Məhkəmə qərarları › İş №2-1(112)-661/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-661/2021

30.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-661/2021 30.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, iddiaçı “Richard Bittner” AG-nin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı (üçüncü şəxs X16. ve Tic. A.Ş. Şirkəti) “qərarın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Richard Bittner” AG cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı (üçüncü şəxs X16. ve Tic. A.Ş. Şirkəti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının № A46-7, 01 noyabr 2019-cu il tarixli və № A78-7, 18 dekabr 2019-cu il tarixli qərarlarının ləğvi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının A46-7 nömrəli 01 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və X16. ve Tic. A.Ş. adına 2009 1350 nömrəli qeydiyyata xitam verilməsi, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının A78-7 nömrəli 18 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsi, «Richard Bittner» AG (ünvan: Reisnerstrasse 55-57, A-1030 Wien, Avstriya (AT) şirkətinin adına İR 663516 sayla beynəlxalq qeydiyyata alınmış “NOTTA” əmtəə nişanının 05-ci sinif əmtəələri üzrə 08.02.2019-cu il tarixli ilkin rədd qərarının ləğv edilməsi və İR 663516 sayla beynəlxalq qeydiyyata alınmış “NOTTA” əmtəə nişanının 05-ci sinif əmtəələri üzrə tam mühafizə verilməsi ilə bağlı son qərarın Ümumdünya Əqli Mülkiyyət Təşkilatına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, “Richard Bittner” AG (ünvan: Reisnerstrasse 55-57, A-1030 Wien, Avstriya) şirkəti 663516 beynəlxalq qeydiyyat nömrəli “NOTTA” əmtəə nişanının 05-ci sinif “Əczaçılıq preparatları” rədd edilməsi barədə Ekspertizanın qərarında qarşı qoyulmuş X16. ve Tic. A.Ş. /Ünvan: X5 X18 Merkezi C Blok 34398 Maslak - İstanbul (TR)/ şirkətinə məxsus 2009 1350 qeydiyyat nömrəli “notta-sanovel” əmtəə nişanının 05-ci sinif əmtəələri üzrə qeydiyyatına qarşı “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsində “qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda” nəzərdə tutulmuş əsaslarla verilmiş ərizə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının A46-7 nömrəli 01 noyabr 2019-cu il tarixli qərarı ilə təmin olunmamışdır. Bu səbəbdən də, İddiaçı (ünvan: Reisnerstrasse 55-57, A-1030 Wien, Avstriya) şirkətinə məxsus 23.09.1996-cı il tarixdə 663516 sayla beynəlxalq qeydiyyata alınmış “NOTTA” əmtəə nişanının 05-ci sinif “Əczaçılıq, baytarçılıq və sanitar preparatları; tibbi istifadə üçün uyğunlaşdırılmış pəhriz maddələri; dərmanlar, xüsusilə homeopatik dərmanlar; müalicəvi içkilər” əmtəələri üzrə Azərbaycan Respublikası ərazisinə 29.03.2018-ci il tarixdən şamil olunaraq qeydiyyata alınmasının qismən 05-ci sinif “Əczaçılıq, preparatları” üzrə rədd edilməsi barədə Ekspertizanın 08.02.2019-cu il tarixli rədd qərarına qarşı ərizə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının A78-7 nömrəli 18 dekabr 2019-cu il tarixli qərarı ilə təmin olunmamışdır. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının A46-7 nömrəli 01 noyabr 2019-cu il tarixli və A78-7 nömrəli 18 dekabr 2019-cu il tarixli qərarları əsassız və qanunsuz olduğu üçün ləğv olunmalıdır. “Richard Bittner” AG, adına AT, 14.05.1996, 164 184 bazis qeydiyyatı əsasında “NOTTA” əmtəə nişanının 5-ci sinif “Əczaçılıq, baytarçılıq və sanitar preparatları; tibbi istifadə üçün uyğunlaşdırılmış pəhriz maddələri; dərmanlar, xüsusilə homeopatik dərmanlar; müalicəvi içkilər” əmtəələri üzrə 23.09.1996-cı il tarixli 663516 nömrəli beynəlxalq qeydiyyat üzrə Romarin çıxarış təqdim edilir. “NOTTA” əmtəə nişanı 05.03.2018-ci il tarixdə Madrid Protokolu 9sexies maddəsinə və (Qaydalar 24 (6) Azərbaycan Respublikası ərazisinə genişləndirilməklə verilmişdir. Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzi X16. ve Tic. A.Ş.-nin Azərbaycan Respublikası ərazisində 2009 1350 nömrəli qeydiyyatla qüvvədə olan “notta-sanovel” əmtəə nişanını qarşı qoyularaq qismən ilkin rədd qərarı verilmişdir. “Richard Bittner” AG şirkəti İR 663516 sayla beynəlxalq qeydiyyata alınmış “NOTTA” əmtəə nişanının 05-ci sinif əmtəələri üzrə ilkin rədd qərarının ləğv olunması ilə əlaqədar qarşı qoyulmuş “notta-sanovel” əmtəə nişanının 2009 1350 saylı qeydiyyatına qarşı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə Apellyasiya Şurasına “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun” 30-cu maddəsinə: “Əmtəə nişanının qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda müvafiq icra hakimiyyəti orqanının Apellyasiya şurası qeydiyyata xitam verə bilər” istinad edilməklə 12.06.2019-cu il tarixdə əsaslandırılmış etiraz verilmiş, lakin A78-7 nömrəli 18 dekabr 2019-cu il tarixli qərarı ilə təmin olunmamışdır. Qarşı qoyulan “nottasanovel” əmtəə nişanının 2009 1350 saylı qeydiyyatına xitam verildiyi təqdirdə, “NOTTA” əmtəə nişanının 05-ci sinif “Əczaçılıq preparatları” əmtəələri üzrə İR 663516 saylı beynəlxalq qeydiyyatı ilə bağlı qismən ilkin rədd qərarına əsas aradan qalxmış olur. “Richard Bittner” AG “NOTTA” nişanı ilə “notta-sanovel” nişanının oxşar olmadığı mübahisələndirməmişdir. Cavabdeh öz qərarını əsaslandırarmaq və əsas məsələdən diqqəti yayındırmaq üçün qərəzli olaraq “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun” 6-cı maddəsinin və “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 5-ci maddəsinin və 29.6.1, 29.6.2, 29.6.3, 29.6.4, 29.9.1 və 29.9.2-ci bəndlərini qərarın əsaslandırma hissəsində sadalayaraq İddiaçı, Avstriya şirkəti tərəfindən “notta-sanovel” əmtəə nişanının 2009 1350 saylı qeydiyyatına xitam verilməsi barədə ərizənin təmin edilməməsi səbəblərini göstərməmiş, hüquqi qiymət verməmişdir. “Richard Bittner” AG, Avstriya şirkəti tərəfindən Azərbaycan Respublikası ərazisində Dövlət qeydiyyatına alınmış “Dərman vasitələrinin qiymət axtarış sistemində” aparılmış axtarışın nəticəsi “notta-sanovel” əmtəə nişanlı, ticarət adı altında -“Heç bir nəticə tapılmadı” olmuşdur. Azərbaycan Respublikası ərazisində Dövlət qeydiyyatına alınmış “Dərman vasitələrinin qiymət axtarış sistemində” aparılmış axtarışın nəticəsi olaraq X16. ve Tic. A.Ş., şirkətinin adına onlarla başqa əmtəə nişanların siyahısı mövcuddur. Lakin həmin siyahıda “notta-sanovel” əmtəə nişanlı dərman vasitəsi yoxdur. “İddiaçı”., tərəfindən aparılan digər araşdırmalardan da məlum olmuşdur ki, X16. ve Tic. A.Ş., Azərbaycan Respublikası ərazisində 2009 1350 nömrəli qeydiyyatla qüvvədə olan “nottasanovel” əmtəə nişanından Azərbaycan Respublikası ərazisində qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya ondan istifadə olunmaması barədə verilən ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmamışdır. Əmtəə nişanından istifadə halının sübut etmə vəzifəsi əmtəə nişanının sahibi X16. ve Tic. A.Ş. şirkətinə dəfələrlə müraciət edilməsinə baxmayaraq Apellyasiya şurasının iclaslarına gəlməmişdir. Apellyasiya şurası onun əvəzinə X16ayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin qanuni təmsilçisi X9 cəlb etmişdir. X10 tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X4nin adından aşağıdakı məktublar təqdim edilmişdir: 1. “X16.” şirkətinə ünvanlanmış № 04/1160, 24 fevral 2014-il (şənbə); 2. “Sanovel” şirkətinə ünvanlanmış № 04/müq-197, 23 aprel 2014-il; 3. “Sanovel” şirkətinə ünvanlanmış № 04/müq-184, 10.11.2015-il (şənbə). “İddiaçı”, məktublarda göndəriləcək ünvanların göstərilmədiyi və ikisinin şənbə günü və 2014 və 2015-ci il tarixlə göstərilməsi ilə bağlı narahatlığını bildirərək göstərilən sənədləri yalnız: 1) 663516 saylı “NOTTA” əmtəə nişanının 05-ci sinif əmtəələri üzrə beynəlxalq qeydiyyatı ilə bağlı prosesin uzadılması; 2) “İddiaçı’’ (AT) şirkətinin Azərbaycan Respublikasında qanuni təsərrüfat fəaliyyətini həyata keçirməyə haqsız maneələrlə mane olmaq; 3) Azərbaycan Respublikasının dövlət orqanlarını, o cümlədən Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasını qərəzli yanıltmaq məqsədi ilə tərtib etməsi şübhələri barədə rəsmi etiraz bildirmişdir. Eyni zamanda X10 tərəfindən təqdim edilən məktublarda “Notta” adlı dərman vasitəsi göstərilməsinin “notta-sanovel” əmtəə nişanından istifadəni təsdiq etməməsi barədə rəsmi etiraz bildirmişdir. Cavabdeh rəsmi etirazlara hüquqi qiymət verməmişdir. X16. ve Tic. A.Ş. tərəfindən 2009 1350 qeydiyyatlı “notta-sanovel” əmtəə nişanından 05-ci sinif “Əczaçılıq preparatları” əmtəələri üzrə “Əmtəə nişanları və cografi göstəricilər haqqında” Azərbaycan Respublikası qanununun 26-cı maddəsində nəzərdə tutulan hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin X16. ve Tic. A.Ş.-nin istehsal etdiyi dərman vasitələrinin xarici ölkələrdəki, o cümlədən Azərbaycanda satışının həyata keçirilməsi məqsədilə kənar "X6 AG” şirkəti ilə 20.02.2019-cu il tarixdə müqavilə bağlanmışdlr. Odur ki, hüquq sahibinin nişandan özündən asılı olmayan səbəblərdən istifadə etməməsinə dair dəlilləri ağlabatan mühakimə əsasında qəbuledilən hesab edilməlidir. Cavabdeh X16, ve Tic. A.Ş. tərəfindən “notta-sanovel” nişanından ''özündən asılı olmayan səbəblərdən istifadə etməməsinə dair dəlilləri”-in nədən ibarət olduğunu göstərmir. X6 AG şirkəti ilə 20.02.2019-cu il tarixdə bağlanmış müqavilə X16. ve Tic. A.Ş tərəfindən “notta-sanovel" nişanından istifadəni təsdiq etmir. Azərbaycan Respublikasında “notta-sanovel” əmtəə nişanlı məhsullara idxal məhdudiyyətlərini təsdiq edən sənəd X16. ve Tic. A.Ş. şirkəti tərəfindən təqdim edilməmiş, Apellyasiya şurasında araşdırılmamış, hüquqi qiymət verilməmişdir. Cavabdeh qərəzli və qanunsuz olaraq “Azərbaycan Respublikası “Dərman vasitələri haqqında” Qanunun 6.6-cı maddəsinin: "Müxtəlif dərman vasitələrinin eyni ticarət adı altında dövlət qeydiyyatına alınmasına yol verilmir" əsaslarının kobud surətdə pozulmasına qərəzli olaraq hüquqi qiymət vermir, qanun pozuntusuna yol verir. Belə ki, X7 AG., olaraq Bittner Pharma, Austriya tərəfindən təqdim edilmiş, aşağıdakı Qeydiyyat Vəsiqələri “NOTTA” ticarət adı, əmtəə nişanı altında dərman vasitəsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyində - DV №10-00048 sayla 04.02.2010 -04.02.2015-ci il tarixə kimi; DV №15-00102 sayla 13.02.2015 -13.02.2020-ci il tarixə kimi; DV №20-01003 sayla 06.10.2020-06.10.2025-ci il tarixə kimi -“sakitləşdirici effektli qomepatik preparat” qediyyatda olmuş və hal-hazırda da qeydiyyatdadır. Belə ki, cavabdeh- Azərbaycan Respublikası Səhiyyə Nazirliyində İddiaçı /ünvan: Reisnerstrasse 55-57, A-1030 Wien, Avstriya, şirkətinin adına “NOTTA” ticarət adı altında 04.02.2010-cu il tarixdən 06.10.2025ci il tarixə kimi, dərman vasitəsi qeydiyyatda olduğu halda “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 6.6-cı maddəsinə əsasən X16. ve Tic. A.Ş. adına fərqli dərman vasitəsinin qeydiyyatına yol verilməməsini qərəzli olaraq nəzərə almamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 izahatında bildirdi ki, Apellyasiya şurasının A46-7 nömrəli iş üzrə qəbul etdiyi 01 noyabr 2019-cu il tarixli qərarı ilə X16. ve Tic. A.Ş.-yə məxsus 2009 1350 qeydiyyat nömrəli “notta-sanovel” əmtəə nişanının 05-ci sinif əmtəələri üzrə qeydiyyatına qarşı “İddiaçı" adından patent müvəkkili Nümayəndə tərəfindən verilmiş etiraz ərizəsi təmin olunmamışdır. Belə ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində əmtəə nişanının istifadə halları sadalanmışdır. Həmçinin Qanunun 30-cu maddəsinin birinci, dördüncü və beşinci hissələrinə əsasən, əmtəə nişanının qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Apellyasiya şurası qeydiyyata xitam verə bilər. Qeydə alınmış əmtəə nişanından istifadə olunmaması ilə əlaqədar qeydiyyata xitam verilməsi məsələsinə baxılarkən nişan sahibinin həmin nişandan özündən asılı olmayan səbəblərə görə istifadə etmədiyinə dair gətirdiyi dəlillər, o cümlədən istifadəsinə təsir edən idxal məhdudiyyətləri və ya ona aid olan əmtəə və xidmətlər üzrə hökumətin digər tələbləri nəzərə alına bilər. Labüddür ki, dərman vasitəsinin tədavülə buraxılması tədqiqatlar aparılması, ekspertizası, qeydiyyatı və idxalına icazə verilməsi ilə şərtlənir. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.2.1, 4.2.2, 4.2.3, 4.2.4-cü yarımbəndlərinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi dərman vasitələri ilə davranışın tənzimlənməsi məqsədilə dərman vasitələrinin dövlət qeydiyyatını həyata keçirir; dövlət qeydiyyatına alınmış dərman vasitələrinin reyestrini aparır və dərman vasitələrinə dair məlumat bankının yaradılmasını təmin edir; dərman vasitələrinin idxalına icazə verir; Azərbaycan Respublikasının ərazisində istehsal olunan yeni dərman vasitələri (dərman maddələri) üçün farmakopeya məqaləsini ekspertizadan keçirir və təsdiq edir. 10 noyabr 2015-ci il tarixdə X4 tərəfindən “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”nın 8.1-ci bəndinə uyğun olaraq ixtisaslaşdırılmış ekspertizanın nəticəsi mənfi qiymətləndirilmişdir. Həmin sənədlərin əsli tədqiq edilməsi üçün şuraya təqdim edilmişdir. Həmçinin, X16. ve Tic. A.Ş.-nin istehsal etdiyi dərman vasitələrinin xarici ölkələrdəki, o cümlədən Azərbaycanda satışının həyata keçirilməsi məqsədilə kənar “X6 AG” şirkəti ilə 20.02.2019cu il tarixdə müqavilə bağlanmışdır. Satışı həyata keçiriləcək dərman vasitələrinin arasında “notta-sanovel” əmtəə nişanlı dərman vasitəsinin əsas tərkibi olan “Montelukast” molekulu nəzərdə tutulur. Səhiyyə Nazirliyinin X2 ilə aparılan yazışmadan “notta-sanovel” preparatının tərkibinin “Montelukast” molekulu olduğu müəyyən edilir. Odur ki, hüquq sahibinin nişandan özündən asılı olmayan səbəblərdən istifadə etməməsinə dair dəlilləri ağlabatan mühakimə əsasında qəbuledilən hesab edilmişdir. Eyni zamanda Apellyasiya şurasının A78-7 nömrəli iş üzrə qəbul etdiyi qərarla da iddiaçı (ərizəçi) “Richard Bittner” AG şirkətinə məxsus 663516 beynəlxalq qeydiyyat nomrəli “NOTTA” əmtəə nişanının 05-ci sinif “Əczaçılıq, baytarçılıq və sanitar preparatları; tibbi istifadə üçün uyğunlaşdırılmış pəhriz maddələri; dərmanlar, xüsusilə homeopatik dərmanlar; müalicəvi içkilər” əmtəələri üzrə qeydiyyata alınmasının qismən rədd edilməsi barədə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin 08.02.2019-cu il tarixli qərarına qarşı ərizəçinin nümayəndəsi, patent müvəkkili Nümayəndə tərəfindən verilmiş etiraz ərizəsi də təmin edilməmişdir. Belə ki, NOTTA (663516) və qarşı qoyulmuş notta-sanovel (2009 1350) əmtəə nişanları 05-ci sinifə aid olan əmtəələri üst-üstə düşdüyü və ya həmcins olduğundan müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu, nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı, yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi, uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu, işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer, kar və cingiltili tərkibin yaxınlığı, nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri, bir nişandan (işarədən) digərinə daxil olma, vurğu baxımından fonetik oxşarlıq), eləcə də ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin biri-birinə nəzərən yerləşməsi, hərflərlə yazılmış sözlərin əlifbası meyarları üzrə (qrafik oxşarlıq) qarışdırılacaq dərəcədə oxşardırlar. Şərh edilənlərə əsasən, “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.6.1, 29.6.2, 29.6.3, 29.6.4, 29.9.1 və 29.9.2-ci bəndlərini nəzərə alaraq “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq Apellyasiya şurası, “Richard Bittner” AG şirkətinə məxsus 663516 beynəlxalq qeydiyyat nömrəli “NOTTA” əmtəə nişanının 05-ci sinfin müəyyən əmtəələri üzrə qeydiyyata alınmasının qismən rədd edilməsi barədə Ekspertizanın 08.02.2019-cu il tarixli qərarına qarşı verilmiş etiraz ərizəsini və Qanunun 26-cı, 28-ci və 30-cu maddələrini rəhbər tutaraq istifadə halının olmaması barədə verilmiş etiraz ərizəsini təmin etməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Apellyasiya şurasının 18 dekabr 2019-cu il tarixli A78-7 saylı qərarından görünür ki, iddiaçı (ərizəçi) İddiaçı (ünvan: Reisnerstrasse 55-57, A-1030 Wien, Avstriya (AT) şirkətinə məxsus 663516 beynəlxalq qeydiyyat nömrəli “NOTTA” əmtəə nişanının 05-ci sinif “Əczaçılıq, baytarçılıq və sanitar preparatları; tibbi istifadə üçün uyğunlaşdırılmış pəhriz maddələri; dərmanlar, xüsusilə homeopatik dərmanlar; müalicəvi içkilər" əmtəələri üzrə qeydiyyata alınmasının qismən rədd edilməsi barədə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin 08.02.2019-cu il tarixli qərarına qarşı ərizəçinin nümayəndəsi, patent müvəkkili Nümayəndə tərəfindən verilmiş etiraz ərizəsinə baxılaraq İddiaçı (ünvan: Reisnerstrasse 55-57, A-1030 Wien, Avstriya (AT) şirkətinə məxsus 663516 beynəlxalq qeydiyyat nömrəli “NOTTA" əmtəə nişanının 05-ci sinif “Əczaçılıq, baytarçılıq və sanitar preparatları; tibbi istifadə üçün uyğunlaşdırılmış pəhriz maddələri; dərmanlar, xüsusilə homeopatik dərmanlar; müalicəvi içkilər” əmtəələri üzrə qeydiyyata alınmasının qismən rədd edilməsi barədə Ekspertizanın 08.02.2019-cu il tarixli qərarına qarşı ərizəçinin nümayəndəsi, patent müvəkkili Nümayəndə tərəfindən Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasına verilmiş etiraz ərizəsinin təmin olunmaması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Apellyasiya şurasının 01 noyabr 2019-cu il tarixli A46-7 saylı qərarından görünür ki, X16. ve Tic. A.Ş. şirkətinə /Ünvan: X5 X18 Merkezi C Blok 34398 Maslak - İstanbul (TR)/ məxsus 2009 1350 qeydiyyat nömrəli “notta-sanovel” əmtəə nişanının 05-ci sinif əmtəələri üzrə qeydiyyatına qarşı “İddiaçı” adından patent müvəkkili Nümayəndə tərəfindən “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsində nəzərdə tutulmuş əsaslara görə verilmiş etiraz ərizəsinə baxılaraq, X16. ve Tic. A.Ş.-yə məxsus 2009 1350 qeydiyyat nömrəli “notta-sanovel” əmtəə nişanının 05-ci sinif əmtəələri üzrə qeydiyyatına qarşı “İddiaçı” adından patent müvəkkili Nümayəndə tərəfindən verilmiş etiraz ərizəsinin təmin olunmaması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X2 tərəfindən “X17.” şirkətinə ünvanlanmış 24 fevral 2014-cü il tarixli məktubunun surətindən görünür ki, 24.02.2014 tarixində Türkiyənin “X17.” şirkətinin istehsalı olan “Notta” tablet dərman vasitəsinin ərizə və sənədləri ilkin eskpertiza məqsədi ilə AEM-ə daxil olmuşdur. Lakin, təqdim edilmiş dosyedə aşağıda qeyd olunmuş sənədlər çatışmadığı üçün adı çəkilən dərman vasitəsi ilkin ekspertizadan geri qaytarılmışdır: 1. Qablaşdırmanın rəngli eskizləri;

2. Azərbaycan dilində içlik vərəqə. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X2 tərəfindən “Sanovel” şirkətinə ünvanlanmış 23 aprel 2014-cü il tarixli məktubunun surətindən görünür ki, 21.04.2014-cü il tarixində Türkiyənin “X17. Tic. A.Ş.” şirkətinin istehsalı olan “Notta” dərman vasitəsinin ekspertizası məqsədi ilə ərizə və sənədlər daxil olmuşdur. Təqdim edilmiş sənədlərin ilkin ekspertizasının müsbət nəticəsi əsasında 5 iş günü ərzində adı çəkilən dərman vasitəsinin ixtisaslaşdırılmış ekspertizasının aparılması üçün müqavilə bağlanmalıdır. Qeyd olunan müddət ərzində müqavilə imzalanmadığı halda dərman vasitəsinin sənədləri geri qaytanlacağı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X2 tərəfindən “Sanovel” şirkətinə ünvanlanmış 10 noyabr 2015-ci il tarixli məktubunun surətindən görünür ki, NOTTA 10 mq tabl. (montelukast) (Sanovel İlac. San. Türkiyə) dərman vasitəsinin ekspertizası nəticəsində məlum olmuşdur ki, dərman vasitəsinin bioekvivalentlik tədqiqatlarının sənədlərində aşkar edilmiş nöqsanlarla bağlı istehsalçı şirkətə dəfələrlə sorğu göndərilməsinə baxmayaraq aşağıda qeyd olunan nöqsanlar aradan qaldırılmamışdır: Könüllülərdən alınan və tədqiqatda iştirakı təsdiqləyən yazılı razılıq sənədinin imzalanmış nümunələri təqdim olunmamışdır (X12); Ekspertizaya təqdim edilən sənədlərdə əsas tədqiqatın keçirilmə tarixi 2004-2005-ci illərdə qeyd olunmuşdur. Eyni zamanda qeyd olunmuşdur ki, in-vitro Dissolution tədqiqatının keçirilmə tarixi 2003 ildir. Bu qeyriuyğunluq yolverilməzdir; in-vitro Dissolution tədqiqatı keçirildiyi yeri əsas tədqiqatın keçirilən yerdən fərqlidir. Tədqiqat Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 24.0l.20l4 tarixində təsdiq olunmuş “Çoxmənbəli (generik) dərman vasitələrinin biomənimsənilməsinə və bioekvivalentliyə dair sınaqlarının ekspertizasının aparılması qaydalarına dair metodiki tövsiyələr"-nə uyğun hesabat tam şəkildə təqdim olunmalıdır. Qeyd olunanlara və "Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları"nın 8.1. bəndinə uyğun olaraq ixtisaslaşdırılmış ekspertizanın nəticəsi mənfi qiymətləndirilmişdir. İş materiallarında olan əmtəə nişanından görünür ki, X16. ve Tic. A.Ş. (ünvan: X5 X18 Merkezi C Blok 34398 Maslak - İstanbul / TURKEY (TR) -adına Azərbaycan Respublikasında "notta-sanovel" əmtəə nişanı 05-ci sinif: "əczaçılıq preparatları" əmtəələri üzrə 2009 1350 nömrə ilə 10.12.2009 tarixdə qeydiyyata alınmış, 04.06.2028-ci il tarixə qədər qüvvədədir. İş materiallarında olan “AzeriMed” LLC-nin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X2” MMC-yə ünvanlanmış 12.09.2019-cu il tarixli məktubundan görünür ki, Avstriyanın “İddiaçı” şirkətinin istehsalı olan “Notta daxilə qəbul edilən dərman N20, N50” dərman vasitəsinin Azəraycan Respublikasında yenidən dövlət qeydiyyatına alınmasına icazə verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2nin 12.09.2019cu il tarixli 1670 saylı aktdan görünür ki, “ixtisaslaşdırılmış ekspertiza üçün təqdim olunan dərman vasitələrinin və standart numunələrinin qəbulu haqqında” akt tərtib etmişdir (“İddiaçı” şirkətinin istehsalı olan “Notta N20, N50” dərman vasitəsi və dozası). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin DV seriyalı 10- 00048 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, vəsiqə verilir Bitner Farma, Avstriya (Bittner Pharma, Austria), istehsalçı, ölkə “Rixard Bitner” AG, Avstriya (İddiaçı, Austria) olmaqla “NOTTA” (dərman vasitəsinin ticarət adı) dərman vasitəsi dövlət qeydiyyatına alınmışdır və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi dərman vasitəsinin dövlət qeydiyyatına alınmasını təsdiq edir. Qeydiyyat tarixi - 04.02.2010-cu il, Etibarlıdır - 04.02.2015-ci il. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin DV seriyalı 15- 00102 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, vəsiqə verilir Bitner Farma, Avstriya (Bittner Pharma, Austria), istehsalçı, ölkə “Rixard Bitner” AG, Avstriya (İddiaçı, Austria) olmaqla “NOTTA” (dərman vasitəsinin ticarət adı) dərman vasitəsi dövlət qeydiyyatına alınmışdır və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi dərman vasitəsinin dövlət qeydiyyatına alınmasını təsdiq edir. Qeydiyyat tarixi - 13.02.2015-ci il, Etibarlıdır - 13.02.2020-ci il. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin DV seriyalı 20- 01003 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, vəsiqə verilir Bitner Farma, Avstriya (Bittner Pharma, Austria), istehsalçı, ölkə “Rixard Bitner” AG, Avstriya (İddiaçı, Austria) olmaqla “NOTTA” (dərman vasitəsinin ticarət adı) dərman vasitəsi dövlət qeydiyyatına alınmışdır və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi dərman vasitəsinin dövlət qeydiyyatına alınmasını təsdiq edir. Qeydiyyat tarixi - 06.10.2020-ci il, Etibarlıdır - 06.10.2025-ci il. «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir; 11-ci maddəsinin 1-ci hissəsinə əsasən əmtəə nişanı və coğrafi göstərici barəsində iddia sənədinin ekspertizası bu Qanuna və müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydalara uyğun olaraq ilkin ekspertizadan və ekspertizadan ibarət olmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən həyata keçirilir; 13-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən əmtəə nişanı və ya coğrafi göstərici barəsində iddia sənədlərinin ilkin ekspertizası bu Qanunun 9-cu maddəsinə uyğun iddia sənədlərinin daxil olduğu tarixdən 1 ay müddətində aparılır. Əmtəə nişanı və ya coğrafi göstərici barəsində iddia sənədlərinin ilkin ekspertizasının aparılması gedişində iddia sənədinin məzmunu, zəruri sənədlərin mövcudluğu, habelə müəyyənləşdirilmiş tələblərə uyğunluğu yoxlanılır. İlkin ekspertizanın nəticələrinə əsasən iddia sənədinin baxılmaq üçün qəbul və ya rədd edildiyi iddiaçıya bildirilir; 15-ci maddəsinin 1-ci hissəsinə əsasən iddiaçı əmtəə nişanına və ya coğrafi göstəriciyə dair iddia sənədi barədə ekspertizanın qərarı ilə razı olmadıqda dövlət rüsumu ödəmək şərti ilə qərarı aldığı tarixdən 3 ay ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Apellyasiya şurasına etiraz verə bilər; 24-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxslərinin müəyyənləşdirilmiş qaydada əmtəə nişanını və coğrafi göstəricini xarici dövlətlərdə qeydə aldırmaq və ya onun beynəlxalq qeydiyyatını həyata keçirmək hüququ vardır. Əmtəə nişanının beynəlxalq qeydiyyatına dair iddia sənədi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum vasitəsilə verilir; 26-cü maddəsinin 1-5-ci hissələrinə əsasən əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir. Əmtəə nişanından istifadənin onun sahibi və ya bu Qanunun 28-ci maddəsinə uyğun olaraq lisenziya müqaviləsi əsasında istifadə hüququ olan şəxs tərəfindən həyata keçirilməsi əmtəə nişanından istifadə sayılır. Əmtəə istehsalçısının və ya xidmət göstərənin əmtəə nişanı ilə yanaşı olaraq, aralarındakı müqaviləyə uyğun vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər özlərinə məxsus əmtəə nişanından da istifadə edə bilərlər; 29-cu maddəsinin 1-ci hissəsinə əsasən əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər; 29-cu maddəsinin 2-ci hissəsinə əsasən əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. Əmtəə nişanı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanına aid olan əmtəələr və ya xidmətlərlə qarışdırılacaq dərəcədə eyni və ya oxşar olan, başqa şəxsin adına qeydiyyata alınmış geniş tanınmış nişanın oxşatması, tərcüməsi və ya transliterasiyasıdırsa, bu cür əmtəə nişanının qeydiyyatının ləğvinə dair tələb, bu əmtəə nişanı barədə məlumatın dərc olunduğu tarixdən etibarən, qüvvədə olduğu müddət ərzində verilə bilər; 30-cu maddəsinin 1-ci hissəsinə əsasən əmtəə nişanının qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Apellyasiya şurası qeydiyyata xitam verə bilər; 30-cu maddəsinin 4-cü və 5-ci hissələrinə əsasən qeydə alınmış əmtəə nişanından istifadə olunmaması ilə əlaqədar qeydiyyata xitam verilməsi məsələsinə baxılarkən nişan sahibinin həmin nişandan özündən asılı olmayan səbəblərə görə istifadə etmədiyinə dair gətirdiyi dəlillər, o cümlədən istifadəsinə təsir edən idxal məhdudiyyətləri və ya ona aid olan əmtəə və xidmətlər üzrə hökumətin digər tələbləri nəzərə alına bilər. Əmtəə nişanından istifadə halının sübutu əmtəə nişanının sahibinin üzərinə düşür; 31-ci maddəsinin 2-ci hissəsinə əsasən əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkətləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər. «Dərman vasitələri haqqında» Azərbaycan Respublikası Qanununun: 1.0.8-ci maddəsinə əsasən dərman vasitələrinin dövlət qeydiyyatı - tibbi praktikada istifadə məqsədilə dərman vasitəsinin ekspertizasının nəticələrinə əsasən Azərbaycan Respublikasında sənaye üsulu ilə istehsalına, idxalına və tətbiqinə icazə verilməsini və müəyyən olunmuş qaydada uçota alınmasını nəzərdə tutan tədbirlər sistemi; 1.0.12-ci maddəsinə əsasən dərman vasitələri istehsalçısı - bu Qanunun və Azərbaycan Respublikasında qüvvədə olan müvafiq standartların tələbləri nəzərə alınmaqla dərman vasitələrini sənaye üsulu ilə istehsal edən hüquqi şəxs; 1.0.22-ci maddəsinə əsasən dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqə – dərman vasitəsinin Azərbaycan Respublikasının ərazisinə idxalı, Azərbaycan Respublikasının ərazisində istehsalı, satışı və tibdə tətbiqi üçün icazə verən orqanın verdiyi rəsmi sənəd; 1.0.23-cü maddəsinə əsasən dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi – dərman vasitəsinin keyfiyyətinə, effektivliyinə və təhlükəsizliyinə məsuliyyət daşıyan, dərman vasitəsi öz adına dövlət qeydiyyatına alınmış ixtiraçı, istehsalçı və ya həmin dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqə üzərində sahiblik hüququna malik olan hüquqi şəxs; 4.1-ci maddəsinə əsasən dərman vasitələri ilə davranışın dövlət tənzimlənməsi aşağıdakı üsullarla həyata keçirilir: 4.1.2. dərman vasitələrinin dövlət qeydiyyatı; 4.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı dərman vasitələri ilə davranışın tənzimlənməsi məqsədilə: 4.2.1. dərman vasitələrinin dövlət qeydiyyatını həyata keçirir; 6.1-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan sonra yol verilir. Dövlət qeydiyyatı məqsədi ilə dərman vasitələrinin və həmin dərman vasitələrinin istehsalında istifadə edilən dərman maddəsinin (dərman substansiyasının) nümunələrini Azərbaycan Respublikasının ərazisinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda müvafiq icra hakimiyyəti orqanı, istehsal və ya topdansatış əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələr, xarici istehsalçının Azərbaycan Respublikasındakı nümayəndəliyi (filialı) və ya onun müvəkkil etdiyi şəxs idxal edə bilər; 6.6-ci maddəsinə əsasən müxtəlif dərman vasitələrinin eyni ticarət adı altında dövlət qeydiyyatına alınmasına yol verilmir; 6.1-1-ci maddəsinə əsasən dərman vasitələri Azərbaycan Respublikasında dövlət qeydiyyatı və onların keyfiyyətinə nəzarət məqsədi ilə, Azərbaycan Respublikasının ərazisinə idxal zamanı, habelə dövlət orqanlarının və fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən ekspertizadan keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 iyul tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş «Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları»nın: 4.9-cu bəndinə əsasən Səhiyyə Nazirliyi sənədlərin ilkin ekspertizasının nəticələrinə əsasən dərman vasitəsinin dövlət qeydiyyatından aşağıdakı hallarda imtina edir: 4.9.2. Azərbaycan Respublikasında artıq qeydiyyatdan keçmiş ticarət adı altında digər dərman vasitəsi dövlət qeydiyyatına təqdim edildikdə; 8.1-ci bəndinə əsasən Səhiyyə Nazirliyi dərman vasitələrinin dövlət qeydiyyatından aşağıdakı hallarda imtina edir: 8.1.8. ixtisaslaşdırılmış ekspertizanın və (və ya) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Farmakoloji və X3 apardığı əlavə ixtisaslaşdırılmış ekspertizanın nəticələri üzrə mənfi rəy verildikdə; 8.2-ci bəndinə əsasən dərman vasitəsinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında qərar qəbul edildiyi halda, bu barədə ərizəçiyə yazılı formada əsaslandırılmış cavab verilir; 9.1-ci bəndinə əsasən dərman vasitəsinin dövlət qeydiyyatına alınması haqqında qərar qəbul edildiyi halda, ərizəçiyə 15 təqvim günü ərzində bu Qaydaların 11 nömrəli əlavəsində göstərilmiş formada qeydiyyat vəsiqəsi verilir; 10-cu bəndinə əsasən dərman vasitələrinin dövlət qeydiyyatı 5 (beş) il müddətində qüvvədə olur. Bu müddət bitdikdən sonra dərman vasitələri yenidən dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Apellyasiya şurasının 18 dekabr 2019-cu il tarixli A78-7 saylı qərarına əsasən İddiaçı (ünvan: Reisnerstrasse 55-57, A-1030 Wien, Avstriya (AT) şirkətinə məxsus 663516 beynəlxalq qeydiyyat nömrəli “NOTTA" əmtəə nişanının 05-ci sinif “Əczaçılıq, baytarçılıq və sanitar preparatları; tibbi istifadə üçün uyğunlaşdırılmış pəhriz maddələri; dərmanlar, xüsusilə homeopatik dərmanlar; müalicəvi içkilər” əmtəələri üzrə qeydiyyata alınmasının qismən rədd edilməsi barədə Ekspertizanın 08.02.2019-cu il tarixli qərarına qarşı ərizəçinin nümayəndəsi, patent müvəkkili Nümayəndə tərəfindən Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasına verilmiş etiraz ərizəsinin təmin olunmaması qərara alınmışdır. Eyni zamanda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Apellyasiya şurasının 01 noyabr 2019-cu il tarixli A46-7 saylı qərarına əsasən X16. ve Tic. A.Ş.-yə məxsus 2009 1350 qeydiyyat nömrəli “notta-sanovel” əmtəə nişanının 05-ci sinif əmtəələri üzrə qeydiyyatına qarşı “İddiaçı” adından patent müvəkkili Nümayəndə tərəfindən verilmiş etiraz ərizəsinin təmin olunmaması qərara alınmışdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, X16. ve Tic. A.Ş. adına Azərbaycan Respublikasında "notta-sanovel" əmtəə nişanı 05-ci sinif: "əczaçılıq preparatları" əmtəələri üzrə 2009 1350 nömrə ilə 10.12.2009 tarixdə qeydiyyata alınmışdır və 04.06.2028-ci il tarixə qədər qüvvədədir. X15 San. ve Tic. A.Ş. "notta-sanovel" əmtəə nişanından istifadə etmək niyyəti olduğunu sübut etmək məqsədi ilə 2014-cü il tarixdə "NOTTA" dərman vasitəsinin qeydiyyata alınması üçün Səhiyyə Nazirliyinin X4nə müraciət etsə də, X4 tərəfindən "Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları"nın 8.1-ci bəndinə uyğun olaraq ixtisaslaşdırılmış ekspertizanın nəticəsi mənfi qiymətləndirilmişdir. X16. ve Tic. A.Ş. adına "notta-sanovel" nişanı qeydiyyatda olduğu halda, 2014-2015-ci illərdə "NOTTA" adlı preparatın ekspertizası və qeydiyyata alınması üçün Səhiyyə Nazirliyinin X2 ilə müqavilə bağlanmış və qeyd edilən müddətdə bir çox yazışma aparılmış, lakin "NOTTA" adlı preparat qeydiyyata alınmamışdır. Bunun əksinə olaraq, “AzeriMed” LLC tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X2” MMC-yə ünvanlanmış məktubda Avstriyanın “İddiaçı” şirkətinin istehsalı olan “Notta daxilə qəbul edilən dərman N20, N50” dərman vasitəsinin Azəraycan Respublikasında yenidən dövlət qeydiyyatına alınmasına icazə verilməsi xahiş olunmuşdur, eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin DV seriyalı 10-00048, DV seriyalı 15-00102 və DV seriyalı 20-01003 nömrəli qeydiyyat vəsiqələrinə əsasən Bitner Farma, Avstriya (Bittner Pharma, Austria), istehsalçı, ölkə “Rixard Bitner” AG, Avstriya (İddiaçı, Austria) olmaqla “NOTTA” (dərman vasitəsinin ticarət adı) dərman vasitəsi dövlət qeydiyyatına alınmışdır, qeydiyyat tarixi müvafiq olaraq 04.02.2010-cu ildən 04.02.2015-ci ilədək, 13.02.2015-ci ildən 13.02.2020-ci ilədək və 06.10.2020-ci ildən 06.10.2025-ci ilədək etibarlıdır və hazırda həmin qeydiyyat 06.10.2025-ci ilədək qüvvədədir. Müxtəlif dərman vasitələrinin eyni ticarət adı altında dövlət qeydiyyatına alınmasına yol verilməsi qanunla qadağan olunduğu halda, cavabdeh tərəfindən həmin halın mövcud olub-olmaması halları araşdırılmamış, bu barədə məlumatlar əldə edilməmiş, istehsalçı, ölkə “Rixard Bitner” AG, Avstriya olmaqla “NOTTA” dərman vasitəsinin dövlət qeydiyyatına alınması və həmin qeydiyyatın 06.10.2025-ci ilədək etibarlı olması nəzərə alınmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Göründüyü kimi, «Richard Bittner» AG (ünvan: Reisnerstrasse 55-57,A-1030 Wien (AT) adına AT, 14.05.1996, 164 184 bazis qeydiyyatı əsasında "NOTTA" əmtəə nişanı 5-ci sinif "Əczaçılıq, baytarçılıq və sanitar preparatları; tibbi istifadə üçün uyğunlaşdırılmış pəhriz maddələri; dərmanlar, xüsusilə homeopatik dərmanlar; müalicəvi içkilər" əmtəələri üzrə 23.09.1996-cı il tarixli 663516 nömrəli beynəlxalq qeydiyyat 05.03.2018-ci il tarixdə Madrid Protokolu 9sexies maddəsinə və (Qaydalar 24 (6) Azərbaycan Respublikası ərazisinə genişləndirilməklə verilmişdir. X16. ve Tic. A.Ş. (ünvan: X5 X18 Merkezi C Blok 34398 Maslak - İstanbul / TURKEY (TR) -adına Azərbaycan Respublikasında "nottasanovel" əmtəə nişanı 5-ci sinif: "əczaçılıq preparatları" əmtəələri üzrə 2009 1350 nömrə ilə 10.12.2009 tarixdə qeydiyyata alınmış, 04.06.2028-ci il tarixə qədər qüvvədədir. 663516 nömrəli beynəlxalq qeydiyyatlı "NOTTA" əmtəə nişanı 5-ci sinif: "Əczaçılıq, baytarçılıq və sanitar preparatları; tibbi istifadə üçün uyğunlaşdırılmış pəhriz maddələri; dərmanlar, xüsusilə homeopatik dərmanlar; müalicəvi içkilər" əmtəələri üzrə 08.02.2019-cu il tarixli qərarı ilə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzi 2009 1350 qeydiyyat nömrəli "notta-sanovel" əmtəə nişanı 5-ci sinif: "əczaçılıq preparatları" qarşı qoyaraq qismən ilkin rədd qərarı vermişdir. «Richard Bittner» AG (AT) nümayəndəsi tərəfindən X16. ve Tic. A.Ş. (TR) şirkətinə məxsus 2009 1350 qeydiyyat nömrəli "nottasanovel" əmtəə nişanının 05-ci sinif əmtəələri üzrə qeydiyyatına qarşı "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun 30-cu maddəsində "qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda" nəzərdə tutulmuş əsaslarla ərizə verilmişdir. X16. ve Tic. A.Ş. (TR) "nottasanovel" əmtəə nişanından istifadə etmək niyyəti olduğunu sübut etmək məqsədi ilə 2014cü il tarixdə "NOTTA" dərman vasitəsinin qeydiyyata alınması üçün Səhiyyə Nazirliyinin X4nə müraciət etmiş və X4 tərəfindən "Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları"nın 8.1-ci bəndinə uyğun olaraq ixtisaslaşdırılmış ekspertizanın nəticəsi mənfi qiymətləndirilmişdir. X16. ve Tic. A.Ş. (TR) adına "nottasanovel" nişanı qeydiyyatda olduğu halda, 2014-2015-ci illərdə "NOTTA" adlı preparatın ekspertizası və qeydiyyata alınması üçün Səhiyyə Nazirliyinin X2 ilə müqavilə bağlanmış və qeyd edilən müddətdə bir çox yazışma aparılmış, lakin "NOTTA" adlı preparatın qeydiyyata alınması uğursuzluqla nəticələnmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "NOTTA" adlı "sakitləşdirici effektli qomepatik preparat" preparatın qeydiyyat vəsiqələrindən DV№10-00048 - 04.02.2010 -04.02.2015-ci il tarixə kimi, DV№15- 00102 - 13.02.2015 -13.02.2020-ci il tarixə kimi qeydiyyatda olmuş və hal-hazırda DV№20-01003 sayla 06.10.2020 -06.10.2025-ci il tarixə kimi qüvvədədir. "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 6.6-cı maddəsinə əsasən müxtəlif dərman vasitələrinin eyni ticarət adı altında dövlət qeydiyyatına alınmasına yol verilmir. Yəni "NOTTA" adlı "sakitləşdirici effektli qomepatik preparat" preparatın istehsalçı «Richard Bittner» AG (AT) adına Azərbaycan Respublikası Səhiyyə Nazirliyində qeydiyyatda olduğu halda X16. ve Tic. A.Ş. (TR) adına "NOTTA" adı altında fərqli “Montelukast” preparatın qeydiyyata alınması qanunvericiliyin tələblərinə zidd olduğu üçün mümkünsüzdür. Bundan başqa X16. ve Tic. A.Ş. (TR) tərəfindən 2009 1350 nömrə ilə qeydiyyata alınmış nişan "notta-sanovel" əmtəə nişanıdır. Odur ki, "NOTTA" adlı "sakitləşdirici effektli qomepatik preparat" preparatın Səhiyyə Nazirliyində qeydiyyatda olduğu halda X16. ve Tic. A.Ş. (TR) şirkətinin "NOTTA" adlı “Montelukast” preparatın Səhiyyə Nazirliyində qeydiyyata almaq niyyəti, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının "nottasanovel" əmtəə nişanından istifadə etməsinə dair dəlillərinin əsassız olduğunu təsdiq edir. O cümlədən X16. ve Tic. A.Ş.-nin 10.12.2009-cu il qeydiyyat tarixli 2009 1350 nömrəli "notta-sanovel" əmtəə nişanından (10 il sonra) istifadə niyyətini, istehsal etdiyi dərman vasitələrinin xarici ölkələrdəki, o cümlədən Azərbaycanda satışının həyata keçirilməsi məqsədilə kənar "X6 AG" şirkəti ilə 20.02.2019-cu il tarixli müqavilə ilə bağlı dəlillərinin Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası tərəfindən qəbul edilməsi əsassızdır. X16. ve Tic. A.Ş. tərəfindən 2009 1350 qeydiyyatlı “notta-sanovel” əmtəə nişanından 05-ci sinif “Əczaçılıq preparatları” əmtəələri üzrə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulan hallara dair hər hansı sübüt təqdim edilməmişdir. Beləliklə, «Richard Bittner» AG (AT)-nin X16. ve Tic. A.Ş.-nin 10.12.2009-cu il qeydiyyat tarixli "notta-sanovel" əmtəə nişanına 2009 1350 nömrəli qeydiyyatına qarşı "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun 30-cu maddəsində "qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda" nəzərdə tutulmuş əsaslarla verilmiş ərizə əsaslıdır və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının A46-7 nömrəli 01 noyabr 2019-cu il tarixli qərarı ləğv olunmalı, "notta-sanovel" əmtəə nişanına 2009 1350 nömrəli qeydiyyatına xitam verlməlidir. Qarşı qoyulan “notta-sanovel” əmtəə nişanının 2009 1350 saylı qeydiyyatına xitam verildiyi üşün “NOTTA” əmtəə nişanının 05-ci sinif “Əczaçılıq preparatları” əmtəələri üzrə İR 663516 saylı beynəlxalq qeydiyyatı ilə bağlı qismən ilkin rədd qərarına əsas aradan qalxmış olur, bu səbəbdən də Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının A78-7 nömrəli 18 dekabr 2019-cu il tarixli Qərarı və «Richard Bittner» AG (ünvan: Reisnerstrasse 55-57, A-1030 Wien, Avstriya (AT) şirkəti, onun adına İR 663516 sayla beynəlxalq qeydiyyata alınmış “NOTTA” əmtəə nişanının 05-ci sinif əmtəələri üzrə 08.02.2019-cu il tarixli ilkin rədd qərarı ləğv edilməli, İR 663516 sayla beynəlxalq qeydiyyata alınmış “NOTTA” əmtəə nişanının 05-ci sinif əmtəələri üzrə tam mühafizə verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının A46-7 nömrəli 01 noyabr 2019-cu il tarixli qərarı ləğv edilsin və X16. ve Tic. A.Ş. adına 2009 1350 nömrəli qeydiyyata xitam verilsin. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının A78-7 nömrəli 18 dekabr 2019-cu il tarixli qərarı ləğv edilsin, «Richard Bittner» AG (ünvan: Reisnerstrasse 55-57, A-1030 Wien, Avstriya (AT) şirkətinin adına İR 663516 sayla beynəlxalq qeydiyyata alınmış “NOTTA” əmtəə nişanının 05-ci sinif əmtəələri üzrə 08.02.2019-cu il tarixli ilkin rədd qərarı ləğv edilsin və İR 663516 sayla beynəlxalq qeydiyyata alınmış “NOTTA” əmtəə nişanının 05-ci sinif əmtəələri üzrə tam mühafizə verilməsi ilə bağlı son qərarın Ümumdünya Əqli Mülkiyyət Təşkilatına göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar