Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6842/2024 02.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı “akt qeydlərində dəyişiklik edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X25 Ağa qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı “akt qeydlərində dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı ona məxsus olan bütün vətəndaşlıq vəziyyəti akt qeydlərində, o cümlədən övladları 16 mart 2009-cu il təvəllüdlü X3, 18 iyun 2011-ci il təvəllüdlü X9 və 27 sentyabr 2020-ci il təvəllüdlü X10 doğum haqqında şəhadətnamələrinin ata bəndində milliyyətinin “Azərbaycanlı”dan “Alman”a dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının nənəsi rus milliyyətli X11, babası isə alman milliyyətindən olan X1muşdur. İddiaçının anası X8 doğum haqqında şəhadətnaməsində də, atasının (iddiaçının babasının) milliyyəti “alman” olaraq qeyd edilmişdir. Sonradan iddiaçının anası X14 atası X20 ilə nikaha daxil olmuş və “Albrandt” qızlıq soyadını “İsmayılova” soyadına dəyişdirmişdir. İddiaçının babası X2 ölüm haqqında şəhadətnaməsində, o cümlədən də, babası ilə nənəsinin nikah şəhadətnaməsində babası X2 milliyyəti “alman” kimi göstərilmişdir. İddiaçının anası X14 Yasamal rayon qeydiyyat şöbəsinə müraciət etmiş və övladlarının doğum haqqında akt qeydlərinin ana bəndində milliyyətinin “rus”-dan “alman”a dəyişdirilməsini xahiş etmişdir. Yasamal rayon qeydiyyat şöbəsinin imtinasından sonra məhkəməyə müraciət edilmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6774/2023 saylı 12 may 2023-cü il tarixi qərarı ilə iddia təmin edilmiş, X5 övladları X15 və İddiaçı doğum haqqında akt qeydlərinin və doğum haqqında şəhadətnamələrinin ana bəndində milliyyətinin “rus”dan “alman”a dəyişdirilməsi öhdəliyi cavabdeh Bakı şəhər Yasamal rayon qeydiyyat şöbəsinə həvalə edilmişdir. Qərar qanuni qüvvəyə mindikdən sonra Bakı şəhər Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən icra edilmiş və İddiaçı 12 sentyabr 2023-cü il tarixdə yeni doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə iddiaçının anasının milliyyəti “alman” kimi qeyd olunmuşdur. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək, ona məxsus olan bütün vətəndaşlıq vəziyyəti akt qeydlərində, o cümlədən övladlarının doğum haqqında akt qeydlərinin ata bəndində milliyyətinin “azərbaycanlı”dan “alman”a dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmiş, bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək İddiaçı məxsus nikah haqqında akt qeydində, o cümlədən övladları 16 mart 2009-cu il təvəllüdlü X3, 18 iyun 2011-ci il təvəllüdlü X9 və 27 sentyabr 2020-ci il təvəllüdlü X10 doğum haqqında akt qeydlərində və doğum haqqında şəhadətnamələrində ata bəndində milliyətin “azərbaycanlı”dan “alman”a dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilərək iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunsa da, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir münasibət təqdim edilməmişdir.
5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023cü il tarixli 3-16-5/8/15/1484/23 nömrəli məktubla bildirilmişdir ki, nikah və övladlarına məxsus doğum haqqında akt qeydləri qeydiyyata alınan zaman milliyyət qrafasında “azərbaycanlı” yazılmışdır. Bu səbəbdən, ona məxsus olan bütün vətəndaşlıq vəziyyəti akt qeydlərində milliyyətin “azərbaycanlı”dan “alman”a dəyişdirilməsinin imkan xaricində olması bildirilmişdir.
8. BЗ seriyalı 716698 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X12 xx.xx.1953-cü il tarixdə RSFSR, Krasnoyarsk vilayəti, Kansk şəhərində anadan olmuş, atası X7, milliyyəti “alman”, anası X11, milliyyəti “rus” qeyd edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6774/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçı X5 iddia tələbi təmin edilərək, iddiaçı X5 övladları X15 və İddiaçı doğum haqqında akt qeydlərinin və doğum haqqında şəhadətnamələrinin ana bəndində milliyyətinin “rus”dan “alman”a dəyişdirilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə həvalə edilmişdir.
10. AZ-İİ seriyalı 215982 nömrəli, AZ-İİ seriyalı 695540 nömrəli və AZ-İV seriyalı 512864 nömrəli “Doğum haqqında şəhadətnamə”lərə əsasən 16 mart 2009-cu il təvəllüdlü X3, 18 iyun 2011-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X10 doğum haqqında şəhadətnamələrində ata bəndində İddiaçı qeyd edilmiş, milliyyəti bəndində milliyyəti “azərbaycanlı” göstərilmişdir.
11. AZ-İ seriyalı 409496 nömrəli “Nikah haqqında şəhadətnamə”yə əsasən İddiaçı ilə X16 arasında 13 iyun 2008-ci il tarixdə rəsmi nikah bağlanılmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 iyun 2008-ci il tarixdə 1451 nömrə ilə qeyd edilmişdir.
12. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 3-16-5/8-13-745/24 nömrəli məktubla İddiaçı və övladlarına məxsus olan doğum akt qeydlərinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
18. Məhkəmə iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
19. Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsinin İİ bəndinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İİİ bəndinə əsasən Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 44-cü maddəsinin İ bəndinə əsasən hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır.
20. Göründüyü kimi, milli mənsubiyyətin qorunub saxlanılması konstitusion hüquqdur və kiminsə milli mənsubiyyətinin dəyişdirilməsinə məcbur edilməsi yol verilməzdir. Konstitusion hüquq isə təkcə səlahiyyətli inzibati orqanın müdaxiləsindən çəkinmək xarakteri daşımayıb, o cümlədən inzibati orqanın aktiv hərəkətini də, özündə ehtiva edir. Başqa sözlə milli mənsubiyyətin dəyişdirilməsinə məcbur edilməmə, məcbur edilmiş milli mənsubiyyəti məcburi olaraq dəyişdiirlmiş şəxsin milli mənsubiyyətini rəsmi olaraq bəyan etməsinə də, şərait yaratmalıdır. Hər iki halın reallaşdırılması zamanı milli mənsubiyyətin qorunması hüququnun təminatından söhbət gedəcəkdir. Başqa sözlə təkcə milli mənsubiyyətin dəyişdirilməsinə məcbur etmənin qarşısını almaqla milli mənsubiyyət hüququnun təminatı baş vermir. Səlahiyyətli qurum bu zaman milli mənsubiyyəti məcbur olaraq dəyişdirilmiş şəxsin milli mənsubiyyətini sənəd üzərində bərpa etməsinə də, yönəlmiş tədbirləri də əsaslar mövcud olduğu təqdirdə həyata keçirməlidir.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
22. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
23. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
24. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.8-ci bəndinə əsasən doğum akt qeydində valideynlərin milliyyəti ilə bağlı konkret qayda müəyyən edilmişdir. Həmin bəndə əsasən uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə olunan doğum haqqında akt qeydləri barədə məlumat əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində (bundan sonra – Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti), Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Həmin bənddə qeyd edilir ki, valideynlərin milliyyəti barədə qeyd şəxsin milliyyətinin göstəricisidir.
25. İşin hallarından göründüyü kimi, hazırki inzibati mübahisənin əsası iddiaçıya məxsus nikah haqqında akt qeydində və övladlarına məxsus doğum haqqında akt qeydlərində milliyyəti ilə bağlı məlumatlarda dəyişikliklərin edilməsi ilə bağlıdır ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinanasının əsası olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın yuxarıda qeyd edilən tələblərindən də, göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanı, indiki halda cavabdeh tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda həyata keçirilməlidir. Cavabdeh isə istinad etdiyi qanunvericilik müddəasının tələblərini nəzərə almamış, hazırki dəyişikliyin edilməsinə dair heç bir mübahisənin olmamasını, eləcə də, dəyişikliyin edilməsinə dair kifayət qədər əsasların olmasını nəzərə almadan, iddiaçının müraciətinin təmin edilmədindən imtina edilmişdir.
26. Halbuki, səlahiyyətli inzibati orqanın alman milliyyətindən olan şəxsin milli mənsubiyyətinin qorunub saxlanılması ilə bağlı öhdəliyi şəxsin konsitutsion hüququnun həyata keçirilməsindən irəli gəlir.
27. İşin faktiki halları, yəni iddiaçının iddiasının təminini təsdiq edən edən iş materiallarında olan aidiyyəti sənədlər mötəbər olmaqla iddianın təmini ilə bağlı məhkəmədə daxili inamın formalaşmasına səbəb olur.
28. Qanunvericiliklə milliyyətin şəxsin öz doğum akt qeydində göstərilməsi imkanı nəzərdə tutulmamışdır. Belə ki, şəxsin öz doğum haqqında akt qeydində və şəhadətnamədə milliyyəti onun ata və anasının milliyyəti ilə müəyyən olunur. İddiaçı da, bununla əlaqədar inzibati orqana müraciət edərək, onun milliyyətinin göstərilə biləcəyi nikah haqqında akt qeydində,, övladları ilə bağlı akt qeydləri və şəhadətnamədə dəyişikliklərin həyata keçirilməsini xahiş etmişdir.
29. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (X13rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar).
30. Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün ədalət mühakiməsinə əlçatanlıq böyük əhəmiyyət kəsb edir. Ədalət mühakiməsinə əlçatanlıq hüququn aliliyi prinsipinin əsasını təşkil edərək, hər kəs üçün məhkəməyə müraciət hüququnun bərabər şəkildə tanınmasını, subyektiv hüquq və maraqlarının pozulmasınadək mövcud olmuş vəziyyətin tezliklə və effektiv bərpa edilməsi mexanizminin təmin edilməsini ehtiva edir (“Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2019-cu il tarixli Qərarı).
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
32. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
33. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
34. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus nikah haqqında akt qeydində, o cümlədən övladları 16 mart 2009cu il təvəllüdlü X3, 18 iyun 2011-ci il təvəllüdlü X9 və 27 sentyabr 2020-ci il təvəllüdlü X10 doğum haqqında akt qeydlərində və doğum haqqında şəhadətnamələrində ata bəndində milliyətin “azərbaycanlı”dan “alman”a dəyişdirilməsi öhdəliyi Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva