Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6980/2025 02.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X17 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, İddiaçının vəkili X5, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X17 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X17 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********3361 nömrəli qərarının ləğv edilməsi və 3000 manat məbləğində prosessul xərclərin cavabdehdən tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən, icarə müqaviləsi əsasında sahibkarlıq fəaliyyəti göstərdiyi "Ekspress 28" adlı kafedə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X17 və Uçotun Təşkili Baş İdarəsinin əməkdaşları tərəfindən 02 oktyabr 2024-cü il tarixdə X14 tədbiri həyata keçirilmişdir. Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması nöqsanı və işçilərlə elektron əmək müqaviləsi bağlanmaması nöqsanı aşkar edilmiş, DVX seriyalı 043527 saylı və DVX seriyalı 007197 nömrəli aktların tərtib olunmuşdur. İşçilərinə elektron əmək müqaviləsinin bağlanmamasına səbəbinin xx.xx.2024-cu il tarixdən başlayaraq metronun "28 May" stansiyasının ətrafında Bakı şəhər İcra Hakimiyyəti tərəfindən abadlıq və yenidənqurma işləri aparıldığından, ərazidə abadlıq və yenidənqurma işləri aparan şəxslərin rəhbərliyi orda yerləşən obyektlərin qeyri-müəyyən müddətə bağlanmasını tələb etmişdilər. Obyektin fəaliyyət göstərdiyi muddətdə orda çalışan bütün işçilərlə, işə başladığı gündən əmək müqaviləsi bağlanmış, sosial, işsizlikdən və icbari tibbi sığortaları tam şəkildə ödənilmişdir. Buna baxmayaraq, obyektin abadlıq və yenidənqurma işləri aparan dövlət qurumu tərəfindən qeyri-müəyyən müddətə bağlanması səbəbindən işçilər işsız qalmışdır, heç bir yerdən gəlirlərinin olmadığı üçün yeni iş yeri tapmaq üçün əmək müqavilələrinə xitam verilməsi ilə bağlı təşəbbüs irəli sürmüşlər. Belə ki, obyektin nə vaxt açılacağı ilə bağlı hər hansı bir məlumatları yox idi. O da, obyektin nə zaman fəaliyyətə başlayacağını bilmədiyinə görə işçilər ilə razılaşıb əmək müqavilələrinə xitam vermişdir. Abadlıq və yenidənqurma işləri getdiyi müddətdə bir neçə günlük fəaliyyət göstərməsinə icazə verilməsinə baxmayaraq yenidən obyektin bağlanması ilə bağlı tapşırıq verilmişdir. Aparılan yenidənqurma tədbirlərinin aparıldığı müddətdə obyektinin fəaliyyət göstərmədiyinə görə 10000 manatdan çox ziyan dəymiş və işçiləri işsız qalmışdır. Bundan əlavə olaraq, heç bir xəbərdarlıq edilmədən və "Sima az" mobil tətbiqinin işçilər arasında maarifləndirilməsi zəif olduğuna görə tətbiq olunan 11000 manat maliyyə sanksiyası müflisləşməsinə və işçilərin yenidən işsiz qalmasına səbəb olacaqdır. İcra Hakimiyyəti tərəfindən aparılan abadlıq və yenidənqurma işləri aparıldığı müddətdə işçilərlə əmək müqaviləsi bağlanması qaydalarında dəyişiklik olunmuş, elektron əmək müqaviləsi bağlanılan zaman işəgötürəndən əlavə işçinində “Sima az" gücləndirilmiş imza ilə elektron əmək müqaviləsəsini imzlamaq tələbi qoyulmuşdur. İşçiləri "Sima az" gücləndirilmiş imzadan istifadə qaydalarından məlumatsız olduqlarına görə tərəfindən müqavilələr ƏMAS-da hazırlanmış, lakin, işçilər tərəfindən imzalanmamışdır. ƏMAS-da işçilər tərəfindən imzalanmayan müqavilələr saat 00:00-da ləğv olunmuşdur. Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən aparılan X17 tədbiri zamanı işçilərlə elektron əmək müqaviləsi bağlamağa çalışmışlar. Dövlət vergi orqanının əməkdaşlarının köməkliyi ilə 5 işçidən 3-nün (X11, X15, X9) “Sima az” gücləndirilmiş imza mobil tətbiqində qeydiyyatdan keçərək elektron müqavilələrin imzaladılar. Buna baxmayaraq, elektron əmək müqaviləsi bağlamaq istədiyi digər iki şəxs (X8, X12) "Sima.az" gücləndirilmiş imza mobil tətbiqində qeydiyyatdan keçə bilmədiklərinə görə (səbəb “Sima az” mobil tətbiqin şəxslərin üzunü tanımaması) elektron əmək müqaviləsi bağlaya bilməmişlər. Bu hal X17 tədbiri həyata keçirən vergi orqanı əməkdaşlarının iştirakları ilə olmuşdur, lakin, heç bir köməklik göstərə bilməyəcəklərini bildirmişlər. Bildirmək istəyir ki, adları aktda göstərilə şəxslər, yəni X11, X15, X9, X8 və X13 onunla birgə əvvəllər də işləmişlər və onların əmək müqavilələri daima olmuşdur. Ümumiyyətlə icarə müqaviləsi əsasında sahibkarlıq fəaliyyəti göstərdiyi "Ekspress 28" adlı kafe fəaliyyət göstərdiyi bütün dövr ərzində heç bir vaxt inzibati qaydada məsuliyyətə cəlb edilməmişdir. 02 oktyabr 2024-cü il tarixdə baş verən məsələ ilə bağlı bildirmək istəyir ki, sözügedən yenidənqurma işlərinin tamamlandığından sonra adları aktda göstərilən şəxslərin yenidən bir araya gətirib əvvəlki iş fəaliyyətini bərpa etmək məqsədilə icarə əsasında işlətdiyin kafeyə toplamışdır ki, müəyyən hazırlıq işlərinin görülüb başa çatması istiqamətində ona köməklik etsinlər və onların rəsmi iş yerləri ilə bağlı müvafiq prosedurlar həyata keçirildikdən sonra, tam iş fəaliyyətinə başlasınlar. Lakin, 02 oktyabr 2024-cü il tarixdə Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən aparılan X17 tədbiri keçirtmişlər və nəticədə məlum akt tərtib edilmişdir. Bildirmək istəyirlər ki, həmin şəxslər ilə əmək müqaviləsi bağlanmadan onların işə buraxılması məsələsi həmin tarixdə aktual deyildi. Buna sübut olaraq həmin şəxslərin üçü ilə, yəni X11, X15 və X9 əmək müqavilələrinin vergi orqanının əməkdaşlarının iştirakları ilə müqavilələrin bağlanması, daha iki nəfər ilə isə, yəni X8 və X12 ilə elektron sistemdə problemin olması səbəbindən müqavilələrin təsdiq edilməmə olmuşdur. Bunun da, şahidləri vergi orqanının əməkdaşları olmuşlar. Yoxlama və akt tərtib edilərkən o, vergi orqanının əməkdaşlarına bu halları bildirmiş, lakin onlar bu hallara əhəmiyyət verməyib aktın tərtib edilməsinə davam etmişlər. Daha sonra həmin aktın əsasında müvafiq olaraq qərar qəbul edilərək o, 11000 manat cərimə edilmişdir.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********7611 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, işin halları ilə bağlı bildirirlər ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X17 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********2275 nömrəli "X17nin həyata keçirilməsi haqqında" Qərarına əsasən fiziki şəxs İddiaçı sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi ünvan 2 ünvanda yerləşən "EKSPRESS 28" adlı obyektdə X17 tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 (beş) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Bu barədə xx.xx.2024-cü il tarixli DVX seriyalı 007197 nömrəli "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X17nin nəticəsi haqqında" aktın tərtib edilmişdir. Vergi ödəyicisi aktla tanış olmasına, aktın bir nüsxəsini əlavələri ilə birlikdə almasına baxmayaraq hər hansı əsaslı səbəb göstərmədən aktı imzalamaqdan imtina etmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2024-cü il tarixli **********7611 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul olunaraq vergi ödəyicisinə 10.000 (on min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və "Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, X17 tədbiri zamanı vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin yazılı izahatları alınmışdır. Belə ki, işçi X9 xx.xx.2024-cü il tarixli etirafedici izahat vermiş və izahatında xx.xx.2024-cü il tarixdən İddiaçı tərəfindən fırıncı vəzifəsinə işə götürüldüyünü, hazırda onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının gündəlik 13 manat nağd qaydada ödənildiyini, vergi orqanında qeydiyyatdan keçmədiyini, sabit qəbz almadığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X3 xx.xx.2024-cü iİ tarixli etirafedici izahat vermiş və izahatında xx.xx.2024-cü il tarixdən İddiaçı tərəfindən şirniyatçı vəzifəsinə işə götürüldüyünü, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının aylıq 600 manat nağd qaydada ödənildiyini, həmin obyektdə digər işçilərdən xadimə işləyən Gülü, Ruslan usta və fırıncı Vəli adlı şəxsi tanıdığını, vergi orqanında qeydiyyatdan keçmədiyini, sabit qəbz almadığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X4 xx.xx.2024-cü il tarixli etirafedici izahat vermiş və izahatında xx.xx.2024-cü il tarixdən İddiaçı tərəfindən ofisiant vəzifəsinə işə götürüldüyünü, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının gündəlik 15 manat ödənildiyini, həmin obyektdə digər işçilərdən Ruslan, Vəli adlı şəxsləri tanıdığını, vergi orqanında qeydiyyatdan keçmədiyini, sabit qəbz almadığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X2 xx.xx.2024-cü il tarixli etirafedici izahat vermiş ve izahatında xx.xx.2024-cü il tarixdən İddiaçı tərəfindən qabyuyan vəzifəsinə işə götürüldüyünü, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının aylıq 345 manat nağd qaydada ödənildiyini, həmin obyektdə digər işçilərdən Kazımova Şahnaz adlı şəxsləri tanıdığını, vergi orqanında qeydiyyatdan keçmədiyini, sabit qəbz almadığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X7 xx.xx.2023-cü il tarixli etirafedici izahat vermiş və izahatında xx.xx.2024-cü il tarixdən İddiaçı tərəfindən dönərçi vəzifəsinə işə götürüldüyünü, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının aylıq 345 manat nağd qaydada ödənildiyini, həmin obyektdə digər işçilərdən Rəşad, Vəli adlı şəxsləri tanıdığını, vergi orqanında qeydiyyatdan keçmədiyini, sabit qəbz almadığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. İddiaçı da X17 zamanı yazılı izahat vermiş və izahatında bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən "Şef Mehmet usta" kafesində fəaliyyət göstərdiyi, obyektdə işləyən işçiləri X8, X12, X11, X15 və X9 onun tərəfindən işə götürüldüyü, işçiləri ilə aralarında əmək müqaviləsinin bağlanmadığı və onun fəaliyyət göstərdiyi yerin ətrafında dövlət tədbiri olaraq abadlıq işlərinin aparılması ilə əlaqədar xx.xx.2024-cü il tarixdən işləmədiyini və aşkar edilmiş 5 (beş) nəfər işçiləri ilə aralarında əmək müqaviləsinin bağlanmasını qısa zamanda təmin edəcəyini bildirmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan hallar əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 (beş) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktını bir daha sübut edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən bildiririk ki, X17 tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. İddiaçı isə öz ərizəsində həyata keçirilmiş X17nin və mübahisələndirdiyi qərarların əsassız olduğunu bildirsə də, bunu sübut edən hallar barədə hər hansı məlumat verməmiş, özünün qanun pozuntusuna haqq qazandırmaq üçün müxtəlif arqumentlər irəli sürmüşdür. Əlavə olaraq bildirmək istəyirlər ki, İddiaçı (VÖEN: **********) operativ vergi nəzarət tədbirinin nəticələrindən “İnzibati şikayətinin araşdırılması" barədə Dövlət Vergi Xidmətinə xx.xx.2024-cü il tarixli müraciət ünvanlamış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********562200 nömrəli "İnzibati şikayətin təmin edilməməsi haqqında" qərar qəbul edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd olunan obyektdə göstərilən tarixdə keçirilmiş X17 tədbiri zamanı 5 (beş) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2024-cü il tarixli DVX seriyalı 007197 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X17nin nəticəsi haqqında" aktla rəsmiləşdirildiyi, aktın vergi ödəyicisi tərəfindən imzalanmadığı, bir nüsxəsinin qəbul edilmədiyi müəyyən edilmişdir. Tərtib olunmuş akt Baş İdarənin xx.xx.2024-cü il tarixli 3-21-2-4/2-118800/2024 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2024-cü il tarixdə oxunmuşdur. Həmçinin iş üzrə materiallara baxılması üçün E İddiaçı xx.xx.2024-cü il tarixdə vergi orqanına dəvət edilməsi barədə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna xx.xx.2024-cü il tarixli 3-21-2-4/2- 124285/2024 nömrəli bildiriş göndərilmiş, bildiriş poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2024-cü il tarixdə oxunmuşdur. Nəzarət tədbiri zamanı vergi ödəyicisi təqdim etdiyi izahatında aktda adı qeyd olunmuş şəxslərlə əmək müqaviləsinin bağlanmamasının səbəbini ərazidə aparılan abadlıq işləri ilə əlaqədar olaraq fəaliyyətini dayandırdığını, onların əvvəllər müqavilələrinin xx.xx.2024-cü il tarixədək olduğunu, qısa müddət ərzində müqvilə bağlayacağınıbildirmişdir. Həmçinin aktda adları qeyd olunan şəxslər nəzarət tədbiri zamanı təqdim etdikləri izahatlarında əmək müqaviləklərinin olmadığını, onlara vergi ödəyicisi tərəfindən nağd qaydad əmək haqqı verildiyini bildirmişlər. Tərtib olunmuş aktın əsaslı səbəb olmadan imzalaması və bir nüsxəsinin bequl edilməməsi barədə sərbəst akt tərtib edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2024-cü il tarixli **********7611 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 10.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və "Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" Tələbnamə Baş İdarənin xx.xx.2024-cü il tarixli 3-21-2-4/2- 213878/2024 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2024-cü il tarixdə oxunmuşdur. Müraciətin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli 3-21-2-1/2-8944/2024 nömrəli məktub göndərilərək xx.xx.2024-cü il tarixə izahatının təqdim edilməsi bildirilmişdir. İddiaçı araşdırmaya təqdim etdiyi xx.xx.2024-cü il tarixli izahatında müraciətində qeyd olunanlara əlavəsinin olmadığını, məhkəmədə iddia qaldırmadığını, əmək müqaviləsini sistemə daxil edilərkən xəta verdiyi səbəbindən mümkün olmadığını, xətanın xx.xx.2024-cü il tarixdə gördüyünü, eyni zamanda vergi əməkdaşları tərəfindən də cəhd edilərkən mümkün olmadığını, aktda adları qeyd olunmuş şəxslərdən 3 nəfərinin əvvəllər işçisi olduğunu, abadlıq işləri ilə bağlı fəaliyyətini dayandırdığından onlarlala əmək müqaviləsinə xitam verdiyini, 4 nəfəri X17 tədbirindən sonra əmək müqaviləsi bildirişini qeydiyyata aldığını, 1 nəfərin isə şəxsiyyət vəsiqəsi köhnə olduğundan qeydiyyata almaq mümkün olmadığını və hal-hazırda da işləmədiyini, ərazidə abadlıq işləri aparılan müddətdə obyektin tam gücü ilə işləmədiyini, ancaq dönər satışı olduğunu, aktda adları qeyd olunmuş şəxslərin həmin müddətdə işləmədiklərini, qeyd olunanlarla bağlı rəsmi sənəd təqdim edə bilmədiyini, video görüntünün isə 15 gün kameranın yaddaşında qaldığından təqdim olunmasının mümkün olmadığını, X17nin iştirakı ilə keçirildiyini, aktın imzalanmasının səbəbi barədə müvafiq qeydlərin aparılmamasını vergi əməkdaşları tərəfindən təklif edilmədiyi səbəbindən baş verdiyini, əhali pul hesablaşmalarının aparılması qaydalarının pozulması halını mübahisələndirmədiyini, "X17nin həyata keçirilməsi haqqında" Qərar, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən" Çıxarış və "X17nin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" Tələbnamə ilə tanış olduğunu, Vergi Məcəlləsinin 58.10-cu və Əmək Məcəlləsinin 49-cu maddələri ilə qismən tanış olduğunu, Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron səuep formasında bağlandıqda yarandığı, eləcə də həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunduğu və hüquqi qüvvəyə mindiyi təsbit olunması ilə indi tanış olduğunu, məsuliyyət məsələsinə baxılması ilə əlaqədar vergi orqanında olarkən adını bilmədiyi vergi əməkdaşını qəbul etdiyini və şifahi olaraq onlayn qaydada şikayət edilməsini tövsiyə etdiyini, ancaq suları elektron qaimə ilə aldığını, digər malları isə topdan satış ticarət obyektlərindən alaraq, onlar tərəfindən isə elektron qaiməfaktura verilmədiyini, ən ucuz malın bulka, qiyməti 0,7 manat, ən bahalı isə kruasan, qiymətinin 2,5 manat təşkil etdiyini, alınan mallara 35-40 faiz ticarət əlavəsi qoyulduğunu, obyektdə dövriyyənin 400,0-600,0 manat civarında olduğunu, malların adlarının dəqiqliklə nəzarət-kassa aparatına daxil edilmədiyini, lakin tezliklə bunları bərpa edəcəyini, gündəlik satış dövriyyəsinin müəyyən edilməsi məqsədilə təsərrüfat subyektinizdə xronometraj metodu ilə müşahidə keçirilməsinə etiraz etmədiyini, "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar çıxarılan zamanı iştirak etmədiyini, tərtib olunmuş akt və "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarın çatdırıldığını, X17 tədbiri zamanı vergi orqanı əməkdaşları tərəfindən qanunsuz əməllərə yol vermədiklərini bildirmişdir. İnzibati araşdırma üzrə toplanmış materiallar öyrənilmiş, vergi ödəyicisinin şikayətinə və dəlillərinə baxılmış, belə nəticəyə gəlinmişdir ki, fərdi sahibkar İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 2 ünvanda yerləşən "EKSPRESS 28" adlı kafedə həyata keçirilmiş X17 tədbiri nəticəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli DVX seriyalı 007197 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minməden işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X17nin nəticəsi haqqında" akt etibarlı hesab edilməli və bu akt əsasında Baş İdarə tərəfindən qəbul edilmiş "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2024-cü il tarixli **********7611 nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, vergi ödəyicisinin şikayəti təmin olunmamalıdır. Belə ki, Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yarandığı, eləce də həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunduğu və hüquqi qüvvəyə mindiyi təsbit olunduğu halda, fərdi sahibkar İddiaçı tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs işlərin yerinə yetirilməsinə cəlb edilmiş, 5 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmışdır. İddiaçı müraciətində və izahatında əmək müqaviləsi bildirişinin texniki problem səbəbindən qeydiyyatdan keçmədiyini bildirsə də, aktda adı qeyd olunmuş şəxslər təqdim etdiyi izahatlarında vergi ödəyicisinin işçisi olduğunu, nağd qaydada əmək haqqı aldığını, əmək müqavilələrinin olmadığını etiraf etməsi onun vergidən yayınma məqsədi daşıdığını bir daha sübut edir. Bundan əlavə fərdi sahibkar İddiaçı inzibati şikayətində qanun pozuntusuna haqq qazandırmaq üçün heç bir tutarlı səbəb göstərməmiş, "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2024-cü il tarixli **********7611 nömrəli qərarının ləğv olunması ilə əlaqədar araşdırmaya tutarlı dəlillər (sənədlər) təqdim edilməmişdir.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********7611 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azəbraycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir.
9. Cavabdeh tərəfindən təqdim edilmiş icraat materiallarına əsasən: - xx.xx.2024-ci il tarixli **********2275 nömrəli “X17nin həyata keçirilməsi haqqında” Qərarına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 22 ünvanında yerləşən qeyriyaşayış sahəsində (“Express 28”) X17nin həyata keçirilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024-ci il tarixli, K242184161 nömrəli Çıxarışdan görünür ki, yoxlayıcı orqanın adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı İddiaçı, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i **********, yoxlamanın müddəti (başlama, sona çatma tarixi) xx.xx.2024-xx.xx.2024, yoxlanılan dövr cari fəaliyyət, yoxlamanın predmeti və hüquqi əsasları Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi olmuşdur. - “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X17nin nəticəsi haqqında ” DVX 007197 nömrəli xx.xx.2024-cü il tarixli akta əsasən, xx.xx.2024-ci il tarixdə saat 14:20-də təqdim olunmuş əmək müqaviləsi və baza məlumatına əsasən obyektdə iaşə xidmətinə cəlb olunmuş 0 fiziki şəxsdən 5 nəfəri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Akta əlavə ediliş siyahıda X8, X12, X11, X15 və X6 adı qeyd edilmişdir. - Vergi orqanı tərəfindən akta əlavə edilmiş şəxslərin izahatları alınmışdır. - Vergi ödəyəciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə hesabat, akt, tələbnamə əlavə edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
11. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
14. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
15. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.
16. Hazırkı iş üzrə işin hallarından müəyyən edilir ki, cavabdehin xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə şikayət ərizəsi ilə müraciət edilmişdir.
17. Məhkəmə hesab etmişdir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
18. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
19. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilən qanunvericiliyin normaları ilə əsaslandırır.
20. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.
21. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
22. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
23. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
24. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.
25. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü maddəsinə (Vergi orqanlarının hüquqları) 23.1. Vergi orqanının hüquqları aşağıdakılardır: - 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X17ni keçirmək; (...) Həmin Məcəllənin 50-ci maddəsinə (X17) əsasən: - 50.1. X17 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; - 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; - 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; - 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; - 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; - 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; - 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; - 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; - 50.1.9. bu Məcəllənin 50-2.1-ci və 194.1-ci maddələrində nəzərdə tutulan qaydaların aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı tələblərinə əməl edilməsinə nəzarət edilməsi. - 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; - 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; - 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; - 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71- 1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; - 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi; - 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. 50.2. X17nin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: - 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; - 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; - 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; - 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; - 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. X17 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X17 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X17nin müddəti və X17ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 150.1-ci maddəsin əsasən aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: ... 150.1.2. muzdla işləyən fiziki şəxslərə ödəmələr verən sahibkarlar və xüsusi notariuslar; ... 150.1.7. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən, habelə muzdlu işçi kimi cəlb etmədiyi fiziki şəxslərə maddi yardım, mükafat, təqaüd verən hüquqi şəxslər və ya fərdi sahibkarlar. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar.
26. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar ...
8. İş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer.
9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi ...
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Maddə 43. Əmək müqaviləsinin məzmunu ... 2.Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi və faktiki fəaliyyət göstərdiyi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), sosial sığorta nömrəsi (SSN), ünvanı, o cümlədən faktiki fəaliyyət göstərdiyi ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; c) işçinin iş yeri, vəzifəsi (peşəsi); Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
27. Beləliklə qanunvericiliyin yuxarıda sadalanan normalarının işin faktiki halları ilə birgə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının ünvanında həyata keçirilmiş X17 qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmiş, yoxlama zamanı tərtib edilmiş aktda göstərilənlərin doğruluğu iş materiallarında olan kifayət qədər mötəbər sübutlarla (işə cəlb edilən fiziki şəxslərin izahatları və s.) öz təsdiqini tapmış, iddiaçı tərəfindən həmin sübutları təkzib edəcək hər hansı bir dəlil məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəməyə təqdim edilmiş video görüntülərə baxış zamanı iddiaçının qeyd etdiklərinin əksinə həmin şəxslərin əmək fəaliyyəti ilə məşğul olmaları aydın şəkildə öz əksini tapmışdır.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
29. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
30. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
31. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva