Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6584/2021 29.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2, Cavabdeh Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3, Cavabdeh4 nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və Cavabdeh4 qarşı hərracın etibarsız hesab edilməsi, alğı-satqının etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi barədə inzibati işə məhkəmənin binasında (Bakı şəh. N.Vəzirov küç., 56-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və Cavabdeh4 qarşı Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 998 saylı kooperativ binanın ümumi sahəsi 188.3 kv.m olan qeyri-yaşayış sahəsinin satılması ilə bağlı Hərracların Təşkli üzrə Auksion Mərkəzi tərəfindən 28 noyabr 2017-ci il tarixdə keçirilən hərracın və Cavabdeh4 ilə həmin qeyri-yaşayış sahəsinə dair bağlanmış 29.11.2017-ci il tarixli, 3739 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, həmçinin mübahisəli qeyri-yaşayış sahəsinə Cavabdeh4 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 19.12.2017-ci il tarixli, ******* saylı çıxarışın ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar məhkəməyə şifahi vəsatətlə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin icraatında hazırda eyni mübahisə predmeti üzrə 2 ayrı inzibati işin olduğunu bildirərək, hazırki işin Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- 7466/2021 saylı inzibati işə (hakim G.Sevdimalıyeva) birləşdirilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi hər biri ayrı-ayrılıqda inzibati işlərin birləşdirilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırda məhkəmənin icraatında eyni mübahisə predmeti üzrə 2 ayrı iş (2-1(112)-6584/2021 saylı və 2- 1(112)-7466/2021 saylı) vardır və həmin işlər bir-biri ilə əlaqəli olduğundan, iddiaçıların vəsatətləri nəzərə alınaraq, həmin işlər bir icraatda - Bakı İnzibati Məhkəməsinin icraatında olan (hakim Günel Sevdimalıyeva) 2-1(112)-7466/2021 saylı işə 2-1(112)-7466/2021 sayı altında bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcələnin 56.3-cü maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Göstərilənlərə və İPM-nin 56.1-ci və 56.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-6584/2021 saylı və 2-1(112)- 7466/2021 saylı inzibati işlər 2-1(112)-7466/2021 sayı altında bir icraatda birləşdirilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-6584/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6584/2021
29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver