Məhkəmə qərarları › İş №2-1(112)-6385/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6385/2022

15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6385/2022 15.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Təhsildə X1rşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 14 yanvar 2022-ci il tarixli NA00003433 nömrəli "xarici dövlətlərinin ali təhsil ixtisaslarının tanınması və ekvivaletliyinin (nostrifikasiyasının) müəyyən edilməsi barədə qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, 1998-ci ildə Bakı Dənizçilik Məktəbinə daxil olmuşdur, həmin məktəbi 1999-cu ilin iyun ayında bitirərək, X8 Donanma İdarəsində "Əli Əmirov" qazma və dalğıc gəmisində elektrik vəzifəsində çalışmağa başlamışdır. 2004cü ildən həmin İdarədə "X5" adına dalğıc gəmisində matros vəzifəsində çalişmışdır. 28.07.2010-cu ildən isə həmin İdarədə bosman vəzifəsində işləyir. Gəmidə kapitan, kapitanın baş köməkçisi və köməkçisindən sonra əsas məsul vəzifə bosmandır. 20 ildən çoxdur gəmidə işləyir, bu sahədə yüksək bilik, bacarıq və praktikaya malik olduğu üçün ali təhsil almağa qərar vermişdir. Azərbaycan Respublikası ərazisində gəmiçilik sahəsində qiyabi təhsil almaq mümkün olmadığna görə xaricidə təhsil almışdır. 2017-2021-ci illər ərzində Ukrayna Respublikasının Dövlət İnfrastruktur və Texnolojiyalar Universitetinin Getman X4 adına X7 İnstuitunda qiyabi oxuyaraq "çay və dəniz nəqliyyatı ixtisası, 271.01 naviqasiya və dəniz gəmilərinin idarə edilməsi" ixtisasılaşması üzrə bakalavr dərəcəsində təhsil almışdır. Ali təhsil aldığı dövrdə ən yüksək 100 balı dəniz təcrübəsindən və ingilis dilindən verilmişdir. Ona "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair" 1978-ci il tarixli əlavələr edilmiş Beynəlxalq Konvensiyaya uyğun olaraq 6 dəfə sertifikat verilmişdir və həmin sertifikatlara əsasən dünyanın 172 dövlətinin dəniz administrasiyasında işlə təmin olunmaq hüququna malikdir. Ali təhsil haqqında Diplomun tanınması üçün sənədlərini Azərbaycan Respublikası Təhsil Nazirliyi tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim etmişdir və “mail” ünvanına 23.12.2021-ci il tarixdə saat 15:15- də zoom praqramin yükləyib imtahanda “onlayn” qaydasında iştirak edəcəyi barədə məlumat almışdır. “Onlayn” qaydasında imtahanda çətinliklə iştirak etmişdir. Belə ki, imtahan vaxtı o, dənizdə "Şirvan" gəmisində işdə olmuşdur və əmək funksiyalarını yerinə yetirmək vəzifəsini daşımağı ilə bağlı imtahanda iştirakı üçün əlverişli şərait olmamışdır. İmtahan zamanı ona rus dilində müəyyən suallar verilib, bu suallardan biri mürəkkəb qurluşlu cümlənin sinxron tərcümə edilməsi olmuşdur ki, o, bunu edə bilməmişdir, çünki o, rus dili tərcüməçi ixtisası üzrə ali təhsil almamışdır və hesab edir ki, ondan bunun tələb edilməsi özlüyündə qanunsuzdur. Ondan başqa rus dili səviyəsinin aşağı olması nəzəri və praktik biliklərinin aşağı səviyyədə olmasına dəlalət edə bilməz, çünki gəmiçillik sahəsində terminlərin çox hissəsi ingilis dilindədir. Hesab edir ki, ilk dəfə “onlayn” qaydasında imtahan verməsini, dənizdə işdə olmağını, eləcə də verilən sualları gəmiçilik sahəsinə heç bir adiyyatının olmadığnı nəzərə almaqla verilən tapşırığı kafi olaraq yerinə yetirmişdir, amma buna baxmayaraq son nəticədə imtahandan keçməməyi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin iddia ilə bağlı yazılı etirazı (mülahizə) məhkəməyə təqdim olunmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazda göstərmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq 29.12.2021-ci il tarixdə videomüsahibə əsasında ərizəçinin tədris dili (rus dili) üzrə biliklərinin yoxlanılması zamanı tədris dilini bilmə səviyyəsinin aldığı ixtisasın mənimsənilməsi üçün qənaətbəxş hesab olunmaması səbəbilə ona müvafiq sənədin verilməsindən imtina etmiş və bu barədə məlumat 14.01.2022-ci il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi kvalifikasiyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarına uyğun gəlmədiyi müəyyən edilmişdir.Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, müvafiq olaraq məhkəmə iclasına gəlməmişlər və nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər, cavabdehlər gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmədə İddiaçı vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və elektron məhkəmə sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1976-ci ildə Xaçmaz rayonu, Qusarçay kəndində doğulmuş İddiaçı ünvan 1i ünvanında qeydiyyatdadır. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Xaçmaz şəhəri Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. İddiaçı vəkili Nümayəndə hazırki işin aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. İPM-nin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-nin 8.1.2, 8.5 və 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Təhsildə X1rşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair 2- 1(112)-6385/2022 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar