Məhkəmə qərarları › İş №2-1(112)-6268/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6268/2020

19.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6268/2020 19.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsi və Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi Mübariz Nəsirova qarşı “müstəntiqin hərəkətlərinin əsassız və qanunsuz hesab edilməsi, yük avtomobilinin geri qaytarılması və şirkətə dəymiş ziyana görə 50.000 manat pul vəsaitinin "xxxx" MMC-nin xeyrinə ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsi və Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi Mübariz Nəsirova qarşı “müstəntiqin hərəkətlərinin əsassız və qanunsuz hesab edilməsi, yük avtomobilinin geri qaytarılması və şirkətə dəymiş ziyana görə 50.000 manat pul vəsaitinin "xxxx" MMC-nin xeyrinə ödənilməsi” iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq icraatına başlanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdeh təyin edilmiş məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər. Tərəfin həm inzibati prosessual hüquq qabiliyyətinə, həm də mülki və ümumi hüquq normalarına uyğun olaraq fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır (İPM-in 25 və 26-cı maddələri). Tərəfin həm mülki, həm də prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır. Prosesin davam etdirilməsinə imkan verməyən bu qəbildən olan pozuntuların mövcudluğu aşkar edildikdə, məhkəmələr yardım etmək vəzifəsinə əməl etmək şərtilə iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. (Qərarın 15.1, 15.2, 15.3-cü bəndləri). Cavabdeh1 14 avqust 2020-ci il tarixli məktubunda məhkəməyə ünvanlanmış yolnəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi polis mayoru X6 25 iyul 2020-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarından göründüyü kimi istintaqla nəticəyə gəlinmişdir ki, sürücü X8 28 dekabr 2019-cu ildə saat 18:00 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməyərək nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan İddiaçı MMC-yə məxsus «Nopa» markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan MAN TG 18.480 markalı **-JU-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Qazax- Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisindən keçən 155-ci kilometrliyində həmin Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda eyni istiqamətdə və eyni zolaqda nəqliyyat vasitəsinin hərəkətdə olmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobilin sürətini azaltmalı, həmin avtomobil ilə təhlükəsiz ara məsafəsi saxlamaqla hərəkətini davam etdirməli, lazım gələrsə sola doğru təhlükəsiz manevr aparmaqla həmin avtomobili sol tərəfdən ötüb keçməli və hərəkətin təhlükəsizliyini təmin etməyən hərəkətlərə yol verməməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib Qazax istiqamətində 71 km/saat sürətlə hərəkətdə olarkən idarə etdiyi avtomobilin qabaq sağ hissəsini onunla eyni istiqamətdə və eyni zolaqda hərəkətdə olan X3 50 km/saat sürətlə idarə etdiyi Kamaz-53229 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşdurmuş, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan özünün başın təpə-ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, kəllə qapağı və əsası sümüklərinin sınıqları, sərt beyin qişasının cırılması, beyin toxumasının əzilməsi, burun sümüyünün sınığı, qabırğaların sol tərəfli sınıqları, üzün sol almacıq nahiyəsinin qançırı, sağ bazu nahiyəsinin sıyrığı, sağ və sol əlin fasiləli sıyrıqları, sağ diz oynağının sıyrığı, hər iki baldır nahiyəsinin sıyrıqları xəsarətləri ilə müşayiət olunan dərəcəsinə görə canlı şəxslərdə götürüldüyü kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaqla ölümünə, «Nopa» markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun və MAN TG 18.480 markalı **-JU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin zədələnməsi nəticəsində İddiaçı MMC-yə 35400 (otuz beş min dörd yüz) manat, Kamaz-53229 markalı **-BD-*** dövlət qeydiyat nişanlı avtomobilin zədələnməsi nəticəsində həmin avtomobilin sahibi X4 7165 ( yeddi min yüz altmış beş ) manat maddi ziyan vurulmasına səbəb olmuşdur. «Nopa» markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan MAN TG 18.480 markalı **-JU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin Kamaz-53229 markalı 05-BD- 964 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə hansı səbəbdən toqquşması məlum deyildir. Hadisə yerində yolun hərəkət hissəsi iki zolaqdan ibarət olduğundan sol tərəfdən zolaqla ötüb keçməyə kifayət qədər məsafə olmuşdur. Kamaz-5320 markalı 57- BB-467 dövlət qeydiyyat nişanlı yük avtomobil arxadan eyni istiqamətdə eyni zolaqda hərəkətdə olan avtomobil görünüş dairəsinə düşmədiyindən X1 hərəkətlərində Qanunun tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında heç bir səbəbli əlaqə mövcud deyildir. X2 belə olan vəziyyətdə də Kamaz-53229 markalı avtomobilin yanından təhlükəsiz keçib getməli idi. «Nopa» markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu MAN TG 18.480 markalı **-JU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyindən X2nun hərəkətlərində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinin tərkibi vardır. Yol nəqliyyat hadisəsi nəticəsində öldüyündən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsindən imtina edilmişdir. «Nopa» markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu MAN TG 18.480 markalı **-JU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə sahiblik hüququ olan İddiaçı MMC tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan X7 verdiyinə və qarşı tərəfə maddi zərər vurulmasına səbəb olduğuna görə İddiaçı MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsi ilə inzibati tənbeh tədbirləri görülməsi üçün BDYPİ- nin YPX aliyinin 7-ci tağımına göndərilmişdir. Məhkəmə ekspertizasının 06 may 2020-ci il tarixli 2904 nömrəli rəyində Kamaz- 53229 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hadisənin qarşısınının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqinin xüsusi texniki bilik tələb etmədiyi qeyd edilmişdir. X1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması halı olmadığına görə onun barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Kamaz-53229 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyindən və daşıdığı yükün kütləsinin nəqliyyat vasitəsinin növü üçün müəyyən edilmiş kəmiyyətdən artıq olduğundan X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.2-ci maddəsi ilə inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-nin BDYPl-nin Yol-Patrul Xidmiəti aliyinin 7-ci tağımına göndərilmişdir. Avtomobili idarə edən X9 yol-nəqliyyat hadisəsi nəticəsində öldüyündən və onun əməli cinayət hesab olunmadığından fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işinə 25 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinin tələblərinə əsasən xitam verilmiş və cinayət işi baxılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların: cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. İPM-nin 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia), 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, iddiaçının tələbi Cavabdeh2 müstəntiqi polis mayoru X6 25 iyul 2020-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarından irəli gələrək hərəkətlərin qanunsuz sayılmasından və dəymiş ziyanın ödənilməsindən ibarətdir. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə görə rayon (şəhər) məhkəmələri birinci instansiya məhkəmələri qismində fəaliyyət göstərirlər. Həmin Məcəllənin 67.2-ci maddəsinə görə rayon (şəhər) məhkəmələri böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair işlərə baxırlar. Həmin Məcəllənin 67.3-cü maddəsinə görə rayon (şəhər) məhkəmələri, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara, xüsusi ittiham qaydasında şikayətlərə, habelə məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair və digər materiallara baxırlar. Həmin Məcəllənin 442.1-ci maddəsinə görə məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. Həmin Məcəllənin 449.2-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. Məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçının tələbi inzibati orqanın cinayət prosessual fəaliyyəti ilə bağlı olduğundan, onun şikayətinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə iddianın mümkün sayılmadığı qənaətinə gəldiyindən iddiaçı tərəfə izah edilir ki, Cavabdeh2 müstəntiqi polis mayoru X6 25 iyul 2020-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarından ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsinə şikayət vermək hüququndan istifadə edə bilər. Məhkəmə qeyd edir ki, iddia mümkün sayılmadığından iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması və məhkəmə icraatına cəlb etmə ilə bağlı məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Sədrlik edən: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar