Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6728/2024 28.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “sabiq hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "sabiq hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin məzmunu onunla bağlıdır ki, iddiaçı 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1983-cü ilin dekabr ayının 20-dən 1993-cü ilin fevral ayının 16-sınadək Bakı şəhəri Nərimanov rayon Xalq Məhkəməsində məhkəmə icraçısı, 1993-cü ilin fevral ayının 17-dən Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsində məsləhətçi, şöbə müdiri, xx.xx.2000-ci il tarixdən Azərbaycan Respublikası İqtisad Məhkəməsində şöbə müdiri və aparat rəhbərinin müavini vəzifəsində işləmişdir. 2007-ci ilin iyul ayının 20-dən Bakı Apellyasiya Məhkəməsində aparıcı məsləhətçi, xx.xx.2008-ci il tarixdən Məhkəmə-Hüquq Şurasında məsləhətçi, böyük məsləhətçi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli Sərəncamı ilə xx.xx.2011-ci il tarixdən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə hakimi vəzifəsinə təyin edilmiş və xx.xx.2013-cü il tarixədək həmin məhkəmədə hakim işləmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Qərarı ilə xx.xx.2013-cü il tarixdən Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 29 avqust 2020ci il tarixdən hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatdığına görə səlahiyyətlərinə xitam verilmişdir. Hazırda iddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2inz(81)-637/2013 saylı qərarına əsasən xx.xx.2011ci il tarixdən güzətli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2inz(81)-637/2013 saylı qərarında qeyd edilmişdir ki, “Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı ədliyyə orqanlarında 25 il qulluq stajına malik olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 9.7.1-ci maddəsinə əsasən onun güzətli şərtlərlə əmək pensiyası hüququ vardır. Göründüyü kimi məhkəmənin həmin qərarı ilə iddiaçının ədliyyə orqanlarında 25 il qulluq stajına malik olduğu təsbit edilmişdir. Ədliyyə qulluqçusu kimi güzətli şərtlərlə əmək pensiyası aldığına görə, 2021-ci ilin fevral ayında müvafiq sənədləri təqdim etməklə cavabdehə müraciət edərək pensiyanın yenidən hesablanmasını xahiş etmişdir, nəticədə cavabdeh 2021-ci ilin fevral ayında pensiyanı yenidən hesablayaraq iddiaçıya sabiq ədliyyə qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin etmişdir. 2023-ci ilin dekabr ayında cavabdehə təkrar müraciət edərək ədliyyə orqanlarındakı qulluq illərini hakimlik qulluq illərinə daxil edərək xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 20.7.1-20.7.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə gör əlavə haqq, səlahiyyətlərimin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşımın 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı, o cümlədən ödənilmiş məzuniyyət haqqı və əmək haqqına ödənilmiş digər əlavələr nəzərə alınmaqla iddiaçıya əmək pensiyasının təyin olunmasını xahiş olunmuşdur. Cavabdeh 3-17-1/2-Z-2254/2024 saylı, 09 yanvar 2024-cü il tarixli məktubla mənə hakim kimi əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Cavabdeh imtinanın əsası kimi iddiaçıya sabiq dövlət qulluqçusu (ədliyyə qulluqçusu) kimi yaşa görə əmək pensiyası ödənildiyini “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 20.7.1 -ci, 20.7.2-ci maddələrinə əsasən hakim kimi əmək pensiyası hakim vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edildiyi, hakim kimi iş stajının 5 ildən az (xx.xx.2011-xx.xx.2020-ci il tarixləri arasındakı dövr), 9 il, 7 ay 28 gün olduğundan iddiaçıya hakim kimi əmək pensiyasının hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyini göstərmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Ədliyyə orqanlarında qulluq keçmiş şəxslər məhkəmə orqanlara işə qəbul edilərkən onların ədliyyə orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq illərinə daxil edilir və daşıdıqları xüsusi rütbələr saxlanılır” qeydi hakim vəzifəsini deyil, məhkəmə aparatı işçilərini nəzərdə tutmuşdur. Nəzərə alınmalıdır ki, hakimlər işə qəbul edilmir, müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hakim vəzifəsinə təyin edilirlər. Bundan əlavə məhkəmə orqanları işçisi qeydi olan bütün qanunvericilik aktlarında hakimlər deyil, məhkəmə aparatı işçiləri nəzərdə tutulmuşdur. Hakimlərdən bəhs edən qanunvericilik aktlarında isə hakim ifadəsi konkret olaraq “hakim” adı ilə göstərilmişdir. İş materiallarında olan İddiaçı məxsus şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı ona hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən olunmuş yaş həddinə (65 yaş) xx.xx.2020-ci il tarixdə çatmışdır. Yuxarıda istinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və işin faktiki hallarından məlum olur ki, iddiaçı artıq 2016-cı ildə hakim kimi yaşa görə pensiya hüququnun yarandığını iddia etsə də, 2016-cı ildə naKim Kimi yaşa qum um^ pensiyası təyin edilməsi üçün qanunla tələb olunan yaş h&ddina çatmadığına görə ona “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına əsasən pensiya təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamaqla yanaşı qanunsuz hesab edilməlidir. Beləliklə, iddiaçı F.Zeynalının iddia ərizəsində də qeyd etdiyi kimi, “Əmək pensiyaları haqqında" Qanuna 2017-ci il 1 iyul tarixli dəyişiklik edilənədək 5 ildən artıq hakimlik stajı olsa da, hakim vəzifəsində olmanın son yaş həddinə yəni 65 yaşa çatmadığına görə Qanunun 20.1.4-cü maddəsinin tələbləri yerinə yetirilmədiyindən əvvəlki redaksiyaya əsasən hakim kimi yaşa görə əmək pensiyasıyasının təyin edilməsi iddiası əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 yanvar 2013-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2011-ci il tarixdən etibarən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsi DSMF Binəqədi Rayon Şöbəsinə həvalə edilmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında 10 mart 2021-ci il tarixli qərardan görünür ki, iddiaçının yenidən hesablanmış pensiya məbləği 2.095,33 manat təşkil edir. Cavabdehin imtina məktubundan görünür ki, iddiaçıya sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1 -ci və 20.7.2-ci maddələrinə əsasən sabiq hakim kimi yaşa görə əmək pensiyası hakim vəzifəsində 15 il və daha yuxarı iş stajı olan şəxsə münasibətdə təyin edilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının hakim kimi stajı 15 ildən az (9 il 7 ay 28 gün (xx.xx.2011-xx.xx.2020-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də ona hakim kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə nail olmaq istədiyi məqsəd məhz onun ədliyyə orqanında işlədiyi müddət nəzərə alınmaqla sabiq hakim kimi yaşa görə əmək pensiyası almaqdan ibarətdir. Cavabdeh iddiaçının müraciətinin əsassız olduğunu bildirərək gəldiyi mövqeyi onunla əsaslandırmışdır ki, iddiaçının hakim kimi stajı 15 ildən az (9 il 7 ay 28 gün (xx.xx.2011-xx.xx.2020-ci il tarixləri arasındakı dövr)) təşkil etdiyindən, ona münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1 -ci və 20.7.2-ci maddələrinin tətbiqi mümkün deyil. Məhkəmə cavabdehin irəli sürdüyü bu dəlil ilə bağlı aşağıdakiları diqqətə çatdırmağı zəruri hesab edir. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun iddiaçı hakim təyin edilən zaman qüvvədə olan 109-cu maddəsinin redaksiyası Maddə 109. Hakimlərin sosial müdafiəsi Hakimlərin həyatı və sağlamlığı dövlət büdcəsi hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimlər həlak olduqda (vəfat etdikdə) və ya onlar xidmətin davam etdirilməsinə imkan verməyən dərəcədə xəstələndikdə, xəsarət (yaralanma, travma, kontuziya) aldıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə birdəfəlik müavinət ödənilir. Hakimlərə məxsus əmlakın xidməti fəaliyyəti ilə əlaqədar məhv olması və ya zədələnməsi nəticəsində vurulan ziyan hakimlərə və ya onların ailə üzvlərinə tam həcmdə ödənilir. Bu maddədə nəzərdə tutulmuş ziyan qanunla müəyyən olunmuş qaydada sonradan təqsirkar şəxslərdən tutulmaqla Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilir. Hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə hakim vəzifəsində işləmiş müddətdən asılı olaraq aşağıdakı miqdarda pensiya təyin edilir: 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta əməkhaqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 10 ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin orta əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə. Əməkhaqqı artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilir. Bu maddənin beşinci hissəsinin müddəaları bu qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (1 yanvar 2006-cı il tarixdən 1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiya) 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: (-). 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilmiş sabiq hakimlər; (-). 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanımla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: (-). 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlər; (-). 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.7-1. Bu Qanunun 20.1.4-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş sabiq hakimin hakimlik stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7 maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli qərarı: “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq “X1” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə — həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə — həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Qanunvericiliyin tələbindən də göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-cü maddəsinin xx.xx.2017-ci il tarixdən sonra qüvvədə olan redaksiyasına görə, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Bu Qanunun 20.7-ci maddəsinin xx.xx.2017-ci il tarixdən sonra qüvvədə olan redaksiyasına görə, həmin qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1-ci maddəsinə görə, 15 il hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında əlavə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilmiş sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.7-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə, 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla, 10 ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla əlavə hesablanır. Qeyd edilməlidir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində hakimlərin müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar kontekstində baxılmalıdır. Həmin maddədə hakimlərin müstəqilliyinin və ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri təsbit edilmiş, hakimlərin müstəqilliyi ilə bağlı konstitusion təminatlar nəzərdə tutulmuşdur. Belə yanaşma məhkəmə hakimiyyətinin və həmin hakimiyyəti təmsil edən hakimlərin xüsusi statusundan qaynaqlanır. Qeyd etmək lazımdır ki, hakimlərin müstəqilliyinin, bir tərəfdən ədalət mühakiməsinin həyata keçirilməsinin, digər tərəfdən isə həm də dövlət tərəfindən hakimlərə tanınan konstitusiya təminatı olduğu nəzərə alınmalı, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, hakimlərin maddi və sosial təminatı həm də Konstitusiyada təsbit olunmuş məhkəmə hakimiyyətinin müstəqilliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz mühüm elementi kimi çıxış edir. Hakimlərin statusunun konstitusiya–hüquq xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakteri nəzərə alınaraq, sabiq hakimin sosial təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olunur, belə ki, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir. “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyi nə əmin olmalıdır. İşin faktiki hallarından görünür ki, hazırkı inzibati mübahisə iddiaçının hakim kimi əmək pensiyasının hesablanması ilə bağlı yuxarıda adıçəkilən Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədən olan redaksiyasının və ya hazırkı redaksiyasının tətbiq edilibedilməməsi ilə bağlıdır. İddiaçı xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiya tətbiq edilməklə onun ədliyyə orqanında işlədiyi müddət nəzərə alınmaqla əmək pensiyasının təyin edilməli olması qənaətindədir. Cavabdeh isə, qüvvədən düşmüş normalarının tətbiqinin istisna edilməklə, Qanunun xx.xx.2017-ci il tarixdən sonrakı müddəalarının tətbiq edilməli olması qənaətindədir. Məhkəmə qeyd edir ki, doğrudur ki, “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq adıçəkilən Qanunun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normaları iddiaçıya tətbiq olunaraq ona sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilə bilər. Hüquqi perspektiv baxımından bu mümkündür. İş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçının mübahisələndirilməyən hakim kimi iş stajı 9 il 07 ay 28 gün (xx.xx.2011-xx.xx.2020) təşkil edir ki, bu da onun xx.xx.2017-ci il tarixədək 5 il hakimlik stajının olduğunu göstərir. Lakin nəzərə alınmalıdır ki, bu staj qarşılığında iddiaçıya sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin olunarsa, bu zaman onun pensiya məbləği hazırda dövlət qulluqçusu kimi aldığı pensiya məbləğinə nisbətdə daha az olar. Məhkəmə araşdırılması zamanı da bu hallar iddiaçının diqqətinə çatdırılmış və müəyyən olunmuşdur ki, iddiaçı sabiq hakim kimi yaşa görə əmək pensiyası almaq istəsə də, o, ədliyyə orqanında işlədiyi müddətdə daxil edilməklə bu nəticəni əldə etmək istəyir. Halbuki, onun pensiya məbləğinin azalması müşahidə olunur ki, iddiaçının özü də hər bir pensiya alan şəxs kimi daha artıq pensiya məbləği almağı arzulayır. Məhkəmə hesab edir ki, iddiaçının ədliyyə orqanında işlədiyi həmin müddətin hakimlik iş stajına daxil edilməsi mümkün olmadığından, həmçinin iddiaçıya sabiq hakimi kimi pensiya təyin olunduğu zaman onun pensiya məbləği indiki pensiya məbləğindən az olacağından, hazırki mərhələdə iddia tələbinin qismən təmin edilməsi formasında qərar qəbul edilməsi əlverişsizdir. İddiaçının ədliyyə orqanında işlədiyi müddətin hakim iş stajına daxil edilməsinin mümkün olmaması ilə bağlı məhkəmə qeyd edir ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunun 1.1-ci maddəsinə əsasən Ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin ədliyyə orqanlarında işlədiyi müddət yalnız onun dövlət qulluğu illərinə daxil edilə bilər. Nəzərə alınmalıdır ki, hakimlik iş stajına yalnız şəxsin hakim kimi xidmət illəri ilə yanaşı, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun “Prokurorluqda qulluq keçmənin yaş həddi” adlanan 32-ci maddəsinin 5-ci hissəsinə görə prokurorluqdakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsi mümkündür. (prokurorluq işçisi kimi məhkəmə orqanlarına işə keçirildiyi zaman) İddiaçının ədliyyə orqanında işlədiyi müddət xüsusi dövlət qulluğu hesab olunduğundan, iddiaçının ədliyyə orqanında işlədiyi müddətin hakim iş stajına daxil edilməsi istisna olunur. Belə olan halda Məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-6728/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6728/2024
28.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver