Məhkəmə qərarları › İş №2-1(112)-6401/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6401/2023

20.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6401/2023 20.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi cavabdeh Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı «tenderin və onun nəticələrinin ləğv edilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı «tenderin və onun nəticələrinin ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı Azərbaycan Respubliası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Ofis qapıları və digər inventarların satın alınması” məqsədilə elan etdiyi 49288 nömrəli açıq tenderində iştirak etməklə 63.545 manat məbləğlə tenderin qalibi olmuşdur. Bu barədə həmin nazirlik tərəfindən açıq tender prosedurunda təklif zərflərinin açılması üzrə 14 noyabr 2022-ci il tarixli 2 saylı iclas protokolu qəbul edilmiş, həmin protokolla açılış ilə bağlı məlumatların iddiaçılara dərhal təqdim edilməsi və tender komissiyasının tenderin əsas şərtlər toplusunda göstərilmiş təkliflərin qüvvədə olma müddətinin bilməsinə 10 bank iş günü qalanadək qiymətləndirməsini bitirərək qərar qəbul olunması qərara alınmışdır. İddiaçı tenderin qalibi olduğu halda cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və satınalan təşkilat hec bir hüquqi əsas olmadan qanunsuz şəkildə onu qalibi olduğu tenderden uzaqlaşdıraraq qiymət təklifinin kənarlaşdırılması barədə məktub və müraciətə baxılmasının nəticəsi barədə 16 dekabr 2022-ci il tarixli imtina verərək faktiki olaraq onu real və sağlam iddiaçı sahibkar olaraq tenderdən kənarlaşdırmışlar. Satınalma yerli, kiçik və orta sahibkatlıq subxckllərinin satınalmalarda iştirakını təmin etməklə, onların fəaliyyətinin sürətləndirilməsinə zəmin yaradan sistemdir. Həmin sistemlə dövlət satınalmaları sahəsində şəffaflığın artırılması və dövlət büdcəsinə maksimum qənaət edilməsi tənzimlənir. Məqsəd bu olsa da, cavabdehlər tərəfindən onun (iddiaçının) qeyd olunan tenderdə təklif zərfi şübhəli qiymətləndirilmiş, bununla da onun qeyd olunan tenderdən kanarlaşması barədə qanunsuz qərar qəbul olunmuşdur. Belə ki. qeyd olunan tender üzrə tender Komissiyası onun göstəriləcək xidmətlə əlaqədar təqdim eldiyi “Meysan” markalı qapı kilidinin 30 manat məbləğində qeyd eldiyini qəbul etməmiş və həmin markanın məhsulunun qymətinin 50 – 60 manat olduğu qətaətinə gələrək bu əsasla iddiaçını qiymət prosedurundan kənarlaşdırmışdır. Əsl həqiqətdə cavabdehlər belə bir qanunsuz yanaşma ilə birbaşa dövlət vəsailinin israfına yol acan hərəkətlər edərək qanunsuz qərarlar qəbul elmişlər. Daha sonra kənarlaşma barədə məktubda qapı kipləşdiriçilərinin və penaların az miqdarda istifadə edilməsi şübhəsini əsas gətirərək onun qanuni fəaliyуətinə kölgə salan işgüzar nüfuzuna xələl gəlirən mövqelər sərgiləmişlər. Mahiyyəti üzrə qapı kipləşdiriçiləri və müvafiq işlənməsi nəzərdə tutulan репа məhsulları qapı hazır vəziyyətdə yerinə yerləşdiyi zaman istifadə olunur ki, satınalan təşkilat bu nəticələri görmədiyi zaman bunun necə şübhəli olduğu qənaətinə gəlmişdir. Beləliklə, işdən və rəsmi уanaşmalardan acıq və mübahisəsiz qaydada görünür ki. cavabdehlər bu iş üzrə şəffaflıq prinsipini pozaraq acıq şəkildə dövlət büdcəsinin mənafeyinə zidd yol acan hərəkətlər elmişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 16 dekabr 2022-ci il tarixli AİBNDX-11/01-7/1669s imtinası qanunsuz hesab olunmaqla cavabdeh Azərbaycan Respubliası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Ofis qapıları və digər inventarların satın alınması” məqsədi ilə elan etdiyi 49288 nömrəli açıq tender və onun nəticələri ləgv olunmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə, «Dövlət satınalamaları haqqında» Azərbaycan Respublikası Qanununun 12, 33, 38.1, 58, 60-cı maddələrinə, İPM-in 2.2.1, 32, 35.1-ci maddələrinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsaslanaraq, 16 dekabr 2022-ci il tarixli. AİBNDX-11/xx-xx/1669s saylı imtina qanunsuz hesab edilməklə 49288 nömrəli açıq tenderin və onun nəticələrinin ləgv edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətində bildirilir ki, İddiaçı cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı 49288 nömrəli açıq tenderin və onun nəticələrinin ləğv edilməsi tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 11 oktyabr 2022-ci il tarixdə ofis qapıları və digər inventarların satın alınması məqsədilə elektron tender elan edilmişdir. Tender üzrə təkliflərə baxılması, onların qiymətləndirilməsi və müqayisəsini asanlaşdırmaq məqsədi ilə qiymət təklifi barədə ətraflı məlumatların (hər bir mal üzrə istifadə olunan mal-materialların mənşə sertifikatı, kalkulyasiya cədvəli, marka və modeli), müvafiq işlər barədə zəruri sənədlərin və tələb olunduğu təqdirdə dizayn və nümunələrin təqdim edilməsi ilə bağlı 15 noyabr 2022-ci il tarixdə iddiaçılara sorğu göndərilmişdir. İddiaçı qiymət təklifinə dair izahatı təklifin qiymətləndirilməsi üçün qənaətbəxş hesab edilməmiş, iş həcminin əsas hissəsini təşkil edən ofis qapılarında qapı kilidinin (zamok) vacib element olduğunu nəzərə alaraq, həmin malın markasını, mənşə ölkəsini və eyni zamanda malların hansı müddətə çatdırılması və quraşdırılması barədə məlumatların təqdim edilməsi üçün 17 noyabr 2022-ci il tarixdə göndərilmişdir. İddiaçı tərəfindən portal üzərindən təqdim edilmiş məlumatlara tender komissiyası tərəfindən baxılmış və işlərin vaxtında və keyfiyyətli icra edilməsinə ciddi şübhələr yaranmışdır. Belə ki, iddiaçının tender üçün təqdim etdiyi vergi arayışına əsasən işçi heyətinin az olması, əsas vəsaitlərə və aktiv öhdəliklərə malik olmaması müəyyən edilmişdir. Bu səbəbdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları iddiaçının istehsalat müəssisəsinin ünvanında olmuş və istehsalat şəraiti və prosesinə baxış keçirmişlər. Baxış zamanı istehsal prosesinin aşağı səviyyədə təşkil olunduğu, həmçinin istehsalat sexlərinin müvafiq işlərin görülməsi üçün kifayət qədər maddi-texniki bazaya malik olmadığı müəyyən olunmuş və iddiaçıya aid istehsal prosesi qənaətbəxş hesab edilməmişdir. İddiaçının təqdim etdiyi qapıların qiymət kalkulyasiya cədvəlini araşdırarkən “Meysan” markalı qapı kilidinin qiymətinin 30 manat göstərildiyi müəyyən edilmişdir. Lakin aparılmış bazar araşdırmasına əsasən eyni adlı markanın orta bazar qiymətinin 50 – 60 manat olduğu müəyyən edilmişdir. Bu fakt digər iddiaçının “Meysan” markasına təqdim etdiyi qiymət təklifində də öz əksini tapmışdır. Həmçinin kalkulyasiya cədvəlini araşdırarkən iddiaçının quraşdırma zamanı qapının keyfiyyətinə və davamlılığına təsir edən kipləşdirici rezinləri nəzərə almadığı, silikon və penalara qənaət etməklə daha aşağı qiymət təklifi təqdim etdiyi müəyyən edilmişdir. «Dövlət satınalmaları haqqında» Qanunun 27.4-cü maddəsinə əsasən satınalan təşkilat satınalma müqaviləsini yerinə yetirmək üçün hər hansı malgöndərənin (podratçının) təqdim etdiyi təklifin qiymətinin ehtimal olunan qiymət ilə müqayisədə 20 faiz və daha artıq aşağı olmasını müəyyən etdiyi hallarda satınalma müqaviləsini yerinə yetirmək qabiliyyəti şübhəli görünən malgöndərəndən (podratçıdan) onun təklifi barədə yazılı sorğu əsasında ətraflı məlumat aldıqda və malgöndərənin (podratçının) yazılı sorğu əsasında təqdim etdiyi bütün izahat və məlumatları aldığı halda, satınalma müqaviləsinin yerinə yetirilməyəcəyinə şübhələr qaldıqda belə təklifləri rədd edə bilər. Həmin Qanunun 27.5-ci maddəsinə əsasən satınalan təşkilatın bu maddəyə əsasən malgöndərənin (podratçının) təklifini kənarlaşdırmaq qərarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilməlidir. Həmin Qanunun 12ci və 13-cü maddələrində nəzərdə tutulan hallar mövcuddursa. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 08 dekabr 2022-ci il tarixli “təqdim edilmiş protokollar barədə" məktubunda elektron satınalma vasitəsilə keçirilmiş açıq tender prosedurundan “X4" MMC və fiziki şəxs İddiaçı tərəfindən təqdim olunan tender təkliflərinin ehtimal olunan qiymət ilə müqayisədə 20 faiz və daha artıq aşağı olması səbəbindən kənarlaşdırılması barədə tender komissiyasının qərarına «Dövlət satınalmaları haqqında» Qanunun 27.5-ci maddəsinə uyğun olaraq etiraz edilmədiyi bildirilmişdir. İddiaçının işçi heyətinin az olması, əsas vəsaitlərə və aktivlərə malik olmaması səbəbindən müqavilənin icrası zamanı keyfiyyətli qapı və qapı aksesuarlarını təqdim edə bilməyəcəyi, təqdim etdiyi kalkulyasiya cədvəlindəki məlumatların keyfiyyətli qapıların təqdim edilməsinə əsaslı şübhələr yaratması nəzərə alınaraq «Dövlət satınalmaları haqqında» Qanunun 27.4-cü maddəsinə əsasən onun təklifi rədd edilmişdir. Göstərilənlərə və «Dövlət satınalmaları haqqında» Qanunun 36-cı maddəsinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi gəlmişdir, iddiaçı və digər cavabdeh (nümayəndəsi) gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdeh Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.21-ci maddəsinə əsasən satınalma müqaviləsi – qalib gələn və ya bir mənbədən satınalma metodu üzrə seçilən təchizatçı ilə satınalan təşkilat arasında bağlanan və satınalma predmetinin satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəddir. Həmin Qanunun 1.1.17-ci maddəsinə əsasən satınalan təşkilat – satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət adından yaradılan publik hüquqi şəxslər, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və digər dövlət müəssisə və təşkilatlarıdır (idarələri). Həmin Qanunun 1.1.18-ci maddəsinə əsasən satınalma – satınalma predmetinin bu Qanunla müəyyən edilmiş qaydada maliyyə vəsaiti hesabına əldə edilməsidir. Həmin Qanunun 1.1.20-ci maddəsinə əsasən satınalma metodu – satınalmanın keçirilməsi üçün bu Qanunun 7-ci fəsli ilə müəyyən edilmiş qaydada tətbiq olunan açıq tender, ikimərhələli tender, qapalı tender, kotirovka sorğusu və bir mənbədən satınalma metodudur. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən satınalma komissiyası bu Qanunun və bu Qanundan irəli gələn normativ hüquqi aktların tələblərini pozduqda, təchizatçılar nəzarət orqanına müraciət edə bilərlər. Nəzarət orqanı satınalmanın təşkili və keçirilməsi zamanı normativ hüquqi aktların pozulmasını təsdiqləyərsə, satınalmanın nəticələri ləğv olunur və satınalan təşkilat həmin hal üzrə yeni satınalma keçirir. Bu halda, qəbul olunmuş qərardan fərqlənən xüsusi rəy vermiş komissiya üzvlərindən başqa, satınalma komissiyasının sədri və digər üzvləri 5 il ərzində hər hansı satınalma komissiyasının sədri və ya üzvü olmaq hüququndan məhrum edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-1-ci maddəsinə əsasən dövlət satınalmaları müqaviləsinə dair münasibətlər Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun tənzimlənir. Göründüyü kimi, iddiaçının qaldırdığı iddianın mahiyyəti dövlət satınalmaları ilə bağlı olsa da, aparılmış prosedurun son nəticəsi müqavilə rəsmiləşdirilməsi ilə şərtləndirilir. Bundan başqa, həmçinin nəzərə alınmalıdır ki, iş üzrə cavabdehlər inzibati orqan olsa da, aparılmış araşdırma və onun nəticələri inzibati icraatın xüsusiyyətlərini əhatə etmir. Bu səbəbdən də, məhkəmə belə qənaətə gəlir ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən deyil. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Beləliklə, bütün qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar