Məhkəmə qərarları › İş №2-1(112)-6969/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6969/2024

15.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6969/2024 15.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “sosial mənzillə təmin olunma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “sosial mənzillə təmin olunma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə (bundan sonra mətndə Sosial Xidmətlər Agentliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 65 saylı sərəncamını icra edərək, İddiaçı sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əri X2 Rayon İcra Hakimiyyətinin 16 may 1989-cu il tarixli, 41/331 saylı qərarı ilə ailə tərkibi 4 nəfər (özü, arvadı, 2 uşağı) olmaqla yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. X7 mənzil növbəsi yaşayış yerinin dəyişdirilməsi ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin (bundan sonra mətndə Sabunçu RİH) xx.xx.1999-cu il tarixli 1173 saylı Sərancamı ilə Sabunçu RİH-yə köçürülmüşdür. X15 xx.xx.2017-ci il tarixində vəfat etmişdir və əri vəfat edəndən sonra o, Sabunçu RİH-yə müraciət edərək mənzil növbəsini onun adına keçirilməsini və imtiyazlı əsaslarla olan siyahıya (gözdən əlil) daxil edilməsinə xahiş etmişdir. Qeyd olunan müraciətə Sabunçu RİH-də baxılmışdır və xx.xx.2018-ci il tarixli, 65 saylı Sabunçu RİH Başçısının Sərancamı ilə X7 mənzil növbəsi onun adına keçirilmişdir və ailə tarkibi 2 nəfər olmaqla (özü və oğlu) 1989-cu il tarixindən mənzil növbəsində dayanmış hesab edilmişdir. Qeyd olunan sərancam əsasında onun gözdən əlilliyi nəzərə alınaraq xx.xx.2017-ci il tarixindən güzəştli siyahıya (gözdən əlil) daxil edilmişdir. Qanuna əsasən mənzil növbəsinə götürülmüş gözdən əlil olan şəxslərə müvafiq icra hakimiyyətinin sərancamını icra edərək mənzil təhvil verən orqan Sosial Xidmətlər Agentliyi müəyyən olunmuşdur. Əsasız olaraq cavabdeh orqan ona mənzil təhvil verilməsində imtina etmişdir, imtinanın əsası olaraq bildirmişdilər ki, onun mülkiyyətində 18 kv. m olan birotaqlı mənzil aşkar edilmişdir və bu səbəbdən sərancamın icrasından imtina olunur. Sabunçu RİHi tərəfindən sərancam qəbul ediləndə artıq mənzil onun mülkiyyətində var idi, lakin mənzil yaşayış sahəsi qanunla 1 nəfər üçün müəyyən edilən yaşayış sahəsindən aşağı olduğuna görə vətəndaşın yaşayış sahəsinin yaxşılaşdırılması ilə bağlı sərancam qəbul edilmişdir. O, 2 nəfər tərkibdə (özü və oğlu) mənzil növbəsinə qeydiyyata alınmışdılar. Vətəndaşları mənzilə növbəsinə qeydiyyata alındığı anda ailə tərkibinə uyğun olaraq əgər bir nəfər üçün yaşayış sahələri 16 kv. metrdən aşağıdırsa, hesab edir ki, bu fakt imkan verir ki, vətəndaşı mənzil növbəsinə qeydiyyata alsınlar. Qeyd edir ki, onun mülkiyyətində olan mənzilin yaşayış sahəsi cəmi 18 kv. metr təşkil edir və qeyd olunan mənzildə 4 nəfər ailə tərkibi yaşayır. O, mənzil növbəsinə 2 nəfər (oğlu və özü) qeydiyyata alınmışdılar. Qeyd edir ki, Nazirlər Kabinetinin qərarını əsas götürsək iki nəfərə minimum yaşayış sahəsi 32 kv. metr müəyyən olunmalıdır. Onun mülkiyyətində olan evin yaşayış sahəsi cəmi 18 kv. metr təşkil edir və bu da yaşayış minimumdan azıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə cavabdeh Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli, № 3-17-3/2-28191/2024 saylı iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Cavabdeh Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli, № 3-17-3/2- 28191/2024 saylı iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial- məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncəmlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES- də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.7-ci maddəsinə əsasən mülkiyyətində yaşayış sahəsi olan vətəndaşa sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsinin ümumi sahəsi müəyyənləşdirilərkən onun mülkiyyətində olan yaşayış sahəsinin ölçüsü nəzərə alınır. Sabunçu RİH-dən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş növbəlilik siyahılarında iddiaçının 04 iyul 2017-ci İİ tarixindən 2 nəfər ailə tərkibi ilə (üzü və övladı) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı göstərilmişdir. Lakin Sərəncamın icrası çərçivəsində iddiaçının mənzillə təmin olunması üçün təqdim etdiyi sənədlərə baxılarkən mülkiyyətində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32, ev 11, ünvanında ümumi sahəsi 35.3 kvadratmetr olan mənzilin olduğu aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və iddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmədiyi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclaslarında iştirak edərək, iddiaya uyğun izahat verdiyini nəzərə alaraq İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X3 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MH seriyalı, № ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32də istifadədə olan 0.3552 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 2 mərtəbəli binanın 1ci girişində, 2-ci mərtəbəsində yerləşən, - kv. metr ümumi, 18.32 kv. metr yaşayış sahəsindən ibarət 1 otaqlı 12 nömrəli № **********42-05101-093001 reyestr nömrəli daşınmaz əmlak (mənzil) üzərində İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabının 5411 nömrəli vərəqində xx.xx.2006-cı il tarixdə № ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Sabunçu RİHB-nın “A.Y.Məmmədovun mənzil növbəsinin əri İddiaçı adına keçirilməklə mənzil növbəsində ailə tərkibinin dəyişdirilməsi və güzəştli (gözdən əlil) siyahıya daxil edilməsi barədə” xx.xx.2018-ci il tarixli, 65 №-li sərəncamında göstərilmişdir ki; - İddiaçı Sabunçu RİHB-ya ərizə ilə müraciət edərək, əri X7 ölümü ilə bağlı mənzil növbəsinin öz adına keçirilməsini və mənzil növbəsində ailə tərkibinin dəyişdirilməklə güzəştli siyahıya daxil edilməsini xahiş etmişdir. - Təqdim edilmiş sənədlərdən görünür ki, A.Y.Məmmədov Binəqədi RİHB-nın (Kirov RXDSİK-nin) 16 may 1989-cu il tarixli 41/331 saylı Qərarı ilə ailə tərkibi 4 nəfər (özü, arvadı, 2 uşağı) olmaqla yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. A.Y.Məmmədovun mənzil növbəsi yaşayış yerinin dəyişməsi ilə əlaqədar Sabunçu RİHBnın xx.xx.1999-cu il tarixli 1173 saylı Sərəncamı ilə Sabunçu RİH-ə köçürülmüşdür. - İddiaçı gözdən (İİ qrup) əlilidir. (Əsas: Ser.BTE-9 Yə 084205 saylı arayışı). Sabunçu RİH MKTB-nin 71 saylı MKİS-i tərəfindən verilmiş 1/36 saylı xx.xx.2017-ci il tarixli (2 saylı forma) arayışdan görünür ki, İddiaçı ailə tərkibi 3 nəfər olmaqla Maştağa qəsəbəsi, İSMD-32, 11 saylı evin yaşayış sahəsi 18,32 kv.metr olan 1 otaqlı, 12 saylı mənzində 2007-ci ildən qeydiyyatdadır. - X15 2017-ci ildə vəfat etmişdir. (AZ-İ M 915586 saylı xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnamə) - Ailə üzvləri mənzil növbəsinin İddiaçı adına keçirilməsinə razıdırlar. - Yuxarıda qeyd olunanları nəzərə alaraq, X7 mənzil növbəsinin İddiaçı adına keçirilməsi və onun ailə tərkibi 2 nəfər olmaqla (özü və oğlu) 1989-cu il tarixindən mənzil növbəsində dayanmış hesab edilməsi və İddiaçı gözdən əlilliyi nəzərə alınaraq onun mənzil növbəsinin xx.xx.2017-ci il tarixindən güzəştli siyahıya (gözdən əlil) daxil edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinə dair məlumatın verilməsi” barədə xx.xx.2018-ci il tarixli məktubdan müəyyən olunur ki, xx.xx.1951-ci il təvəllüdlü İddiaçı xx.xx.2018-ci il tarixdən müddətsiz olaraq ümumi xəstəlik – gözdən əlil səbəbi illə birinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə “Asan 4” tərəfindən xx.xx.1951-ci il təvəllüdlü İddiaçı verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, xx.xx.1986-cı il təvəllüdlü X4, xx.xx.1975-ci il təvəllüdlü X16, xx.xx.1998-ci il təvəllüdlü X17 və xx.xx.2000-cı il təvəllüdlü X8 ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İddiaçı X6 hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq cavabdeh inzibati orqan Sosial Xidmətlər Agentliyinin: - xx.xx.2022-ci il tarixli, № **********7 saylı cavab məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin mənzilməişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Sabunçu RİH-dən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş məktubda onun 27 fevral 2018-cı il tarixindən övladı ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı göstərilmişdir. Yuxarıda qeyd edilən Sərəncamın icrası çərçivəsində mənzillə təmin olunması üçün təqdim edilmiş sənədlərə baxılarkən mülkiyyətində ünvan 2 ünvanında yaşayış sahəsi 18 kv. metr birotaqlı mənzilin olduğu aşkar edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğuna görə sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsi mövcud qanunvericiliyinə uyğun olmamışdır. Cavabdeh Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli, № 3-17-3/2-Q- 5957/2024 saylı cavab məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli 492s nömrəli Sərəncamniə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək (16 avqust 2021-ci il ) uçotda olan gözdən əlilliyi olan şəxslərin Nazirlik tərəfindən mənzillə təmin edilmələri nəzərdə tutulmuşdur. Sabunçu RİH-dən Nazirliyə təqdim olunmuş gözdən əlilliyi müəyyən edilmiş şəxslərin mənzil növbəliliyi siyahısında onun 4 iyul 2017-ci il tarixindən 2 nəfər ailə tərkibi ilə (özü və övladı) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı göstərilmişdir. Yuxarıda qeyd edilən Sərəncamın icrası çərçivəsində mənzillə təmin olunmaq məqsədi ilə Sosial Xidmətlər Agentliyinə təqdim etdiyi sənədlərə baxılmış və mülkiyyətində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32, ev 11 ünvanında yaşayış sahəsi 18,32 kvadratmetr təşkil edən 12 nömrəli mənzilin olduğu aşkar edilmişdir. Odur ki, İddiaçı adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğuna görə sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik tərəfindən mənzillə təmin edilməsi nəzərdə tutulmamışdır. Məhkəmənin müvafiq sorğularına əsasən: Azərbayan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli, № 3-165/4-13-1983/2024 saylı cavab məktubunda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən valideynləri X5 ilə Eyvazova X12 olan xx.xx.1951-ci il təvəllüdlü İddiaçı doğumunun Yasamal rayon qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir. Araşdırma nəticəsində xx.xx.2005-ci ildə Sabunçu rayon qeydiyyat şöbəsində adıçəkilən şəxs barədə soyadın, adın və ata adının dəyişdirilməsinin dövlət qeydiyyatına alındığı (soyadı “Dadaşova”dan “Əsgərova”ya dəyişdirilmişdir) məlum olmuşdur. İddiaçı X20 ilə xx.xx.1973-cü ildə Binəqədi rayon qeydiyyat şöbəsində rəsmiləşdirilmiş nikahının pozulması xx.xx.1982-ci ildə həmin şöbədə qeydə alınmışdır. Bu nikahdan doğulmuş xx.xx.1976-cı il təvəllüdlü Esmira Dadaşovanın və xx.xx.1975-ci il təvəllüdlü Sərdar Dadaşovun doğumunun adıçəkilən şöbədə qeydə alındığı müəyyən edilmişdir. Əsgərova X9 Aydın Yusif oğlu ilə xx.xx.1982-ci ildə Binəqədi rayon qeydiyyat şöbəsində nikaha daxil olmuşdur (bu nikahın pozulması xx.xx.1996-cı ildə Binəqədi rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2024cü il tarixli, № 3-21-3-02/2-6273/2024 saylı cavab məktubunda göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Əsgərova (Dadaşova) Fəridə Qurban qızının adına ünvan 2 qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli, № 3-48- 2F/2-1748/2024 saylı cavab məktubu ilə X15 barəsində Sabunçu rayonu İH-nin arxiv fondu üzrə xx.xx.1999-cu il tarixli, 1317 saylı sərəncamı və Binəqədi rayonu İH-nin arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli 49/331 saylı qərarı məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, № **********97 saylı cavab məktubu ilə təqdim edilmiş xx.xx.2024-cü il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq 1 otaq təşkil edir. Yaşayış sahəsi 18.32 kv.metr və ümumi sahə isə 35.3 kv.metr təşkil edir. Mənzil iki mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşir. Mənzilin eyvan sahəsi genişləndirilərək köməkçi otaqlar kimi istifadə olunur. Tətbiq edilən hüquq. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 27. Layiqli həyat səviyyəsi və sosial müdafiə 27.0. Dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: 27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; 27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir. .... Maddə 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (qüvvədən düşmüş): ... Maddə 15. Mənzil fondundan istifadə və onun qorunmasının təmin edilməsi sahəsində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetlərinin səlahiyyəti SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyinə uyğun olaraq Azərbaycan SSR rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetləri: ... mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotunu aparırlar; müvafiq yerli xalq deputatları Sovetinə məxsus mənzil fondunu bölüşdürür və vətəndaşlara yerli xalq deputatları Sovetlərinin evlərində yaşayış sahəsi verirlər; mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota alınmasının, idarə və ictimai mənzil fondunun evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində vətəndaşlara yaşayış sahəsi verilməsinin düzgünlüyünə nəzarət edirlər; ... Maddə 28. Vətəndaşların yaşayış sahəsi almaq hüququ Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. Həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. ... Maddə 30. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların yaşayış yerində uçotu Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər. SSRİ Nazirlər Soveti və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən müəyyən edilən hallarda və qaydada vətəndaşlar yaşayış yerindən kənarda da uçota götürülə bilərlər Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 1. Mənzil qanunvericiliyinin əsasları 1.1. Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. ... Maddə 4. Mənzil hüququnun həyata keçirilməsi üçün şəraitin təmin edilməsi 4.0. Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə: ... 4.0.2. müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir; Maddə 12. Mənzil hüququnun obyektləri 12.1. Yaşayış sahələri mənzil hüququnun obyektidir. 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. 12.3. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. 12.4. Qanunla müəyyən edilmiş qaydada və əsaslarla yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edilə bilər. 12.5. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. ... Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir; ... Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması 49.1. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra - ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür; 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; .... 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra - uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür; 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). .... 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. .... Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. ... 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. ... Maddə 59. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 59.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. 59.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas deyil. 59.4. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli, 459 nömrəli Qərarı Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”: Bənd 1.1. Sosial Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir; Bənd 1.2. Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində fəaliyyət göstərir; Bənd 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: 3.1.16. dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək. Məhkəmənin mövqeyi. İlkin olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamında qeyd edilmişdir ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş 930 mənzil, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində inşa edilmiş 154 mənzil, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində inşa edilmiş 771 mənzil, Abşeron rayonunda inşa edilmiş 1890 mənzil, Lənkəran rayonunda inşa edilmiş 45 mənzil, Samux rayonunda inşa edilmiş 197 mənzil, həmçinin 2021 -ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilən 576 mənzil və Abşeron rayonunda inşa edilən 1152 mənzil hesabına Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 2015-ci il 21 dekabr tarixli 1633 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021 -ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxanda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın: bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsini təmin etsin. Sadalanan maddi hüquq normalarının tələblərinə görə yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan hesab edilir və vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına, yəni yerli icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. İş faktiki hallarından müəyyən olunur ki, iddiaçının mərhum əri X2 RİH-nin (Kirov RXDSİK-nin) 16 may 1989-cu il tarixli 41/331 saylı Qərarı ilə ailə tərkibi 4 nəfər (özü, h/yoldaşı, 2 uşağı) olmaqla yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş və onun mənzil növbəsi yaşayış yerinin dəyişməsi ilə əlaqədar Sabunçu RİH-nin xx.xx.1999-cu il tarixli 1173 saylı Sərəncamı ilə Sabunçu RİH-yə köçürülmüşdür. Daha sonra X7 xx.xx.2017-ci il tarixdə ölməsi əsası ilə Sabunçu RİHB-nın xx.xx.2018-ci il tarixli, № 65 №-li sərəncamı əsasında X7 mənzil növbəsi İddiaçı adına keçirilmiş və o, ailə tərkibi 2 nəfər olmaqla (özü və oğlu) 1989-cu il tarixindən mənzil növbəsində dayanmış hesab edilmiş və İddiaçı gözdən əlilliyi nəzərə alınaraq onun mənzil növbəsinin xx.xx.2017-ci il tarixindən güzəştli siyahıya (gözdən əlil) daxil edilməsi qərara alınmışdır. İddiaçı isə Sabunçu RİHB-nın xx.xx.2018-ci il tarixli, № 65 №-li sərəncamı əsasında mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar gözdən əlil kimi mənzillə təmin edilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının mülkiyyətində ümumi sahəsi olan mənzilin qeydiyyatdan keçdiyini və adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğunu əsas gətirib, iddiaçının sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsini tələb etmək hüququna malik olmadığını bildirmiş və bu səbəbdən iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Belə olan halda məhkəmə tərəfindən araşdırılmalı hal odur ki, ümumiyyətlə iddiaçının sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsini tələb etmək hüququna malik olan şəxslərin əhatə dairəsinə düşüb-düşmədiyi, həmçinin hazırda adambaşına düşən minimum yaşayış sahəsinin normasının nə qədər təşkil etməsidir. Bu konteksdə “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli, 459 saylı Qərarı nəzərə alınmalıdır ki, həmin qərardan da göründüyü kimi sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələr əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Belə ki, məhkəmənin qənaətinə görə qüvvədə olan müvafiq uçot norma və qaydalarına uyğun olaraq, yaşayış sahəsinin ayrılma norması 16 kv.metr müəyyən edilmişdir. Eyni zamanda məhkəmə bildirir ki, iddiaçının ailə üzvi kimi qeyd etdiyi şəxsdən biri də onun oğlu qismində çıxış edir. Bununla bağlı məhkəmə hesab edir ki, həmin şəxs Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbi baxımından iddiaçının ailə üzvi hesab olunur. Bu baxımından məhkəmə hesab edir ki, indiki halda iddiaçının istifadəsində olan yaşayış sahəsinin adambaşına düşən sahə ilə bağlı müvafiq uçot norma və qaydalara uyğun olub-olmaması məsələsi məhz iddiaçı və 1 nəfər ailə üzvinə (oğlu) münasibətdə qiymətləndirilməlidir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MH seriyalı, № ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32-də 18.32 kv.metr yaşayış sahəsindən ibarət 1 otaqlı 12 nömrəli mənzil üzərində İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. Həmin mənzilin yaşayış sahəsi hüquqmüəyyənedici sənəd üzrə 18.32 kv. metr təşkil etsə də, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən mənzilə dair tərtib edilmiş müayinə aktından görünür ki, mənzilin ümumi sahəsi 35.3 kv.metr təşkil edir. Hazırki halda məhkəmə hesab edir ki, həmin mənzilin ümumi sahəsi 35.3 kv.metr təşkil edilməsi əsası ilə qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, indiki halda iddiaçı və onun ailə üzvinə adambaşına düşən sahə (35.3 kv.m : 2 nəfər=17,65 kv.m) uçot normasından (16 kv.m) çoxdur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2465/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki; Mənzil Məcəlləsinin 12-ci maddəsinə görə, yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. Yəni, balkon və eyvan istisna olmaqla məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələr də yaşayış sahəsinə daxildir. Yaşayış sahəsi təkcə mənzilin ayrı-ayrı otaqları kimi qəbul edilə bilməz. Mənzil Məcəlləsinin tələbinə görə balkon və eyvanlar istisna olmaqla vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin sahəsi yaşayış sahəsinə aiddir. Odur ki, ümumi sahəsi 63,74 kv.m olan mənzilin yalnız 37,04 kv.m olan hissəsinin yaşayış üçün nəzərdə tutulması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 845/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki; Məhkəmə kollegiyası hesab edir ki, ayrılmış mənzildə hətta hazırkı halda iddiaçının hər bir ailə üzvünə düşən sahə (83.03 kv.m : 5 nəfər) uçot normasından (16 kv.m) çoxdur. Belə ki, “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarına əsasən, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 845/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadında qeyd olunmuşdur ki; Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarına əsasən, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Məhkəmə kollegiyası hazırki işlə bağlı qeyd edir ki, iddiaçının adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğuna görə iddiaçının sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsi mövcud qanunvericiliyə uyğun olmamış və qanuna görə də cavabdehin imtinası əsaslı olmuşdur. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də iddiaçı kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Digət tərəfdən də nəzərə alınmalıdır ki, iddiaçının mülkiyyətində olan mənzilin hüquqmüəyyənedici sənəd üzrə hər nə qədər 18.32 kv.metr təşkil etməsi əsas götürülməklə onun sosial mənzillə təmin olunması mənzil növbəsində olan digər şəxslərin hüquqlarının pozulmasına səbəb ola bilər. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsi ilə təsbit olunmuş bərabərlik prinsipinin icrasında maraqlıdır. Maddənin tələbindən də göründüyü kimi hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Qanunvericiliyin tələbindən də göründüyü kimi eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Məhkəmə hazırkı halda cavabdeh tərəfindən mənzil ayrılarkən adambaşına düşən uçot normasının (16 kv.m.) nəzərə alınıb-alınmadığını ilə bağlı qiymətləndirmə aparmaq öhdəliyi daşıyır ki, aparılmış qiymətləndirmə nəticəsində müəyyən edilir ki, iddiaçı və ailə üzvlərinin say tərkibi nəzərə alınmaqla mənzil ayrılması həyata keçirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğuna görə iddiaçının soial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsi mövcud qanunvericiliyə uyğun olmamış və qanuna görə də cavabdehin imtinası əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə cavabdehin nümayəndəsinin izahatına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “sosial mənzillə təmin olunma” tələbinə dair iddiası təmin olunmasın. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar