Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6829/2022 12.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası iqtisadçı, Azərbaycan Dövlət İqtisad Universitetində laborant işləyir), iddiaçının vəkili Vəkil (Tərtər rayonunda qeydiyyatdadır, vəkil), cavabdehin nümayəndəsi Nümayəndə (Abşeron rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq sektorunun müdiri işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı “iddiaçıya iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi və dissertasiya işinə müsbət rəyin verilməsi vəzifəsinin qoyulması, cavabdehin qərarlarının ləğv edilməsi” tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı iddia qaldıraraq Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iddiaçıya iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin veriməsindən imtina edilməsi haqqında xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2017-ci il və xx.xx.2020-ci il tarixli qərarlarının ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzərinə İddiaçı iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi və dissertasiya işinə müsbət rəyin verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1995-1999-сu illərdə Azərbaycan Dövlət İqtisad Unuversitetində bakalavr təhsili, 2001-2003-cü illərdə isə həmin Universitetdə magistr təhsili almışdır. xx.xx.2013-cü ildə “Aqrar sahədə qiymət mexanizmi və onun formalaşdırılmasının iqtisadi problemləri” mövzusu üzərində dissertasiyanı müdafiə edərək ona iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına müraciət etmiş və həmin Komissiyanın 10-K nömrəli, xx.xx.2014-cü il tarixli protokolu ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsindən imtina edilmişdir. Səbəb olaraq isə işdə plagiat faktının olması göstərilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında X5 35-K nömrəli, xx.xx.2017-ci il tarixli protokolu ilə ona fəlsəfə doktoru elmi dərəcəsinin verilməsindən imtina edilməsi haqqında kollegiyanın xx.xx.2014-cü və xx.xx.2017-ci il tarixli qərarları, iqtisadiyyat elmləri üzrə ekspert şurasının xx.xx.2017-ci il tarixli qərarının mənfi olması və dissertasiya işinə verilmiş qapalı rəyin mənfi olması nəzərə alınaraq qüvvədə saxlanılmışdır. Həmin Komissiyanın 09-K nömrəli, xx.xx.2020-ci il tarixli protokolu ilə ona fəlsəfə doktoru elmi dərəcəsinin verilməsindən imtina edilməsi haqqında kollegiyanın xx.xx.2014-cü il və xx.xx.2017-ci il tarixli qərarları, iqtisadiyyat elmləri üzrə ekspert şurasının mənfi rəyi nəzərə alınaraq qüvvədə saxlanılmışdır.İddiaçı bu qərarların surətini yazılı ərizə ilə Ali Attestasiya Komissiyasına muraciət edərək fevral ayında əldə etmişdir.İddiaçı həmin qərarları əsassız hesab edərək hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddia üzrə qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülmüşdür. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia elmi dərəcələr və elmi adlar verilməsi ilə bağlı inzibati aktlara münasibətdə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.Eyni müddət “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddəsində də nəzərdə tutulmuşdur. İş üzrə müvafiq imtina qərarları qəbul edildikdən sonra iddiaçı tərəfindən Komissiyaya ünvanlanmış xx.xx.2014-cü, xx.xx.2015-ci il tarixli, o cümlədən iddiaçının anası tərəfindən Komissiyaya ünvanlanmış xx.xx.2015-ci və xx.xx.2018-ci il tarixli, iddiaçının atası tərəfindən ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizələrlə iddiaçının işinə yenidən baxılması üçün müraciət edilmişdir. Yəni iddiaçı verilmiş hər bir imtina barədə qərardan məlumatlı olmuşdur.Müvafiq müraciətlər əsasında iddiaçının işinə Komissiya tərəfindən yenidən apellyasiya qaydasında baxılmışdır. Ali Attestasiya Komissiyasının iddiaçıya iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina edilməsi barədə qəbul etdiyi qərar onun diskresion səlahiyyətləri çərçivəsində qəbul olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 33.1-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər, həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iddiaçıya iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin veriməsindən imtina edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi hissəsində mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı, iddiaçının vəkili Vəkil iddia tələbində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını, iddiaçının və cavabdehin vəkil və nümayəndəsini, dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən məhkəməyə iddiaçının şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2022-ci il tarixli məktubları, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Kollegiyasının xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2017-ci il, xx.xx.2020-ci il tarixli protokollarından çıxarışlar, 2013-cü ildə nəşr edilmiş müəllifi kimi İddiaçı göstərildiyi “Aqrar sahədə qiymət mexanizmi və onun formalaşdırılmasının iqtisadi problemləri” adlı avtoreferat, iddiaçının sağlamlıq vəziyyətinə dair sənədlər, İddiaçı “Aqrar sahədə qiymət mexanizmi və onun formalaşdırılmasının iqtisadi problemləri” 5312.01 – “Sahə iqtisadiyyatı” ixtisasında iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işinə dair rəy, ”Azərbaycan Milli Elmlər Akademiyası İnstitutunun “İqtisadi nəzəriyyə və iqtisadi fikir tarixi” və “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi” şöbələrinin xx.xx.2013-cü il tarixli, 05 saylı iclasının protokolu, Azərbaycan Milli Elmlər X1 tərəfindən iddiaçının “Aqrar sahədə qiymət mexanizmi və onun formalaşdırılmasının iqtisadi problemləri” 5312.01 – “Sahə iqtisadiyyat” ixtisasında yerinə yetirdiyi dissertasiya işinə dair rəylər, ali magistr təhsili və ali təhsli haqqında diplomları təqdim edilmişdir. Məhkəmə həmin sənədlərdən müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Azərbaycan Dövlət İqtisad Universitetinin ümumi iqtisadiyyat istiqamətini maliyyə kredit ixtisası üzrə bitirmiş, sonradan isə iqtisadiyyat istiqamətinin maliyyə və kredit ixtisası üzrə fərqlənmə ilə magistr səviyyəsini bitirmişdir. “Aqrar sahədə qiymət mexanizmi və onun formalaşdırılmasının iqtisadi problemləri” 5312.01 – “Sahə iqtisadiyyatı” ixtisasında iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyasını hazırlayaraq 2014, 2015, 2017 və 2020-ci illərdə cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim etmiş, cavabdehin kollegiyasının xx.xx.2014-cü il tarixli, 18-K nömrəli protokolundan çıxarışa əsasən ekspert şurasının mənfi rəyi nəzərə alınaraq İddiaçı iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina edilmişdir, cavabdehin xx.xx.2015-ci il tarixli, 12-K nömrəli protokoluna əsasən qeyd edilən qərar, iqtisadiyyat elmləri üzrə ekspert şurasının mənfi rəyi (iddiaçı zəif çıxış edib) nəzərə alınaraq qüvvədə saxlanılmışdır, cavabdehin xx.xx.2017-ci il tarixli, 35-K №li protokoluna əsasən iddiaçıya iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina edilməsi haqqında Kollegiyanın xx.xx.2014-cü il tarixli və xx.xx.2015-ci il tarixli qərarları, iqtisad elmləri üzrə ekspert şurasının xx.xx.2017-ci il tarixli qərarının mənfi olması və dissertasiya işinə verilmiş qapalı rəyin mənfi olması nəzərə alınaraq qüvvədə saxlanılmışdır, cavabdehin xx.xx.2020-ci il tarixli, 09-K nömrəli protokolundan çıxarışa əsasən iddiaçıya iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina edilməsi haqqında Kollegiyanın xx.xx.2015-ci il tarixli (protokol № 12-K) və xx.xx.2014cü il tarixli (protokol № 18-K) qərarları iqtisad elmləri üzrə ekspert şurasının mənfi rəyi nəzərə alınaraq qüvvədə saxlanılmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının ona elmi dərəcənin verilməsindən imtina etməsi ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 67.1.-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 68.1.-ci maddəsinə əsasən, qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası (bundan sonra - Komissiya) Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır. Komissiya öz fəaliyyətində qanunilik, obyektivlik, şəffaflıq və peşəkar etik normalara əməl edilməsi prinsiplərini əsas tutmaqla, qərarların qəbulunda müstəqildir.Komissiya Azərbaycan Respublikasının Prezidentinə tabedir. Həmin Əsasnamənin 2.0-ci bəndinə əsasən komissiyanın vəzifələri aşağıdakılardır: 2.0.1. elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi dərəcələr (fəlsəfə doktoru, elmlər doktoru) və elmi adlar (dosent, professor) verilməsi barədə vəsatətləri əsasında elmi dərəcə və elmi adlar verilməsini təmin etmək;..2.0.7. Azərbaycan Respublikasında elmi dərəcə və elmi ad almış şəxslərə dövlət sənədləri (diplomlar, attestatlar) vermək; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli, 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 1.2-ci bəndinə əsasən elmi dərəcələri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (bundan sonra – Komissiya) təsdiq etdiyi “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu”na uyğun olaraq elm sahələri üzrə Komissiya verir. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən fəlsəfə doktoru elmi dərəcəsi magistr (rezident) elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan ali təhsili və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində Komissiyanın yaratdığı dissertasiya şuralarında fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında verilir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən elmlər doktoru elmi dərəcəsi fəlsəfə doktoru elmi dərəcəsi və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində Komissiyanın yaratdığı dissertasiya şuralarında elmlər doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında verilir. Həmin Əsasnamənin 2.2-ci bəndinə əsasən dissertasiyaların mövzuları müvafiq elm sahələri üzrə yüksəkixtisaslı elmi kadr hazırlamaq səlahiyyəti olan (doktoranturası olan) elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarında hər bir iddiaçı üçün ayrılıqda müəyyən edilir. Həmin Əsasnamənin 3.1-ci bəndinə əsasən fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya iddiaçının müstəqil elmi işi olaraq, aşağıdakı tələblərdən birinə cavab verməlidir:3.1.1. dissertasiyada müvafiq elm sahəsində böyük əhəmiyyət kəsb edən problemin yeni həlli təklif olunmalıdır;3.1.2. böyük tətbiqi əhəmiyyəti olan iqtisadi, texniki və texnoloji işləmələrin təkmilləşdirilmiş elmi şərhi verilməlidir. Həmin Əsasnamənin 3.2-ci bəndinə əsasən elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya iddiaçının müstəqil elmi işi olaraq, aşağıdakı tələblərdən birinə cavab verməlidir:3.2.1. dissertasiya işi böyük əhəmiyyət kəsb edən yeni elmi problemin həllini təmin etməlidir;3.2.2. dissertasiya işində müvafiq elm sahəsinin perspektiv inkişafı üçün mühüm elmi nailiyyət hesab edilə bilən əsaslandırılmış yeni nəzəri müddəalar irəli sürülməli və işlənib hazırlanmalıdır;3.2.3. elmi-texniki tərəqqini sürətləndirməyə əhəmiyyətli töhfə verən, texniki-iqtisadi cəhətdən əsaslandırılmış yeni texniki və texnoloji işləmələrin həlli verilməlidir. Həmin Əsasnamənin 3.3-cü bəndinə əsasən dissertasiya iddiaçının şəxsən özünün yazdığı və müdafiə üçün irəli sürdüyü elmi müddəaların və nəticələrin məcmusunu əhatə edən tamamlanmış elmi tədqiqat işidir. Həmin Əsasnamənin 3.4-cü bəndinə əsasən dissertasiyanın daxili vəhdəti olmalı, iddiaçının elmə verdiyi töhfəni əks etdirməlidir. Həmin Əsasnamənin 3.5-ci bəndinə əsasən dissertasiyanın məzmununda aşağıdakılar əks olunmalıdır:3.5.1. tədqiqatın aktuallığı, obyekti, məqsəd və vəzifələrinin müəyyən olunduğu elmi məsələnin (problemin) əsaslandırılmış qoyuluşu verilməlidir; 3.5.2. tədqiqat mövzusu üzrə elmi ədəbiyyatın, o cümlədən xarici elmi informasiya mənbələrinin analitik icmalı verilməlidir;3.5.3. müdafiəyə çıxarılan elmi müddəalar dəqiq göstərilməlidir;3.5.4. iddiaçının təklif etdiyi elmi yeniliklər ciddi əsaslandırılmalı, mövcud faktlarla və elmi baxışlarla müqayisədə tənqidi qiymətləndirilməlidir;3.5.5. dissertasiyanın ayrı-ayrı hissələri üzrə əldə edilmiş nəticələrin izahlı təqdimatı verilməlidir;3.5.6. əsas elmi yenilikləri göstərməklə və onların əhəmiyyətini əsaslandırmaqla dissertasiyanın yekun nəticələri təqdim edilməlidir;3.5.7. əldə edilmiş elmi nəticələrin istifadəsinə və tətbiqinə dair tövsiyələr verilməlidir;3.5.8. tətbiqi əhəmiyyəti olan dissertasiyada iddiaçının aldığı elmi nəticələrin praktikada tətbiqi barədə məlumat, nəzəri əhəmiyyəti olan dissertasiyada isə elmi nəticələrin tətbiqi ilə əlaqədar tövsiyələr göstərilməlidir;3.5.9. istifadə olunmuş ədəbiyyat siyahısı iddiaçının dissertasiyanın əsas nəticələrini əks etdirən nəşr olunmuş elmi əsərləri də daxil edilməklə verilməlidir. Həmin Əsasnamənin 3.6-cı bəndinə əsasən iddiaçı özünün fəlsəfə doktoru dissertasiyasının ən çoxu beşdə bir hissəsindən elmlər doktoru dissertasiyasında istifadə edə bilər. Həmin Əsasnamənin 4.1-ci bəndinə əsasən dissertasiya şuralarını vahid sistem əsasında, uyğun ixtisaslar üzrə elmin, texnikanın, təhsilin, mədəniyyətin və incəsənətin müxtəlif sahələrində daim elmi araşdırmalar aparan, yüksəkixtisaslı elmi kadr potensialı olan mülkiyyət formasından asılı olmayaraq elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində onların vəsatəti əsasında fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün Komissiya yaradır. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən dissertasiya işi, iddiaçının seçiminə uyğun olaraq, onun yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilata, ali təhsil müəssisəsinə ilkin müzakirəyə təqdim edilir. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində iddiaçının rəsmi müraciət tarixindən etibarən üç aydan gec olmayaraq dissertasiyanın ilkin müzakirəsi keçirilir və iddiaçıya bir aydan gec olmayaraq müzakirənin keçirildiyi iclasın geniş protokolu və dissertasiya haqqında rəy verilir. Həmin Əsasnamənin 5.6-cı bəndinə əsasən dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində ilkin müzakirənin nəticəsində verilən geniş protokol və rəylə birlikdə dissertasiya işi, Komissiyanın müəyyən etdiyi siyahı üzrə digər sənədlər həmin müəssisə və təşkilat, ali təhsil müəssisəsinin vəsatəti ilə müvafiq ixtisas üzrə fəaliyyət göstərən dissertasiya şuralarının hər hansı birinə müdafiə üçün təqdim edilir. Həmin Əsasnamənin 6.1-ci bəndinə əsasən fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi məsələsinə Komissiyanın Kollegiyasında, elmlər doktoru elmi dərəcəsinin verilməsi məsələsinə X4 baxılır və qərar qəbul edilir. Həmin Əsasnamənin 6.3-cü bəndinə əsasən Komissiya dissertasiya və sənədlərin bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə uyğunluğu üzərində nəzarətin həyata keçirilməsi ilə bağlı Komissiyaya tövsiyələr vermək üçün öz nəzdində müxtəlif elm sahələri üzrə ekspert şuraları yaradır. Göründüyü kimi iddiaçının iddia ərizəsində göstərilən dissertasiya işinə müsbət rəyin verilməsi və elmi dərəcənin verilməsi cavabdehin diskression səlahiyyətidir, qeyd edilən məsələlər cavabdehin ona verilmiş hüquq çərçivəsində diskression səlahiyyətlərindən istifadə edərək i qərar qəbul edilməsi ilə həll olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz:73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə;73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə;73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Həmin Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 12.4.-ci maddəsinə əsasən, inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Həmin Qanunun 14.1.-ci maddəsinə əsasən, inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. İşin faktiki hallarına əsasən iddiaçı X6 iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş “Aqrar sahədə qiymət mexanizmi və onun formalaşdırılmasının iqtisadi problemləri” 5312.01 – “Sahə iqtisadiyyatı” ixtisasında dissertasiya işinə ekspert komissiyasının üç üzvü tərəfindən baxılaraq dissertasiya işinin X3 nə keçmiş, nə də müasir tələblərə cavab verməməsi və onun müəllifinə iqtisad elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsinin verilməli olmaması barədə rəy verilmişdir, eyni zamanda həmin dissertasiya işi üzrə X2 Elmi-Tədqiqat İnstitutunun direktoru tərəfindən də mənfi rəy verilmişdir, habelə digər ekspertlər tərəfindən dissertasiya işinə mənfi rəylər verilərək iddiaçıya iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi tövsiyyə olunmamışdır. Belə olan halda cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən İddiaçı iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin veriməsindən imtina edilməsi haqqında cavabdehin xx.xx.2020-ci il tarixli qərarı əsaslı olmaqla qanunvericiliyin tələblərinə müvafiq qəbul edilmişdir, cavabdeh tərəfindən yuxarıda istinad edilən Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli, 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və digər qanunvericilik aktlarının pozulması hazırki inzibati işə baxılan zaman müəyyən edilməmişdir, odur ki, məhkəmənin gəldiyi nəticəyə görə cavabdehin xx.xx.2020-ci il tarixli qərarı qanuna uyğun olduğundan həmin qərarın ləğv edilərək iddiaçıya iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi və dissertasiya işinə müsbət rəyin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzərinə qoyula bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iddiaçıya iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin veriməsindən imtina edilməsi haqqında Kollegiyanın xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi, cavabdehin üzərinə iddiaçıya iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi və dissertasiya işinə müsbət rəyin verilməsi vəzifəsinin qoyulması barədə iddiası təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının iddiası Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iddiaçıya iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin veriməsindən imtina edilməsi haqqında Kollegiyanın xx.xx.2014-cü il, xx.xx.2015-c il, xx.xx.2017-ci il tarixli qərarlarının ləğv edilməsi hissəsində 12 sentyabr 2022- ci il tarixli məhkəmə qərardadı ilə mümkün sayılmamışdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 32-ci, 33-cü, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iddiaçıya iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin veriməsindən imtina edilməsi haqqında Kollegiyanın xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi, cavabdehin üzərinə iddiaçıya iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi və dissertasiya işinə müsbət rəyin verilməsi vəzifəsinin qoyulması barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-6829/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6829/2022
12.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver