin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 29.12.2020-ci il tarixli **********143231 nömrəli qərarına əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Bu hal həm də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”da öz əksini tapmışdır. Qeyd edilənlərdən də aydın olduğu kimi artıq icra olunmuş qərarın icrasının dayandırılması mümkün deyildir. Məhkəmənin hazırlıq icraatı ilə bağlı iclası 23.06.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsini uyğun izahat verərək. iddianın mümkün sayılaraq, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 etiraz ərizəsinə uyğun izahat verərək, iddianın əsassız olduğunu, artıq icra olunmuş qərarın icrasının dayandırılmasının mümkün olmadığını bildirərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsindən görünür ki, iddiaçının tələbi 2 hissədən ibarətdir: Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğvi ; Növbədənkənar səyyar vergi yoxlamasının dayandırılması. Məhkəmə ilk öncə iddianın 1-ci hissəsinə münasibət bildirir. Göründüyü kimi, iddiaçı mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan sənədlər: -“Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 29 dekabr 2020-ci il tarixli, **********143231 saylı qərarın surətindən görünür ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin tələblərinə əsasən müəssisənin noyabr 2017-ci il tarixdən oktyabr 2020-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növdənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın müddəti 30 iş günü müəyyən edilməsi qərara alınmışdır. -29 dekabr 2020-ci il tarixli KY201549349 saylı Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışından görünür ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin tələblərinə əsasən müəssisənin noyabr 2017-ci il tarixdən oktyabr 2020-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növdənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın müddəti 30 iş günü müəyyən edilməsi qərara alınmışdır. -01 fevral 2021-ci il tarixli, **********144217 saylı Səyyar vergi yoxlaması (təxirə salınması) haqqında qərarın surətindən görünür ki, İddiaçı MMC-i üzrə təyin edilmiş səyyar vergi yoxlaması 01.02.2021-ci il tarixdən 01.03.2021-ci il tarixədək olan müddətdə müvəqqəti dayandırılması qərara alınmışdır. -04.03.2021-ci il tarixli sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında № **********145181 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 43-cü maddəsinə uyğun olaraq keçirilən səyyar vergi yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu üçün araşdırması lazım olan sənədlərin götürülüməsi qərara alınmışdır. İşin hallarından görünür ki, iddiaçının hazırki mübahisələndirdiyi məsələ Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib olunmuş 29.12.2020-ci il tarixli № **********143231 saylı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğvi ilə bağlıdır. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarıdır. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. vergi ödəyicisində aparılan sonuncu vergi yoxlaması vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması və ya qəbul edilmiş qaydalara uyğun olaraq aparılmaması, qanuni ödənilməli olan vergilərin 25 və daha çox faizinin vergidən yayındırılması hallarını aşkar etdikdə; 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, bu Məcəllənin 157.2-ci maddəsinə müvafiq olaraq ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmiş vergi ödəyicilərinin vergi hüquqpozmalarına yol verməsi barədə mənbəyi məlum olan məlumatlar olduqda; 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə. Bu halda növbədənkənar səyyar vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən, vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən, vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 39.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Həmin Məcəllənin 39.6-cı maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Həmin Məcəllənin 49.1.3-cü maddəsinə əsasən, səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, səyyar vergi yoxlamasının keçirilməsi və yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi vergi orqanının hüququdur. Səyyar vergi yoxlaması dedikdə, vergi orqanının vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət və vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vəzifəsinə xidmət edən, vergi orqanı tərəfindən vergi ödəyicilərinin uçot sənədləri, vergi bəyannamələri, vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədlər, vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan və digər bəlli mənbələrdən alınan məlumatlar, habelə vergi ödəyicisinin elektron daşıyıcılarındakı məlumatları əsasında həyata keçirilən yoxlama növüdür. Səyyar vergi yoxlamasının sonunda hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması ilə bağlı vergi orqanı əlavə vergi yoxlanılmasının keçirilməsi ilə bağlı qərar qəbul etmək səlahiyyətindədir. Hazırki iş üzrə cavabdeh tərəfindən qəbul edilən qərarı Qanuna əsasən akt hesab olunur. Həmin aktın, inzibati akt olub-olmamasının aydınlaşdırılması üçün, sözügedən akt özündə inzibati akta məxsus xüsuslarının məcmusunu təşkil etməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növlərini müəyyən edən 2.2-ci maddəsi hər hansı aktların yox, yalnız inzibati aktların mübahisələndirilməsini nəzərdə tutur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin maddədə sadalan əlamətlərinə görə inzibati akt: İnzibati orqan tərəfindən qəbul edilməli; Ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; Hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı; Qərar, sərəncam və ya digər formada ifadə olunmalı; Mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. İş üzrə mübahisələndirilən və cavabdeh orqan tərəfindən qəbul olunan “qərar” yuxarıda sadalanan əlamətlərin hamısına malik deyil, “Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratma” əlamətindən məhrumdur. Sözügedən inzibati orqan tərəfindən tərtib olunan qərar, yəni səyyar vergi yoxlamasının keçirilməsi haqqında akt qərar iddiaçı üçün özü-özlüyündə hüquqi qüvvəyə malik, yaxud gələcəkdə hüquqi qüvvəyə minəcək hər hansı müəyyən nəticə yaratmamışdır. Əksinə, həmin qərar məzmunu etibarilə vergi və ya digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması ilə bağlıdır. Başqa sözlə, mübahisələndirilən qərar deyil vergi ödəyicisi üçün hüquqi nəticələr məhz ―vergi məsuliyyətinə cəlb etmə, yaxud ―vergi məsuliyyətinə cəlb etməkdən imtina barədə qərarın qəbulu ilə yaradılır. Təsadüfi deyil ki, səlahiyyətli vergi orqanı adı çəkilən qərarlarından birini qəbul edərkən sübut kimi həmin qərarın nəticəsinə, yəni gələcəkdə qəbul olunan səyyar vergi yoxlaması aktına və digər sənədlərə istinad edir və nə qədər ki, həmin qərar qəbul edilməmişdir, vergi ödəyicisi üçün müəyyən (konkret) hüquqi nəticə yaranmır. Doğrudur, səyyar vergi yoxlaması barədə qərar rəsmi müəyyən formalı hüquqi sənəd kimi vergi ödəyicisində vergi məsuliyyətinə cəlb ediləcəyi gözləntisi yaradır, lakin bu cür gözlənti müəyyən (konkret) hüquqi nəticə hesab edilə bilməz. Məhkəmənin qənaətinə görə, “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində birbaşa ifadə olunmasa da, həmin Qanunun məzmunundan, eləcə də “İnzibati aktların icra edilməsi” adlanan Vİİİ fəslindəki normalarından inzibati aktın digər bir əlaməti- “İcra edilməli olması” əlaməti müəyyən edilir. Belə ki, inzibati aktlar ümumi (publik) məqsədlər naminə icra edilmələri üçün qəbul edilirlər və onların icrası hakimiyyət səlahiyyətləri ilə təmin edilir. Birbaşa icra üçün nəzərdə tutulmayan, yaxud icrası mümkün olmayan, aktlar həmin Qanunun məqsədləri baxımından inzibati akt hesab edilə bilməz. Vergi orqanı tərəfindən tərtib olunan əlavə vergi yoxlamasının keçirilməsi haqqında qərar isə icra edilən akt deyil, səyyar vergi yoxlamasının keçirilməsinə yönələn və vergi ödəyicisi üçün hüquqi nəticələr yaradan qərarın qəbul edilməsinə əsas olan qərar olduğuna görə həmin akt inzibati akt sayıla bilməz. Məhkəmə həmçinin qeyd edir ki, mübahisələndirmə haqqında iddianın predmetini, yalnız (ən azı qizmən) əlverişsiz inzibati akt təşkil edir. İnzibati İcraat haqqında Qanunun 2.0.11ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Göründüyü kimi, iddiaçının hazırki mübahisələndirdiyi səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı inzibati aktı səciyyələndirilən əlamətləri özündə ehtiva etmir və həmin qərar mübahisələndirmə haqqında iddianın predmeti ola bilməz. Bundan əlavə Məhkəmə diqqətə çatdırır ki, iddiaçının ləğvini tələb etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib olunmuş 29.12.2020-ci il tarixli № **********143231 saylı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın 4-cü bəndində şikayət vermə müddəti və qaydasının göstərilməsi inzibati məhkəmə icraat zamanı mübahisələndirilən qərarın əlverişsiz inzibati akt olub-olmamasının yoxlanılmasına təsir edə bilməz. İddiaçının tələbinin 2-ci hissə ilə bağlı, yəni işə baxılanadək növbədənkənar səyyar yoxlamasının dayandırılması ilə bağlı tələbinə münasibətdə Məhkəmə qeyd edir ki, iddiaçı bu tələbi iddia formasında deyil, müvəqqəti xarakterli müdafiə tədbiri qismində ayrıca ərizə formasında verməli idi. Bununla yanaşı Məhkəmə izah edir ki, iddiaçının mübahisələndirdiyi qərar əlverişsiz inzibati akt olmaması səbəbindən iddia mümkünsüz olduğundan, iddia tələbinin ikinci hissəsi də mümkün sayılmamalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 4.2-ci və 5.1-ci bəndlərində göstərilmişdir ki, Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslığının yoxlanılması qaydasında aparılmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin Qərarın 6.1-ci maddəsinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir İşin yuxarıda şərh edilən hallarına görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, mübahisələndirdiyi səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən tərtib edilən səyyar vergi yoxlamasının yekun aktı əsasında vergi orqanının rəhbəri (onun müavini) tərəfindən onu qane etməyən məsuliyyətlə bağlı qərar qəbul edildiyi halda, həmin qərarın qanuniliyini məhkəmədə mübahisələndirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inziabti məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar