Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-638/2021 24.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi X10, iddiaçının prosessual hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdehlər Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsinə və Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsin Göygöl rayon Filialına qarşı müavinət və birdəfəlik yardımların ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1995-ci ildən hesablanmaqla əvvəlki illərə görə ona 1941- 1945-ci illər X13 sonralar vəfat etmiş iştirakçısının dul arvadına müavinət və birdəfəlik maddi yardımların cəmi olaraq 5429,5 manat verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-cu il tarixdə ilk dəfə olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-ə müraciət etmiş və müvafiq Fərmana əsasən ona “1941-1945-ci illər X13 (BVM) sonralar vəfat etmiş döyüşçüsünün dul arvadı" kimi birdəfəlik maddi yardım verilmişdi. Sonra bilmişdir ki, 1995-ci ildən başlayaraq BVM-də iştirak etmiş və sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına hər il müxtəlif məbləğ və davamiyyətlə müavinətlər verilibdir. Əvvəlki illərə görə almaq hüququndan ödənişlərin verilməsi müraciəti əsassız olaraq təmin edilməmişdir. Belə ki, onun X9 ilə nikahı 27.04.1955-ci il tarixdə əvvəlki Xanlar (indiki Göygöl) VVAQ Şöbəsində qeydiyyata alınmışdır. Əri X19 iştirakçısı olmuşdur. O, 15.02.1995-ci il tarixdə vəfat etmişdir. Əvvəlki illərdə verilmiş belə ödənişin alınması haqqında müraciəti təmin edilməmişdir. Bunu onunla əsaslandırmışlar ki, o, əvvəllər bu barədə dövlət orqanına müraciət etməmişdir. Ona edilmiş imtina əsassız və qanuna ziddir. Belə ki, bu ödənişlərin verilməsini nəzərdə tutan qanunvericilik aktlarında ödənişləri almaq hüququnun əmələ gəlməsi dövlət orqanına “müraciət etmə" halından deyil, BVM iştirakçısı olmuş və sonrakı illərdə vəfat etmiş şəxslə onun vəfat etdiyi tarixdə qanuni nikahda olma halından asılı edilmişdir. Müvafiq dövlət orqanına müraciət etmə isə qanunvericiliklə nəzərdə tutulmuş hüququn həyata keçirilməsi üsuludur. əgər üsula dair qanunda birbaşa qadağalar nəzərdə tutulmayıbsa, hüququmun həyata keçirilməsi haqqında müraciət tarixi onun (qanunvericilik aktına əsasən) obyektiv olaraq mövcud olan dövlət yardımı almaq hüququna xitam verə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində hər kəsin sosial təminat hüququ olduğu qeyd edilir. Konstitusiyanın 41-ci maddəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Hazırda onun bu yardıma ehtiyacı var. Həm yaşına görə səhhəti artıq zəifləyib, müalicə dərmanlarını almaq çətinləşib, maddi təminatı daim zəifləyir. BVM iştirakçılarına, onların dul arvadlarına müavinətlərin və maddi yardımların ödənilməsini nəzərdə tutan qanunvericilik aktlarının siyahısını Cədvəl şəkilində əlavə verir. 2019-cu il üçün aldığı birdəfəlik maddi yardımı çıxdıqdan sonra əvvəlki dövr üçün BVM-in sonralar vəfat etmiş döyüşçüsünün dul arvadının dövlət başçısının fərman və sərəncamlarına əsasən almaq hüququ olduğu cəmi məbləğ 5429,5 manat (beş min dörd yüz iyirmi doqquz manat əlli qəpik) təşkil edir. İddiaçı 28 iyul 2020-ci il tarixdə öldüyündən məhkəmə tərəfindən iddiaçının oğlu X6 prosessual hüquq varisi kimi məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh2 Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsin Göygöl rayon Filialı ilə əvəz edilmişdir. Cavabdeh Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsi iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddia tam əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı iddia tələbi iki hissədən ibarətdir: aylıq müavinətin ödənilməsi; birdəfəlik maddi yardımın ödənilməsi. İşin mübahisələndirilən birinci halı İddiaçı aylıq müavinətin ödənilməməsindən ibarətdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddəsinin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir. Sözügedən Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, 1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular müharibə veteranları hesab edilirlər. Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2001-ci il tarixli, 613 nömrəli Fərmanı “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq vətəndaşlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə verilən güzəştlərin müaviq müavinətlərlə əvəz olunması ilə əlaqədar aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi daşıyır. Həmçinin sözügedən Fərmanda həlak olmuş döyüşçülərin dul arvadlarına 18 manat, X19ndən sonra vəfat etmiş döyüşçülərin dul arvadlarına 12 manat məbləğində müavinətin verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin “1941- 1945-ci illər müharibəsi veteranlarına, əlillərinə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, müharibə illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə dövlət qayğısının artırılması haqqında” 03 may 2005-ci il tarixli, 234 nömrəli Fərmanı ilə “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr 613 nömrəli Fərmanına dəyişiklik edilməsi nəzərdə tutulmuşdur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət – onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Beləliklə 26.12.2001-ci il tarixdən qüvvəyə minən qanunvericilikdəki sözügedən tənzimləmələrə müvafiq olaraq vəfat etmiş döyüşçülərin dul arvadlarına əvvəllər verilən güzəştlərin əvəzinə sosial müavinətlər təsis edilmiş, bununla da qeyd edilən tarixdən etibarən bu kateqoriyaya aid edilmiş şəxslərə ünvanlı ödəniş kimi güzəşt deyil, sosial müavinət verilməyə başlanılmışdır. Həmçinin qeyd edilməlidir ki, vəfat etmiş döyüşçülərin dul arvadlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq güzəştli statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəalarının tətbiq edilməlidir. Göründüyü kimi sözügedən qanunvericilikdə dəyişikliklər nəticəsində 26.12.2001-ci il tarixdən əvvəl və sonra vəfat etmiş döyüşçülərin dul arvadlarına münasibətdə fərqli hüquqi vəziyyət müəyyənləşdirilmiş, vəfat etmiş döyüşçülərin dul arvadlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı yeni normalar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş X21 Sistemindən çıxarışa müvafiq olaraq İddiaçı 05.06.1974cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İşin faktiki hallarından göründüyü kimi iddiaçının aylıq sosial müavinətin ödənilməsini tələb etdiyi 2019-cu il tarixdə o qanunun tələblərinə müvafiq olaraq pensiyaçı olmuşdur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.6-cı maddəsinin tələblərinə müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət o halda verilə bilər ki, onu almaq hüquq müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmamalıdır. Göründüyü kimi iddiaçıya sözügedən aylıq müavinətin ödənilməsi qanunun tələblərinə ziddir. İşin mübahisələndirilən ikinci halı İddiaçı birdəfəlik maddi yardımın ödənilməsindən ibarətdir. Belə ki, sözügedən yardım ildə bir dəfə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan maliyyələşməklə buna hüququ olan şəxslərə ödənilir. İşin mübahisələndirilən bu halı ilə bağlı qeyd edilməlidir ki, birdəfəlik maddi yardım hər il verilməsi üçün buna hüququ olan şəxs tərəfindən hər il müvafiq filiala müraciət edilməlidir. Lakin işin faktiki hallarından göründüyü kimi İddiaçı ona birdəfəlik maddi yardımın ödənilməsi üçün yalnız 2019-cu il tarixdə müraciət etmiş və müvafiq filial tərəfindən ona sözügedən maddi yardım ödənilmişdir. Həmçinin qeyd edilməlidir ki, sözügedən maddi yardımın ödənilməsi ilə bağlı Fərmanın geriyə qüvvəsi nəzərdə tutulmamışdır. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı qanunun tələblərinə müvafiq olaraq sözügedən aylıq sosial müavinətə və birdəfəlik maddi yardıma hüququ olmadığından “aylıq müavinət və birdəfəlik maddi yardımın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının prosessual hüquq varisinin nümayəndəsi və vəkili Vəkil oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsin Göygöl rayon Filialı lazımi qaydada xəbərdarlıq edilmiş, lakin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsin Göygöl rayon Filialının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1918-ci il tarixdə Ermənistan, Vardanis rayonu, Zod kəndində doğulmuşdur. - Göygöl rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07.06.2019-cu il tarixli arayışın surətindən görünür ki, X9 ilə X12 arasında 27.04.1955-ci ildə nikah bağlanmışdır. - Azərbaycan Respublikası Səfərbəylik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon Şöbəsi tərəfindən verilmiş 26 aprel 2019-cu il tarixli, H-130 №-li arayışın surətindən görünür ki, İddiaçı 1911-ci il təvəllüdlü həyat yoldaşı X9 həqiqətən sentyabr 1941-ci il tarixdən may 1942-ci il tarixədək 816 saylı atıcı alay tərkibində hərbi xidmət keçmişdir. - Göygöl rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 iyun 2011-ci il tarixli, 457674 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 15 fevral 1995-ci ildə kəskin ürək çatışmamazlığı xəstəliyindən ölmüşdür. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanan **********0 №-li, 05.11.2019-cu il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin İkinci Dünya müharibəsində Qələbənin ildönümü ilə bağlı hər il üçün imzaladığı Sərəncamı əsasında nəzərdə tutulan birdəfəlik maddi yardımlar yalnız 1941- 1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə şamil olunur və hər il müvafiq ilin dövlət büdcəsindən bu məqsədlə ayrılan vəsait hesabına verilir. ünvan 1 ünvanında yaşayan xx.xx.1918-ci il təvəllüdlü İddiaçı Nazirlik yanında Cavabdeh2nə 2019-cu ilin 07 iyun tarixində ərizə və tələb olunan sənədlərlə şöbəyə müraciət edərək mərhum həyat yoldaşının (X4) 1941-1945-ci illər İkinci Dünya müharibə iştirakçısı olduğunu bildirmişdir. Göygöl rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 aprel tarixli 1139 nömrəli Sərəncamı əsasında İddiaçı 2019-cu il 22 avqust tarixində 500,00 manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi təmin edilmişdir. Məlumat üçün bildirilir ki, İddiaçı Fondun Göygöl rayon şöbəsi tərəfindən hər ay 206,43 manat məbləğində yaşa görə əmək pensiyası alır. - Cavabdeh Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsin Göygöl rayon Filialı tərəfindən məhkəməyə ünvanlanmış 19.08.2020-ci il tarixli, **********0 №-li məktubdan görünür ki, vətəndaş İddiaçı 07.06.2019-cu il tarixdə X19 iştirakçılarının dul arvadlarına ödənilən birdəfəlik maddi yardıma görə müraciət etmiş (müraciətin X8 Alt Sistemində nömrəsi **********8) və 2019-2020-ci illərdə həmin yardımı almışdır. - Göygöl rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04.08.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 28 iyul 2020-ci il tarixdə ölmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göygöl rayon Notariat Ofisi tərəfindən X2 ünvanlanmış 15 oktyabr 2020-ci il tarixli, 222№-li məktubdan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən X1 Yazagül Abuş qızının vərəsəsidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı əri X9 1941-1945-ci illər X13 iştirakçısı olmuş, 15 fevral 1995-ci ildə ölmüşdür. İddiaçı ərinin X13 iştirakçısı olması barədə tələb olunan məlumatı 07.06.2019-cu ildə cavabdehə təqdim edildikdən sonra “1941-1945-ci illər X13 iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ona 22.08.2019-cu ildə, eyni zamanda 2020-ci ildə birdəfəlik maddi yardımlar ödənilmişdir. İddiaçı 05.06.1974-cü ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 1995-ci ildən hesablanmaqla əvvəlki illərə görə müavinətin və birdəfəlik yardımın ödənilməsini cavabdehlərdən tələb edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddəsinin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir. Azərbaycan Respublikası Prezidentinin “1941-1945-ci illər X19 iştirakçılarının həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının, müharibə illərində arxa cəbhədə çalışmış, fədakar əməyinə görə orden və medallarla təltif edilmiş vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” 2 may 1995-ci il tarixli, 323 nömrəli Fərmanına əsasən 1941-1945-ci illər X19ndə faşizm üzərində qələbənin 50 illiyi ilə əlaqədar müharibə iştirakçılarının, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının, müharibə illərində arxa cəbhədə çalışmış, fədakar əməyinə görə orden və medallarla təltif edilmiş vətəndaşların qəhrəmanlığına və rəşadətli əməyinə ehtiram və minnətdarlıq hissini bildirərək, onların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə müharibə iştirakçılarına və həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına—minimum əmək haqqının 5 misli həcmində birdəfəlik maddi yardım edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 26 dekabr 2001-ci il tarixli, 613 nömrəli Fərmanına əsasən "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq vətəndaşlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə verilən güzəştlərin müvafiq müavinətlərlə əvəz olunması ilə əlaqədar aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi ilə X19ndən sonra vəfat etmiş döyüşçülərin dul arvadlarına 12 manat məbləğində müavinətin verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin “1941-1945-ci illər müharibəsi veteranlarına, əlillərinə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, müharibə illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə dövlət qayğısının artırılması haqqında” 03 may 2005-ci il tarixli, 234 nömrəli Fərmanına əsasən X19ndən sonra vəfat etmiş döyüşçülərin dul arvadlarına 90 manat məbləğində aylıq müavinət müəyyən edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun: - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. - 7.0.6-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. “1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə X19 iştirakçılarına, X19ndə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad mühasirəsinin iştirakçılarına birdəfəlik maddi yardımların edilməsi, sərəncamın icrası ilə əlaqədar Azərbaycan Respublikasının müvafiq illər üzrə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan vəsaitlərin ayrılması qərara alınmışdır. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunun: - 6.1-ci maddəsinə əsasən dövlət büdcəsində, Naxçıvan Muxtar Respublikasının büdcəsində və yerli büdcələrdə nəzərdə tutulmayan xərclər, habelə dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün dövlət büdcəsinin, Azərbaycan Respublikası Prezidentinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin və yerli büdcələrin məbləği müəyyən edilən ehtiyat fondları yaradıla bilər. - 6.2-ci maddəsinə əsasən dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 5 faizindən artıq olmamaqla, əvvəlki ildə bu Fondun xərcinin faktiki icrası nəzərə alınmaqla müəyyən edilir. - 6.3-cü maddəsinin tələbinə görə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyən edilir. Bu Fondun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir. - Bu Qanunun 6.2-ci və 6.3-cü maddələrində nəzərdə tutulan ehtiyat fondlarının vəsaitlərinin istifadə müddəti müvafiq büdcə ilinin sonunda başa çatır. Göründüyü kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. 1941- 1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım isə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ödənilir və ehtiyat fondunun vəsaitlərinin istifadə müddəti müvafiq büdcə ilinin sonunda başa çatır. Məhkəmə hesab edir ki, iddiaçı İddiaçı əri X4 X13 iştirakçısı olması barədə məlumatı 07.06.2019-cu ildə cavabdeh Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsin Göygöl rayon Filialı təqdim etdiyindən həmin dövrdən başlayaraq ona Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarının icrası ilə bağlı birdəfəlik maddi yardımlar ödənilmişdir. Bundan əlavə İddiaçı 05.06.1974-cü ildən əmək pensiyaçısı olduğundan X19ndən sonra vəfat etmiş döyüşçülərin dul arvad kimi müavinətin ödənilməsini tələb etmək hüququna malik olmamışdır. Odur ki, cavabdeh inzibati orqanlar tərəfindən imtina qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-638/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-638/2021
24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver