Məhkəmə qərarları › İş №2-1(112)-6291/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6291/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6291/2022 05.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı «cavabdehin qərarının qismən ləğv edilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı «cavabdehin qərarının qismən ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində bildirir ki, iddiaçı (İddiaçı) 2004 – 2008-ci illər üzrə Sumqayıt Dövlət Universitetininin tarix ixtisası üzrə bakalavr dərəcəsi almış, daha sonra 2018 – 2019-cu illərdə ali təhsilinin 2-ci səviyəsini Türkiyə Respublikasının İstanbul Universitetində davam etdirmiş, 2019-cu ildə həmin Universitetin “ekonomi hüququ” ixtisası üzrə magistr dərəcəsi almışdır. Bitirdiyi ali təhsilin birinci səviyyəsi “tarix”, 2-ci səviyyəsi “hüquq” ixtisası olmuşdur. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanunnun 17.1.5-ci maddəsinə əsasən bakalavriat, magistratura və doktarantura ali təhsilin tərkib elementləri kimi qeyd edilmişdir. Həmin Qanunun 1.0.7-ci maddəsinə görə bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsidir, 1.0.34-cü maddəsinə görə magistratura – ali təhsilin ikinci səviyyəsi anlayışı verilmişdir. Onun hazırkı ali təhsil statusuma qanunvericiliyin tələbləri baxımından qiymət verdikdə ali təhsilin birinci səviyyəsini “tarix” ixtisası, 2-ci səviyyəsini isə “hüquq” ixtisası üzrə əldə etmişdir. Ali təhsil məzunu olaraq onun ali təhsil səviyyəsinə görə ixtisasının “hüquq” ixtisası üzrə ali təhsil səviyyəsinə daxil olmasının dəqiqləşdirilməsi zərurəti ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinə və Təhsil Nazirliyinə ərizə ilə müraciət edərək, “hüquq” ixtisası üzrə ali təhsil səviyyəsinin hüquqi əsası (ali “hüquq” təhsilli hesab olunub-olunmamağı) barədə yazılı məlumat verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müraciətimə cavab olaraq onun “hüquqşünaslıq” ixtisasının “beynəlxalq iqtisadi hüquq” ixtisasına yiyələndiyi bildirilmişdir. O, hüquq sahəsində peşə fəaliyyətinə başlamaq üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ərizə ilə müraciət edərək, vəkil köməkçisi kimi fəaliyyətə başlamağa razılıq verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Vəkillər X1 13 yanvar 2022-ci il tarixli qərarı ilə onun ali hüquqi təhsili olmadığından ərizəsinin təmin edilməsi üçün əsas olmadığı bildirilmişdir. Baxmayaraq ki, ərizəyə həm bakalavır (“tarix” ixtisası üzrə) dərəcəsini, həm də magistr (“hüquq” ixtisası üzrə) dərəcəsini təsdiq edən sənədlər (diplomlar) əlavə edilməklə yanaşı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müraciətə cavab məktubu da əlavə ərizə ilə Vəkillər Kollegiyasına təqdim olunmuşdur. Bundan sonra iddiaçının təkrar müraciəti ilə bağlı onun iştirakı ilə Rəyasət Heyatinin iclasında müzakirə edilməsi barədə müraciətinə 10 fevral 2022-ci il tarixli məktubla müvafiq qərarın verildiyi bildirilmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının imtinası əsassız olmuşdur. Göstərilənlərə və «Təhsil haqqında» Qanununun 17.1.5-ci maddəsinə, İPm-in 2.2.1, 70.1-ci maddələrinə əsaslanaraq, Azərbaycan Respublikası Vəkillər X1 13 yanvar 2022-ci il tarixli qərarının qismən – İddiaçı vəkil köməkçisi kimi sənədlərinin qəbulundan imtina edilməsi hissəsində ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahi olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətində (etrazında) qeyd edilmişdir ki, İddiaçı vəkil köməkçisi kimi fəaliyyətə başlamaq üçün Azərbaycan Respublikası Vəkillər X2 etdiyi müraciətinə 21 yanvar 2022-ci il tarixdə cavab verilərək ali hüquq təhsilinin olmaması ilə bağlı ərizəsinin təmin edilinəsi üçün əsas olmadığı bildirilmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən göründüyü kimi, iddanm əsas məqsədi cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsi, yəni iddiaçının vəkil köməkçisi kimi fəaliyyətə başlaması barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasıdır. İddia tələbləri hüquqi və faktiki baxımdan əsassız hesab edilir. Belə ki, iddiaçının hazırkı tələbi irəli sürmək üzrə subyektiv hiiququ yoxdur. İnzibatı icraat qaydasında baxılan istənilən iddia inzibatı icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırkı iş üzrə verilmiş iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının hüquqi marağı "‘Azərbaycan Respublikası Vəkillər X1 13 yanvar 2022-ci il tarixli qərarının qismən – İddiaçı vəkil köməkçisi kimi sənədlərinin qəbulundan imtina edilməsi hissəsinin ləğv edilməsi” və onun vəkil köməkçisi kimi fəaliyyətə başlaması öhdəliyinin Azərbaycan Respublikası Vəkillər X1 üzərinə qoyulmasıdır. Cavabdeh qismində göstərilmiş Vəkillər Kollegiyası Rəyasət Heyəti iddiaçının qeyd olunan iddia tələblərinə cavab verməli orqan deyildir. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 8-1-cı maddəsinə əsasən vəkilin köməkçisi vəkillik fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumları ilə, bu fəaliyyət fərdi qaydada həyata keçirildikdə isə vəkillə Vəkillər X1 müəyyən etdiyi formada və qaydada bağlanmış əmək müqaviləsinə əsasən fəaliyyət göstərir. Vəkil köməkçisinin əmək haqqı həmin müqaviləni bağlamış vəkil qurumunun və ya vəkilin hesabına verilir. Azərbaycan Respublikası Vəkillər X1 26 may 2021-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Vəkil köməkçilərinin fəaliyyətinin tənzimlənməsi Qaydaları”nın 2.3-cü bəndinə əsasən vəkil köməkçisi işinə qəbul olunmaq istəyən şəxslər müvafiq vəkil qurumuna və ya fərdi qaydada fəaliyyət göstərən vəkilə aşağıdakı sənədləri təqdim etməlidirlər: büro rəhbərinin və ya fərdi vəkilin adına işə qəbul barədə ərizə, kadrların şəxsi məlumat vərəqəsi, tərcümeyi hal, şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti, ali təhsil haqqında sənədin (diplomun) notariat qaydasında təsdiq olunmuş surəti, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında tanınmaqla və ekvivalentliyi müəyyən edilməklə (nostrıfikasiya olunmaqla), əmək kitabçasının notarial qaydada və ya iş yerində təsdiq edilmiş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla), məhkumluq barədə arayış, əqli cəhətdən sağlamlıq barədə tibbi arayış, 4 x 6 sm ölçüdə, ağ fonda çəkilmiş 2 ədəd rəngli fotoşəkil. Həmin Qaydaların 2.4-cü bəndinə uyğun olaraq qeyd olunan sənədlər büroda və ya fərdi vəkildə saxlanılmaqla, onların surəti büro rəhbəri və ya fərdi vəkil tərəfindən baxılıb müvafiq rəv verilməsi üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinə rəsmi qaydada təqdim olunur. Vəkillər X1 aparatı tərəfindən vəkil köməkçisinə aid müvafiq sənədlərin tamlığı və qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanıldıqdan sonra müvafiq rəy hazırlanaraq Rəyasət Heyətinin rəhbərliyinə təqdim edir. Rəy verildikdən sonra bu barədə büro rəhbəri və ya fərdi vəkil məlumatlandırıldıqdan sonra vəkil köməkçisi ilə təsdiq olunmuş formaya əsasən əmək müqaviləsi (1 nömrəli əlavə) bağlanılır. Əmək münasibətlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada elektron informasiya sistemində qeydə alınması təmin olunmalıdır. Göründüyü kimi, Vəkillər Kollegiyası Rəyasət Heyəti hər hansı vəkil qurumuna və ya vəkilə şəxsin vəkil köməkçisi təyin olunması barədə qərar qəbul edə bilməz. Müvafiq büro rəhbəri və ya fərdi vəkil vəkil köməkçisi olmaq istəyən şəxslə razılığa gəldikdən sonra Qaydaların 2.3-cü bəndində sadalanan sənədləri vəkil köməkçisi olmaq istəyən şəxs vəkil qurumuna və ya vəkilə ərizə ilə təqdim edir. Bundan sonra büro rəhbəri və ya fərdi vəkil tərəfindən vəkil köməkçisinə aid müvafiq sənədlərin tamlığı və qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılması və rəy verilməsi üçün Vəkillər X2 təqdim edir. Belə olan halda, Vəkillər X2 rəy verilməsi üçün büro rəhbəri və ya fərdi vəkil tərəfindən təqdimat daxıl olmadığı üçün hazırkı işdə iddiaçının “Azərbaycan Respublikası Vəkillər X1 13 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi'’ tələbi barədə iddiası qeyrimümkündür. Göstərilənlərə və İPM-in 35-ci maddəsinə, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı 10 aprel 2015cı il tarixli qərarının müddəalarına əsaslanaraq, iddianın mümkün sayılmaması, hazırkı, iş üzrə iddia tələblərinin rədd edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddiaya inzibati məhkəmə icraatı qaydasına baxılmalı olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi və bildirdi ki, iddiaçının qaldırdığı məsələ cavabdehin səlahiyyətində deyil. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasənm inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəsinə əsasən ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşı vəkilin köməkçisi ola bilər. Vəkilin köməkçisi vəkillik fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumları ilə, bu fəaliyyət fərdi qaydada həyata keçirildikdə isə vəkillə Vəkillər X1 müəyyən etdiyi formada və qaydada bağlanmış əmək müqaviləsinə əsasən fəaliyyət göstərir. Vəkil köməkçisinin əmək haqqı həmin müqaviləni bağlamış vəkil qurumunun və ya vəkilin hesabına verilir. Vəkilin köməkçisi öz fəaliyyətini vəkilin rəhbərliyi altında və onun tapşırıqlarını yerinə yetirməklə həyata keçirir. Vəkilin köməkçisi müstəqil olaraq vəkillik fəaliyyəti ilə məşğul ola bilməz. Vəkilin köməkçisi vəkillik sirrini qorumalı, habelə vəkillərin davranış qaydalarına riayət etməlidir. Göründüyü kimi, İddiaçı iddiasında cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “13 yanvar 2022-ci il tarixli qərarının qismən ləğvi”ni tələb edir. Məhkəmə iddiaçının tələbi ilə bağlı aşağıdakı xüsusatları qeyd edir: - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 13 yanvar 2022-ci il tarixli məktubu inzibati akt deyil, çünki həmin məktub ünvanlandığı şəxs kimi hazırkı iddiaçıya münasibətdə hüquqi nəticə yaratmır. Həmin məktub müvafiq müraciətə cavabdır; - İddiaçı qaldırdığı məsələ, yəni vəkil köməkçisi kimi fəaliyyət göstərməsi üçün onunla müəyyənləşdirilmiş forma və qaydada müqavilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə deyil, vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumları ilə, bu fəaliyyət fərdi qaydada həyata keçirildikdə isə vəkillə bağlana bilər. Yuxarıda qeyd olunanlara əsaslanaraq, o cümlədən iddiaçının qaldırdığı məsələnin cavabdehin səlahiyyətində olmamasını nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasına baxılması yolverilən deyil. Odur ki, iddia mümkünsüzdür. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar