Məhkəmə qərarları › İş №2-1(112)-6482/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6482/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6482/2021 06.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ehtiyata buraxılması barədə arxiv arayışının verilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12.10.N3-cü il tarixdən 12 may N4-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul etməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq 12.10.N3-cü il tarixdən 12 may N4-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barəsində aktdan irəli gələn ehtiyata buraxılmağının arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, SHXÇDX-nin Krasnoselsk rayon şöbəsi tərəfindən SSRİ Silahlı Qüvvələrinin tərkibində olan N saylı hərbi hissəyə 05.05.1982-ci il tarixində həqiqi hərbi xidmətə çağırılmışdır. 05.05.1984-cü il tarixində xidmətini başa vurmuşdur. 12.10.N3-cü il tarixdən 29.12.N4-cü il tarixədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissəyə könüllü olaraq döyüşən ordunun tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin N saylı hərbi hissə komandirinin 21.01.N4-cü il tarixli 18 nömrəli nizami hissə üzrə əmrilə şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinə döyüşlərdə iştirak etməyi barədə arxiv arayışının verilməsi üçün ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi 17.06.2020-ci il tarixli, 9/2-6649 №-li arxiv arayışına əsasən N saylı hərbi hissə komandirinin oktyabr N3cü il, dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində hərbi xidməti barədə məlumat olmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilir. Halbuki ərizəyə əlavə olunan hərbi biletinin 6-cı səhifələrində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak eləmişdir, N-li əmrə əsasən yenidən hərbi hissədə "sürücü" vəzifəsinə təyin olunmuşdur. Bu da onu göstərir ki, o, həqiqətən 12 may N4-cü il tarixində elan olunan atəşkəsə qədər Ağdam rayonun, aşağı-yuxarı Qərvənt, Tağıbəyli, Güllücə kəndlərində N saylı hərbi hissənin tərkibində aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Ona görə də hərbi biletində həmin qeydlər aparılmışdır. Onun hərbi biletində 10 may N4-cü ii tarixinə qədər cəbhə bölgəsində döyüş əməliyyatları aparan N saylı hərbi hissədə xidmət etdiyi təsdiq edən qeydlər vardır. Qanunda da göstərilmişdir ki, hərbi biletdə aparılan qeydlər veteran vəsiqəsinin verilməsi üçün əsasdır. X1 göndərilən arxiv arayışında göstərilənlərlə də təsdiq olunmuşdur ki, onun hərbi xidməti barəsində arxivdə məlumatın olmaması onun təqsiri ucbatında olmamışdır. Arxiv arayışında da göstərilmişdir ki, bu halları araşdıra bilmirlər. Halbu ki, bütün bunların araşdırması inzibati orqan kimi Müdafiə Nazirliyinin Arxiv İdarəsinin vəzifəsidir. Cavabdeh iddia tələbinə qarşı vəsatət vermiş və vəsatətini onunla əsaslandırmışdır ki, iddiaçı daha əvvəl analoji tələblər məhkəməyə müraciət etmiş, məhkəmənin 01 dekabr 2020-ci il tarixli, 2-1(112)-6286/2020 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Beləliklə də eyni tərəflər arasında, eyni predmet və eyni əsas üzrə iş artıq məhkəmə tərəfindən araşdırılmış və yekun qərar qəbul edildiyindən hazırki iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq İddiaçı N nömrəli hərbi hissədə xidmətinə dair araşdırmanın nəticəsi barədə qərar qəbul edilməsi və N nömrəli hərbi hissədən ehtiyata buraxılmasına dair arxiv arayışının verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair iddiası üzrə məhkəmə icraatına xitam verilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək tələbinin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş vəsatətin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı hazırkı iddia tələbi ilə, yəni 12.10.N3-cü il tarixdən 12 may N4-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul etməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq 12.10.N3-cü il tarixdən 12 may N4-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barəsində aktdan irəli gələn ehtiyata buraxılmağının arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə eyni inzibati orqana qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırmış, Bakı İnzibati Məhkəməsinin 01.12.2020-ci il tarixli, 2-1(112)-6286/2020 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. İddiaçı məhkəmənin 01.12.2020-ci il tarixli, 2-1(112)-6286/2020 nömrəli qərardadında qeyd olunmuş mövqeyi nəzərə almadan təkrar eyni inzibati orqana qarşı, eyni predmet və eyni əsasla hazırkı iddianı qaldırmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 45.5.1-ci maddəsinə əsasən iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. - 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç birinin eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməsini, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı həmin prosesin tərəfləri üçün məcburi hüquqi qüvvəyə malik olmaqla eyni tərəflər arasında eyni predmet, eyni əsaslarla yenidən məhkəmə qaydasında mübahisələndirilməsini istisna edir. Məhkəmə hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 01.12.2020-ci il tarixli, 2-1(112)- 6286/2020 nömrəli qərardadı qanuni qüvvəyə minmədiyi halda İnzibati Prosessual Məcəllənin 45.5.1-ci maddəsinə, qanuni qüvvəyə mindiyi halda isə İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən iddiaçı eyni predmet, eyni əsaslarla məhkəməyə müraciət edə bilməz. Ona görə də İddiaçı hazırkı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar