Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6841/2024 23.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı «kollegiya üzvlüyündən xaric edilmə» tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyası məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh kollegiya üzvlüyündən xaric edilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vəkillər X2 müvafiq qərarı ilə X4 müraciəti əsasında Bakı şəhəri 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh barəsində intizam icraatı başlanılaraq araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Qeyd edilən intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyası tərəfindən vəkil Cavabdeh iştirakı ilə müvafiq araşdırma aparılmış, ərizəçinin və vəkilin izahatları alınmış, təqdim olunmuş sənədlər və digər sübutlar tədqiq edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Cavabdeh tərəfindən ərizəçi X5 və onun əri X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində hüquqi yardımın göstərilməsi üçün müvafiq olaraq xx.xx.2023-cü il tarixli, 261 və 260 nömrəli müqavilələr bağlanılmış, həmin müqavilələr əsasında vəkilə Bürodan xx.xx.2023-cü il tarixli, ******* və ******* marka nömrəli vəkil orderləri tərtib edilib verilmiş, lakin həmin orderlərin əsilləri müvafiq orqana təqdim edilməməklə istifadə edilməmiş qalmış, hər iki müqaviləyə görə hər biri üçün 50 manat olmaqla cəmi 100 manat məbləğində pul vəsaiti hüquqi yardım haqqı kimi Büronun bank hesabına köçürmə yolu ilə vəkil Cavabdeh özü tərəfindən ödənilmişdir. Vəkil Cavabdeh ilə ərizəçi X7 və onun əri X8 arasında hər hansı digər iş üzrə, o cümlədən "İnstpower" şirkətinin Azərbaycan Respublikasında leqallaşdırılması və şirkətin Gəncə şəhərində polis tərəfindən saxlanılmış işçisi Əli Rzayevin hüquqlarının müdafiəsi ilə bağlı hüquqi yardımın göstərilməsi haqqında başqa müqavilə bağlanmamış və Büronun hesabına ödəniş olunmamışdır. Vəkil Cavabdeh tərəfindən ərizəçi X3 qanunvericiliklə nəzərdə tutulmuş qaydada bu barədə müvafiq müqavilə bağlamadan "İnstpower" maliyyə şirkətinin Azərbaycan Respublikasındakı qeyri-rəsmi fəaliyyətinin leqallaşdırılması və şirkətin Gəncə şəhərində fəaliyyət göstərən işçisi Əli Rzayevin polisdə hüquqlarının müdafiəsi ilə bağlı ilə bağlı hüquqi yardım göstərəcəyi adı ilə X5 məxsus +**********20 nömrəli "M 10" hesabından Cavabdeh məxsus +**********11 nömrəli "M10" hesabına xx.xx.2023-cii il tarixdə saat 21:50-də 16000 manat, saat 23:07-də 30000 manat və xx.xx.2023-cii il tarixdə saat 12:39-da 200 manat köçürülməklə, cəmi 46200 manat məbləğində pul vəsaitini müqavilədən kənar olaraq almış və bunun müqabilində heç bir iş görməyərək sonradan həmin pulu geri qaytarmaqdan imtina etmişdir. Komissiya vəkil Cavabdeh izahatında "İnstpower" şirkəti ilə bağlı danışıqları vəkil deyil, korporativ hüquqşünas kimi aparmasına dair göstərdiklərini inandırıcı hesab etməmişdir. Çünki araşdırma zamanı müəyyən olunmuş hallar, vəkilin özünün təqdim etdiyi tərəflər arasında xx.xx.2023-cii il tarixdə kafedə görüş zamanı qeydə alınmış audiovideoyazılar onu göstərir ki, ərizəçi Leyla Babazadə və onun əri X12 Cəfərovanı məhz vəkil kimi tanımış, onunla aralarında olan danışıqlar Cavabdeh vəkil olduğu üçün baş tutmuşdur. Cavabdeh qardaşı onu vəkil kimi təqdim edir, onun şirkətin vəkili olacağını və 46.000 manat pulu ona görə aldığını bildirir. Cavabdeh isə buna heç bir etiraz etməyərək “İnstpower" şirkətinə, eləcə də Cessika adlı şəxsə özünün vəkil olduğunu sübut etmək üçün vəkil vəsiqəsinin şəklini və Vəkillər Kollegiyasının rəsmi internet səhifəsinin linkini onlara göndərdiyini bildirir. Bu halların hamısı bir daha sübut edir ki, Cavabdeh Leyla Babazadə, onun əri Orxan və Cessika ilə vəkil kimi tanış olmuş, danışıqları vəkil kimi aparmış, hətta vəkil olduğunu onlara müvafiq sənədlərlə inandırmış və həmin 46.000 manat pulu vəkil kimi hüquqi vardım göstərmək üçün almışdır.
3. Vəkillərin İntizam Komissiyası intizam icraatı üzrə aparılmış araşdırma zamanı toplanmış materialları məcmu halında qiymətləndirərək, həmin materiallara əsasən müəyyən edilmiş hallardan yekdilliklə belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh tərəfindən ərizəçi X3 qanunvericiliklə nəzərdə tutulmuş qaydada bu barədə müvafiq müqavilə bağlamadan "İnstpower" maliyyə şirkətinin Azərbaycan Respublikasındakı qeyri-rəsmi fəaliyyətinin leqallaşdırılması və şirkətin Gəncə şəhərində fəaliyyət göstərən işçisi Əli Rzayevin polisdə hüquqlarının müdafiəsi ilə bağlı ilə bağlı hüquqi yardım göstərəcəyi adı ilə X5 məxsus +**********20 nömrəli "M 10“ hesabından Cavabdeh məxsus +**********11 nömrəli "M10" hesabına xx.xx.2023-cii il tarixdə saat 21:50-də 16000 manat, saat 23:07-də 30000 manat və xx.xx.2023-cii il tarixdə saat 12:39-da 200 manat köçürülməklə, cəmi 46200 manat məbləğində pul vəsaitini müqavilədən kənar olaraq əldə edib bunun müqabilində heç bir iş görməyərək sonradan həmin pulu geri qaytarmaqdan imtina etməklə, həmçinin ərizəçi X5 və onun əri X6 AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində hüquqi yardımın göstərilməsi üçün bağladığı müvafiq olaraq xx.xx.2023-cü il tarixli, 261 və 260 nömrəli müqavilələr üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirməyib onlara hər hansı hüquqi yardım göstərməməklə habelə bu müqavilələri fəaliyyət göstərdiyi Vəkil Bürosundan kənarda bağlamaqla və müqavilələrə əsasən müəyyən olunan hüquqi yardım haqlarını müvafiq mədaxil qəbzləri ilə özü Büronun bank hesabına ödəməklə, peşə fəaliyyəti zamanı yalnız qanunun tələblərini, "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin müddəalarını rəhbər tutmaq və icra etmək vəzifəsinə, qanunun aliliyi prinsipinə, vəkil andına və vəkil etikasına riayət etməmiş, qanunvericiliyin və Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə edərək, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan, qanuna zidd olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər etmiş, öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməmiş, öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını, vəkillik peşəsinin nüfuzunu artırmamış, əksinə bu inamın və etimadın sarsılmasını şərtləndirən, vəkilliyin nüfuzuna xələl gətirən və onu aşağı sala biləcək hərəkətlərə yol vermiş, bununla "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ, İİİ hissələrinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, 19-cu maddəsinin İ, İİ hissələrinin, "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin 1.2. 1.3. 2.2. 2.3. 2.4. 2.5. 2.10-cu bəndlərinin, Azərbaycan Respublikası Vəkillər X2 xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə" Qaydaların 2.1. 2.2. 2.3. 3.3-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozaraq, intizam pozuntusu sayıla və intizam məsuliyyətinə cəlb etməyə əsas ola biləcək əməlləri (hərəkətləri) törətmişdir.
4. Azərbaycan Respublikası Vəkillər X2 xx.xx.2023-cü il tarixli qərarına əsasən, sözügedən intizam işinə baxılaraq, yekdilliklə Vəkillərin İntizam Komissiyasının rəyi nəzərə alınmaqla X4 müraciəti əsasında başlanılmış intizam icraatı üzrə, peşə fəaliyyətini həyata keçirərkən, müraciətdə qeyd olunan xüsusatlarla əlaqədar "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ, İİİ hissələrinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin. 18ci maddəsinin, 19-cu maddəsinin İ, İİ hissələrinin, "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin 1.2. 1.3. 2.2. 2.3. 2.4. 2.5. 2.10-cu bəndlərinin, Azərbaycan Respublikası Vəkillər X2 xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Hüquqi vardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə" Qaydaların 2.1, 2.2, 2.3, 3.3-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozaraq, intizam pozuntusu sayıla və intizam məsuliyyətinə cəlb etməyə əsas ola biləcək əməlləri (hərəkətləri) törətdiyinə görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Vəkillər Kollegiyası üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi və iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək vəkillik fəaliyyətinin dayandırılması qərara alınmışdır.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
İİ. Məhkəmənin mövqeyi
7. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
8. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
9. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.
10. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. Vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir: Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi, vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi, vəkillərin hüquqlarının bərabərliyi, özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi; Həmin Qanunun 22-ci maddəsinə əsasən vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. Vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir. İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: irad tutma, töhmət, üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər; Həmin Qanunun 23-cü maddəsinin İ hissəsinə görə vəkilin fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər: öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə; barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda; fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə; vəfat etdikdə; məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə; Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə; bu qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə; üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə. Vəkillərin fəaliyyətinə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə xitam verilir. Bu maddənin İ hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər.
11. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərə əsasən müəyyən edildi ki, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Cavabdeh tərəfindən X5 və onun əri X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində hüquqi yardımın göstərilməsi üçün xx.xx.2023-cü il tarixli 261 və 260 nömrəli müqavilələr bağlanılmış, həmin müqavilələr əsasında vəkilə Bürodan xx.xx.2023-cü il tarixli ******* və ******* marka nömrəli vəkil orderləri tərtib edilib verilmiş, lakin həmin orderlərin əsilləri müvafiq orqana təqdim edilməməklə istifadə edilməmiş qalmış, hər iki müqaviləyə görə hər biri üçün 50 manat olmaqla cəmi 100 manat məbləğində pul vəsaiti hüquqi yardım haqqı kimi Büronun bank hesabına köçürmə yolu ilə vəkil Cavabdeh tərəfindən ödənilmişdir.
12. Vəkil Cavabdeh ilə X7 və onun əri X8 arasında hər hansı digər iş üzrə, həmçinin "İnstpower" şirkətinin Azərbaycan Respublikasında leqallaşdırılması və şirkətin Gəncə şəhərində polis tərəfindən saxlanılmış işçisi Əli Rzayevin hüquqlarının müdafiəsi ilə bağlı hüquqi yardımın göstərilməsi haqqında başqa müqavilə bağlanmamış və Büronun hesabına ödəniş edilməmişdir. Vəkil Cavabdeh tərəfindən X3 qanunvericiliklə nəzərdə tutulmuş qaydada bu barədə müvafiq müqavilə bağlamadan "İnstpower" maliyyə şirkətinin Azərbaycan Respublikasındakı qeyri-rəsmi fəaliyyətinin leqallaşdırılması və şirkətin Gəncə şəhərində fəaliyyət göstərən işçisi Əli Rzayevin polisdə hüquqlarının müdafiəsi ilə bağlı ilə bağlı hüquqi yardım göstərəcəyi adı ilə X5 məxsus +**********20 nömrəli "M 10" hesabından Cavabdeh məxsus +**********11 nömrəli "M10" hesabına xx.xx.2023-cii il tarixdə saat 21:50-də 16000 manat, saat 23:07-də 30000 manat və xx.xx.2023-cii il tarixdə saat 12:39-da 200 manat köçürülməklə, cəmi 46200 manat məbləğində pul vəsaitini müqavilədən kənar olaraq almış və bunun müqabilində heç bir iş görməyərək sonradan həmin pulu geri qaytarmaqdan imtina etmişdir.
13. AR Vəkillər X2 17 noyabr 2023-cü il tarixli 19 saylı iclas protokolundan çıxarışına əsasən müəyyən edildi ki, Komissiya vəkil Cavabdeh izahatında "İnstpower" şirkəti ilə bağlı danışıqları vəkil deyil, korporativ hüquqşünas kimi aparmasına dair göstərdiklərini inandırıcı hesab etməmişdir. Belə ki, araşdırma zamanı müəyyən olunmuş hallar, vəkilin özünün təqdim etdiyi tərəflər arasında xx.xx.2023-cü il tarixdə kafedə görüş zamanı qeydə alınmış audio-videoyazılar onu göstərir ki, ərizəçi Leyla Babazadə və onun əri X12 Cəfərovanı məhz vəkil kimi tanımış, onunla aralarında olan danışıqlar Cavabdeh vəkil olduğu üçün baş tutmuş, Cavabdeh qardaşı onu vəkil kimi təqdim edir, onun şirkətin vəkili olacağını və 46.000 manat pulu ona görə aldığını bildirir. Cavabdeh isə buna heç bir etiraz etməyərək “İnstpower" şirkətinə, eləcə də Cessika adlı şəxsə özünün vəkil olduğunu sübut etmək üçün vəkil vəsiqəsinin şəklini və Vəkillər Kollegiyasının rəsmi internet səhifəsinin linkini onlara göndərdiyini bildirir.
14. Hazırda Vəkillər Kollegiyası vəkil Cavabdeh Kollegiya üzvlüyündən xaric olunmasını tələb edir.
15. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
16. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir. Həmin Qanunun 14-cü maddəsinə əsasən Vəkillər Kollegiyasına üzv qəbul olunmuş şəxs X1 iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə aşağıdakı məzmunda and içir: "Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə vəkil vəzifələrimi müstəqil olaraq şərəflə və vicdanla yerinə yetirməyə, ədalətli və prinsipial olmağa, insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə etməyə, peşə sirrini qorumağa təntənəli surətdə and içirəm". Həmin Qanunun “vəkilin vəzifələri” təsbit olunmuş 16-cı maddəsinə görə: - (maddənin İ hissəsi) Peşə fəaliyyətini həyata keçirərkən vəkil: qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir, vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir, yalnız qanunun tələblərini rəhbər tutmalıdır, hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti, müdafiəçisi olduğu şəxsin mənafeyinə zidd olaraq onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq, zərərçəkmişlə barışığını elan və ona qarşı qaldırılmış mülki iddianı qəbul etməməli, müdafiəsinə yönəlmiş şikayəti geri götürməməlidir, mənafeyi təmsil edilən və ya müdafiə edilən şəxsin icazəsi olmadan hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə məlum olan faktları və sənədləri, eləcə də mənəviyyata, demokratik cəmiyyətdə ictimai qaydaya və ya dövlət təhlükəsizliyinə ziyan vura bilən, həmçinin yetkinlik yaşına çatmamışların mənafeləri və ya tərəflərin şəxsi və ailə həyatının müdafiəsi tələb edərsə, belə məlumatları yaymamalıdır, vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməməlidir, vəkil onun tərəfindən qəbul edilən müdafiə öhdəçiliyindən imtina etməməlidir, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarından irəli gələn tələblərə əməl etməlidir; Həmin Qanunun 18-ci maddəsinə əsasən vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir.
17. «Vəkillərin davranış qaydaları haqqında» Əsasnamənin 1-ci bəndinə görə: - (1.2) Hər bir vəkil qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur; - (1.3). Hər bir vəkil, vəkil andına sadiq qalmalı, peşə fəaliyyətində və peşə fəaliyyətindən kənar davranışında bu Əsasnamənin müddəalarını rəhbər tutmalıdır. Vəkilin peşə fəaliyyətindən kənar fəaliyyəti vəkilliyin nüfuzuna xələl gətirməməlidir. Əsasnamənin 2-ci bəndinə görə: - (2.3) Vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Vəkil öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırmalıdır (Peşəkarlıq və fərdi məsuliyyətin artırılması). - (2.4) Vəkil peşə fəaliyyətini həyata keçirərkən və ya peşə fəaliyyətindən kənar davranışında vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Vəkil qanunvericilikdə vəkillik fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməli, başqa vəkillərin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir (Loyallıq). - (2.5) Vəkillik peşəsinin nüfuzunu artırmağa və möhkəmləndirməyə borcludur. Vəkil davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, о cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Vəkil çıxışlarında və yazışmalarında obyektivliyi qorumalıdır (İctimai etimad). - (2.7) Vəkillərin fəaliyyəti hər bir şəxsin hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına və müdafiəsinə xidmət etməlidir. Vəkil insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Vəkil hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyən və qanuni maraqlarını pozan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir (Hüquq, azadlıq və qanuni maraqlara, şərəf, ləyaqət və işgüzar nüfuza hörmət); - (2.8) Vəkil peşə fəaliyyətini həyata keçirərkən və peşə fəaliyyətindən kənar bütün şəxslərlə münasibətdə mədəni, nəzakətli, diqqətli və səbirli olmalıdır (Mədəni davranış); - (2.13) Vəkil kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və ictimai yerlərdə vəkilliyin nüfuzunu ləkələyən, Vəkillər Kollegiyasının orqanlarının qərarları barədə cəmiyyətdə yanlış təsəvvürlər yarada bilən hərəkətlərdən və ictimai çıxışlardan, təhqir və böhtan xarakterli məlumatların yayılmasından çəkinməlidir. Vəkil kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və kütləvi çıxışlarda dövlət, qeyri-dövlət və onların vəzifəli şəxsləri barəsində əsassız, böhtan xarakterli məlumatların yayılmasına yol verməməli və həmin şəxslərə qarşı qeyri-etik ifadələr işlətməməli və davranışlara yol verməməlidir (İctimailik). Əsasnamənin 5.3-cü bəndinə görə vəkil həmkarlarına münasibətdə hörmətlə davranmalı, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə və kobud rəftara yol verməməlidir.
18. Azərbaycan Respublikası Vəkillər X2 xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə” Qaydaların: 2.1. Müştəri ilə vəkil qurumu və vəkil arasındakı münasibətlər yalnız müqaviləyə əsaslanır. 2.2. Vəkil tərəfindən göstərilən hüquqi yardım üzrə haqqın ödənilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 2.3. Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı olan vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin xidmət haqqının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və xidmət haqqının məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir. 3.3. Vəkil qurumu, onun digər vəzifəli şəxsi, həmin qurumun vəkili və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən müştəridən xidmət haqqı nağd qaydada qəbul edilmir.
19. Məhkəmə yuxarıda sadalanan normaları hazırkı işin hallarına tətbiq edərək bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “vəkil Cavabdeh Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət olunması və müvafiq məhkəmə qərarı qanuni qüvvəyə minənədək onun vəkillik fəaliyyətinin dayandırılması barədə” xx.xx.2023-cü il tarixli qərarı qanuni əsaslarla qəbul olunmuşdur.
20. Məhkəmə bu qənaətini məhkəmə icraatında bildirilmiş dəlil və tədqiq olunmuş sübutlarına məcmu halında qiymət verərək belə əsaslandırır ki, vəkil Cavabdeh müvafiq hərəkətləri özlüyündə vəkil etikası ilə bir araya sığmayan və cəmiyyətin vəkilliyə olan inamına xələl gətirən hərəkətlər kimi qiymətləndirilməlidir.
21. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən aparılan icraatda «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13 və 17-ci maddələrinin tələblərinə riayət olunmuş, eləcə də həmin Qanunun başqa müddəalarının pozulması hallarına yol verilməmişdir.
22. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkil Cavabdeh Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət olunması və müvafiq məhkəmə qərarı qanuni qüvvəyə minənədək onun vəkillik fəaliyyətinin dayandırılması barədə xx.xx.2023-cü il tarixli qərarı qanunazidd sayılmaması Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkil Cavabdeh Kollegiya üzvlüyündən xaric edilməsi tələbinin əsaslı olması nəticəsini doğurur.
23. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
24. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməlidir.
25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1, 56, 58.7, 69, 75, 81 və 85-ci maddələrinin tələblərini rəhbər tutaraq,
QƏRARAALDİ:
İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Ləman Musayeva