Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6399/2024 17.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə3, mütəxəssis X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “iddiaçının prokurorluq orqanlarında işlədiyi xidmət illərini hakim kimi əmək stajına daxil edilməsi, iddiaçıya 01 yanvar 2022-ci il tarixdən 30 dekabr 2023-cü il tarixə kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilməsi, hakimlik stajının hər 05 ilinə görə vəzifə maaşının 15 faizi həcmində olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla yanaşı iddiaçıya hakim kimi əmək pensiyasının hesablanması, həmçinin pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla, müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavə hesablanmaqla ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İ. Mübahisənin predmeti
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ alMüdafı̇ əsiNazı̇ rlı̇ yı̇ nintabelı̇ yı̇ ndəDövlət Sosı̇ alMüdafı̇ əFondunun Xüsusi Şərtlərlə Təyı̇ natüzrə Mərkəzı̇ Fı̇ lı̇ alınaqarşı “iddiaçının prokurorluq orqanlarında işlədiyi xidmət illərini hakim kimi əmək stajına daxil edilməsi, iddiaçıya 01 yanvar 2022-ci il tarixdən 30 dekabr 2023-cü il tarixə kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilməsi, hakimlik stajının hər 05 ilinə görə vəzifə maaşının 15 faizi həcmində olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla yanaşı iddiaçıya hakim kimi əmək pensiyasının hesablanması, həmçinin pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla, müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavə hesablanmaqla ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 30 iyul 1985-ci il tarixdən 07 avqust 2008-ci il tarixədək prokurorluq orqanlarında müstəntiq, baş müstəntiq, xüsusilə mühüm işlər üzrə müstəntiq, prokuror köməkçiçi, prokuror müavini və digər vəzifələrdə fasiləsiz 23 il 08 gün müddətdə işləmişdir. Həmin müddət ərzində Azərbaycan Respublikası Konstitusiya Dövlət quruluşunun qorunmasında, Azərbaycan Respublikasının ərazisində sabitliyin təmin edilməsində, Dövlət çevrilişi cəhdlərinin, təxribatların, terror aktların, digər cinayətlərin açımasında, onların istintaqının aparılmasında müsbət nəticələr göstərməsinə görə dəfələrlə təltib olunmaqla yanaşı, Azərbaycan Respublikası sabiq X4 sərəncamı ilə “İgidliyə görə” medalı ilə şəxsən tərəfindən təltif edilmiş, fəaliyyətinə və yüksək göstəricilərinə görə Azərbaycan Respublikası Prezidentinin 2979 nömrəli 06 avqust 2008-ci il tarixli Sərəncamı ilə ilkin olaraq Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, bundan sonra 1238 nömrəli 13 dekabr 2010-cu il tarixli Sərəncamla 01 yanvar 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. Bundan sonra, Milli Məclisinin 708-4 QR saylı 06 avqust 2013-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi vəzifəsinə təyin olunmaqla, 65 yaş həddinə çatdığına görə Məhkəmə-Hüquq Şurasının 387 saylı 30 dekabr 2023-cü il tarixli Qərarı ilə hakimlik səlahiyyətlərinə xitam verilmiş, bununla da onun hakimlik stajının müddəti ümumilikdə 15 il 04 ay 24 gün təşkil etmişdir. Beləliklə, prokurorluq orqanlarında və məhkəmə sistemində iş stajının müddəti cəmi 38 (otuz səkkiz) il 04 (dörd) ay 27 (ifirmi yeddi) gün olması mübahisələndirilməyən haldır. Buna baxmayaraq cavabdehin 31 yanvar 2024-cü tarixli məktubundan görünür ki, ona yaşa görə əmək pensiyası hesablanarkən prokurorluq orqanlarında olan xidmət illəri hakim kimi iş stajının hesablanması zamanı nəzərə alınmamışdır. Göründüyü kimi, Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filial istər “Məhkəmələr və hakimlər haqqında”, istərsə də “Prokurorluq orqanlarında qulluq keçmə barədə” Azərbaycan Respublikası Qanunlarının tələblərini pozaraq, Qanunları icra etmək əvəzinə özlərinə sərf edəcək formada Qanunlara izah vermişlər. Cavabdeh tərəfindən ona hakim kimi əmək pensiyası təyin edərkən, qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Hakimlərin maddi təminatı onların müstəqilliyinin əsas elementlərindən biridir və pensiya təminatı da buna daxildir. Belə ki, hakim fəaliyyət göstərdiyi dövrdə təminatının yüksək olması müstəqilliyinin göstəricisi olmaqda, eyni zamanda gələcəkdə pensiya təminatına da əmin olmaqla, maddi rifahı barədə gələcəklə əlaqədar tərəddüdü və narazılığı olmamalıdır. Bununla bağlı “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanunun 73- cü maddəsinin və “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin müddəaları da bu prizmadan, yəni Konstitusiyanın 126-cı maddəsində, 127-ci maddəsinin 1 və 2-ci hissələrində, 128-ci maddəsinin 1-ci və 2-ci hissələrində, həmçinin də beynəlxalq hüquqi aktlarda hakimlərin hüquqi statusu və onların müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar baxımından təfsir edilməlidir. Nəzərə almaq lazımdır ki, konstitusionhüquqi dəyərlər şəxsin hakim vəziyyətdə işlədiyi dövrdə mövcud olan daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəaların tətbiqini şərtləndirir və zəruri hesab edir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun “20.0.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə hakimlərin səlahiyyət müddətdə olmuş və tədricən dəyişdirilmiş, hakimlərə daha üstün sosial müdafiə təminatını əks etdirən qanunvericiliyin müddəları Konstitusiyanın 149-cu maddəsinin 7-ci hissəsinin müddəaları nəzərə alınmaqla, qanunvericiliyinin dəyişdirilməsindən asılı olmayaraq, öz qüvvəsini saxlamalıdır. Şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyinin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişiklərinin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiyanın təminatına neqativ təsirini Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən, neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlüuəsizliyini təmin etmək məqsədlərinə xidmət edir. İş materialına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli arayışına görə, onun işlədiyi son iki ildə aldığı əmək haqqının tərkibinə staja görə əlavə, vəzifə maaşına görə əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün əlavə, məzuniyyətə çıxmaq və müalicə olunmaq üçün müavinətlər daxil olmuş, habelə göstərilən bütün həmin müavinətlərdən ödənişlərdən məcburi sosial sığorta haqları tutulmuşdur. Belə olan halda, Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq hesab edir ki, onun işlədiyi son iki ildə aldığı əmək haqqının tərkibinə staja görə əlavə, vəzifə maaşına görə əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün əlavə, məzuniyyətə çıxmaq və müalicə olunmaq məqsədi ilə müavinətlər verildiyindən, ona pensiya təyin olunarkən, bütün müavinətlər, ödənişlər və çıxılmalar birmənalı şəkildə nəzərə alınmalıdır. İddia ərizəsinə əlavə olunan sənədlərdən göründüyü kimi, Azərbaycan Respublikasının Prezidentinin 06 avqust 2008-ci il tarixli Sərəncamı ilə Ağır Cinayətlərə dair İşlər işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, sonradan isə 1238 saylı 13 dekabr 2010-cu il tarixli Sərəncamla 01 yanvar 2011-ci il tarixdən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. Bundan sonra, Milli Məclisinin 708-4 QR saylı 06 avqust 2013-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi vəzifəsinə təyin olunmaqla, 65 yaş həddinə çatdığından, Məhkəmə-Hüquq Şurasının 387 saylı 30 dekabr 2023-cü il tarixli Qərarı ilə onun hakimlik səlahiyyətlərinə xitam verilmiş, bununla da onun hakimlik stajının müddəti ümumilikdə 15 il 04 ay 24 gün təşkil etmişdir. Beləliklə, onun prokurorluq orqanlarında işlədiyi xidmət illəri hakim kimi əmək stajına daxil edilməklə; onun 01 yanvar 2022-ci il tarixdən 30 dekabr 2023- cü il tarixə kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə; hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmdə olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirlməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla, hakim kimi əmək pensiyasının hesablanması, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla, müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavə hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, İddiaçı prokurorluq orqanlarındakı xidmət illərininin hakim kimi iş stajına hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Belə ki, iddiaçıya 31 dekabr 2023-cü il tarixindən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib. Onun vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2556,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 1150,20 manat, səlahiyyətlərin icrasına görə vəzifə maaşının 25 faizi miqdarında 639,00 manat, bir aylıq vəzifə maaşı həcmində əlavəsi 2556,00 manat, digər növ əlavələri 1043,70 manat olmaqla orta aylıq əmək haqqı 7944,90 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinə əsasən 15 il 4 ay 24 gün hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (7944,90 manat) 51 faizi-4051,90 manat məbləğində müəyyən edilib. Aparılmış yenidən hesablama barədə (yəni iddiaçıya hakim kimi əmək pensiyasının təyin edilməsi barədə) xx.xx.2024-cü il tarixində 3-17-1/3-7-256/2024 nömrəli yenidən hesablama barədə inzibati akt qəbul etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 28-ci maddəsinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və hüquqi şəxsin ərizəsidir. İnzibati orqan inzibati icraatın sonunda inzibati akt qəbul edir ki, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İddiaçı Mərkəzi filiala ərizəsi əsasında inzibati orqan tərəfindən inzibati icraat aparılmış və xx.xx.2024-cü il tarixində 3-17-1/3-7-256/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixində 3-17-1/3-7-256/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar da inzibati icraat aparılan zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun normalarına tam riayət olunaraq qəbul edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
İİ.İddianın növü və mümkünlüyü
4.Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 5.Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 6.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddiaçı cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.
7. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
8. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.
İş materiallarında olan:
AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Bakı Apellyasiya Məhkəməsinin 387 nömrəli, 30 dekabr 2023-cü il tarixli “Səlahiyyətlərinə xitam verilmiş hakim İddiaçı əmək haqqının ödənilməsinin dayandırılması haqqında” Əmrinə əsasən, hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması nəzərə alınaraq Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 30 dekabr 2023-cü il tarixli qərarı ilə hakimlik səlahiyyətlərinə xitam verilmiş Bakı Apellyasiya Məhkəməsinin hakimi İddiaçı 30 dekabr 2023-cü il tarixdən əmək haqqının ödənilməsi dayandırılmışdır. Məhkəmə-Hüquq Şurasının 30 dekabr 2023-cü il tarixli Qərarından çıxarışa əsasən, hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması nəzərə alınaraq, Bakı Apellyasiya Məhkəməsinin hakimi X1 2023-cü il 30 dekabr tarixdən xitam verilməsi qərara alınmışdır. “Əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün” arayışdan görünür ki, İddiaçı 01 yanvar 2022-ci il tarixdən 30 dekabr 2023-cü il tarixləri arasındakı işlədiyi dövr ərzində onun əmək haqqı aşağıdakılardan ibarət olmaqla, ümumi məbləği 166382.86 (bir yüz altmış altı min yüz səksən iki manat 86) qəpik təşkil etmişdir. İddiaçıya məxsus ИТ –İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1976-cı ildə Qazax rayon Aqstafa qəsəbəsi üzrə 3-cü (üçüncü) dərəcəli fəhlə vəzifəsinə qəbul olunmuş, xx.xx.1977-ci ildə tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.1978-ci ildə “Qazaxpromostroy” SU Trest-3-də 1-ci dərəcəli fəhlə vəzifəsinə qəbul olunmuş, xx.xx.1978-ci ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək hərbi xidmətdə olmuş, xx.xx.1980-ci ildə xx.xx.1985-ci ildə təhsil almış, xx.xx.1985-ci ildən 07 avqust 2008-ci ilədək prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2008-ci ildə Ağır Cinayətlərə Dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, xx.xx.2013-cü ildə Bakı Apellyasiya Məhkəməsinə hakim təyin edilmiş, xx.xx.2023-cü ildə son yaş həddinə çatması nəzərə alınaraq hakimlik səlahiyyətlərinə xitam verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 31 yanvar 2024-cü il tarixli, 3-17-1/2-M-22520/2024 saylı məktubuna əsasən bildirilmişdir ki, iddiaçının prokurorluq orqanlarındakı xidmət illəri hakim kimi iş stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İddiaçıya 31 dekabr 2023-cü il tarixindən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib. Vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2556,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 1150,20 manat, səlahiyyətlərin icrasına görə vəzifə maaşının 25 faizi miqdarında 639,00 manat, bir aylıq vəzifə maaşı həcmində əlavə 2556,00 manat, digər növ əlavələr 1043,70 manat olmaqla orta aylıq əmək haqqı 7944,90 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanın “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinə əsasən 15 il 4 ay 24 gün hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (7944,90 manat) 51 faizi-4051,90 manat məbləğində müəyyən edilib.
İV. Məhkəmənin mövqeyi
9. Məhkəmə, iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.
10. Azərbaycan Respublikasının Konstitusiyasının 16-cı maddəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci madəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlər; Həmin Qanunun 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında;20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Həmin Qanunun 20.7.2-ci maddəsinə əsasən, 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 12.“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə əsasən, prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir. 13.”Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 109-cu maddəsinə əsasən hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 100-cü maddəsinin ikinci hissəsinə əsasən hakimlərin müstə-qilliyi onların səlahiyyəti dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmaz-lığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, vəzifədən kənarlaşdı-rılmasının və səlahiyyətlərinə xitam verilməsinin məhdudlaşdırılması ilə, məhkəmə ha-kimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməsi ilə, məhkəmə icraatına hər hansı şəxs tərəfin-dən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, hakimlə-rin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələri-nə uyğun maddi və sosial təminatlar verilir. Həmin Qanunun 106-cı maddəsinin birinci maddəsinin İ bəndinə əsasən Hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir: ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin, inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində; digər məhkəmələrin sədrlərinə Ali məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində; bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir. Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. İlk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilir. 14.“Hakimlərin statusuna dair Avropa Xartiyasının” 6.1-ci maddəsinə əsasən «Hakimlər öz funksiyalarını həyata keçirərkən onların müstəqilliyinə və qərəzsizliyinə zərbə vura biləcək və öz səlahiyyətləri çərçivəsində onlar tərəfindən qəbul edilən bu və ya digər qərarlara və ya həyata keçirilən hərəkətlərə təsir göstərilməsi məqsədinə yönələn müdaxilələrdən qaçılmalarına şərait yaradacaq miqdarda maddi mükafatlandırma hüququna malikdirlər». Həmin Xartiyanın 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə mümkün olduğu miqdarda onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına yaxın olan məbləğdə pensiya verilməsinə təminat verilməlidir. 15.«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiyanın və beynəlxalq-hüquqi aktların müddəalarına əsasən hakimlərin pensiya təminatının maddisosial imtiyaz kimi deyil, müstəqilliklərinin təminatının əhəmiyyətli bir vasitəsi kimi qəbul edilməsi əsas verir ki, sonradan qanunvericiliyi dəyişdirməklə fəaliyyətdə olan hakimlərin malik olduqları pensiya təminatlarının səviyyəsi azaldıla bilməz. Əks halda, yeni qanunvericilik Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipi ilə, 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatı ilə, habelə 149-cu maddəsinin İ hissəsində müəyyən olunmuş normativ hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanılması prinsipi ilə, eləcə də 149-cu maddəsinin Vİİ hissəsində təsbit edilmiş yalnız fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil ediləcəyi müddəası ilə ziddiyyət təşkil edə bilər.
16. İş materiallarından göründüyü kimi, İddiaçı 30 iyul 1985-ci il tarixdən 07 avqust 2008ci ilədək prokurorluq orqanlarında, 07 avqust 2008-ci il tarixdən 30.12 2023-cü il tarixədək Bakı Agır Cinayətlər Məhkəməsində hakim kimi işləməsi, prokurorluq orqanlarında 23 il 08 gün, hakim kimi isə 15 il 04 ay 24 gün sosial sığorta stajının olması öz təsdiqini tapmaqla işin mübahisələndirilməyən haldır.
17. İşin cavabdeh inzibati orqan tərəfindən mübahisləndirilən halı iddiaçıya hakim kimi yaşa görə əmək pensiyası təyin edilərkən, onun prokurorluq orqanlarıındakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsindən ibarətdir. Məhkəmə cavabdehin bu dəlilə münasibətdə qeyd edir ki, iddiaçı prokurorluq işçisi kimi məhkəmə orqanlarına işə keçirildiyindən, onun prokurorluqdakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsinə qanuni gözləntisi var. Beləki, yuxarıda qeyd edilən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanununun “Prokurorluqda qulluq keçmənin yaş həddi” adlanan 32-ci maddəsinin 5-ci hissəsinə görə, prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirərkən onların prokurorluqdaki xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Göründüyü kimi, qeyd olunan norma məhz, prokurorluq işçilərinin hakim kimi xidmət illərinə daxil edilməsini tənzimləyir və xidmət illəri geniş anlayış olmaqla, təkcə xidmət illərinə görə maaşa əlavələri ehtiva etmir. Odur ki, cavabdehin bu dəlili əsassızdır.
18. Beləliklə, iddiaçının prokurorluqdakı xidmət illəri də daxil olmaqla, məhkəmə və prokurorluq orqanlarında 38 il 04 ay 27 gün sığorta stajı vardır. Odur ki, iddiaçı ona hakim kimi əmək pensiyası təyin edilərkən, qanunvericilikdə qeyd edilən əlavələr nəzərə alınmaqla, hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı ərzindəki orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanmasını, habelə əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır.
19. Məhkəmə qeyd edilənlərin məntiqi davamı olaraq iddia tələbində iddiaçının tələb etdiyi hakimlik stajının hər 5 illinə görə vəzifə maaşının 15% həcmində vəzifə maaşına əlavə olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olinması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı ilə baglı aşagıdakıları qeyd edir: - “Məhkəmələ və hakimlər haqqında” Qanunun 106-ci maddəsinə görə, hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir: 106-ci maddənin birinci hissəsinə “məbləğdə” sözündən sonra “aylıq sözü”və “edilir” sözündən sonra “ və onlarabiq aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir” sözləri 12 ilyul 2019-cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixə qədər hakim işlədiyindən həmin əlavəni almışdır. - hakimlik stajının hər 5 illinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 illinə görə eyni həcmdə əlavəhaqq verilir. - səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunun aylıq pul təminatı verilir. 12 ilyul 2019cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 106-cı maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir. İddiaçı xx.xx.2023 –cü il tarixə qədər hakim işlədiyindən pul təminatını almışdır;. - Qanunun 107-ci maddəsinə əsasən hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqq verilir. 8 iyul 2022-ci il tarixli 582-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 107-ci maddənin birinci hissəsinin ikinci cümləsindən ”və iki aylıq əmək haqq məbləğində müavinət” sözləri çıxarılmışdır. İddiaçı həmin pul təminatını almışdır;. - 8 iyul 2022-ci il tarixədək qüvvədə olmuş Qanunun 109-cu maddənin dördüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuşdur ki, hakimlərə müalicə olunması üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir.
20. Beləliklə, iddiaçının prokurorluq orqanlarında xidmət illəri də nəzərə alınmaqla,ona 01 yanvar 2022-ci il tarixdən 30 dekabr 2023-cü il tarixə kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə , hakimlik stajının hər 05 ilinə görə vəzifə maaşının 15 faizi həcmində olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla yanaşı iddiaçıya hakim kimi əmək pensiyasının yenidən hesablanmasını, habelə qeyd edilən əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanmasını tələb etməkdə haqlı sayılmalıdır.
21. Eyni zamanda qeyd edilməlidir ki, əmək pensiyasına əlavənin hesablanması zamanı iddiaçının xx.xx.2023-cü il tarixədək işlədiyi nəzərə alınmalı, əmək pensiyasının yenidən hesablanması və əlavlər nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında əlavənin hesablanması həmin tarixdən həyata keçirilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir.
22. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad – inzibati orqabnla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düsgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 23.Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.
24.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
26. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2, 32, 34, 68, 69, 85, 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRАRА АLDİ:
İddiа tələbi təmin edilsin. İddiaçı prokurorluq orqanlarında işlədiyi xidmət illərini hakim kimi əmək stajına daxil edilməklə, iddiaçıya 01 yanvar 2022-ci il tarixdən 30 dekabr 2023-cü il tarixə kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 05 ilinə görə vəzifə maaşının 15 faizi həcmində olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla yanaşı iddiaçıya hakim kimi əmək pensiyasının hesablanması, həmçinin pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla, müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavə hesablanmaqla ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qoyulsun. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.sss
Hаkim Miminаt Hаcıbəyоvа