Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6391/2025 11.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin dərəcəsinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, İddiaçının qanuni nümayəndəsi (anası) X5, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlillik dərəcəsinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 11 iyun 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.2003-cü il təvəllüdlüdür. İddiaçının əlillik vəziyyəti xx.xx.2007-ci il tarixində ilkin olaraq qiymətləndirilmiş və 2 il müddətinə (xx.xx.2009-cu il tarixinədək) sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçının sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2013-cü il tarixindən 2 il müddətinə, xx.xx.2015-ci il tarixindən isə növbəti dəfə 3 il müddətinə (xx.xx.2018-ci il tarixinədək) artırılmışdır. Növbəti dəfə iddiaçının əlillik vəziyyəti İsmayıllı Rayon Uşaq Poliklinikasının 1359003AABH5 nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixində elektron qiymətləndirilmiş və 3 il müddətinə (xx.xx.2021-ci il tarixinədək) sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar qəbul edilmişdir. Sağlamlıq imkanları məhdudluğunun bitdiyi xx.xx.2021-ci il tarixindən sonra iddiaçıya dair 7 nömrəli Şəhər Poliklinikası tərəfindən 0170003AAEL6 nömrəli göndəriş rəsmiləşdirilmiş, həmin göndəriş əsasında iddiaçının əlillik vəziyyəti xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə iddiaçının əlillik vəziyyəti 2 nömrəli X1 xx.xx.2024-cü il tarixli, R00179397GZG nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində yenidən qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 60 faiz pozulması barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə iddiaçıya dair əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə 2 nömrəli X4 tərəfindən xx.xx.2024-cü il tarixli, Z00236966FXC nömrəli göndəriş rəsmiləşdirilmiş, həmin göndəriş əsasında iddiaçının əlillik vəziyyəti xx.xx.2024-cü il tarixində yenidən qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 70 faiz pozulması barədə qərar qəbul edilmişdir. İddidaçı bununla razılaşmamış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – cavabdeh) müraciət edərək əlillik dərəcəsinin artırılması xahiş etmişdir. Müracitəinə əsasən iddiaçı xx.xx.2025-ci il tarixində Agentlikdə həkim-ekspertlər tərəfindən müayinə edilmiş və əlillik vəziyyətinin qiymətləndirilməsi barədə verilmiş xx.xx.2024-cü il tarixli qərar qüvvədə saxlanılmışdır. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı (qanuni nümayəndəsi vasitəsi ilə) cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və ona orqanizmin funksiyalarının 81-100% pozulmasına uyğun olaraq müddətsiz əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən hallarına istinadən tələb onunla əsaslandırılmışdır ki, oğlunun əlilliyinin gücləndirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin onun övladının orta əqli geriliyi olduğu halda yüngül əqli gerilik ilə 60% qiyməti ilə qiymətləndirilib, üzərinə əlavə 10% qiymətləndirmə ilə hər iki qulağı İV dərəcə ağır eşitməsi ilə əlavə olunaraq ümumi 70% olaraq qiymətləndirmə aparıb İİ dərəcə əlillik verilib. Övladının bir gözünün tamamilə görməsinə də əlavə əlillik düşdüyü halda onu qeyd etməyib və qiymətləndirilməyiblər. Övladının bir gözünün tamamilə görməməsi haqda Zərifə Əliyeva adına Göz İnstitu rəy vermişdi. Lakin cavabdeh bu diaqnozunu təsdiqləməmişdir. X7 və Reabilitasiya Agentliyində canlı komissiyada da olmuşdur və göz həkimləri rəyin qanuni olduğunu təsdiqləmiş, lakin yenə də qiymətləndirilməni dəyişdirilməmişlər. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının sağlamlıq vəziyyətində hazırda qüvvədə olan əlillik təyinatına yenidən baxılması üçün vətəndaş qəbulunda iştirak etmiş və onun əyani müayinəsi həyata keçirilmişdir. Əyani müayinə nəticəsində aşağıdakı qeydlər aparılmışdır: sağlamlıq vəziyyətində hazırda qüvvədə olan əlillik təyinatına yenidən baxılmasına (gücləndirmə) əsas verə biləcək ağırlaşmaların olmadığı görüldü. (psixiatrik müayinəsinin nəticələrinə görə ofp 60%, eşitmə qüsuruna görə ofp 40% təyinatı əsaslıdır. Hazırki müayinəsi nəticəsində görmə qüsuru olduğu və ofp 50% ilə təyinata əsas verdiyi görüldü. belə olan halda da ən yüksək təyinat faizinə 60%+10% əlavə edilməklə yekun təyinatın ofp 70% ilə olacaqdır. bu səbəblə tsek qərarı ofp faiz nisbəti eyni qalmaqla dəyişdirsin və görmə məhdudiyyətli olması qeydinin aparılması üçün, həmçinin əmək zəmanətin məsələsinə yenidən baxaraq yeni qərar qəbul etsin) və şəxsə müvafiq izahat verildi. Nəticədə iddiaçının əlilliyinin səbəbi Əlillik alt sistemində xx.xx.2024-cü il tarixindən dəyişdirilərək, Ümumi xəstəlik => Gözdən əlilliyi olan şəxs olaraq müəyyən edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının qanuni nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək rədd edilməsi barədə qərar qəbil edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). İddiaçı əlilliyin dərəcəsinin daha yüksək olduğunu iddia edir ki, onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2025-ci il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2025-ci il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən halıdır ki, iddiaçıya ilk dəfə xx.xx.2007-ci il tarixdə 2 il müddətinə, xx.xx.2015-ci il tarixdə, 3 il müddətinə və xx.xx.2019-cu il tarixində 3 il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar qəbul edilmişdir. Sağlamlıq imkanları məhdudluğunun bitdiyi xx.xx.2021-ci il tarixindən sonra iddiaçıya xx.xx.2021-ci il tarixindən ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə iddiaçının əlillik vəziyyəti 2 nömrəli X1 xx.xx.2024-cü il tarixli, R00179397GZG nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində yenidən qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 60 faiz pozulması barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə iddiaçıya dair əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə 2 nömrəli X4 tərəfindən xx.xx.2024-cü il tarixli, Z00236966FXC nömrəli göndəriş rəsmiləşdirilmiş, həmin göndəriş əsasında iddiaçının əlillik vəziyyəti xx.xx.2024-cü il tarixində yenidən qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 70 faiz pozulması barədə qərar qəbul edilmişdir. İddidaçı bununla razılaşmamış və cavabdehə müraciət edərək əlillik dərəcəsinin artırılmasını xahiş etmişdir. Müraciətinə əsasən iddiaçı 8.01.2025-ci il tarixində Agentlikdə həkim-ekspertlər tərəfindən müayinə edilmiş və xx.xx.2024-cü il tarixli qərar qüvvədə saxlanılmışdır. İddiaçı hazırda 8.01.2025-ci il tarixli qərarı mübahisələndirir və hesab edir ki, ona orqanizmin funksiyalarının 81-100% pozulmasına uyğun olaraq müddətsiz əlillik təyin edilməlidir. Məhkəmə hesabe edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən ölkə hüdudları daxilində olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. [9] 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. İş materiallarında müəyyən edilir ki, sonuncu dəfə iddiaçıya dair əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə 2 nömrəli X4 tərəfindən xx.xx.2024-cü il tarixli, Z00236966FXC nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçının xəstəlikləri aşağıdakı kimi olmuşdur. Əsas diaqnoz – XBT kodu - F71.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta Kəmağıllılıq. Kobud davranış pozuntuları. Nitq qusuru ilə. İQ=45. Yanaşı xəstəlik – XBT kodu – H93.3 Eşitmə sinirinin xəstəlikləri, İki tərəfli koxlear nevrit; Yanaşı xəstəlik – XBT kodu – H90.3 Eşitmənin neyrosenmsor tip iki tərəfli itirilməsi, İİİ-İV dərəcəli; Yanaşı xəstəlik – XBT kodu - G93. Baş beynin zədələnməsi; Yanaşı xəstəlik – XBT kodu - H33.5 Tor qişanın qopmasının digər formaları; Yanaşı xəstəlik – XBT kodu – H43.1 Şüşəyə bənzər qişaya qansızma; Yanaşı xəstəlik – XBT kodu – H35.3 arxa qütbün və ləkənin degenerasiyası. Qeyd edilən əsas diaqnoz və yanaşı xəstəliklərin iddiaçıda olması iş materiallarında olan ekspert rəyi ilə öz təsdiqini tapır. Belə ki, Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X2 ekspertlərinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, 2003-cü il təvəllüdlü İddiaçı adma tərtib edilmiş xx.xx.2025-ci il tarixli, T 278/2025 saylı rəy. İddiaçı, sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Bakı 2 nömrəli X4” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, Z00236966FXC nömrəli Forma 088 göndərişində qeyd edilmiş “Əsas diaqnoz: F71.1 -qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta kəmağıllıq kobud davranış pozuntuları nitq qüsuru ilə, İQ=45, ikitərəfli koxlear nevrit, İİİ-İV dərəcəli neyrosensor ağıreşitmə. Yanaşı xəstəliklər: G93-baş beyinin digər zədələnmələri, H93.3-eşitmə sinirinin xəstəlikləri, ikitərəfli koxlear nevrit, iki tərəfli neyrosensor ağıreşitmə, H90.3-eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, İİİ-İV dərəcəli neyrosensor ağıreşitmə, H33.5-tor qişanın qopmasının digər formaları, H52.2-astiqmatizm” diaqnozu ona anamnestik, klinik, laborator instrumental müayinələri əsasında qoyulmuşdur və hazırda da rast gəlinir. Həmçinin həmin diaqnozların iddiaçıda olması cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda da etiraf edilmişdir və mübahisələndirilmir. Belə ki, psixiatrik müayinəsinin nəticələrinə görə ofp 60%, eşitmə qüsuruna görə ofp 40% təyinatı əsaslıdır. Hazırki müayinəsi nəticəsində görmə qüsuru olduğu və ofp 50% ilə təyinata əsas verdiyi görüldü. Belə olan halda da ən yüksək təyinat faizinə 60%+10% əlavə edilməklə yekun təyinatın ofp 70% ilə olacaqdır. Bu səbəblə tsek qərarı ofp faiz nisbəti eyni qalmaqla dəyişdirsin və görmə məhdudiyyətli olması qeydinin aparılması üçün, həmçinin əmək zəmanətin məsələsinə yenidən baxaraq yeni qərar qəbul etsin) və şəxsə müvafiq izahat verildi. Nəticədə iddiaçının əlilliyinin səbəbi Əlillik alt sistemində xx.xx.2024-cü il tarixindən dəyişdirilərək, Ümumi xəstəlik => Gözdən əlilliyi olan şəxs olaraq müəyyən edilmişdir. Lakin cavabdeh iddiaçının orqanizmin funksiyalarının pozulma faizini düzgün müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti İddiaçının əsas diaqnozu – XBT kodu - F71.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta Kəmağıllılıq. Kobud davranış pozuntuları. Nitq qusuru ilə. İQ=45.
7. Psixi və davranış pozuntuları Qeyd. Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması.
7.2. Əqli gerilik Qeydlər: Əqli gerilik zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - anadangəlmə və ya erkən neyronal inkişafla əlaqəli olub əqli geriliyə səbəb olan (genetik xəstəliklər, hamiləlik və doğuş zamanı patologiyalar, infeksiyalar, intoksikasiyalar, prenatal və ya postnatal dövrdə beynin digər zədələnmələri, həmçinin digər səbəblər); - İQ qiymətləndirilməsi əsasında müəyyən edilən intellektual funksiyaların pozulması dərəcəsi; - əsas həyat fəaliyyəti sahələrində adaptasiya səviyyəsi. Yanaşı davranış pozuntularının olması və təzahür dərəcəsi (məsələn, hiperaktivlik, impulsivlik, aqressiya).
Hazırkı işdə cavabdeh qeyd olunan əsas diaqnoz üzrə iddiaçının əlilliyi Meyarların 7.2.1-ci bəndinə uyöun olaraq OFP 60% müəyyən etmiş, həmin faizin üzərinə üzə iddiaçıda olan yanaşı xətsəlilər bağlı diaqnozu, yəni eşitmə qüsuruna görə 10% əlavə edilməklə yekun təyinatın ofp 70% olmasını qeyd etmişdir. Lakin iddiaçı barəsində rəsmiləşdirilmiş göndərişdə iddiaçının əsas diaqnozu kimi “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta Kəmağıllılıq. Kobud davranış pozuntuları. Nitq qusuru ilə. İQ=45.” Göstərilmişdir. Meyarların 7.2.1-ci bəndinə nəzərə yetirildikdə əqli gerilik orta deyil, yüngül əqli gerilik, həmçinin İQ qiymətləndirməsi 50-69 göstərilmişdir. İddiaçıda isə, əqli gerilik orta, İQ qiymətləndirmə isə 45 kimi qeyd edilmişdir. Qeyd olunan qiymətləndirmələr isə, Meyarların 7.2.1-ci bəndinə deyil, 7.2.2-ci bəndinə uyğun gəlir. Belə ki,
yüngül dərəcəli əqli gerilik İQ 50-69: davamlı psixopatoloji pozuntular olduqda: orta dərəcədə astenik, affektiv, 2.1. psixopatik təzahürlər, nadir epileptiform 35-60 müddətsiz paroksizmlər, somatopsixik infantilizm, əlavə somatik və nevroloji patologiyalar, şəxsiyyət dəyişiklikləri orta dərəcəli əqli gerilik İQ 35-49: adi şərtlərlə təhsil ala və ya işləyə bilməməsi, ətrafdakılarla adaptasiya və 7.2.2. qarşılıqlı əlaqə zamanı nəzərəçarpacaq 65-80 müddətsiz çətinliklər yaşanması, əksər tələbatların ödənilməsi üçün kənar şəxslərin köməyinə ehtiyacın olması
Belə olan halda, cavabdeh iddiaçının əsas diaqnozunu OFP faizini 60% deyil, 65- 80% arası müəyyən etməli idi. Digər tərəfdən iddiaçıda yanaşı xəstəlik kimi, eşitmə və görmə qüsurlarının olması və bu xəstəliklərin əlillik təyinatına əsas verməsini cavabdeh də mübahisələndirmədiyi halda, cavabdeh OFP faizini müəyyən edərkən 60%+10%=70% müəyyən etmiş, lakin iddiaçının görmə qüsuruna görə əlavə 10% hesablamamışdır. Ccavabdehin təqdim etdiyi yazılı etirazda qeyd edilmişdir ki, iddiaçının müayinəsi nəticəsində görmə qüsuru olduğu və ofp 50% ilə təyinata əsas verdiyi müəyyən edilmişdir. Nəticədə iddiaçının əlilliyinin səbəbi Əlillik alt sistemində xx.xx.2024-cü il tarixindən dəyişdirilərək, Ümumi xəstəlik => Gözdən əlilliyi olan şəxs olaraq müəyyən edilmişdir.
İddiaçıda olan yanaşı diqanozlar: Yanaşı xəstəlik – XBT kodu – H93.3 Eşitmə sinirinin xəstəlikləri, İki tərəfli koxlear nevrit; Yanaşı xəstəlik – XBT kodu – H90.3 Eşitmənin neyrosenmsor tip iki tərəfli itirilməsi, İİİ-İV dərəcəli; Yanaşı xəstəlik – XBT kodu - G93. Baş beynin zədələnməsi; Yanaşı xəstəlik – XBT kodu - H33.5 Tor qişanın qopmasının digər formaları; Yanaşı xəstəlik – XBT kodu – H43.1 Şüşəyə bənzər qişaya qansızma; Yanaşı xəstəlik – XBT kodu – H35.3 arxa qütbün və ləkənin degenerasiyası.
8. Gözün və gözün əlavə aparatının xəstəlikləri Qeyd. Tibbi-sosial ekspertizanın aparılması zamanı gözün və onun əlavə aparatının xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn davamlı funksiya pozuntusunun təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi görmə funksiyalarının pozuntularının xarakterinə və təzahür dərəcəsinə (bunlardan əsasları: görmə itiliyi şərti vahidlərlə - v) və görmə sahəsi dərəcələrlə -( ̊ əsaslanır. Görmə funksiyalarının vəziyyəti onların XBT-10da verilmiş göstəricilərinin sıralanması vasitəsilə müəyyən olunur. Görmə analizatorunun pozulması dərəcəsi daha yaxşı görən (və ya yeganə) gözün funksiyasının optimal korreksiya ilə vəziyyətinə görə qiymətləndirilir. Daha dərin müayinə tələb olunanda elektrofizioloji və digər xüsusi morfofunksional müayinə üsullarından istifadə oluna bilər (görmənin retinal itiliyinin, törədilmiş görmə potensiallarının müəyyən edilməsi). Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və mərhələsi, prosesin aktivliyi, çatışmazlığın əmələgəlmə vaxtı, ona qarşı adaptasiya dərəcəsi, korreksiyanın növü və xüsusiyyətləri (eynək, kontakt, intraokulyar).
Görmə itiliyi H00-H59
9. Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri Qeyd. Qulağın və məməyəbənzər çıxıntının funksiyalarının xəstəlik, zədə və çatışmazlıqlara görə davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən ən yaxşı eşidən (yeganə) qulağın eşitmə funksiyasının pozulması dərəcəsinin və xarakterinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: xəstəliyin gedişatının forması və mərhələsi, eşitmə çatışmazlığının əmələgəlməsi vaxtı, ona qarşı adaptasiya dərəcəsi, fəsadlaşmaların növləri və xüsusiyyətləri, nitq və psixi funksiya çatışmazlıqları ilə yanaşı olması və daha dərin müayinələrə ehtiyac olduğu halda elektrofizioloji və digər morfofunksional müayinə üsullarından istifadə olunur (audiometriya, otoakustik emissiya, törədilmiş eşitmə potensialları).
9.1.3. eşitmə zəifliyi bir tərəf üzrə İİİ dərəcə, 40 5 il digər tərəf üzrə İV dərəcə 9.1.4. eşitmə zəifliyi İV dərəcə, ikitərəfli 50 müddətsiz 9.1.5. eşitmənin ikitərəfli tam itirilməsi 60 müddətsiz
İddiaçıda olan əsas diqanoz və yanaşı xəstəliklərin hazırda da iddiaçıda müşahidə edilməsi ekspert rəyi ilə öz təsdiqini tapmış, həmçinin cavabdeh də bu diqaqnozların iddiaçıda olması və əlillik təyinatına əsas verməsini mübahisələndirməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Normanın məzmunundan da bəlli olur ki, şəxsdə əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal olduqda hər bir hal ayrılıqda qiymətləndirilir. Beləliklə iddiaçıda olan əsas diqanoz 65% (Myearara əsasən 65-80%-dir. Ən aşağı faiz götürüldükdə belə) + 10% eşitmə qüsuruna görə + 10% görmə qusuruna görə = OFP 85%. Qaydaların normalarını hazırkı isə tədbiqi zamanı müəyyən edilir ki, cavabdeh iddiaçıya 1 dərəcə (OFP 81-100%) əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; ... Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-921/2025 nömrəli iş üzrə, xx.xx.2025-ci il tarixli qərardadlarında (məhkəmə təcrübəsinin vahidliyi ilə bağlı cavabdehin orqanın kassasiya şikayətinin mümkünsüz hesab edilməsinə dair) məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1428/2024 nömrəli; 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-1148/2024 nömrəli, 2- 1(102)-522/2024 nömrəli; 2-1(102)- 2378/2023 nömrəli; 2-1(102)-2458/2024 nömrəli; 2- 1(102)-2702/2024 nömrəli; 2-1(102)-2636/2024 nömrəli qərardadları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Əlavə olaraq, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-764/2024 nömrəli, 2-1(102)- 671/2024 nömrəli; 2-1(102)-437/2024 nömrəli; 2-1(102)-2500/2023 nömrəli; 2-1(102)-2378/2023 nömrəli qərarları; 2-1(102)-2458/2024 nömrəli; 2-1(102)- 2636/2024 nömrəli; 2-1(102)-2702/2024 nömrəli; 2-1(102)-2950/2024 nömrəli; 2-1(102)- 3098/2024 nömrəli qərardadları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Hazırkı iş üzrə göndərişdə göstərilmiş, apellyasiya məhkəməsinin qərarında sadalanmış iddiaçıya məxsus tibbi sənədlərdə mövcud olan və ekspert rəyində də təsdiqlənmiş diaqnoz əlillik təyinatına əsas verir” Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 8.01.2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı ona orqanizmin funksiyalarının 81-100% pozulmasına uyğun olaraq müddətsiz əlilliyin müəyyən edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Bəhlul Cəlalov