Məhkəmə qərarları › İş №2-1(112)-6335/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6335/2021

01.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6335/2021 01.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X4, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirаkları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyasının təyin edilməsi, pensiya məbləğinin hesablanıb ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1991-1995-ci illərdə Milli Məclisin üzvü kimi fəaliyyətinə görə Milli Məclisin sabiq deputatları üçün müəyyən olunmuş pensiya almaq hüququnun təmin edilməsi, Milli Məclisin sabiq deputatı olaraq keçmiş illər üçün alınmamış əmək pensiyasının ödənilməsi və pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasının Milli Məclisi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun qüvvəyə minməsi barədə Azərbaycan Respublikasının Ali Sovetinin 30 oktyabr 1991-ci il tarixli 231-XX-İİ qərarının 3-cü bəndində keçid dövründə Azərbaycan Respublikası Ali Sovetinin səlahiyyəti Azərbaycan Respublikası Milli Məclisinə verilmiş və həmin Milli Məclisinin üzvləri də Milli Məclisin deputatları kimi çıxış etdiyi göstərilmişdir. Cavabdeh onu xalq deputatı kimi qələmə verməklə Konstitusiyanın keçid müddəalarının 4-cü bəndinin və “Azərbaycan Respublikasının Milli Məclisi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun qüvvəyə minməsi barədə” Azərbaycan Respublikasının Ali Sovetinin 30 oktyabr 1991-ci il tarixli 231-XX-İİ qərarının 3-cü bəndinin tələblərini pozmuşdur. Həmin tələblərə görə o, 30 oktyabr 1991-ci il tarixdən 27 noyabr 1995-ci ildə qüvvyə mindiyi Azərbaycan Respublikasının Konstitusiyasının keçid müddəlarının 4-cü bəndinə görə 1995-ci ilin oktyabr ayında yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirildiyi ana kimi Milli Məclisin deputatının səlahiyyətlərini saxlamışdır. Həmçinin, “Azərbaycan Respublikasının Dövlət qerbi haqqında” Azərbaycan Respublikasının 19 yanvar 1993-cü il tarixli 460 saylı Konstitusiya Qanunu, 02 mart 1993-cü il tarixli “Azərbaycan Respublikası Dövlət himni haqqında” əsasnamə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilmiş və həmin iclaslarda o da Milli məclisin deputatı kimi iştirak etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək 1 qrup əlil olmuş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Azərbaycan Respublikasının Milli Məclisinin sabiq deputatlarının (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikasının Milli Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ vardır. Onun əmək kitabçasında qeyd edilmişdir ki, o 1991 -1992-ci illər üzrə Azərbaycan Respublikası Milli Məclisinin Ekologiya və Təbii ehtiyatlardan istifadə olunmasına nəzarət daimi komissiyasının sədri, 1992-ci ildən 1995-ci ilə kimi Azərbaycan Respublikası Milli Məclisinin Büdcəyə nəzarət daimi komissiyasının sədri seçilmişdir. Həmin kitabçada onun hüququ statusu “Azərbaycan Respublikasının xalq deputatı” kimi yox “Azərbaycan Respublikasının Milli Məclisinin deputatı kimi başa düşülür. Əlavə olaraq Azərbaycan SSR Ali Sovetinin deputatı” söz birləşməsinin ilk Milli Məclisin üzvlərinə, o cümlədən ona heç bir aidiyyəti yoxdur və ola da bilməz. Çünki, o,“Azərbaycan SSR Ali Sovetinin deputatı” olmamış və ümumiyyətlə qanunvericilikdə belə bir ifadə işlədilməmişdir. Ümumiyyətlə o deputat fəaliyyətini göstərdiyi illərdə dövlətin adında “SSR”, yəni “Sovet Sosialist Respublikası” sözləri olmamışdır. Qanunverici orqan olan Ali Sovetin yeni seçilmiş “xalq deputatları”nın səlahiyyətlərini təsdiq etdiyi 5 fevral 1991-ci il tarixli ilk iclasının qərarı ilə həm də dövlətin adından “Sovet Sosialist” sözləri çıxarılmış və ölkə “Azərbaycan Respublikası” adlandırılmışdır. Ali Sovet 1991-ci ildə cəmi 9 ay (fevral-oktyabr) fəaliyyət göstərmişdir. O “xalq deputatı” kimi deyil, 1991-1995-ci illərdə daimi fəaliyyət göstərən yeni parlamentin- Milli Məclisin deputatı kimi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Ali Sovet daimi fəaliyyət göstərmədiyi üçün o dövrdə (fevraloktyabr 1991-ci il) “Azərbaycan Respublikasının xalq deputatları” müxtəlif dövlət təşkilatlarında işləyiblər və həmin daimi iş yerlərindən də əmək haqqı almışlar, lakin 30 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Milli Məclisi haqqında” Konstitusiya qanununa müvafiq olaraq seçilmiş yeni parlamentin - “Azərbaycan Respublikasının Milli Məclisi“nin üzvü olan deputatlar, o cümlədən o orada daimi və əsas iş yeri olaraq qanunverici səs hüquqlu deputat statusunda qulluq etmiş və əmək (qanunvericilik) fəaliyyətinə görə oradan əmək haqqı almışdır. “Azərbaycan Respublikasının Milli Məclisi haqqında” Konstitusiya Qanununun 2-ci maddəsinin 4-cü bəndində yazılır: “Azərbaycan Respublikası Milli Məclisinin üzvləri daimi fəaliyyət göstərir və onların əvvəlki iş yerlərinə bərpa olunmaq hüququ saxlanılır” . Həmçinin, göstərilən qanunun 4-cü maddəsinə görə, Milli Məclisə seçilən deputatlar orada qanunvericilik təşəbbüsü ilə çıxış etmək və qanunverici səs hüququna malik idilər, bu isə o deməkdir ki, daimi fəaliyyət göstərən Milli Məclisin təşkili ilə oraya seçilən deputatların hüquqi statusunda yeni hal yaranmışdır, yəni onlar məhz yeni institutun - Milli Məclisin daimi fəaliyyət göstərən deputatı statusuna sahib olmuşlar. Buna görə də o “Azərbaycan SSR Ali Sovetinin deputatı” kimi yox “Milli Məclisin üzvü” kimi çıxış etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbinə etiraz məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək 1-ci qrup əlil olmuş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Azərbaycan Respublikasının Milli Məclisinin sabiq deputatlarının qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ vardır. 30 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Milli Məclisi haqqında” Konstitusiya Qanunu ilə Azərbaycan Respublikasının Milli Məclisini təşkil etmiş və keçid dövrü üçün səlahiyyətlərini ona vermiş Azərbaycan Respublikası Ali Sovetinin deputatlarının hüququ statusu 1995-ci ildə qəbul olmuş Azərbaycan Respublikası Konstitusiyasından sonra fəaliyyətə başlamış deputatların statusuna bərabər tutula bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə etiraza uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. İşin araşdırılmış hallarında müəyyən olunur ki, iddiaçı 1991-ci ildə Azərbaycan Respublikası Milli Şurasının üzvü seçilmiş, Azərbaycan Respublikasının yeni seçilmiş Milli Məclisinin işə başlaması ilə əlaqədar “Azərbaycan Respublikası Milli Məclisinə seçkilər haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsinə əsasən Azərbaycan Respublikasının xalq deputatı səlahiyyətlərinə xitam verilmişdir. Hazırda iddiaçı sabiq deputat kimi pensiya hüquqlarının bərpa olunmasını istəyir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Məhkəmə, qənaətini əsaslandırmaq üçün qanunvericiliyin aşağıda qeyd olunan normalarına diqqət yetirir: “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun hazırda qüvvədən düşmüş olan 30-cu maddəsi - “Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla pensiya yaşına çatmış sabiq deputat Milli Məclisin fəaliyyətdə olan deputatının orta aylıq əmək haqqının 80 faizi məbləğində pensiya alır və deputatın orta aylıq əmək haqqının artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir.” Həmin normanın qeyd olunan mətni - “Məhkəmənin qanuni qüvvəyə minmiş hökmu əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatın pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.” mətni ilə əvəz edilmişdir. Hazırda qüvvədən düşmüş olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsi - Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli X3 Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla pensiya yaşına çatmış sabiq deputat müvafiq olaraq Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətdə olan deputatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətdə olan deputatının orta aylıq əməkhaqqının 80 faizi məbləğində pensiya alır və deputatın orta aylıq əməkhaqqının artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.2-ci maddəsinə görə bu Qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (20.1.1-ci maddə əmək pensiyası yaşma çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatları nəzərdə tutur) əmək pensiyasına Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətdə olan deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətdə olan deputatının əməkhaqqının, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Məhkəmə hesab edir ki, iddianın təmin edilməməsinin əsası “Milli Məclisin üzvü“ yoxsa, “Milli Məclisin deputatı” kimi məfhumların fərqlənməsinə deyil, “deputat” institutunun hazırkı Konstitusiyanın qəbulundan əvvəlki və sonrakı hüquqi statusundadır. Belə ki, 30 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Milli Məclisi haqqında” Konstitusiya Qanunu ilə Azərbaycan Respublikasının Milli Məclisini təşkil etmiş və keçid dövrü üçün səlahiyyətlərini ona vermiş Azərbaycan Respublikası Ali Sovetinin deputatlarının hüquqi statusu 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikası Konstitusiyasından sonra fəaliyyətə başlamış deputatların statusuna bərabər tutula bilməz. 12.11.1995-ci il tarixdə qəbul edilmiş və 27.11.1995-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Konstitusiyasının 83-cü maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Lakin iddiaçı Milli Məclisinin üzvü kimi yuxarıda qeyd olunan yolla seçilməmiş, 30.10.1991-ci il tarixdə qəbul olunmuş ( 19.05.1992-ci il, 26.08.1992-ci il 289 №, 15.06.1993-cü il №627 əlavə və dəyişikliklərlə) «Azərbaycan Respublikası Milli Məclisi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən təyin edilmişdir. X1 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının tam dövlət müstəqilliy əldə etməsi üçün zəmin yaratmaq məqsədilə keçid dövrü elan olunmuş və Azərbaycan Respublikasının Milli Məclisi yaradılmışdır. X1 2-ci maddəsində (bütün dəyişikliklər və əlavələr nəzərə alınmaqla) Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Respublikası xalq deputatlarının 51 nəfərindən ibarət tərkibdə təşkil edilməsi nəzərdə tutulmuşdur. 21.04.1978-ci il tarixdə qəbul Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına əsasən bütün xalq deputatlarının gizli səsvermə yolu ilə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında seçilməsi nəzərdə tutulsa da, keçid dövrü üçün yaradılmış Milli Məclisin üzvləri Ali Sovetin 450 deputatının yalnız 51 nəfərindən ibarət tərkibdə təyin edilmiş, yəni həmin 51 nəfər xalq tərəfindən yenidən Milli Məclisin üzvü kimi seçilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında» Azərbaycan Respublikasının ilk Qanunu 12.08.1995-ci il tarixində qəbul edilmişdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən Milli Məclis tərəfindən majoritar seçki sistemi əsasında seçkilərin təşkili və keçirilməsi üçün Azərbaycan Respublikasının ərazisininin 100 seçki dairəsinə bölünməsi nəzərdə tutulmuşdur. Həmin Qanunun 85-ci maddəsinə əsasən isə həmin səlahiyyətlərin yeni Milli Məclis seçilənədək Azərbaycan Respublikasının Ali Soveti tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Yuxarıda adıçəkilən «Azərbaycan Respublikası Milli Məclisi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinə əsasən keçid dövründə Azərbaycan Respublikası Ali sovetinin səlahiyyəti Azərbaycan Respublikasının Milli Məclisinə verilmişdir. Göründüyü kimi, keçid dövründə Azərbaycan Respublikası Ali Sovetinin səlahiyyətləri Milli Məclisə verilmiş olsa da, artıq yeni qəbul edilmiş «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında» Qanunda majoritar seçki əsasında seçilməli olan Milli Məclisin səlahiyyətləri Məclis seçilənədək keçid dövrünün Milli Məclisinə deyil, Azərbaycan Respublikası Ali Sovetinin özünə verilmişdir. Yəni 1991-1995ci illər ərzində fəaliyyət göstərən Milli Məclis məhz keçid dövrü üçün yaradılmış müvəqqəti və keçid dövrünün bitməsi ilə əlaqədar funksiyalarına xitam verilmiş bir qurum idi. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” nə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə qərаrа аldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyasının təyin edilməsi, pensiya məbləğinin hesablanıb ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar